Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   15   16   17   18   19   20   21   22   23

59 

 

 



 

III FƏS L.   QT SAD  S STEMLƏR N TRANSFORMAS YASINA 

                            TƏS R EDƏN AM LLƏ

 

 

3.1. Asimmetrik informasiya probleminin  aradan qaldırılmasında  

       kommunikasiya vasitələrindən istifadə 

 

 



Bütün  fəaliyyət  sahələrində  KT-nin  geniş  tətbiq  olunması  informasiya 

asimmetriyası  problemi  olan  inhisarçı  bazar  mühitinə  öz  dağıdıcı  təsirini  göstərir. 

Belə  ki,  KT-nin  inkişafı  ilə  bağlı  olaraq  biznes  proseslərinin  əlaqələndirilmə 

imkanları  genişlənir.  nternet  vasitəsi  ilə  inteqrasiya  edilən  müxtəlif  biznes  növləri 

yeni  bazar-şəbəkə  infrastrukturu  çərçivəsində  daha  səmərəli  formada  fəaliyyət 

göstərməyə  başlayır.  Yeni  bazar  şəbəkə  infrastrukturu  biznesin  miqyasını  daha  da 

genişləndirir,  informasiyanın  asimmetriklik  ölçüsünü  aşağı  salmaqla  iqtisadi 

innovasiyaların  daha  sürətlə  yayılmasına  şərait  yaranır.  Bütün  bunlar  isə  nternetin 

aşağıdakı imkanları hesabına baş verir [5]:  

xtiyari  informasiyanın  əldə  olunması. 

nternet  marketinq  tədqiqatları  üçün  elə 

imkanlar  yaradır  ki,  digər  informasiya  mənbələri  bu  imkanları  təqdim  edə  bilmir.  

Fiziki və hüquqi şəxslər ani və asan şəkildə ayrı-ayrı müəssisələr, onların məhsulları 

və  rəqibləri,  partnyorları  və  s.  haqqında  böyük  həcmdə  informasiya  əldə  etmə 

imkanına  malik  olurlar.  Marketoloqların  daima  passiv  tədqiqatlar  aparmaq,  bazarın 

məqsədli seqmentini öyrənmək, məqsədyönlü sorğular keçirmək, istifadəçilərin veb-

saytlardakı davranışlarını təhlil etmək və s. kimi imkanları olur. Marketinq sahəsində 

çalışan  mütəxəssislər  üçün  ictimai  rəyin  monitorinqi  və  formalaşdırılması  nöqteyi-

nəzərindən qlobal informasiya sistemi -  nternet əvəzolunmaz bir vasitədir.  



stehlakçıya təsir səviyyəsinin azalması. 

stehlakçı istər yaxınlarının -  qohum və 

dostlarının,  istərsə  də  satıcıların  inandırıcı  rasional  və  emosional  amillərinin  təsiri 

altına  düşmür,  çünki  alqı-satqı  prosesinin  və  informasiya  əldə  etmənin 

konfidensiallığı mühafizə olunur.  



60 

 

 



 

Bazar şərtlərinə  çevik  adaptasiya. 

Təchizatçılar əməli olaraq ticarət təkliflərinə 

öz əlavələrini  edə bilərlər, bazar qiymətlərini və malların xüsusiyyətlərini tənzimləyə 

bilərlər.  nternet  vasitəsilə  onlar  tələbin  artma  tendensiyalarını  izləmək  və  onun 

formalaşmasına təsir göstərmək imkanı əldə edirlər.  

stehlakçılar  üçün  rahatlıq. 

Birincisi,  evdən  çıxmadan  informasiyadan  çevik 

istifadə,  sutkanın  istənilən  zamanında  əmtəə  və  xidmətlərin  sifarişidir.  Əmtəə 

haqqında  məhdudiyyət  olmadan  bütün  zəruri  informasiyanı  əldə  etmək,  fotoşəklini 

yerləşdirmək,  audio-video  müşayiət  rejimi  qurmaq  mümkündür. 

nternetin 

fəaliyyətinin  və dinamik  inkişafının  mühüm  nəticəsi istehsalçı  və  istehlakçıların  ani 

qarşılıqlı əlaqə yaratma imkanına malik olmasıdır.  



Sosial  cəhətdən  fəal  və  ödəniş  qabiliyyətli    auditoriya. 

Kompüter  və  nternetin 

mövcudluğu yüksək alıcılıq qabiliyyəti üçün stimul yaradır, yəni şəbəkə müəssisə və 

auditoriyalar üçün daha çox maraq kəsb edir.  Bundan başqa,  nternet istifadəçiləri öz 

üstünlüklərini  və  təcrübələrini,  tələbat  və  tərəddüdlərini  fəal  şəkildə  ifadə  edən 

insanlardır.  nsanların ənənəvi reklama etimadı azaldığından forumların, bloqların və 

virtual  cəmiyyətlərin  təsiri  artır.  Bunun  da  öz  kökləri  vardır,  çünki  onlara  etimad 

göstərirlər, hər bir məlumat müəyyən reputasiyası olan insanın fikridir.  



əssisələrin məsrəflərinin azalması. 

nternet-marketinq malların saxlanmasına, 

mühafizəsinə,  kataloqların  yaradılmasına  və  dəstəklənməsinə,  daxili  sənəd 

dövriyyəsinin  formalaşdırılmasına  və  fəaliyyətinə,  ezamiyyətlərə,  istehlakçılarla, 

təchizatçılarla,  tərəfdaşlarla  əlaqələrin  qurulmasına  sərf  edilən  məsrəflərə  qənaət 

edilməsinə imkan yaradır.  



əssisələrin  istehlakçılarla  tərəfdaşlıq  əlaqələrinin  qurulması. 

nternet  real 

zaman  rejimində  daha  sıx  əlaqələrin  qurulması,  forum  və  telekonfransların  təşkili, 

dialoqların  aparılması,  istehlakçıların  sorğularına  və  partnyorların  tələblərinə  əməli 

münasibət bildirilməsi üçün çox əvəzsiz bir vasitədir.  

nteraktivlik. 

nternet  vasitəsilə  istehlakçı  ilə  birbaşa  qarşılıqlı  əlaqə  qurmaq, 

canlı diskussiya zamanı malın üstünlüyünü göstərmək, istehlakçının fikrini öyrənmək 

imkanı mövcuddur.  




61 

 

 



 

Rəqabətin  genişlənməsi. 

Qlobal  virtual  bazara  çıxış  və  sərhədlərin  silinməsi 

imkanı istesalçıların və istehlakçıların sayının əhəmiyyətli dərəcədə artmasına səbəb 

olmuşdur. Rəqabət ənənəvi biznesdə olduğu kimi, əsasən, təklif edilən qiymətlərlə və 

malların  çeşidləri  ilə  sıx  əlaqəlidir.  Digər  tərəfdən,  müəssisənin  veb-saytında  geniş 

kontentin  əlyetərli  olması  rəqiblərin  zəiflədir.  nternetdə  ənənəvi  iqtisadiyyatdan 

fərqli  olaraq,  rəqiblər  üzərində  üstünlük  əldə  etmək  və  onu  qoruyub  saxlamaq  çox 

çətinliklər bahasına başa gəlir.  



Potensial daxil olma sədlərinin səviyyəsinin aşağı enməsi. 

Real dünyada bir çox 

ş

irkətlər miqyas effekti, distribusiya sisteminin olmaması, güclü ticarət markalarının 



mövcudluğu  və  istehlakçılarda  informasiyanın  yetərli  olmaması  kimi  sədlərin 

mövcudluğu  şəraitində  yeni  bazarlara  daxil  olma  imkanına  malik  deyillər.  Virtual 

dünyada isə bu cür sədlərin çoxu mövcud deyil.  

Sahələrin konvergensiyası. 

Rəqəmsal texnologiyaların təsiri ilə bir çox sahələrdə 

konvergensiya  tendensiyaları  güclənməkdədir.  Məsələn,  informasiya  şirkətləri  üçün 

kompüter  və  kommunikasiya  firmalarında  olan  yeni  texnologiya  və  şəbəkələrə 

ehtiyac  vardır.  kincilər  isə,  alıcıları  cəlb  etmək  üçün  öz  şəbəkələrini  zəruri 

informasiya ilə təmin etmək məcburiyyətindədirlər. Nəticədə, qovuşma, əldə etmə və 

tərəfdaşlıq üçün yeni bazar imkanları yaranır.  

stehlakçı  üçün  dəyərin  artması. 

nternet-marketinq  alıcı  üçün  sərfəlidir,  çünki 

ə

nənəvi ticarət obyektləri ilə müqayisədə daha aşağı qiymət, daha geniş çeşid, əlavə 



rahatlıq  və  fərdi  yanaşma  təklif  edir.  Bu  cür  üstünlüklərə  malik  olan  yeni  şirkətlər 

ticarətin təşkilinin ənənəvi formalarına əsaslanan rəqiblərini sürətlə arxada qoyurlar.  



Dünya bazarına çıxış imkanı. 

nternetin sayəsində sərhədlər və məsafələr aradan 

qaldırılır.  Artıq  istehlakçılar  saytlar  vasitəsilə  mal  seçib  alarkən  məsafəyə  yox, 

keyfiyyətə üstünlük verirlər. Beləliklə,  nternetin hesabına istənilən şirkət beynəlxalq 

ş

irkət statusu alır.  



 

 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə