Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

32 

 

 



 

edilən qiymətə uyğunluğunu müəyyən edə bilmirlər. Məhz bu da satıcılara əmtəələrə 

keyfiyyətinə görə deyil, imitasiya yolu ilə qiymət qoymağa şərait yaradır. Həqiqətən 

də, eyni bir məhsul bazarda fərqli adlarla fərqli qiymətlərə reallaşdırıla bilər.  

Üçüncüsü,  informasiya  asimmetriyası  mövcud  olduqda  əmtəə  və  xidmət 

istehsalçıları  bundan  zərər  çəkirlər.  stehlakçıların  gizli  xarakteristikaları  hətta 

mühüm bazar hakimiyyətinə malik olan şirkətlərin gəlir əldə edə bilməməsinə səbəb 

olur. Məsələn, inhisarçı aviaşirkət istehlakçıların xüsusiyyətlərinə, imkanlarına uyğun 

qiymət müəyyən etdiyi halda maksimum gəlir əldə edə bilər.  

Dördüncüsü,  bazarın  gizli  xüsusiyyətləri  işçi  qüvvəsindən  istifadə  edən 

sahibkarlara da ciddi problem yaradır. Bu da, muzdlu işçilərin peşəkar keyfiyyətlərini 

müəyyən edə bilməyən işəgötürənlərin  gəlirlərinin azalmasına, bazarda mövqeyinin 

laxlamasına gətirib çıxara bilər.  

Beləliklə,  informasiya  asimmetriyası  həm  bazarın  fəaliyyət  mexanizmlərinə, 

həm də bazar subyektlərinin davranışlarına əhəmiyyətli dərəcədə öz təsirini göstərir. 

nformasiya asimmetriyası resursların qeyri-optimal paylanması və bazarda tarazlığın 

pozulması  halalrına  səbəb  olur.  Bazar  kommunikativ  bir  system  olduğundan  onun 

fəaliyyətinin  səmərəliliyi  daha  çox  informasiyanın  kəmiyyət  və  keyfiyyətindən, 

yayılma  sürətindən  asılıdır.  Müxtəlif  xüsusiyyətlərə  malik  informasiya  bazar 

mexanizminin  formalaşmasına  və  səmərəli  fəaliyyətinin  davam  etdirilməsinə  öz 

təsirini göstərir. 

 

 



2.3. Assimmetrik  informasiya modellərinin təhlili 

nformasiyaya  qənaət  –  mikroiqtisadiyyatın  intensiv  inkişaf  edən  sahəsidir. 

Onun  problemləri  çərçivəsinə  informasiya  assimmetriyasını  məhdudlaşdırmağa 

imkan verən siqnallaşdırma metodları daxildir. Assimmetrik informasiya probleminin 

iqtisadi  agentlərin  fəaliyyəti  səviyyəsində  aradan  qaldırılması  firmanın  qayğısıdır. 

Belə  ki,  çox  vaxt  firmalar  həm  assimmetrik  informasiyanın  alıcıların  gizli 




33 

 

 



 

xarakteristikalarında  aşkarlanan  tələblə,  həm  də  firmanın  özünün  mənfi  seçimin 

meydana gəlməsindən ehtiyatlanan təklifi ilə bağlı problemləri həll etməli olur [3]. 

Uğursuz  seçim. 

Uğursuz  seçimin  mahiyyəti  aşağıdakılardan  ibarətdir: 

Assimmetrik informasiya varsa, bundan yüksək keyfiyyətli məhsulları satanlar daha 

çox zərər çəkirlər, çünki potensial alıcılar məhsulu əldə edənə qədər aşağı keyfiyyətli 

məhsulu  yüksək  keyfiyyətli  məhsuldan  fərqləndirə  bilmirlər.  Bu  halda  yüksək 

keyfiyyətli  məhsullar bazardan “çıxarılır” və onlar aşağı keyfiyyətli məhsullarla əvəz 

olunur, yəni uğursuz seçim baş verir. Assimmetriyalı informasiya bazarlarında mənfi 

seçim  keyfiyyətli  məhsulların  daha  aşağı  keyfiyyətli  məhsullar  tərəfindən 

sıxışdırılmasına  gətirib  çıxarır və  bunun da  nəticəsində  keyfiyyətli  məhsullar bazarı 

təhlükə  altına  düşür  və  aradan  çıxmaqla  üzləşir.  Buna  görə  də  bazarın 

assimmetriyalılığı  ilə  mübarizənin  zəruriliyi  mütləqdir.  Mənfi  seçimin  səmərəsinin 

aşağı salınması üçün müxtəlif növlü bazar siqnallarından istifadə olunur, bu siqnallar 

aşağıdakı prinsiplərin reallaşdırılmasının təmininə istiqamətlənir:  

• 

Saxtakarlığın  çətin  əldə  olunma  prinsipi

,  yəni  bir  iştirakçının  təqlid 

olunması  çox  mürəkkəb  (və  ya  qeyri-məqsədəuyğun)  olan  siqnalına  digər 

iştirakçılar inanacaqlar.  

• 

Tam  ifşa  prinsipi

.  Əgər  bəziləri  özlərinə  münasib  informasiyaya  uyğun 

siqnala  malikdirlərsə,  o  zaman  onların  rəqibləri  öz  informasiyalarını 

münasib olmasa da, tam açmağa məcbur olurlar. 

Standartlaşdırma  və  sertifikasiya  üzrə  işlərdən  əlavə  bazara  yüksək  keyfiyyətli 

məhsul  tədarükçüsü  kimi  firmanın  reputasiyası  da  çox  təsir  edir.  Dövlət  məhsulun 

keyfiyyətinin  qayğısına  qalan  firmaların  yaradılmasına  və  inkişafına  hər  vasitə  ilə   

yardım göstərməlidir. 

Asimmetrik informasiyalı bazarda tarazlığın necə formalaşdığını anlamaq üçün 

«limon»  bazarını  −  C.Akerlofun  təklif  etdiyi  modeli  [4]  nəzərdən  keçirək.  Amerika 

slenqində yararsız şeyləri «limon» adlandırırlar. 




34 

 

 



 

XX  əsrin  çox  onillikləri  ərzində  mükəmməl  rəqabətə  malik  ənənəvi  bazar 

modelində  alıcıların  mallar  haqqında  kifayət  qədər  məlumata  malik  olması,  onların 

səciyyəvi xüsusiyyətləri ilə tanış olması nəzərdə tutulurdu. Yəni malı seçərkən onlar 

nə üçün başqasını yox, məhz bu marka və ya modeli almalı olduqlarını bilirlər. Lakin 

real həyatda belə məlumatın qiyməti yüksək olduğu üçün və ya onu əldə etmək qeyri-

mümkün olduğu üçün, əksər alıcılar bu məlumata malik deyillər. Deməli, alıcılar və 

satıcılar mallar haqqında eyni məlumata malik deyillər. Yəni sığorta, kredit və hətta 

ə

mək  bazarlarına  məlumatın  asimmetrikliyi  –  bazar  iştirakçılarının  bir  hissəsinin 



digər maraqlı şəxslərin bilmədiyi məlumata malik olması vəziyyəti xarakterikdir. 

Asimmetrik  məlumatın  müxtəlif  aspektləri  alimləri  çoxdan  maraqlandırmışdır. 

Hələ  40-cı  illərdə  Amerika  iqtisadçısı  V.S.Vikri  motivasiya  (hər  vergi  ödəyicisi  nə 

dərəcədə gərgin işləyəcəyinə qərar verərkən vergiqoyma şkalasını nəzərə aldığı üçün) 

və məlumatın asimmetrikliyi (vergi ödəyicilərinin faktiki əmək məhsuldarlığı dövlətə 

məlum  olmadığı  üçün)  nöqteyi-nəzərindən  gəlirlərə  vergiqoymanın  optimal  sistemi 

problemini  qaldırmışdır.  Lakin,  o,  prinsip  etibarilə  problemin  həllini  təklif  edərkən, 

onun riyazi mürəkkəbliyinin öhdəsindən gələ bilməmişdir. 

yirmi  beş  il  sonra  C.А.Mirrlis  V.S.Vikrinin  nəticələrini  ümumiləşdirmiş  və 

onları  vergiqoyma  sisteminin  gəlirliliyinin  planlaşdırılması  sahəsində  istifadə 

etmişdir. O, məlumatın asimmetrikliyi ilə səciyyələnən, nəzərdən keçirilməli iqtisadi 

şə

raitlərin  spektrini  genişləndirmiş,  bu  probleminin  ümumi  həlli  modellərini 



yaratmışdır. 

Mirrlis  (Mirrless)  Ceyms-Aleksandr  (1936-cı  il  təv.)  –  Britaniya  alimi,  Nobel 

mükafatı  laureatıdır  (1996).  Minniqeffdə  (Şotlandiya)  anadan  olmuşdur.  Edinburq 

riyaziyyat  məktəbində  təhsil  almışdır.  Riyaziyyat  və  fizika  magistri  dərəcəsi  ilə 

yanaşı  Naypye  medalını  almışdır.  Kembric  Universitetini  bitirmişdir.  C.A.Mirrlisin 

1963-1968-ci  illər  ərzində  (eyni  zamanda  tələbələrə  iqtisadiyyatdan  dərs  deyərkən) 

apardığı ilk elmi tədqiqatları R.C.N.Stounun məşhur  nkişaf Layihəsi üçün gəlirlərə 

vergiqoymanın planlaşdırılması, optimallığı məsələlərinə aid olmuşdur. 1963-cü ildə 

o, həmin universitetdə doktor dissertasiyasını müdafiə etmişdir. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə