Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   2   3   4   5   6   7   8   9   ...   23

16 

 

 



 

Beləliklə,  bazarlar  sistemi  və  ayrı  –  ayrı  istehsalçıların  maksimal  gəlir  əldə 

etməyə cəhdi birlikdə istehsalın optimal struktura çatmasını təmin edən mexanizmini 

təşkil edir.   

 

 

Diqqət  etsək,  bu  mexanizm  məqsədə  çatmanı  təmin  edir,  təsərrüfat 



iştirakçılarından heç biri bu məqsədə şüurlu şəkildə yaxınlaşmır. Adam Smitə görə, 

hər bir ayrıca istehsalçı yalnız öz tələbatlarını ödəmək istəyir, amma bazar sisteminin 

hərəkətinə  görə  cəmiyyətin  tələbatlarının  ödənilməsinə  “gözəgörünməz  əl”  ilə 

yönəlmiş  olurlar.  Bu  cür  sistemdə  heç  bir  koordinatorun  mövcud  olmaması  və 

A.Smitin  ifadəsi  bu  mexanizmin  “Gözəgörünməz  əl”  kimi  adlandırılmasına  səbəb 

olmuşdur. 

Bir  çox  səbəblərdən  gözəgörünməz  əl  mərkəzi  idarəetmədən  çox  səmərəli 

fəaliyyət göstərir.  

Birincisi,  bazar  təsərrüfatında  tələb  və  məsrəflər  haqqında  informasiyanın 

mərkəzləşdirilmiş  yığımına  və  emalına  ehtiyac  yoxdur.  Hər  biristehsalçı  tələbin 

qiyməti ilə özü məşğul olur, öz buraxılışını seçir, o “yuxarıdan” qərar gözləmir. 

kincisi, komanda təsərrüfatında kimi bazar təsərrüfatında olduğu kimi, oyunun 

maksimal  gəlirin  əldə  edilməsinə  müvafiq  ümumi  qaydası  yoxdur.  Bu  da 



17 

 

 



 

istehsalçıları istehsalı yüksəltməyə, məsrəfləri azaltmağa, istehsalın gəlirli sahələrini 

axtarmağa sövq etmir. 

Ə

lbəttə,  bazar  mexanizmi  özünün  əhəmiyyətli  potensialına  baxmayaraq    bəzi 



çatışmazlıqlara malikdir, elə problemlər də vardır ki, bu mexanizm onları həll etmir, 

ya da çox asta həll edir.  

Çox tanınmış iqtisadçı olan C.Sorosa görə, “Müasir böhranın səbəbləri kənarda 

deyil.  Onun  yaranmasını  sistemin  özü  şərtləndirmişdir”.  qtisadi  cəhətdən  güclü 

dünya ölkələrinin böhrana qarşı mübarizəsinə əsaslanaraq bu qənaətə gəlmək olar ki,  

dünya  maliyyə  sistemi  2008-ci  ildə  riskləri  bölüşdürmək  əvəzinə  onları  daha  da 

artırır. 

Neoliberal ideyanın “görünməz əli” işləmir. Buna görə də artıq bir çox iqtisadçı 

alimlər C.Stiqlisin “Bazarda görünməz əlin görünməməyinin səbəbi ondadır ki, belə 

ə

l  burada  yoxdur”  fikrini  dəstəkləyirlər.  Əslində,  dövlətin  liberal  iqtisadi 



münasibətlərdə  tamamilə  iştirak  etmədiyini  söyləmək  mümkün  deyil.  qtisadçıların 

bir  qrupu  “bazarın  boşluqları”  ilə  “dövlət  tənzimləməsinin  boşluqlarının”  eyni  cür 

dəyərləndirməmişlər. 

Bizim 


də 

fiikrimizcə, 

bu, 

həqiqətən 



də, 

doğru 


qiymətləndirmədir.  Akademik  L.Abalkinin  təbirincə,  “  Prinsip  etibarı  ilə,  dövlətin 

iqtisadiyyatda  iştirakının  zəruriliyinin  əksi  heç  vaxt  aktual  olmayıb,  həmişə  belə 

iştirakın  obyekt  və  subyektləri,  əhatə  dairəsi  və  sərhədləri,  forma  və  üsulları,  sosial 

dəyəri,  meyilliyi  və  istiqamətləndirilməsi  müzakirə  predmeti  olmuşdur”.  Burada  

iqtisadi  idarəetmədə  mühüm  məsələlərdən  biri  olaraq  məqsəd  funksiyasının 

formalaşdırılmasının  olduğunu  nəzərə  almaq  lazımdır.  ndiyə  kimi  bu  məsələn  öz 

universal  həllini  tapmamışdır.  Bu  gün  təcrübi  cəhətdən  ən  geniş  istifadə  olunan 

yanaşma üsulu Tinberqen bərabərsizliyinə və “prioritetlərin seçiminə” əsaslanır. 

Qeyd etmək zəruridir ki, müasir dövlət tənzimləməsi nəzəriyyəsinin banisi C.M 

Keynsin  “Hadisələr  və  faktlar  arasında  müəyyən  əlaqə  var,  lakin  bu  əlaqəni  heç  də 

həmişə  ölçmək  olmur”  fikri  doğru  deyildir.  Təcrübələrə  əsasən  bu  nəticəyə  gəlmək 

olar  ki,  iqtisadi  informasiyanın  keyfiyyətini  artırdıqca,  onun  tamlığı,  şəffaflığı  və 




18 

 

 



 

doğruluğu  təmin  edilir,  bu  da  yuxarıda  qeyd  edilən  ölçməni  təmin  etməyə  imkan 

verir. 

nformasiyanın tamlığı iqtisadi siyasətin müəyyən hissəsində təsiri olan, ölçülən 



bütün  parametrlərin  analitik  sintezi  vasitəsi  ilə  təmin  edilir.  Doğrudur,  burada  əsas 

məqam  məqsədin  seçimindən  və  müvafiq  analitiklərin  bacarığından  asılıdır.  Faktiki 

olaraq,  bu  mərhələdə  sintetik  göstəricilərin  üstünlük  təşkil  etdiyi  yeni  sistem 

formalaşdırılır. 

nformasiyanın  tamlığının  qiymətləndirilməsində    onun  formalaşdırılması  və 

ölçmə  mənbələrinə  əsaslanmaq  olar.  Bu  zaman  ən  mühüm  olan    müvafiq 

göstəricilərin qarşılıqlı uyuşqanlığı və  müəyyən mənada bir-birini təsdiqləməsidir. 

nformasiyanın  şəffaflığı  onun  tamlığını  və  doğruluğunu  xarakterizə  edən 

cəhətlərin  mövcudluğu və informasiyanın bütün maraqlı tərəflər üçün əlyetərliyi ilə 

müəyyənləşdirilir. 

Fikrimizcə,  yuxarıda  qeyd  olunan  xüsusiyyətlərə  malik  olan  informasiyanın 

formalaşdırılması üçün aşağıdakıların həyata keçirilməsi vacibdir: 

-

  qtisadiyyatın  idarə  edilməsi  terminlərinin  eyniliklə  qəbul  edilən 



qlossarisinin yaradılması; 

-

  qtisadi informasiyanın standartlarının yaradılması; 



-

  qtisadi  qanunvericiliyin  yeni  informasiya  standartları  və  qlossari  ilə 

uyğunlaşdırılmasının təmin edilməsi. 

Dünya böhranının baş verməsi səbəbləri sırasına dünya iqtisadiyyatını çulğamış 

və özünün xarakterinə, həm də miqyasına görə “Böyük tənəzzül”lə müqayisə olunan 

müasir  qlobal  maliyyə-iqtisadi  böhranının  səbəblərini  araşdırmaqla  məşğul  olan  bir 

çox tədqiqat mərkəzləri, beynəlxalq iqtisadi qurumlar və ayrı-ayrı analitiklər  iqtisadi 

proseslərin uzun müddət ərzində gedişi haqqında düzgün və tam məlumatların ortada 

olmamasını  və  bu  tip  məlumatlara  adekvat  reaksiyaların  vaxtında  baş  verməməsini 

aid  edirlər.  Bu  baxımdan  müasir  dövrdə  dünya  iqtisadiyyatının  böhrandan  sonrakı 

mərhələdə idarə olunmasında keçiriləcək zəruri tədbirlər içərisində iqtisadi inkişafın 

yeni  analitik  və  statistik  informasiya  bazasının  təşkili  məsələsi  aktual  hesab  edilir. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə