Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

44 

 

 



 

satış  qiymətindən  artıq  əldə  etmək  məqsədilə  öz  əmlakının  sığortalanma  zamanı 

dəyərini yüksəldir və beləliklə də, bu problem xüsusilə dramatik hal alır. Ev yandığı 

halda  o,  daha  baha  dəyərləndirilir,  ev  sahibində  yanğın  olması  halına  sanki  stimul 

yaranır.  Əslində,  bir  çox  ev  sahibləri  öz  evlərini  məhz  bu  səbəbdən  yandırırlar. 

Kommersiya binası yandığı halda sığorta şirkətinin ilk araşdırdığı  yanğının öncədən 

düşünülmüş olma halıdır.  

Təəccüblü  deyildir  ki,  bir  çox  sığorta  şirkətləri  sığorta  mükafatı  təyin  etməklə 

ə

mlakı  sığortalanmış  sahiblər  tərəfindən  qəbul  edilmiş  təhlükəsizlik  tədbirlərini 



nəzərə  alırlar.  Beləliklə,  məsələn,  öz  binalarında  yanğına  qarşı  sistemlərdən istifadə 

edənlər  və  ya  etməyənlər  üçün  müxtəlif  stavkalar  qoyulur.  Lakin  şirkət  bu  amillə 

ə

laqədar olan hər şeyi nəzərə almaq iqtidarında deyil, buna görə də belə bir problem 



baş  verir:  şirkətin  təklif  etdiyi  tam  sığorta  örtüyümüştərilər  tərəfindən  qəbul  edimiş 

ehtiyat tədbirlərinin fövqəladə aşağı səviyyəsiniəhatə edir. Bu, o deməkdir ki, sığorta 

ş

irkətləri dəymiş ziyanın 100%-li sığorta örtüyünü  təklif etməyəcəklər, ona görə də 



onun müştəriləri riskin bir hissəsinin yükünü daşımalı olacaqlar. 

ğorta  bazarında  mənəvi  riskin  azaldılması  üsulları.

Aydındır  ki,  sığorta 

vəsiqəsinin  alınması  təhlükəsizlik  tədbirlərinin  qəbul  edilmə  stimullarını  aşağı 

saldığından  verilmiş  bazarda  mənəvi  risk  problemi  baş  verir.  Mənəvi  riskin 

azaldılması  üçün  dəymiş  ziyanın  müəyyən  hissəsinin  sığortalanmış  şəxs  tərəfindən 

ödənilməsi  zəruridir.  Borclar  üzrə  bu  cür  bölgü  iki  formada  mümkündür:  birgə 

sığortalanma və tutulmalar. 

Birgə  sığortalanma  zamanı  şirkət  məlumat  verilmiş  dəyərin  100%-dən  azını 

ödəyir,  qalan  hissə  isə  sığortalanmış  şəxs  tərəfindən  ödənilir.  Tibbi  sığorta  üzrə  bir 

çox  sığorta  vəsiqələri,  məsələn,  80%-li  örtüyə  malikdir.  Sığorta  şirkətləri  ona  görə 

birgə  sığortalanma  sistemindən  istifadə  edirlər  ki,  məsrəflərin  ödənilməsindəki 

tutulmalar çox olduqca sığortalanan şəxs daha az-az həkimə müraciət edəcəkdir.  

Digər  üsul  sığortalanan şəxsi  riskin  bir  hissəsini öz üzərinə götürməyə  məcbur 

etməkdən  –  tutulalmarı  tətbiq  etməkdən  ibarətdir.  Bu  halda  sığorta  vəsiqəsi  əldə 




45 

 

 



 

etmiş şəxs ziyana görə qeyd olunmuş məbləği ödəməyə borcludur. Məsələn, zəlzələ 

zamanı  bahalı  evə  görə  50000  dollar  tutulma  təklif  oluna  bilər.  Bu  o  deməkdir  ki, 

ə

gər zəlzələdən gələn ziyan 40000 dollar olarsa, onda ev sahibi onu tam ödəyir. Əgər 



dəymiş  zərər  100000  dollar  olarsa,  onda  ev  sahibi  yalnız  ilk  50000  dolları,  qalan 

hissəni  isə  sığorta  şirkəti  ödəyir.  Tutulmuş  bu  məbləğ  ev  sahibini  evini  yaxşı 

vəziyyətdə 

saxlamağa 

və 

bununla 


da 

pulu, 


məsələn, 

fundamentin 

möhkəmləndirilməsi  və  s.  kimi  tədbirlərin  həyata  keçirilməsinə  yönəltməklə 

zəlzələdən dəyəcək ziyanı aradan qaldırmağa  təhrik edir.  

Ə

lbəttə, birgə sığortalanma və tutulmalar mənəvi risk problemini tamamilə həll 



etmir. Buna görə də birgə sığortalanma zamanı sığortalananın payı 100% - dən az və 

ya  tutulmalar  o  qədər  də  böyük  olmayan  məbləğlərə  bərabər  olduqda  mənəvi  risk 

problemi  saxlanır.  Bu  problem  o  zaman  aradan  qalxar  ki,  sığorta  şirkətləri  öz 

müştərilərinin  müvafiq  ehtiyat  tədbirlərinin  qəbul  edilməsi  üzrə  bütün  hərəkətlərini 

müşahidə edə bilsinlər.  

 «Prinsipial-agent»  problemi

.  Mənəvi  risk  yalnız  sığorta  və  ya  maliyyə 

bazarlarında  baş  vermir.  Burada  digər  daha  mühüm  varianta  –  müəssisə  rəhbərinin 

rəhbərlik etdiyi müəssisənin  işçilərinin fəaliyyətinə tam nəzarət etmə bacarığının zəif 

olması  nəticəsində  gizli  hərəkətlərin  olduğu  hala  baxılır.Məsələn,  firmanın  sahibi 

meneceri  işə  qəbul  etdikdən  sonra  o,  menecerin  öz  öhdəçiliklərini  hansı  səviyyədə 

yerinə yetirməyə cəhd etməsinə nəzarət edə bilmir.  

nformasiyanın bu cür assimmetrikliyinin inkişafını dərk edərək sövdələşmənin 

iştirakçıları  müqaviləni  elə  bağlamağa  çalışırlar  ki,  mümkün  çətinlikləri 

asanlaşdırmaq olsun. Bir fərd digərini özü üçün agent kimi icarəyə götürdüyü zaman 

bu  problemlər  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  səbəbdən  müqavilələrin    bu  cür 

bağlanması problemi  «prinsipial agent» və ya «sifarişçi - icraçı» adını almışdır. 

Ə

nənəvi  olaraq  ədəbiyyatda  bu  tipli  situasiyalarda  ortaya  çıxan  informasiya 



problemlərinin  iki  tipi–gizli  hərəkətlərin  nəticələri  olan  problemlərlə  gizli 

informasiyanın nəticəsi kimi ortaya çıxan problemləri arasındakı fərqi ayırırlar. Gizli 




46 

 

 



 

hərəkətlər halı (mənəvi risk adı ilə məlum olan) sahibkarın öz menecerini müşahide 

edə  bilmə  qabiliyyətinin  olmadığını  təsvir  edir.  Sahibkar  üçün  firmanın  inkişafının 

alternativ  imkanları  haqqında  əlçatmaz  informasiyaya  malik  olduqda  baş  verən 

situasiya gizli informasiyaya nümunə ola bilər.  

Bəzi  müəlliflər  gizli  hərəkətlərə  “əxlaqi  risk”  terminini,  gizli  informasiyaya 

«prinsipial agent» probleminin müxtəlifliklərini işlədirlər. Biz bu termindən yuxarıda 

verdiyimz formada istifadə edəcəyik.  

Qeyd  etmək  lazımdır  ki,  sahibkar  və  menecer  ilə  qarşılıqlı  münasibətlər 

«prinsipial agent» probleminə vahid nümunə deyil. Digər nümunələr də mövcuddur:  

•  sənaye  məhsulunun  istehsalçıları  və  onların  distrübyutorları:  istehsalçılar 

bazarın konyunkturasında dəyişiklikləri izləmək imkanına malik deyillər;  

•  firma  və  onun  işçiləri:  firma  öz  məhsuluna  tələbə  və  eləcə  də  işçilər 

tərəfindən  istehsal  olunan  məhsulun  dəyərinə  nəzərən  daha  çox 

informasiyaya malik ola bilər.  

Yuxarıdakı  təhlildəverilmiş  kontekstdəprinsipial  kimi  çıxış  edən  müəssisənin 

sahibi  ilə  onun  işçisi  -  bu  situasiyada  agent  rolunu  oynayan  menecer  və  ya  işçi 

arasında  münasibərə  daha  çox  diqqət  yetirilir.  Burada  agent  bəzi  gizli  hərəkətləri 

həyata keçirən  müqavilə bağlayan  tərəfdir,  prinsipial  isə bu hərəkətlərin təsir  etdiyi 

müqavilə  razılaşmasının  digər  tərəfidir.  «Prinsipial  agent»  problemi  ondan  ibarətdir 

ki, menecerlər və ya işçilər istehsal prosesinə kifayət qədər az diqqət yetirirlər, bu da 

saibkarın  mənfəətinin  azalmasına  gətirəcəkdir,  çünki  sahibkar  öz  agentlərinin  işinə 

tam  nəzarət  etməni  həyata  keçirmə  iqtidarında  deyil.  Bu  tipli  münasibətlər    bir 

insanın rifahının digərindən asılılığını hər zaman ortaya çıxa bilər. 

Bununla  əlaqədar  prinsipial  agent  münasibətlərində  mərkəzi  sual  belə 

olacaqdır:sahibkar mükafatlandırma sistemini necə təşkil etməlidir ki, menecerler  və 

fəhlələr  sahibkarın  məqsədlərinin  reallaşdırılmasına  maksimal  mümkün  uyğun 

olsunlar.  Təəssüf  ki,  biz  ilkin  yaxınlaşmada  bu  sualı  cavablandıra  bilirik.  Əməyin 

ödənilməsinin ən yaxşı sxemi istehsal prosesinin təbiətindən, həm sahibkarın, həm də 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə