50
Bundan başqa, işçinin firmada uzun müddət işləmək fikrinin olmadığı, lakin
hansısa şəxsi məqsədləri üçün fərdin işə qəbul olması şəklində müqavilə-qabağı
opportunizminin təzahürü mümkündür. Bu cür işə düzəlmə hallarının sövqedici
səbəblərinə iş axtaranın müəyyən sahədə iş təcrübəsi və bilik qazanmaq arzusunu aid
etmək olar. Bir qayda olaraq, bu halda onun üçün şirkət yalnız gələcək peşəkar və
karyera yüksəlişi üçün start meydançası kimi nəzərdən keçirdiyi ilk iş yeridir. Bu cür
opportunizmin realizasiyası üçün imkanlar iş prosesində toplanan insan kapitalının nə
dərəcədə spesifik olması ilə müəyyənləşir: ümumi və ya spesifik. Aydındır ki, kapital
nə qədər spesifik olarsa, onun başqa müəssisədə tətbiqi imkanı və müvafiq olaraq,
həmin konkret işverənlə əmək münasibətlərinin kəsilməsi stimulu bir o qədər az olar.
Bu cür “formal” işə düzəlmənin başqa bir səbəbi müəyyən müddət “işlə məşğul
olmaq” zərurəti ola bilər. Məsələn, orduya çağırışdan yaxa qurtarmaq üçün cavan
oğlanlar müəyyən müddətə kənd məktəblərində və s. işə düzələ bilərdilər.
Digər tərəfdən, müəyyən məsələlərlə bağlı işverən muzdlu işçidən daha çox
məlumata malik ola bilər. Bu, xüsusən, müəssisənin məhsuluna olan tələbata, həmin
məhsulun dəyərinə aid olan, nəticə etibarilə, firmanın gəlirinə verdiyi töhfənin real
dəyəri, işverən üçün “faydalılıq” dərəcəsi haqqında məlumatı olmadığı üçün, ona
müvafiq əmək haqqının ödənməsini əsaslı şəkildə tələb edə bilməyən işçinin
ə
məyinin dəyərinə aid məlumatdır. Beləliklə, işverən “ədalətli” (müəyyən iş növü
üçün) əmək haqqının səviyyəsi haqqında daha çox məlumata malikdir. Həm də bu
məlumat asimmetriyasının dərəcəsi işçi şirkətdə işə qəbul edildikdən sonra da
azalmır. Eyni zamanda, müəyyən məlumatlarla bağlı işverənin məlumatlı olma
dərəcəsi yalnız yeni işçi işə başlayanadək daha yüksək olur. Buna, məsələn, iş yerinin
təchizatı haqqında, həmin təşkilatda sanitar-gigienik şərait haqqında məlumat aiddir.
Ə
mək müqaviləsi bağlayarkən işəgötürən iş axtarana məlumat verir və işin
xarakterini və həcmini, şərtlərini, əməyin ödənişi həcmini və qaydasını razılaşdırır.
Bütün bunlar məlumat asimmetriyasını minimuma endirsə də, onu tam aradan
qaldırmır.
ctimai seçim modeli.Ə
gər müxtəlif insanlar hərəkətlərini öz aralarında
51
uzlaşdırmasalar, cəmiyyət normal fəaliyyət göstərə və inkişaf edə bilməz. Fərdi
hərəkətlərin uzlaşdırılmasının tarixən iki mexanizmi formalaşmışdır: bazar
mexanizmi və ictimai seçim mexanizmi. Hər iki halda fərd informasiya siqnalının
mənbəyi kimi çıxış edir, uzlaşdırma mexanizmi isə belə siqnallar çoxluğunu cəmiyyət
üzvlərinin hərəkətlərini müəyyənləşdirən vahid siqnala çevirən amil rolunu oynayır.
Uzlaşdırmanın bazar mexanizmi bazar subyektlərinin fərdi tələb və təklif
ə
yrilərinə dair informasiyasını səklən dəyişdirir, satıcıların və alıcıların davranışını
müəyyənləşdirən vahid siqnal kimi tarazlı qiyməti formalaşdırır. Bu zaman bazar
subyektinin «bazar qərarına» təsiri dərəcəsi onun iqtisadi hakimiyyətindən, yəni mal
satmaq və ya almaq qabiliyyətindən asılı olur.
Bazar mexanizmi cəmiyyət üzvlərinin hərəkətlərini uzlaşdırmaq vəzifəsinin
öhdəsindən gələ bilmədikdə ictimai seçim mexanizmi tətbiq olunur. Cəmiyyət
üzvlərinin uzlaşdırılmalı hərəkətləri həm iqtisadiyyata, həm də ictimai həyatın digər
sahələrinə aid ola bilər. Qərarların qəbulunun bazar mexanizminin və ictimai seçim
mexanizminin fəaliyyətinin başlıca prinsipləri bir-birindən köklü surətdə fərqlənir:
fərdin «ictimai qərara» təsir dərəcəsi bütün fərdlər üçün eyni olmalıdır, özü də onların
iqtisadi hakimiyyətindən asılı olmayaraq. Başqa sözlə, ictimai seçim mexanizmi «bir
nəfər–bir səs» prinsipinə əsaslanır, yəni onun əsasında siyasi demokratiya ideyası
dayanır. Beləliklə, ictimai seçim demokratik cəmiyyətin siyasi təsisatları vasitəsi ilə
fərdi hərəkətlərin qeyri-bazar qaydasında uzlaşdırılması proseslərinin məcmusundan
ibarətdir. ctimai seçim fərdi fikirlərin nümayişi və nəzərə alınması, başqa sözlə,
sə svermə
prosesidir.
ctimai seçim nəzəriyyəsi iqtisadi imperializmin siyasi proses və fenomentlərin
öyrənilməsi üçün neoklassik iqtisadi nəzəriyyə metodologiyasının tətbiqi ilə bağlı ən
parlaq istiqamətlərindən biridir. 1960-cı illərdə iqtisadiyyat elminin ictimai
nemətlərin təqdim edilməsi problemi kontekstində vergiqoyma və dövlət xərcləri
məsələlərini öyrənən sahəsi kimi meydana çıxmış ictimai seçim nəzəriyyəsi sonrakı
onilliklər ərzində öz təhlil sahəsini əhəmiyyətli dərəcədə genişləndirmiş və hal-
52
hazırda “siyasətin iqtisadi nəzəriyyəsi” statusuna haqlı olaraq iddia edən fənn kimi
nəzərdən keçirilə bilər.
ctimai seçim nəzəriyyəsinin onun əsasında işlənib hazırlanan analitik sxemlərin
xarakterini müəyyən edən üç xüsusiyyətini göstərmək olar:
а
) insanın siyasi sahədə davranışının təsviri üçün neoklassik iqtisadiyyat
nəzəriyyəsində istifadə olunan hipotezalar: şəxsi maraq dalınca getmə, üstünlüklərin
tamlığı və tranzitivliyi, məqsəd funksiyasının rasional maksimallaşdırılması
hipotezaları istifadə edilir;
b) fərdlərin üstünlüklərinin aşkarlanması prosesi çox vaxt bazarın qarşılıqlı əlaqə
terminləri ilə anlaşılır: siyasi mühitdə insanlar arasında münasibətlərin qarşılıqlı
sərfəli mübadilə terminləri ilə təsvir edilə bilər;
c) təqiqat zamanı neoklassik qiymət nəzəriyyəsində mərkəzi əhəmiyyət daşıyan
suallara analoji olanlar, yəni siyasi tarazlığın mövcudluğu və stabilliyi, ona nail olma
yolları və onun Paretonun efektivlik prinsipi nöqteyi-nəzərindən qiymətləndirilməsi
haqqında suallar qoyulur.
ctimai seçim nəzəriyyəsinin əsasını təşkil edən ideyalar ilk dəfə XIX əsrin
sonunda taliyanın dövlət maliyyə məktəbinin nümayəndələri: М.Pantaleoni,
U.Masol, А. de Viti de Marko və b. tərəfindən ifadə edilmişdir. Bu tədqiqatçılar
büdcə prosesinin öyrənilməsi, eləcə də ictimai nemətlər bazarında tələb və təklifin
modelləşdirilməsi üçün son hədd təhlil və qiymət nəzəriyyəsinin istifadəsində
pionerlər olmuşlar. Bu yanaşmanın iqtisadiyyat elmində sonrakı inkişafı sveç
məktəbinin nümayəndələrinin – dövlət büdcəsi siyasətinin müəyyənləşməsini təmin
edən siyasi proseslərə ilk növbədə diqqət yetirmiş К.Viksellin və E.Lindalın, işlərində
davam etmişdir.
talyan və isveç iqtisadçıları tərəfindən işlənib hazırlanmış analitik yanaşmalar
iqtisadiyyat elminin “əsas cərəyanının” ənənələri ilə işləmiş tədqiqatçılar üçün uzun
müddət, demək olar ki, naməlum olaraq qalmışdır. Bununla yanaşı, 1940—50-ci
illərdə siyasi sahədə fərdlərin davranışının rasional xarakteri haqqında təsəvvürlər, ilk
növbədə, .Şumpeterin, К.Errounun, D.Blekin, E.Daunsun həmin dövrdə dərc
Dostları ilə paylaş: |