Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

41 

 

 



 

istifadəçini  xarakterizə  edən  informasiya  sığorta  şirkəti  üçün    əlçatmaq 

informasiyadır.  Təbii  ki,  yaxın  gələcəkdə  uşaq  dünyaya  gətirməyi  planlaşdırmayan 

qadınlar sığorta vəsiqəsinin alınmasına vəsait məsrəf etməyəvəklər. Bununla belə bu 

cür  bazarda  da  uğursuz  seçim  baş  verəcəkdir,  bu  qəbildən  olan  sığorta  vəsiqəsini 

buraxmağa  risk  edən  şirkət  öz  müştərilərinin  hamiləliyi  ilə  bağlı  məsrəfləri 

ödəyərəksadəcə  olaraq  müflis  olacaqdır.  Nəticədə  bazardan  bu  tipli  sığorta 

xidmətlərinin tamamilə uzaqlaşdırılmasına gətirib çıxaracaqdır.  

Analoji  hal  insanların  sığortası  zamanı  qeyri-aşkar  formada  özünü  göstərir. 

Tibbi  sığorta  əldə  edən  insanlar  öz  sağlamlıqlarının  ümumi  vəziyyəti  haqqında 

sığorta  şirkətindən  daha  çox  informasiyaya  malikdirlər.  Buna  görə  də  burada 

saxlanmış  avtomobillərdə  olduğundan  daha  yüksək  səviyyədə  uğursuz  seçim  baş 

verir.  Əgər  sığortaçı  şirkət  xəstə  müştəriləri  sağlam  müştərilərdən  fərqləndirə 

bilsəydi, o zaman sığorta vəsiqələrinə müxtəlif qiymətlər – sağlamlar üçün daha aşağı 

və xəstələr üçün – daha yüksək qiymət təyin edərdi.Onda bu bazarda «bölüşdürücü 

tarazlıq

»  yaranardı  və  uğursuz  seçim  məsələsi  həll  edilmiş  olardı.Lakin,  adətən, 

sığorta  şirkəti  bunu  edə  bilmir.  Buna  görə  də  o,  sığorta  vəsiqəsinə  hər  hansı  orta 

qiyməti  təyin  edir.  Xəstə  insanlar  üçünbu  orta  qiymət  aşağı  olur,  onlar 

məmnuniyyətlə sığorta olunacaqlar.  Sağlam insanlar üçün  - bu, yüksək qiymətdir, 

onlardan əksəriyyəti sığorta vəsiqəsi almaq istəməyəcəklər. Beləliklə, ümumi sığorta 

olunmuşların  ümumi  sayında  xəstə  insanların  sayı  artacaqdır.  Bu  da  sığorta 

vəsiqəsinin  orta  qiymətini  daha  da  yüksəldəcəkdir.  Bununla  da  sağlam  olmayan 

insanların sayı daha çox artacaq və yenə də qiymət qalxacaqdır. Qiymətin qalxması 

yalnız bu kateqoriyadan olan  son şəxslərin sığorta bazarından çıxacağı zaman qədər 

davam edəcəkdir. Beləliklə, sığorta fəaliyyəti mənfəətsiz olacaqdır. 

Təəssüf  ki,  uğursuz  seçim  probleminin  univrsal  həlli  mövcud  deyildir.  Məhz 

buna görə də verilmiş problem tədqiqat üçün az maraq kəsb etmir. Real həyat sübut 

edir  ki,  bu  məsələnin  ilk  ortaya  çıxdığı  sığorta  bazarı  bu  günə  qədər  tamamilə 

səmərəli  şəkildə  davam  etməkdədir,  yəni  sığorta  şirkətləri  bizi  maraqlandıran 




42 

 

 



 

məsələnin  həllinin  yolunu  tapmışlar.Aşağıda  sığorta  şirkətlərinin  informasiyanın 

assimmetrikliyi ilə mübarizədə istifadə etdiyi bəzi üsulallar təqdim olunmuşdur.  

1. Həyatın və sağlamlığın sığortası zamanı tibbi müayinənin keçirilməsi.

Həyatın 


və  sağlamlığı  sığortası  zamanı  bir  çox  sığorta  şirkətləri  ya  asılı  olmayan  tibbi 

müayinə  tələb  edirlər,  ya  da  özləri  bu  tip  müayinəni  həyata  keçirirlər.  Belə 

müəayinədə  əsas  məqsəd  –  sağlamlığızəif  olan  insanların  aşkar  edilməsidir.  Tibbi 

müayinənin  tətbiq  praktikasışirkətə  sığorta  üzrə  yaxın  zamanda  ödəniş  edəcək 

insanlar qrupunu təyin etməyə imkan verir.  

2.  Qrup  sığortası.

Bu,  uğursuz  seçim  probleminin  digər  həllidir.  Qrup  sığortası 

zamanı  bütün  fəhlələr  çalışdıqları  müəssisənin  rəhbəri  tərəfindən  sığortalanırlar. 

Statistik  verilənlərdən  istifadə  etməklə  sığorta  şirkəti  müəssisədə  çalışan  bu 

kateqoriyalı  insanların  sığorta  olunmasının  orta  ehtimalını  aşkar  edir.Assimmetrik 

informasiyanın  problemlərinin  verilmiş  metodla  həllinin  könüllü  sığortadan  fərqi 

ondan ibarətdir ki, burada  risk mexanizmi zəifdir, yəni mütləq qaydad bütün işçilər 

sığorta olunmağa çalışacaqlar, kənarda qalma üçün stimul belə yoxdur.  Başqa  sözlə, 

sığorta şirkəti çoxsaylı işçilərin orta sayına qoyduğu sığortanın məbləinə əsaslanır ki, 

bu  da  bütün  işçilərin  sığorta  proqramında  iştirakına  və  uğursuz  seçimin  aradan 

qaldırılmasına zəmanət verir.  

3.  Mütləq  sığorta.

Bir çox ölkələrdə qrup sığortası  mexanizminə  analoji olaraq 

sağlamlığın mütləq sığortası mexanizmi fəaliyyət göstərir.Bu metodun qrup sığortası 

metodundan  fərqi  onun  çoxmiüyaslılığıdır,  belə  ki,  şirkətin  müştəriləri  konkret  bir 

müəssisənin əməkdaşları deyil, məsələn, bu ölkənin bütün əhalisidir.  

Bu  misaldan  görünür  ki,  informasiya  assimmetriyasının  olduğu  zaman  bazar 

iqtisadiyyatına  dövlət  tərəfindən  müdaxilə  olunması  o  qədər  də  zəruri  deyil,  yəni 

dövlət  informasiyanın  assimmetrikliyi  problemini  tamamilə  həll  etmək  iqtidarında 

deyil. 



43 

 

 



 

Mənəvi risk.

Biz fərdlərarası kontrakt imazalanan zaman və ya ticarət razılaşması 

prosesində    informasiyanın  assimmetriyasının  mövcud  olduğu  proseslərə  baxdıq. 

Kontrakt  imzalandıqdan  sonra  ortaya  çıxan  informasiya  assimmmetriyasına  baxaq.  

Kontraktın  imzalandığı  anda  da  belə  bu  qəbildən  olan  assimmetrik  informasiya 

yarana bilər.  Bankı müşahidə etmək çətin olduqda  “Mənəvi risk” adı altında məlum 

olan  gizli  əməliyyatlar  halı  o  zaman  mümkün    bilər  ki,  bankın  müştəriləri  hansı 

məqsədlərlərlə  kredit  vasitələrindən  istifadə  edir  və  bu  vasitələrdən  istifadə  riskinin 

dərəcəsi necədir? 

lkin  olaraq  “Mənəvi  risk”  termini  sığorta  problmlərinə  həsr  edilmiş 

ə

dəbiyyatlarda  meydana  çıxdı.  Burada  mənəvi  risk  sığorta  şirkəti  özünün 



sığortalanmış  müştərilərinin  mümkün  itkilərdən  qaçma  (qaçmama)  cəhdlərini 

müşahidə edə bilmədiyi halda baş verir. Misal olaraq yanğından sığorta halına baxaq.  

Yanğından  sığorta  olunmamış  rasional  ev  sahibi  özünü  necə  apacaq?  O  hər 

zaman yeni elektrik cihazları almaqla və ya köhnə elelktrik xətlərini dəyişməklə və s.  

bədbəxt hadisənin ehtimalını aşağı sala bilər.Bütün bu hərəkətləri biz ehtiyat tədbiri 

kimi təyin edə bilərik. Bu tədbirlərin qəbul olunmasına səbəb odur ki, onlar yanğın 

riskini azaltmaqla gözlənilən ziyanı aradan qaldırır.  

Sığorta vəsiqəsi olduğu halda ev sahibinin davranışı dəyişəcəkmi? Fərz edək ki, 

ev  sahibi  yanğından  sığorta  vəsiqəsi  əldə  edir,  bu  da  tamamilə  onu  köhne  evin 

yandığı  halda  yeni  evin  tikilməsinə  olan  bütün  məsrəflərini  qarşılayır  və  eləcə  də 

yanmış  əmlakın  dəyərinə  yenidən  nəzər  salınır.  Bu  halda  ev  sahibi  təhlükəsizlik 

tədbirlərini  görməklə  yanğın  ehtimalının  azalması  üçün  özünə  xeyirli  olanı 

düşünmür,  çünki  baş  vermiş  itkilər  ev  sahibindən  müəyyən  qədər  məsrəflər  tələb 

etmiş  olur.  Bütün  halları  nəzərə  alan  ev  sahibi  yanğına  qarşı  təhlükəsizlik 

tədbirlərinin    qəbul  edilməsinə  xərc  çəkməməyi  qərara  alır.  Bu  cür  tədbirlərin 

olmaması  əhəmiyyətli  dərəcədə  yanğının  baş  vermə  ehtimalını    -  ziyanın  aradan 

qaldırılması  üçün  sığorta  şirkəti  tərəfindən  ödəmə  ehtimalını  artırır.  Mənəvi  risk 

probleminin mənası da məhz bundadır.  Ev sahibi yanğın olduğu halda evin bazarda 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə