35
“ nkişaf etməkdə olan ölkələrdə sənaye layihəsinin tədqiqi üzrə göstərişlər”
( .Littlin həmmüəllifliyi ilə, 1969), “ qtisadi inkişaf modelləri” (N.Sternin
həmmüəllifliyi ilə, 1973), “Layihələrin qiymətləndirilməsi və inkişaf etməkdə olan
ölkələr üçün planlaşdırma” ( .Littlin həmmüəllifliyi ilə, 1974) işlərinin, eləcə də bir
çox elmi məqalələrin müəllifidir. C.А.Mirrlis tətbiqi iqtisadiyyatın, xüsusən də
vergiqoyma iqtisadiyyatının inişafına əhəmiyyətli töhfə vermişdir. O, insan təbiəti
haqqında bilikləri maliyyə fəaliyyətinin müxtəlif sahələrinin tədqiqində və vergi
siyasətinin işlənib hazırlanmasında tətbiq etmişdir. “Məlumat və stimullar: qamçı və
ş
irniyyat iqtisadiyyatı” (1996), “Yaşlı insanların iqtisadiyyatı” (1997), “Optimal
vergiqoyma və məlumat” (1997) və s. kimi bir sıra aktual işlər dərc etdirmişdir.
1968-1995-ci illərdə Oksford Universitetinin iqtisadiyyat üzrə professoru, sonra
Kembric Universitetinin siyasi iqtisadiyyat üzrə professoru olmuşdur. 1989-1992-ci
illər ərzində Britaniya Krallığının qtisadi Cəmiyyətinin prezidenti olmuşdur. 1998-ci
ildə vitse-prezident seçilmişdir. 2000-ci ildən isə Avropa
qtisadiyyat
Assosiasiyasının prezidentidir. ABŞ Milli Elmlər Akademiyasının, Amerika
ncəsənət və Elm Akademiyasının üzvü, Oksford, Edinburq universitetlərinin fəxri
doktoru, Honkonq Universitetinin fəxri professorudur.
70-ci illərin əvvəllərində Amerika iqtisadçıları М.Spens, C.Y.Stiqlits, C.Akerlof
iqtisadiyyatda asimmetrik məlumat mövzusuna müraciət etmişlər. Onların nəzəri
modelləri iqtisadi tarazlığın ümumi nəzəriyyəsinə əsaslanırdı. Həmin nəzəriyyənin
mahiyyəti ondan ibarətdir ki, istənilən bazar təsərrüfatı tendensiya şəklində tarazlığa
yaxınlaşır; sistemin birliyini təmin edən və tarazlığa can atmanın həyata
keçirilməsinə təsir göstərən, bazar iqtisadiyyatının əsas elementlərinin qarşılıqlı
asılılıq prinsipi mövcuddur. Lakin bu zaman onun bazarların avtomatik
“təmizlənməsi”, yəni qiymətlərin sürətli dəyişdirilməsi vasitəsilə tələb və təklifin
avtomatik uyğunlaşdırılmasından ibarət əsas şərti mövcud olmur, Bunun səbəbi tam
və etibarlı məlumatın olmaması və institusional məhdudiyyətlərdir.
“Limonlar” üçün bazar: keyfiyyətin qeyri-müəyyənliyi və bazar mexanizmi”
(ing. The Market for 'Lemons': Quality Uncertainty and the Market Mechanism) —
36
Corc Akerlofun 1970-ci ildə dərc olumuş elmi işidir. Elmi iş əlçatan məlumatın
asimmetriyasına həsr olunmuşdur: Burada satıcının malın keyfiyyəti haqqında
alıcıdan çox bilməsi şəraitinin bazarda nəticələri təhlil edilir. Akerlof, Maykl Spens
və Cozef Stiqlits 2001- ci ildə asimmetrik əlçatan məlumatlı bazarların təhlilinə görə
Nobel mükafatı almışlar.
Bir çox bazar mövcuddur ki, orada alıcılar alacaqları malların keyfiyyəti
haqqında mülahizə yürütmək üçün bu və ya digər bazar statistikasından istifadə
etməlidirlər. Belə bazarlarda aşağı keyfiyyətli malı satışa çıxarmaq üçün satıcılarda
stimul yaranır, çünki yüksək keyfiyyət əsasən konkret satıcıya deyil bazarda həmin
statistikanın aid olduğu bütün satıcılara etibar qazandırır. Nəticədə həm malların orta
keyfiyyətinin, həm də bazarın həcminin azaldılması tendensiyası yaranır. Həmçinin
qeyd etmək lazımdır ki, bu cür bazarlarda ictimai maraqlar xüsusi maraqlara uyğun
gəlmədiyi üçün bir sıra hallarda dövlətin müdaxiləsi sözləşmələrin bütün
iştirakçılarının rifahını yüksəldə bilər. Həmçinin bazarın bütün agentlərinin rifahının
potensial yüksəldilməsi məqsədini güdən özəl institutlar da meydana çəxa bilər.
Lakin bu cür institutlar təbiətcə çox-elementli deyil və, nəticə etibarilə, bütün mənfi
nəticələri ilə birlikdə iqtisadi hakimiyyətin bir əldə cəmləşməsi təhlükəsini özündə
gizlədir. Bu müddəaları aydınlaşdırmaq və inkişaf etdirmək üçün avtomobil bazarı ilə
bağlı ən sadə nümunəni nəzərdən keçirək. Qeyd etmək lazımdır ki, bu cür seçim
nəzərdən keçirilən vəziyyətin vacibliyi və reallığından daha çox problemin daha çox
konkretliyi və daha yaxşı anlaşılması ilə bağlıdır.
ş
lənmiş avtomobillərlə bağlı nümunə problemin mahiyyətini göstərməyə imkan
verir. Vaxtaşırı yeni avtomobillərin qiyməti ilə satış zallarının vitrinlərini təzəcə tərk
etmiş avtomobillərin qiyməti arasında fərqin olması haqqında müzakirələr və ya
heyrətli fikirlər eşitmək olar. Bu fenomenin adi izahı ondan ibarətdir ki, göstərilən
fərq “yeni” avtomobilə sahib olma zövqünə görə ödənişdən ibarətdir. Biz başqa cür
izahat təklif edirik. Fərz edək ki (reallıq yox, sadəlik naminə), avtomobillər sadəcə iki
ə
lamətə görə təsnifləndirilir: bir tərəfdən, yeni və işlənmiş, digər tərəfdən – yaxşı və
pis (Amerikada sonuncular “limon” adlandırılır). Yeni maşın yaxşı ola bilər, lakin
37
“limon” da ola bilər; təbii ki, eyni hal işlənmiş maşınlarda da mümkündür. Yeni
avtomobili satın alarkən, fərd yaxşı maşın, yoxsa “limon” aldığını əvvəlcədən bilmir.
Lakin ona məlumdur ki, q ehtimalı ilə həmin maşın yaxşı, (1-q) ehtimalı ilə isə pis
çıxa bilər; fərz edilir ki, q – bütün istehsal olunmuş maşınlar arasında yaxşılarıdır, (1-
q) isə – “limonlar”dır. Bununla yanaşı, avtomobilin sahibi ondan müəyyən müddət
istifadə etdikdən sonra ona necə maşının qismət olduğunu daha yaxşı aydınlaşdıra
bilər, yəni o, avtomobilinin “limon” olması ilə bağlı yeni ehtimal irəli sürür. Bu yeni
qiymətləndirmə birincidən daha dəqiqdir. Beləliklə, artıq satıcı maşının keyfiyyəti
haqqında alıcılardan daha çox bildiyi üçün, əldə olan məlumatın asimmetrikliyi
meydana çıxır. Eyni zamanda həm yaxşı, həm də pis avtomobillər onsuz da eyni
qiymətə satılmalıdır, çünki alıcı yaxşı maşını pis maşından fərqləndirə bilmir.
Aydındır ki, işlənmiş avtomobil yeni avtomobil kimi yüksək qiymətləndirilə bilməz –
ə
ks təqdirdə, “limonlar”ın sahiblərinə öz maşınlarını sataraq, yaxşı çıxmaq ehtimalı
(q) daha yüksək, pis olmaq ehtimalı isə daha aşağı olan yeni avtomobili eyni qiymətə
almaq sərfəli olardı. Belədirsə, yaxşı maşının sahibi əlverişsiz vəziyyətdə qalır: o,
nəinki avtomobilini həqiqi dəyərinə sata bilmir, həm də öz yeni maşınının gözlənilən
dəyərini də əldə edə bilmir. Burada biz Qreşam qanununun dəyişilmiş təzahürü ilə
rastlaşırıq, – axı bazarda təklif olunan maşınlar arasında əksəriyyəti “limon” ola bilər,
yaxşı maşın isə ümumiyyətlə olmaya bilər. “Pis” maşınlar “yaxşı” maşınları bazardan
sıxışdırıb çıxarmaq tendensiyasına malikdir (eynilə Qreşam qanununa görə “pis”
pulların “yaxşı” pulları sıxışdırıb çıxardığı kimi). Lakin burda bənzətmə çox da dəqiq
deyil. Pis maşınlar yaxşıları ona görə sıxışdırıb çıxarır ki, onların hər ikisi eyni
qiymətə satılır; eynilə də yararsız pullar yararlı pulları ona görə sıxışdırır ki, onların
hər ikisi üçün mübadilə məzənnəsi eynidir. Lakin alıcının pis avtomobili yaxşı
avtomobildən ayıra bilməməsi ilə bağlı olaraq, onlar eyni qiymətinə satılır (keyfiyyət
yalnız satıcıya məlumdur), halbuki Qreşam qanununda həm alıcının, həm də satıcının
“pis” pulları “yaxşı” pullardan ayırd etməsi nəzərdə tutulur. Beləliklə, bu bənzətmə
faydalı olsa da, tam deyil.
Dostları ilə paylaş: |