Microsoft Word Dinler cap doc


-4. Peyğəmbərin həyatının üç mərhələsi



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə98/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   94   95   96   97   98   99   100   101   ...   113

 308 
11-4. Peyğəmbərin həyatının üç mərhələsi 
Peyğəmbərlərin həyatlarını ümumilikdə üç hissəyə bölmək olar: 
1.  Viladətindən besətə  qədər olan zaman (bütün insanlarda ol-
duğu kimi) 
2.  Besət vaxtından hökumət qurduğu zamanadək 
3.  Hökumət yaratdığı zamandan dünyasını dəyişdiyi vaxtadək 
Bildiyimiz qədər həm Həzrət Musanın (ə), həm də  Həzrət Mu-
həmmədin (s) həyatında sadaladığımız hər üç mərhələ olmuşdur. 
Amma, Həzrət  İsanın (ə) həyatında üçüncü mərhələ olmamışdır və 
eləcə də, hökumət qurmağı bacarmamışdır. Peyğəmbərlər ikinci mər-
hələdə müşriklik və zülmlə söz savaşı, üçüncü mərhələdə isə güc 
savaşı aparmışlar. 
Onlar ikinci mərhələdə eləcə  də, yalnız  əxlaqi və  əqidəvi fər-
manlar vermişlər və icra olunmalı hökümlər verməmişlər. (Məsələn, 
cihad, qisas, və diyə kimi əhkamlar Məkkədə nazil olmuş surələrdə 
gözə çarpmır. Amma, Mədinədə nazil olmuş surələrdə, o cümlədən 
Bəqərə, Ali-İmran, Nisa, və Maidə surələrində belə  əhkamlar gözə 
çarpırlar.) 
Həzrət  İsa Məsih üçüncü mərhələni yaşamaması  və hökumət 
yarada bilməməsi səbəbindən xristyanlıqda müstəqil  şəkildə  əməl 
edəcək şəriət mövcud deyildir və o Həzrət Tövratın qoyduğu şəriətin 
təbliği ilə  məşğul idi.
1
 Məlum olduğu kimi xristyanlıq Həzrət  İsa 
Məsihdən (ə) sonra Pavlosun göstərdiyi səylər nəticəsində Tövratın 
dar çərçivəli şəriət qaydalarını qıraraq özünəməxsus əxlaqi şəriət sa-
hibi oldu. Zaman ötdükcə xristyanlar xristyanlıq hökuməti qurdular 
və icraçı əhkamları sahəsində mövcud olan nöqsanları aradan götür-
mək məqsədilə bütün səylərini səfərbər etdilər.  
 
11-5. Peyğəmbərlik və döyüş 
Əsrlərdir ki yəhudilər və xristyanlar İslamı kobudluqda və sava-
şa meyilli olmaqda ittihamlandırırlar. Müsəlmanlar da öz növbələrin-
                                                 
1
 Ali-İmran, 49 və Matta 5:17 


 
309
də ilahi qanunları müdafiə etmişlər və  İslam dininin böyük alimləri 
öz dəyərli əsərlərində belə ittihamların onların dinləri ilə daha müna-
sib olmasını sübut etmişlər və onların o qədər də mötəbər bilinməyən 
kitablarının bu həqiqəti dəstəklədiyini bildirmişlər.  
Amerika Birləşmiş  Ştatlarında 2001-ci ilin 11 sentyabr ayında  
baş vermiş hadisədən sonra ittihamlar daha da kəskinləşməyə başladı. 
Elə bu səbəbdən də, həmin alimlərin apardığı araşdırmaları  qısa  şə-
kildə burda qeyd etməyi özümüzə borc bilirik.  
Xristyanlar uzun illər boyu Xaç yürüşlərində
1
 nümayiş etdirdik-
ləri kimi Məsihin və xristyanlığın sülhün elçisi olması məsələsini qə-
bul etmirlər.
2
 Son  əsrlərdə xristyanlar Həzrət  İsa Məsihin sülh və 
əmin-amanlıq üçün gəlməsini iddia etməyə başlamışlar. O Həzrətin 
hökumət qura bilməməsi isə qeyd etdiyimiz məsələnin daha da şid-
dətlənməsinə səbəb oldu.  
Qeyd etmək lazımdır ki, başqa dini liderlər də, o cümlədən Həz-
rət Musa (ə), Həzrət Muhəmməd (s), Həzrət Əmirəlmöminin Əli (ə) 
da hökumət qurmamışdan öncə heç kimlə döyüşmürdülər. Amma, 
hökumət qurduqdan sonra döyüşmək məcburiyyətində qaldılar. (Mə-
sələn, Həzrtə Muhəmməd (s) Mədinə şəhərində İslam hökuməti qur-
duqdan sonra Məkkə  üşrikləri  İslam dinini məhv etmək məqsədilə 
tam təchiz olunmuş böyük ordu ilə Mədinə şəhərinə hücum etdilər və 
müsəlmanlarla döyüşdülər.) 
Müqəddəs kitab döyüşün müqəddəsliyini çatdırmaq üçün belə 
deyir: “Tanrı döyüş adamıdır.” (Xuruc 15:3) Əhdi-Ətiqin üç ən bö-
yük və müqəddəs şəxsiyyəti, yəni Həzrət Musa (ə), Həzrət Yuşa (ə) 
və Həzrət Davud (ə) eyni zamanda zamanlarının ən böyük döyüşçü-
ləri olmuşlar.  
“Döyüş adamı” olan bu Tanrı eyni zamanda Tövratda Bəni-İs-
railə müharibə zamanı  ən böyük vəhşilikləri və qarəti həyata keçir-
                                                 
1
 Xaç yürüşləri Papaların və xristyan ruhanilərinin dəvətin ilə həyata keçirilmişdir.  
2
 Güya onlar Həzrət İsa Məsihin (ə) “Mənim yer üzünə sülhq bərqərar etmək üçün 
gəlməmi güman etməyin. Sülhü bərqərar etməyə gəlmişəm, amma qılınc vasitəsilə” 
(Matta 10:34) tövsiyyəsinə əməl edərək bu addımı atmışlar.  


 310 
məyi rəva bilir. O xalqları iki hissəyə bölür: Birincisi bütün xalqlar 
və ikincisi, Bəni-İsrailin şəhərlərini ələ keçirəcəkləri xalqlar. Birinci 
dəstəyə aid xalqlar yaşamalıdırlar və Bəni-İsrailə xərac verməlidirlər, 
onların xidmətçiləir olmalıdırlar. Amma ikinci dəstəni isə  təmamilə 
məhv etmək və yer üzərindən silmək lazımdır: 
“Döyüşmək məqsədilə  hər hansı bir şəhərə yaxınlaşanda
1
 onu 
sülhə dəvət edin. Onlar sənə sülhlə cavab versələr, qapıları üzünüzə 
açsalar orada olan bütün sakinlər sənə xərac verməli və sənə xidmət 
göstərməlidir. Amma səninlə sülh etməsələr və döyüşmək istəsələr 
onu mühasirəyə al. Əgər Tanrı  Yəhvə onu sənin ixtiyarına buraxsa 
orada olan bütün kişiləri qılıncdan keçirt. Amma qadınlara, uşaqlara 
və heyvanlara şəhərdə qalmalarına icazə ver. Yəni bütün qənimətləri 
ələ keçirt və Yəhvə Tanrının sənə bəxş etdiyi bu qənimətləri ye. Sən-
dən çox uzaq olan və sənin ümmətindən olmayan bütün şəhərlərlə be-
lə davran.  
Amma Yəhvə  tanrının malikiyyətini sənə verdiyi şəhər və ölkə-
lərdə diri heç nə saxlama. Yəni Hettilər, Amurilər, Kənanllar, Feref-
filər, Hevvilər və Yebusilərdən savayı hamını  məhv elə. Öz Yəhvə 
Tanrına qarşı günah işlətmə.” (Təsniyə, 20:10-18) 
Müqəddəs kitabda Həzrət Davudun (ə) döyüşlərindən biri barə-
sində bu sözləri oxuyuruq: 
“Davud bütün qövmünü topladı, Rabbaya getdi, onlarla döyüş-
dü və işğal etdi. Onların  şahlarının qızıldan olan və daş-qaşla bəzə-
dilmiş tacını başından götürdülər və Davudun başına qoydular, əldə 
etdikləri qənimətləri isə apardılar. Onları mişarların, ağır dəmirlə-
rin, dəmir baltaların ağzından keçirtdilər və kərpic bişirən sobalarda 
bişirdilər. Bəni-Ammun şəhərlərinin hamısı ilə belə davranıldı. (Sa-
muelin ikinci kitabı, 12:29-31) 
Müqəddəs kitab nöqteyi-nəzərindən belə dəhşətli qətliamlar düz-
gün olmuşdur və Allahın razılığı ilə həyata keçirilmişdir. Çünki, Həz-
                                                 
1
 Bu sözlər Bəni-İsrailə xitabən deyilir 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə