Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə102/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   98   99   100   101   102   103   104   105   ...   113

 320 
derləri vəzifəsini həyata keçirmişlər. Onlar iki sahədəki liderliyi öz 
üzərlərinə götürdüklərinə görə  kəmərlərinə iki qılınc bağlayırdılar. 
Bu hökumət o qədər qüdrətli idi ki, Roma Papası Yeddinci Qriqori 
Almaniya padşahı Dördüncü Henriyə  qəzəblənərək onu kafir elan 
edəndə  və padşahlıqdan uzaqlaşdıranda Henri böyük əzab-əziyyətlə 
Papanın sarayına getdi, üç gün əynində ağ paltar ayaqyalın qarda da-
yanaraq bağışlanılmasını istədi. Onun bu işləri nəticə verdi və Dör-
düncü Henri yenidə taxt-tacını geriyə qaytara bildi. Qeyd etmək la-
zımdır ki, üç il sonra həmin Roma Papası onu yenidən kafir elan etdi 
və padşahlıqdan uzaqlaşdırdı, amma bu dəfə Henri güclü ordu ilə Ro-
maya hücum etdi və Papa Yeddinci Qriqorini vəzifəsindən uzaqlaşdı-
raraq başqa bir nəfəri onun yerinə Roma Papası təyin etdi.  
Artıq 200 ildir ki Papa hökuməti Vatikanda məhdudlaşdırılmış-
dır, halbuki İslam xilafəti qeyd edəcəyimiz kimi təxminən 80 il bun-
dan öncə təmamilə yığışdırılmışdır. 
İslamın əzəmətli Peyğəmbəri Həzrət Muhəmməd (s) də mərkəzi 
Mədinə şəhəri olan qüdrətli bir dövlət yaratdı və Uca Yaradana qovu-
şandan sonra O Həzrətin canişininin müəyyənləşdirilməsi müsəlman-
lar üçün ən çətin məsələlərdən birinə çevrildi. Elə bu səbəbdən də, O 
Həzrətin bəzi silahdaşları onun dəfn işləri ilə məşğul olmağın əvəzinə 
“Səfafətu Bəni-Saidə” adlı yerdə toplaşaraq Əbu Bəkr ibn Əbi Quha-
fəni müsəlmanların başçısı seçdilər. Şiələr isə Həzrət Muhəmməd (s) 
Allah-Taalanın əmri ilə Həzrət Əmirəlmöminin Əlini (ə) rihlətindən 
yetmiş gün öncə “Qədir-xum” adlı  məkanda öz canişini təyin etmə-
sini bildirirlər və elə bu səbəbdən də, başqa bir şəxsin xəlifə  təyin 
olunması məsələsini qətiyyən qəbul etmirlər.  
Səfafədə toplaşan müsəlmanlar bu əməlləri ilə İslamda yeni bir 
qurum yaratdılar. Bu qurumun adı “xilafət” idi. İslam dinindəki xila-
fət anlayışı xristyanlıqdakı Papa anlayışı ilə üst-üstə düşürdü. Tarixin 
bəzi dönəmlərində çevriliş edərək qüdrəti ələ alan şəxslərin, o cüm-
lədən Ali-Buyənin xilafət qurumu ilə heç bir işi yox idi və xilafətə 
olan hörmət və ehtiram toxunulmaz olaraq qalırdı.  


 
321
Şübhəsiz ki, qüdrət başında dayanan şəxslər xəlifəni öz krsüsün-
dən uzaqlaşdırmaq üçün bəzən təzyiq siyasətindən istifadə edirdilər 
və onlar öz istəklərinə nail olanda başqa bir xəlifəni keçmiş xəlifənin 
yerinə təyin edirdilər. Üçüncü xəlifə belə təzyiqlərin qarşısında mü-
qavimət göstərmək və yerini heç kimə vermək istəmədi. Elə bu sə-
bəbdən də, qətlə yetirildi. Amma təzyiq və işkəncə yolundan istifadə 
etmək bəzən nəticə verirdi və Abbasi xəlifələrindən bir neçəsi belə 
şəkildə xilafətdən uzaqlaşdırıldı. Bəzən xəlifləikdən uzaqlaşdırılmış 
keçmiş xəlifənin gözləri kor edilirdi və o da, yaşamaq üçün dilənçilik 
etmək məcburiyyətində qalırdı. Hülakü xanın Bağdada hücumundan 
sonra xilafətin zahirən dayanmasına baxmayaraq malik olduğu mü-
qəddəsliyə görə Misirdə davam etdirildi. Ümumilikdə xilafət 13 əsr 
davam etdi. Sonda 1924-cü ildə Mustafa Kamal Atatürk tərəfindən 
ləğv edildi.  
O zamanlar müsəlmanlar arasında cümə xütbələrindən kimi adı-
nı çəkmək və xütbələri kimi adına oxumaq sahəsində problemlər ya-
randı. Çünki, o günə qədər xəlifələr insanların həm dini, həm də dün-
yəvi məsələlər üzrə başçıları idilər və ibadi-siyasi cümə namazlarının 
xütbələrində onların adlarının qeyd olunması vacib sayılırdı. Elə hə-
min dövrlərdə  bəzi  İslam ölkələri öz padşahlarını islam dünyasının 
yeni xəlifəsi kimi tanıtmağa çalışsalar da onların bu səyləri heç bir 
nəticə vermədi. Yəni, hər ölkədə demək olar ki, siyasi-ibadi namazla-
rın xütbələri yerli padşahların adına oxunmağa başlanıldı.  
Bəzi məmləkətlərdə, o cümlədən  İranda, Andalusiyada, Şimali 
Afrikada və İslam dünyasının müxtəlif regionlarında müstəqil dövlət-
lər də yaradıldı. Bu dövlətlər bəzi vaxtlar xilafətin köməkçilərindən 
hesab olunsalar da bəzi hallarda tam müstəqil şəkildə fəaliyyət göstə-
rirdilər. Xəvariclərin, Zeydi şiyələrin,  İsmaililərin  İslam dünyasının 
müxtəlif regionlarında müstəqil dini dövlətləri olmuşdur. 
Qeyd etdiyimiz kimi xəlifələr İslam dünyasının istər dini, istərsə 
də dünyəvi baxımdan ən yüksək məqamı qəbul olunurdular və onları 
xristyan aləminin Papaları ilə müqayisə etmək düzgün olardı.  


 322 
İmamət, yəni Həzrət Muhəmmədin (s) canişinliyi barəsində 
müxtəlif siyasi baxışlar mövcuddur və bu siyasi baxışlar müsəlmanlar 
arasında üç əsas məzhəbin yaranması ilə nəticələndi: 
1.  Əhli Sünnət məzhəbi: Onlar imamın müsəlmanların özü tərə-
findən təyin olunmasını qəbul edirlər. 
2.  Şiyə məzhəbi: İmamın Allah-Taala tərəfindən təyin olunma-
sını qəbul edirlər və vacib sayırlar. 
3.  Xəvaric məzhəbi: Onlar imamın heç kim tərəfindən təyin 
olunmasını qəbul etmirlər. 
Cəbr, ixtiyar, qəza, qədər namaz və orucun xırdalıqları sahəsində 
olan ixtilaflar isə sonradan meydana çıxmağa başladı. Yəni, bu ixti-
laflar rəhbərlikdə və firqələrin təşkil olunmasında meydana çıxan ix-
tilaflardan sonra yaranmağa başladı.  
 
12-2. Rəqib məktəblər 
Tarixə nəzər salsaq görərik ki, dinlə dövlət arasında dostluq ol-
duğu kimi rəqabət də mövcud olmuşdur. Hegel kilsə ilə dövlət ara-
sındakı rəqabətlərə işarə etdikdən sonra belə yazır:  
“Kilsə hüququ ilə dövlət hüququ bir-biri ilə qaşı-qarşıya gəldik-
ləri zaman hökumətlərin əksəriyyəti istər katolik olsun, istər protes-
tant kilsələrinin qarşısında təslim oldular və öz hüquqlarına göz 
yumdular.”
1
 
Humanizm, Liberalizm, Sosializm, Modernizm, Sekularizm, Fe-
menizm və  sair  yeni  və qüdrətli rəqiblər son əsrlərdə dinin müqa-
bilində dayanaraq dinin cəmiyyətin liderliyi sahəsində ifa etdiyi rolu 
öz üzərinə götürmək və siyasi qurluşları dəstəkləmək sahələrində bü-
tün problemlərin öhdəsindən layiqincə gələ biləcəklərini iddia etmiş-
lər. Kilsə bu məktəblərin hər birisi ilə mübarizəyə qalxdı, amma öz 
rəqiblərinin öhdəsindən layiqincə  gələ bilmədi və adları qeyd olun-
muş ideoloji məktəblər bir müddətdən sonra qərb dünyasında özünə-
məxsus yer tuta bildilər. Həqiqətdə isə yeni yaranmış ideoloji mək-
                                                 
1
 Xristyan məzhəbində şəriətin bərqərar olunması, səh 83 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə