Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

47 

 

 



 

menecer  və  fəhlələrin  məqsədlərinin  qeyri-müəyyənlik  dərəcəsindən    asılıdır.  Onun 

qurulması bilavasitə cəhdləri gücləndiməklə ideal sxem səviyyəsində səmərəliliyi hər 

zaman təmin edə bilməyəcəkdir.  



Bazar  siqnalları.

Yüksək  keyfiyyətli  məhsulların  satıcıları  öz  məhsullarının 

keyfiyyəti  haqqında  informasiyanın  alıcılara  çatdırılma  üsullarından  biri  də 

siqnallardır. Siqnallar – informasiya assimmetriyasını aradan qaldırmaq üçün alıcılara 

və satıcılara imkan verən mexaniamlərdir.  

Siqnalinqin  əsas  növlərindən  biri  də  reputasiyadır.  nsanlar  alış-verişi  məhz 

məhsulun və xidmətin keyfiyyətinin onlara məlum olduğu mağazalarda edirlər:  nsan 

o  restorana  gedir  ki,  o  istifadə  olunan  məhsulların  təzəliyi,  təravəti  ilə  məşhurdur: 

istehlakçı  «Sony» və ya «Panasonic» firmalarının videotexnikasını inamla alır, çünki 

bu məhsul uzun müddətə keyfiyyətlə işləyəcəkdir. 

Elə hallarla qarşılaşmaq olur ki, satıcı praktiki olaraq öz reputasiyasını saxlaya 

bilmir.  Məsələn,  sürətli  şose  yolunun  üstündə  yerləşən  o  qədər  də  böyük  olmayan 

qəlyanaltıya müştərilərin əksəriyyəti həyatlarında yalnız bir dəfə - səyahət zamanı və 

ya kifayət qədər nadir hallarda daxil olurlar. Onda bazar siqnalının digər növündən – 



standartlaşma

dan  istifadə  olunur.  Burada  ən  yaxşı  nümunə  Makdonalds  ola  bilər. 

Onun  məhsulları  standartlaşdırılmışdır:  eyni  cür  inqradiyentlərdən  istifadə  olunur, 

istənilən  Makdonaldsda  yerləşməsindən  asılı  olmayaraq  eyni  yeməklər  satılır.  Ona 

görə də istehlakçı nə alacağını dəqiq bilir. 

Qiymət

də  siqnal  sayılır.  Əgər  məhsul  aşağı  qiymətlə  satılarsa,  onun  gizli 

defektlərinin  olması  haqda  informasiya  gözləniləndir.  Əks  halda  qiymət  yüksək 

olarsa, bu, hər zaman məhsulun keyfiyyətinin yaxşı olduğu haqda siqnaldır. 

Ə

n  səmərəli  siqnallardan  biri  də  zəmanət  müddətidir  (xüsusən  uzun  müddətli 



istifadə  üçün  olan  məhsul  bazarlarında).  Məhz  buna  görə  də  bir  çox  saxlanmış 

avtomobillər  müəyyən  yubanmalarla  –  avtomobilin  yoxlanması,  onun  keyfiyyətinin 

qiymətləndirilməsi yolu ilə dilerlər tərəfindən satılır. Avtomobili satarkən onlar təkcə 



48 

 

 



 

alıcıları  sığortalanmasını  təmin  etmək  üçün  deyil,  eyni  zamanda  avtomobilin 

keyfiyyəti  haqda  siqnal  olmaqla  zəmanət  müddəti  təklif  edirlər.Əgər  diler  «limon» 

satsaydı,  dilerə  zəmanəti  təqdim  etmək  yüksəkkeyfiyyətli  avtomobilin  satışından 

baha başa gələrdi. Zəmanət xidməti xərcləri ilə avtomobilin keyfiyyəti arasında tərs 

asılılıq  olduğundan  avtomobilin  həqiqətən  yüksək  keyfiyyətə  malik  olduğu  halda 

diler bu zəmanəti alıcıya təqdim edə bilər.  

Beləliklə,  siqnallar  bazarın  daha  səmərəli  işinə  təkan  verir.  Siqnalların  əmək 

bazarına təsirini  öyrənmək  üçün  assimmetrik  informasiyalı bazara  ən  yaxşı nümunə 

olan Maykl SPENS-in təklif etdiyi əmək bazarına baxaq.  

Məlumatın  asimmetrikliyinin  növlərini  təsvir  etdikdən  sonra  əmək  bazarının 

müxtəlif  subyektləri  arasında  qarşılıqlı  münasibətlər  zamanı  onun  təzahür 

formalarının  təhlilinə  keçək.  Bu  zaman  növ  dedikdə,  hansısa  əlamətə  görə  seçilən, 

iriləşdirilmiş,  keyfiyyətcə  eyni  olan  qruplar,  forma  dedikdə  isə  -  real  təcrübədə 

məlumat  asimmetriyasının  konkret  təzahürləri  başa  düşüləcək.  Təzahür  formaları 

konkret  bazarda  məlumat  asimmetriyasının  əsas  xüsusiyyəti  olduğu  üçün,  onlara 

xüsusi diqqət yetiriləcək. Real əmək bazarında məlumatın asimmetrikliyinin konkret 

formalarının aşkarlanması zərurəti təbii olaraq, belə bir halı şərtləndirir ki, bu halda 

tədqiqat  metodologiyasının  əsasını  empirizm  təşkil  edir.  Müvafiq  olaraq,  empirik 

məlumatların  toplanması,  ümumiləşdirilməsi  və  təhlilinin  istifadəsi  məqsədəuyğun 

görünür ki, aşağıda da məhz bunlar həyata keçirilir. 

Hər  şeydən  əvvəl,  bu  bazarda  fəaliyyət  göstərən  əsas  subyektlər  qeyd 

olunmalıdır.  Onlara:  işverlənləri,  muzdlu  işçiləri,  vasitəçiləri  (rekrutinq,  kadr 

agentlikləri, məşğulluq xidmətləri), dövləti (dövlət tərəfindən bazarı tənzimləyənlər: 

Səhiyyə  və  Sosial  nkişaf  Nazirliyi  və  onun  federal  xidmətləri,  agentlikləri  və 

fondları) aid etmək olar. 

Ə

mək bazarında məlumatın asimmetrikliyi problemini yalnız muzdlu işçilərin və 



işverənlərin  xarakteristikaları  və  davranışı  haqqında  məlumatın  natamamlığı  ilə 


49 

 

 



 

məhdudlaşdırmadan,  daha  geniş  nəzərdən  keçirmək  olar.  O,  əmək  bazarının  bütün 

subyektləri arasında qarşılıqlı əlaqə zamanı meydana çıxır. 

Ə

mək bazarında məlumat əlaqəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, tam və 



simmetrik məlumat vasitəçilərin əlindən keçərkən asimmetrik məlumata çevrilə bilər. 

Belə  ki,  məsələn,  hətta  işçi  kadr  agentliyinə  özü  haqqında  tam  və  dəqiq  məlumat 

versə belə, vasitəçi qəsdən və ya bilmədən məlumatın bir hissəsini gizlədə və təhrif 

edə bildiyi üçün, həmin məlumat işverənə natamam və asimmetrik şəkildə çata bilər. 

Ə

mək  bazarının  subyektləri  arasında  mümkün  qarşılıqlı  əlaqələri  təhlil  edək: 



“işverən — işçi”, “işverən – vasitəçilər”, “işçi – vasitəçilər”. Bu halların hər birində 

məlumatın asimmetrik paylanması problemini tədqiq edək. 

“ şverən – işçi” qarşılıqlı əlaqəsinin nəzərdən keçirilməsindən başlayaq. Burada, 

ə

vvəl  də  qeyd  etdiyimiz  kimi,  məlumatın  ikitərəfli  asimmetriyası  özünü  göstərir. 



Müqavilənin təklif olunan işçi qüvvəsinin keyfiyyəti ilə bağlı parametrləri haqqında 

daha  çox  məlumata  işçi,  əmək  şəraitinin  xarakteristikaları  haqqında  daha  çox 

məlumata isə işverən malikdir. 

Ə

vvəlcə “gizli xarakteristikaların”, yəni yalnız sözləşmənin tərəflərindən birinin 



tam məlumata malik olduğu xarakteristikaların mövcud olması ilə əlaqədar meydana 

çıxan məlumat asimmetriyasını təhlil edək. Öz xidmətlərini işverənə təklif edən fərd 

hansı  keyfiyyətdə  mal  təklif  etməsi  haqqında,  yəni  öz  işçi  qüvvəsinin  keyfiyyəti 

haqqında, birmənalı olaraq, daha çox məlumata malikdir.  şçi qüvvəsinin keyfiyyəti 

müəyyən komponentlərin məcmusu ilə müəyyən olunduğu üçün, müvafiq olaraq, işçi 

qüvvəsinin  keyfiyyəti  haqqında  məlumat  bu  komponentlər  haqqında  məlumatdan 

formalaşır.  Burada  aşağıdakıları  qeyd  etmək  olar:  temperament,  xarakter  və  onda 

üstünlük təşkil edən xüsusiyyətlərdən ibarət şəxsi keyfiyyətlərin məcmusu, eləcə də 

mənəvi normalar, məqsədlər, davranış prinsipləri və işə qarşı münasibət, motivasiya 

xüsusiyyətləri,  sağlamlıq  vəziyyəti,  təhsil  səviyyəsi,  peşəkar  bilikləri  və  bacarıqları 

və s. Aydındır ki, işçinin xarakteristikaları haqqında məlumat işverənə məlum deyil 

və  o,  yalnız  bəzi  dolayı  əlamətlər  əsasında  onu  müəyyən  ehtimal  payı  ilə 

qiymətləndirə bilər. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə