Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə99/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   95   96   97   98   99   100   101   102   ...   113

 
311
rət Davudun (ə) vəfatından illər sonra Allah onun adını yaxşı forma-
da qeyd edir və onun barəsində bu sözləri buyurur: 
“Mənim  əmrlərimi həyata keçirtdi, bütün qəlbi ilə  mənə itaət 
etdi və mənim düzgün bildiyim bütün işləri həyata keçirtdi. (Samuelin 
birinci kitabı, 14:8) 
Xristyanlar Əhdi-Ətiqdə qeyd olunmuş peyğəmbərlərin dəhşətli 
qətliamlarına göz yumaraq İslam dininin əzəmətli peyğəmbəri Həzrət 
Muhəmmədin (s) özünü müdafiə məqsədliə həyata keçirdiyi döyüşlə-
rinə tənqidi baxışlarla yanaşırlar və etirazlarını bildirməyə çalışırlar.  
Bir müqayisəni sizin diqqətinizə çatdırmaq istərdim:  İslam di-
nində əsir düşmüş hər bir kafir döyüşçü Qurani-Kərimin əmrinə əsa-
sən (Muhəmməd surəsi, 4) qarşılıqsız və yaxud fidyə, yəni müəyyən 
olunmuş pul müqabilində azadlığa buraxılır. Əsirlərin dəyişdirilməsi 
məsələsi də  həmişə  İslam dinində mövcud olmuşdur. Amma indi 
Tövratdan diqqətinizə çatdıracağım mətndə Bəni-İsrailin döyüşdə bü-
tün kişiləri öldürərək qadın-uşaqları əsir tutmaları və Həzrət Musanın 
(ə) yanına gətirmələrini çatdıracağıq. Amma maraqlısı budur ki, o 
əsirləri gördükdə əsəbləşdi, qadınları və oğlan uşaqlarını da qətlə ye-
tirməyi əmr etdi.
1
 Qızlarını isə özünə saxladı. Bütün qənimətlərin he-
sablanmasından sonra mətnin sonunda otuz iki min qızın mövcud 
olması qeyd olunur: 
“Və (Bəni-İsrail)Allah Musaya əmr etdiyi kimi Medilər (qövmü) 
ilə döyüşdülər və onların bütün kişilərini qətlə yetirdilər..... Və Bəni-
İsrail Medilərin qadınlarını və uşaqlarını əsir tutdular, heyvanlarını, 
mallarını, mülklərini qarət etdilər, bütün şəhərləri, yaşayış məskənlə-
rini və qalaları yandırdılar.  Əsirləri və  qənimətləri Musanın, kahin 
Əlazarın, Arihanın qarşısında, İordanın yanındakı Muab Ərəbatında 
yerləşən ordunun qərargahına gətirdilər. Musa ordu başçılarına, yə-
ni minbaşılara və yüzbaşılara qəzəbləndi. Musa onlara dedi: “Bütün 
                                                 
1
 Bizdə mövcud olan məlumatlara əsasən yalnız Firon öz düşmənlərinin oğlanuşaq-
larını qətlə yetirirdi.  


 312 
qadınları diri saxlamısınız? Bunlar Bəlamla
1
 məşvərət edərək Bəni-
İsraili Fəğfura görə Allaha xəyanət etməyə  məcbur edənlərdir və 
onların üzündən insanlar arasında vəba yarandı.  İndi bütün oğlan 
uşaqlarını və kişi ilə yaxınlıq etmiş hər bir qadını öldürün! Hələ kişi 
əli dəyməmiş və kişilərlə yatmamış qızları özünüz üçün saxlayın!” 
Döyüşçülərin əldə etdiyi qənimətlərdən savayı 675 min baş qo-
yun, 72 min baş inək, 61 min baş uzunqulaqvə kişi əli dəyməmiş qız-
lardan isə 32 min baş qız var idi. (Ədədlər 31:7-35) 
Bəni-İsrailin törətdiyi qətliamlar, qarətlər, yanğınlar və vəhşilik-
lər Yuşa, Hakimlər, Samuel kitablarında qeyd olunmuşdur. Xristyan-
ların Əhdi-Cədid kitabında isə bu müharibələr və onları həyata keçi-
rənlər, o cümlədən Cidun, Baraq, Samson
2
, Yaftah, Davud və Sa-
mueli böyük təntənə ilə təriflərə layiq görülmüşlər: 
“Başqa nə deyə bilərik ki vaxt bizə Cidun, Baraq, Samson, Yaf-
tah, Davud, Süleyman və başqa peyğəmbərlər barəsində  xəbər ver-
məyə imkan vermir. Onlar öz imanları ilə müxtəlif məmləkətləri işğal 
etmiş, saleh əməllər görmüş, vədələri qəbul etmiş, şirlərin ağızlarını 
bağlamış, odun şiddətini azaltmış, qılınclardan canlarını qurtarmış, 
zəiflikdən güclülüyə çatmış, döyüşlərdə şücaət qazanmış və yadellilə-
rin qoşunlarını darmadağın etmişlər.” (İbranilərə məktub 11:32-34) 
 
11-6. Peyğəmbərlik və itaət 
Peyğəmbərlər insanlardan onlara itaət etməyi istəyirlər
3
: İtaət ya 
sevgi və istək üzündən, ya da axirət əzabından qorxu üzündən olmalı-
dır. Sonda bəzi itaətsizliklər üçün dünyaya aid olan cəzalar,  şallaq 
vurmaq, bədənin bəzi üzvlərinin kəsilməsi və edam kimi cəzalar nə-
zərdə tutuldu. Müasir insan hüququ dünyada həyata keçirilən cəza 
vasitələrini qəbul etmir və dinlərdə o qədər də gözə çarpmayan həbs 
                                                 
1
 O zamanlar dağlardan birinin qülləsində  Bəəl Fəğfur adında büt var idi və  Bəni-
İsrail o bütə səcdə edərək orada olan qadınlarla zina etdilər. (Ədədlər 25:1-3) 
2
 Bu  şəxsin qəhrəmanlıqlarından biri də ölü uzunqulağın alt çənəsi ilə min nəfəri 
qətlə yetirmək olmuşdur. (Hakimlər 15:15-17) 
3
 Biz  hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. 
(Nisa surəsi, 64) 


 
313
olunma və  cərimə ödəmə kimi cəzaların tətbiq olunmasını tövsiyyə 
edir.  
Xristyanlar öz qara keçmişlərini unutmağa və öz dinləri ilə qər-
bin insan hüquqları arasında ahəngdarlıq yaratmağa çalışırlar. Bu din-
də Həzrət İsa Məsihin (ə) ilahiliyini sübut etdiklərini düşünən və onu 
gələcək nəsillər üçün yadigar kimi qoyub gedən ruhanilər onların 
sözlərindən çıxan bidətçi xristyanlara qarşı müxtəlif işkəncələrdən və 
edamlardan istifadə etmişlər. Onlar belə xristyanların cəzalandırılma-
larını dövrlərinin hakimlərindən istəmişlər. Müqəddəs Tomas Akvi-
nas belə yazır: 
“Bidətçilər barəsində iki məsələyə riayət etmək lazımdır: birin-
cisi bidətçilərlə əlaqəlidir və ikincisi kilsə ilə əlaqəlidir. Bidətçilərlə 
əlaqəli məsələ bundan ibarətdir ki, onlar günahlarına görə kafir bili-
nərək kilsədən uzaqlaşdırılmaqdan əlavə qətlə yetirilməli və yer üzə-
rindən silinməlidilər. Çünki, ruhu yaşadan həyat mənasını kəsb edən 
imanın çirkləndirilməsi və  məhv edilməsi maddi həyatın  ən dəyərli 
amillərindən sayılan pulu saxtalaşdırmaqdan daha böyük cinayətdir. 
Deməli sekular hökumətlər saxta pul buraxan və  oğurluqla məşğul 
olanları belə pis işlə məşğul olduqlarına görə ölümə məhkum edirsə 
bidətçilərin dinə bidət etmələri sübuta yetirildikdən sonra kafir bilin-
mələrindən əlavə edam olunmaları vacib hal alır.  
Kilsə ilə  əlaqəli məsələdə isə yolunu azmışların yenidən haqq 
yoluna qayıtmaları üçün rəhmət mövcuddur. Elə bu səbəbdən də, 
belə insanları  məhkum etməkdə  tələsmir və Elçi Pavelin hidayət et-
məsi kimi “Bir-iki nəsihətdən sonra” (Tituslulara məktub, 3:10) düz 
yola dəvət edir. Bundan sonra həmin şəxs yenə də haqq yoluna qayıt-
maqdan boyun qaçırarsa və kilsənin artıq onun qayıtmasına ümidi 
qalmazsa başqa xilas yolu nəzərdə tutularaq o kafir elan olunur və 
kilsədən uzaqlaşdırılır. Bundan əlavə onu sekular məhkəməyə tapşı-
rırlar və beləliklə həyatdan məhrum edərək edam edirlər.”
1
 
 
                                                 
1
 İlahiyyatın xülasəsi, 2/2, 11-ci məsələ, 3-cü məqalə 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə