133
yeməkdən boyun qaçırırdılarsa Əhdi-Cədiddə (Həvarilərin işləri
10:9-16 və s yerlərdə) bütün ətlər halal buyurulmuşdur və xristiyanlar
heç bir əti haram bilmirlər. Xristiyanların nəzərincə Əhdi-Ətiqdə
qeyd olunmuş şəriyyət Əhdi-Cədiddəki şəriyyəti tərk etmək üçündür.
Əhdi-Ətiq kitabı İbrani dilindədir və onun az bir hissəsi Kəldani
dilində qələmə alınmışdır. Bu dillərin hər ikisi ərəb dili kimi Sam dili
qrupuna aiddirlər. Əhdi-Ətiqin İbrani dilində tərtib olunmuş nüsxələri
xristyanların tərcümələrindəki tərtibatla bir az fərqlidir. Amma Töv-
ratın beş bölümü hər tərtibatda toxunulmaz olaraq qalır.
Əhdi-Ətiqin Yunan dilində də bir nüsxəsi mövcuddur və bu nüs-
xə İbrani dilindən tərcümə olunmuşdur. Yunan dilində
1
olan nüsxəni
“Tərcumeye səbiniyyə” yaxud “Yetmiş tərcümə” adlandırırlar. Qeyd
etmək lazımdır ki, bu tərcümə təxminən eradan əvvə 258-ci ildə Mi-
sirin padşahı Batlaymus Filadelfusun əmri ilə 72 nəfər tərəfindən
edilmişdir. Bu nüsxə ilə İbri dilində olan əsas nüsxə arasında fərqlər
mövcuddur və daha mühim budur ki, qeyd etdiyimiz tərcümə nüsxə-
sində İbrani dilində olan nüsxədə mövcud olmayan bölümlər möv-
cuddur. Yəhudi alimləri 1-ci əsrdə öz müqəddəs kitablarını müəyyən-
ləşdirmək üçün “Yavna” adlı yerə toplaşanda o zaman sayı 39-a ça-
tan İbrani dilində qələmə alınmış dini kitablardan istifadə etdilər və
Yunan dilində qələmə alınmış kitabları istifadə etməyərək kənara
qoydular. Bu kitablar sonralar “Apokrifa”, yəni “bağlı” adlandırıldı.
Xristiyanların kitabı, yəni Əhdi-Cədid Yunan dilində qələmə
alındı və onlar Apokrifa kitablarında öz Əhdi-Ətiqlərindən istifadə
etdilər. Bununla da, onların Əhdi-Ətiq kitablarının sayı 46-ya çatdı
və müqəddəs bilinən bu kitabları qəbul olundu. Təxminən beş əsr
sonra Martin Luter Kinq bu kitabların ilhamla yazılmasına şəkk etdi
və bir müddətdən sonra Protestant xristiyanlar həmin kitabları kənara
1
Makedoniyalı İskəndər təxminən eradan əvvəl 330-cu ildə Yaxın Şərq regionunu
fəth etdikdən sonra Yunanlılara məxsus elmin yayımı işini həyata keçirməyə başladı
və bu məqsədlə “iskəndəriyyə” adlı şəhərlər salmağa başladı. Bu şəhərlərdən biri Mi-
sirdədir və bizim dövrümüzə qədər də elm şəhəri olması statusunu qoruyub saxla-
maqdadır. Bundan sonra Yunan dili elm və yazı dili kimi tanındı.
134
qoyaraq Əhdi-Ətiqin Protestant formasını meydana çıxartdılar. Bu
nüsxə Yəhudilərin Tənəxi ilə eyni idi. Protestantların daha çox dini
kitab çap etmələrini nəzərə alsaq deyə bilərik ki, hal-hazırda dünyada
əksər nüsxələrdə apokrifa mövcud deyildir. Katolik və Ortodoks
kilsələr buna qarşı çıxırlar və qeyd olunmuş bölümləri Əhdi-Ətiqin
bir hissəsi kimi qəbul edirlər və onları “İkinci qanun” (Deuterocano-
nical) adlandırırlar.
Yunanlılara aid digər kitab dəstəsi Sudepiqrafa (Pseudepigrap-
ha), yəni “Saxta yazılar” adlandırılır. Bu dəstəyə aid kitablrın mötə-
bərliyi azdır və heç vaxt Əhdi-Ətiqdə yerləşdirilməmişdir. Eradan bir
neçə on il öncə bəzi ziyalı Yəhudilər tərəfindən qələmə alınmış bu
yazılar kitab əhlinin onlara diqqət ayırmaması səbəbindən aradan get-
di, amma həmin əsərlərin bəzilərinin tərcümələri dünyanın müxtəlif
yerlərində mövcuddur və son əsrlərdə kəşf olunmuşdur. Xristyanların
da bəzi əlavələr etdikləri bu kitabların sayı çoxdur və həmin kitab-
ların toplusu İngilis və digər Avropa dillərinə tərcümə olunaraq çap
edilmişdir.
1
Tənəx 39 kitabdan ibarətdir və xristiyanlar bu kitabı tərcümə
edərək Əhdi-Ətiq adlandırdılar. Əhdi-Ətiq üç bölümdən ibarətdir:
1. Tarixi bölüm
2. Hikmət, münacat, dua və şeir
3. Peyğəmbərlərin gələcək haqqında xəbərləri
7-1. Tənəxin tarixi bölümü (Əhdi-Ətiq)
Əhdi-Ətiqin tarixi bölümü 17 kitabdan ibarətdir və onun ilk beş
kitabı “Tövrat” adlandırılır. Onun başqa bir adı isə “Pentatuk” (Pen-
tateuch), yəni “Beş kitab” yaxud “Beş bölüm” adlandırılır.
Tövrat “Yaranış” bölümü ilə başlayır. Dünyanın yaradılışı,
Adəm və Həvvanın xəlq edilmələri, yaxşı və pis mərifət ağacının
meyvəsindən yemələri, onların “Ədən” bağından, yəni cənnətdən qo-
1
Bu kitablardan ibarət bir məcmuə “The Forgotten Books of Eden” adı ilə 1927-ci
ildə Amerikada, İngilis dilində çap olunmuşdur.
135
vulmaları, Adəmin övladlarının hekayəsi, Nuhun tufanı, Həzrət İbra-
him, İsmail, İshaq, Yaqub və Yusifin (ə)-ların başlarına gələn hadisə-
lər bu bölümdə qeyd olunmuşdur.
Digər dörd bölümdə isə Həzrət Musanın (ə) həyatı və Bəni-İs-
railin həyatı açıqlanır. Bu bölümdə O Həzrətin dünyaya gəlməsi, pey-
ğəmbərliyə çatması, xaric olması, dövlət təşkil etməsi və dünyadan
köçməsi geniş şəkildə qeyd olunmuşdur. Bu dörd bölümdə dini hö-
kümlər və qanunların bir əksəriyyəti, vəhy barəsində məlumatlar da
qeyd olunmuşdur. Yəhudilər və xristyanların nəzərincə Tövratın beş
bölümünün müəllifi Həzrət Musa (ə) özüdür.
Bəni-İsrailin tarixi Həzrət Yuşənin (ə) zamanından sonraya aid
edilir və digər on iki kitabda qeyd olunmuşdur. Əhdi-Ətiqin tarixi ki-
tabları aşağıdakılardır:
1. Yaranış bölümü; (Dünyanın yaranışı, Həzrət Adəm, Nuh,
İbrahim, İsmail, İshaq, Yaqub və Yusif)
2. Xuruc bölümü (Həzrət Musanın (ə) dünyaya gəlməsi və pey-
ğəmbərliyə çatması, Bəni-İsrailin Misirdən çıxarılaraq Sinaya köçü-
rülməs, Əhkam)
3. Levilər bölümü; (Həzrət Harunun (ə) nəslindən və Lavi ailə-
sindən olan Yəhudi ruhanilərinin və kahinlərinin hökümləri)
4. Ədədlər bölümü; (Həzrət Musanın (ə) zamanında Bəni-İsrai-
lin sayı, şəriyyəti və tarixi)
5. Təsniyə yaxud ikilik bölümü; (Öncəki bölümlərdə qeyd olun-
muş dini əhkamların təkrarı və Bəni-İsrailin Həzrət Musanın (ə) vəfa-
tına qədər tarixi)
6. Yuşənin səhifəsi; (Həzrət Musanın (ə) canişini Yuşə ibn Nu-
nun tarixi, həyatı və sərgüzəştləri)
7. Hakimlər bölümü; (Padşahların təyin edilməsindən öncə
Bəni-İsrail hakimlərinin tarixi)
8. Rut kitabı; (Həzrət Davudun (ə) nənələrindən olan Rut adlı bir
qadının həyatı)
9. Samuelin birinci kitabı; (Samuel peyğəmbərin tarixi, Şaulun,
yəni Talutun hakimiyyətə təyin edilməsi)
Dostları ilə paylaş: |