Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə100/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   96   97   98   99   100   101   102   103   ...   113

 314 
12. Hökumət 
Bəşəri cəmiyyətlərin böyüməsi və ictimai əlaqələrin daha da do-
laşması  səbəbindən insanlar tədricən hökumətin yaradılması  zərurə-
tini anlayırlar. Bu zərurət o qədər güclü olur ki, bəzi vaxtlar insanlar 
öz fərdi azadlıqlarının bir hissəsini hökumətin yaradılması yolunda 
fəda edirlər və özlərini çox zaman xudbin və zalım hökümdarlara təs-
lim edirlər. Min illər keçdikdən sonra bəşəriyyət seçimlə həyata ke-
çirilən hökumətin varisliklə çatan hakimiyyətdən daha yaxşı olmasını 
tədricən anlamağa başladı. Amma, bəşəriyyət heç vaxt münasib və 
problemsiz hakimiyyət metodunu heç vaxt kəşf edə bilməyəcəkdir. 
Müasir dünyamızda artıq qadınlara da seçmək hüququ verilmişdir. 
Bir ölkə  əhalisinin təxmin yarısı seçkilərdə  iştirak etmək hüququnu 
qazanır və seçkilərdə bu hüquqa malik insanların təxminən yarısı 
iştirak edir. Bu qədər insanın seçkilərdə iştirak etməsi Prezident seç-
kilərinin hüquqi baxımdan düzgün sayılmasını bildirir. Qeyd etmək 
lazımdır ki, seçkilərdə əsas məsələ aparılan təbliğatın üzərinə düşür.  
Həzrət Muhəmmədin (s) Mədinə şəhərindəislam hökuməti yarat-
ması hökumətin yaranması sahəsində mövcud olan vacibliyin ən so-
nuncu nümunəsidir. Hicaz regionunda yaşayan insanların  İslam dini 
meydana çıxana qədər hökuməti olmamışdı  və  Əbu Cəhl,  Əbu Lə-
həb, Əbu Süfyan kimilər (Roma, İran və sair ölkələrin rəhbərləri və 
başçıları kimi) şah və yaxud prezident deyildilər.  
Qədim zamanlarda dinlə dövlət arasındakı bağlılıq o qədər təbii 
idi ki, heç kim onların bir-birindən ayrı şəkildə fəaliyyət göstərməsini 
təsəvvür belə edə bilməzdi. Hökumətin qanuniliyi dindən asılı idi və 
qədim cəmiyyətlərin rəhbərləri dini və dünyəvi rəhbərliyi bir yerdə 
cəmləşdirirdilər. Hindistandakı kasta quruluşunda, padşahlar zama-
nında mövcud olan Bəni-İsrail cəmiyyətində, Avropadakı katolik 
xristyanları, Rusiyanın ortodoks xristyanları, Osmanlı xilafətində dini 
rəhbərlə dünyəvi məsələlər üzrə rəhbər bir-birilərindən fərqlənirdilər. 
Amma buna baxmayaraq, dini rəhbər dünyəvi rəhbərdən daha üstün 


 
315
idi və ruhanilər istədikləri  şəxsi hökümdarlığa təyin edə  və höküm-
darlıqdan uzaqlaşdıra bilərdilər.  
Din və dövlət arasındakı möhkəm bağlılıq heç vaxt mütəfəkkir-
lərin diqqətindən kənarda qalmamışdır və onlar öz əsərlərində daim 
bu məsələyə işarə etmişlər. Fransalı mütəfəkkir Jan Jak Russo bu ba-
rədə belə yazır: 
“İnsanlar ilk olaraq Allahlardan başqa padşahları və Teokrati-
yadan başqa hökuməti tanımırdılar.”
1
 
Fransalı tarixçi Fostel Dokolanj belə yazır: 
“Qədim zamanlarda hökumətlə din bir yerdə fəaliyyət göstərir-
dilər və bir-birilərinə bağlılıqları var idi. Hər bir xalq öz Tanrılarına 
sitayiş edirdilər və  Hər bir Tanrı ona sitayiş edənlərə hökümdarlıq 
edirdi.”
2
 
19-cu əsrdə yaşamış Almaniyalı filosof Hegel də tarixi ağılla uz-
laşdırmağa çalışırdı və bu barədə belə yazırdı: 
“Dövlət dindən yaranmışdır və  əbədiyyətə  qədər də varlığını 
dindən alacaqdır. Hər bir məxsusi hökumət məxsusi dindən  əmələ 
gəlmişdir.... 
Beləliklə, dinlə dövlətin əsası birdir və müştərəkdir. Din dövlət-
dən kənarda  əmələ  gələn və dövlətin idarəçilik yolu ilə insanların 
dövlət qarşısında davranış yollarını  kənardan tənzim edən bir məf-
hum deyildir. Əksinə, dövlətin və yaxud ölkənin daxilində hər bir şe-
yə dinamiklik və məna verən ən əsas və fundamental prinsiplərdən bi-
ridir. Dindarlığı insanlara tərbiyələndirmək yolu ilə öyrətmək məsə-
ləsi düzgündür və insanları daim bu sahədə diqqət altında saxlamaq 
lazımdır. Eləcə də, elm və incəsənəti təlim və təhsil yolu ilə insanlara 
öyrətmək lazımdır. Amma, dinlə dövlət arasındakı əlaqəni siyasi cə-
miyyətin təsis olunmasından sonra dinin təkmilləşdirici və tamamla-
yıcı amil kimi açıqlamaq lazım deyil. Əksinə, daha öncə qeyd etdiyi-
miz kimi bu əlaqənin mənası bundan ibarətdir ki, hər bir dövlər 
                                                 
1
 İctimai saziş, dördüncü kitab, səkkizinci fəsl 
2
 Qədim sivilizasiya, beşinci kitab, üçüncü fəsl 


 316 
müəyyən bir dindən  əmələ  gəlmişdir və dinlə dövlətin  əsası eynidir. 
Hər bir ölkənin elmi, siyasi və incəsənət həyatı həmən ölkədə mövcud 
olmuş və mövcud olan dindən birbaşa asılıdır.” 
Qədim hökumətlərin və dövlətlərin hamısı dini olmuşdur. Daha 
dəqiq desək, qədim zamanlarda olan dinlərin hamısının ictimai və si-
yasi dinlər olmuşlar. Hal-hazırki dinlər qədim dövlətlərin ruhudur və 
onları ulduzların parıltısına bənzətmək olar. Yəni, bəzi ulduzların 
partlayaraq məhv olmasına baxmayaraq onun parıltısı  və nuru hələ 
bizə yenicə gəlib çatmışdır.  
İslam dünyasının böyük filosofu İbni Sina cəmiyyətdə nizam-
intizamın bərqərar olunması üçün peyğəmbərliyin  ən  əsas faktorlar-
dan biri olduğunu vurğulayır. Onun nəzərincə ibadət və dini məra-
simlərin mənası isə insanların daim onu yadlarında saxlamasıdır. Hər 
halda, peyğəmbərlərlə hökümdarları müqayisə etsək onların təsir sə-
viyyəsi arasındakı fərqin nə dərəcədə kəskin olmasının şahidi olarıq. 
Mövlana Cəlaləddin Rumi belə buyurur: 
“Şahların adı bir gündən sonra artıq unudulur, amma Əhmədin 
(Həzrət Muhəmməd (s)-in adı) adı əbədiyyətə qədər qalacaqdır.”
1
 
 
12-1. Zərdüştlük, Yəhudilik, Xristyanlıq və  İslam cəmiyyət-
lərindəki dini hökumət.  
Daha öncə qeyd etdiyimiz kimi, Zərdüşt peyğəmbərliyə çatan ki-
mi dövrünün şahı Güştasbın yanına getdi və onu dinini qəbul etməyə 
dəvət etdi. Güştasb da öz növbəsində dərhal Zərdüştün dinini qəbul 
etdi. Qeyd etmək istərdik ki, dünyanın bir çox yerlərində olduğu kimi 
qədim  İranın  əfsanəvi  şahları da dini və siyasi rəhbərliyi bir yerdə 
cəmləşdirmişdilər. Bu şahların dindarlığı  və Allaha sitayişi “Şahna-
mə”-də qeyd olunmuşdur və onların hamısı  zərdüştlükdə dini lider 
mənasını kəsb edən “Mubəd” adı ilə adlandırılmışlar. Məsələn Cəm-
şid şah barəsində belə qeyd olunmuşdur: 
                                                 
1
 Məsnəvi, 4/2873 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə