Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

29 

 

 



 

“işləmir”.  nhisarlaşmış bazar şərtlərində qiymət informasiya funksiyasından məhrum 

olur, nəticədə qeyri-qiymət xarakterli siqnallara malik olmaq zərurəti yaranır. Macar 

iqtisadçısı  riyazıyyatçı  Y.Kornai  və  amerika  iqtisadçısı  K.Errou  qiymətin  rolunun 

artması və təbii – həqiqi göstəricilərin iqtisadi agentlərə təsirinin nəzərə alınmaması 

hesabına  ümumi  tarazlıq  nəzəriyyəsini  tənqid  etmişlər.K.Errou  özünün  nobel 

mühazirəsində  qeyd  etmişdir  ki,  bir  çox  hallarda  bazar  tarazlığı  tələb  və  təklifin 

bərabərliyi halında tənzimlənir. Bu halda o, C.M.Keynsin [3] nəticələrinə istinad edir. 

Assimmetrik informasiya nəzəriyyəsini bir çox ölkələrin iqtisadiyyat üzrə Nobel 

mükafatları  alan  bir  çox  iqtisadçıları  daha  fəal  və  məhsuldar  işləmişlər.  Bunlardan 

amerikan iqtisadçıları Con Çarlz Xarşanini, Uilyam Spenser Vikrini, Corc Akerlofu, 

Mayki  Spensi,  Cozef  Stiqlisi,  ingəltərəli  iqtisadçı  Ceyms  Mirrlisi,  alman  iqtisadçısı 

Raynhard Selteni göstərmək olar. 

qtisadiyyat üzrə 1994, 1996 və 2001-ci illər Nobel mükafatı laureatları müasir 

bazar  iqtisadiyyatının  problemlərinə  yeni  baxış  ifadə  etmişlər.  Assimmetrik 

informasiyalı  bazarların  mühüm  problemini  tədqiq  edərək  onlar  azad  bazarıın 

“görünməz  əlinin”  zəif  tərəflərini  göstərmişlər.  Assimmetrik  informasiyalı  bazar 

konsepsiyasını irəli sürməklə onlar isbat etmişlər ki, müfəssəl və dəqiq inforamsiyaya 

malik  olmadan  iqtisadisubyektlər  daha  səmərəli  işgüzar  qərar  qəbul  edə  bilmirlər. 

Qeyri-mükəmməl informasiya dövlətin cəmiyyətin iqtisadi həyatına fəal müdaxiləsini 

tələb edir.  

Assimmetrik  informasiyalı  bazarların  problemi  ölkə  üçün  həm  daxili,  həm  də 

beynəlxalq iqtisadi əlaqələri üçün xarakterikdir. Axırın aspektə nəzər salaq saxlanmış 

avtomobillər bazarı ilə kofayərlənək. Məlumdur ki. çox sayda saxlanmış avtomobillər 

ölkəyə Avropadan və Yaponiyadan daşınır. Onların daşınmasının nəticələri necədir? 

ki  mühüm  anı  ayıraq.  Birincisi,  saxlanmış  avtomobillərin  ölkəyə  ixracının  artması 

burada  ekoloji  problemləri  kəskinləşdirə  bilər,  müəyyən  zaman  keçdikdən  sonra 

xarici maşınların qəbitstanlığı meydana gələcəkdir.  kincisi, saxlanmış avtomobillərin 

ixracı  ölkənin  maliyyə  vəziyyətinə  mənfi  təsirini  göstərəcəkdir,  hal-hazırda  milli 

kapitalın  xaricə  axınına  səbəb  olacaqdır.  Milli  kapitalın  xaricə  axını  gələcəkdə  də 




30 

 

 



 

davam  edəcəkdir,  çünki  sıradan  çıxmış  ehtiyat  hissələri  yenidən  xaricdən 

gətiriləcəkdir.  Beləliklə  də,  assimmetrik  informasiya  nəzəriyyəsinin  əsas  ideyası 

ondan ibarətdir ki, dövlət bazar iqtisadiyyaının tənzimlənməsinə daha fəal müdaxilə 

etməlidir,  rəqib  olmayan  bazarların  kortəbii  fəaliyyəti  iqtisadi  agentlərin  fəaliyyəti 

üçün  qeyri-bircins  şərait  yaradaraq  rəqib  bazarların  müflisləşməsinə  gətirib  çıxarır. 

Bu  deyilənlərdən  belə  nəticə  çıxır  ki,  iqtisadi  sarsıntını  zəiflətmək  üçüncəmiyyətdə 

gedən iqtisadi proseslərdə dövlətin rolunu yüksəltmək zəruridir. 



 

2.2.  nformasiya assimmetriyasının bazara mənfi təsirləri 

Bazarın bir sıra ənənəvi funksiyaları çoxluğunda informasiya funksiyası mühüm 

ə

həmiyyət kəsb edir. Bu funksiya iştirak edənlərə əmtəə və edilən xidmətlərin sayı, 



növləri  və  dəyəri  barədə  informasiya  verir.  Real  və  potensiala  malik  bazar 

iştirakçıları  qərara  gəlmək  üçün  (satmaq,  almaq  və  ya  gözləmək)  onlar    tərəfindən 

verilən  məlumatı    əldə  edir  və  təhlil  edirlər.  ndiki  dövrdə  bazardan  daxil  olan 

məlumat  və  reytinq  təşkilatları  da,  analitik  agentliklər  vasitəsilə  toplanır, 

kompleksləşdirilir, sistemləşdirilir, təhlil edilir və əsas məhsula çevrilir. Əldə olunan 

bu  məhsul  da  bazar  subyektlərinə  satılır.  Burada  bazarın  vəziyyəti  barədə 

informasiyalar  istənilən  fərqli  əmtəə  olaraq  bazar  münasibətləri  tərəfdarları  üçün 

zəruridir.  Bu  formada  məlumat  bazarın  indiki  və  gələcək  indikatorları  haqqında 

informasiyanı  əks  etdirən  analitik  icmal  və  proqnozlar,  statistik  ardıcıl  bülletenlər, 

maliyyə  univeritetlərinin  dəyərləri,  böyük  həcmli  kommersiya  müqaviləsi,  əsas 

hissədə onların birləşmələri, hərrac qazancları və s. aiddir.  

Fundamental  hesab  edilən  iqtisadi  tədqiqatlarda  bazarın  agentlərinin  xüsusi 

davranışı  aşağıdakı  aspektdən  təhlil  edilir:  onlar  qərar  qəbul  etmək  üçün  tam 

informasiyaya  sahibdirlər.  Əmtəə  və  xidmətlər,  qiymət-keyfiyyət  nisbəti, 

kontragentlərin  məqsəd  və  real  imkanları  haqqında  dolğun  və  simmetrik  məlumata 

misal olaraq tam rəqabət bazarını göstərmək olar. Burada tələb və təklif münasibətləri 




31 

 

 



 

ə

sasında  formalaşan  bazar  qiymətləri  agentlərə  mövcud  alternativlər  haqqında 



hərtərəfli məlumat əldə etməkdə yardımçı olur. Bunun nəticəsində də optimal qərarın 

qəbuluna imkan yaranır. Satıcılar və alıcılar tam rəqabətli ideal bazarda özləri üçün 

mühüm  olan  informasiyaya  heç  bir  məhdudiyyət  və  ödəniş  olmadan  daxil  olma 

imkanı əldə edir.  

Lakin  təkmil  olmayan  bazarda  informasiya  da  dolğun  (tam)  olmadığından 

iqtisadi  münasibət  iştirakçılarının  arasında  eyni  bərabərdə  paylana  bilmir  və  bu 

səbəbdən  də  informasiyanın  asimmetriyası  problemi  yaranır.  Bu  zaman  bəzi 

informativ məlumatlar  -  investisiyalar haqqında, əmtəə və xidmətlərin əldə edilməsi, 

işgüzar  müqavilələrin  bağlanması  üçün  zəruri  olan  informasiya,  onun  gizli 

saxlanmasında maraqlı olan bazar iştirakçılarının kiçik bir hissəsi üçün açıq olur.  

Məlumdur  ki,  natamam  informasiya  iqtisadi  proseslərə  çox  böyük  təsir  edir.  

Başqa  sözlə,  iqtisadi  agentlər  üçün  əlavə  xərclər  yaratmaqla  bazarın  şərtlərinə, 

xüsusiyyətlərinə  təsir  göstərir.  Asimmetrik  informasiya  müqavilə  iştirakçılarından 

birinə  sui-istifadə  üçün  əlverişli  şərait  yaradır,  ictimai  rifah  səviyyəsinin  aşağı 

düşməsinə səbəb olur.  

nformasiya  asimmetriyasının  bazara  təsiri  özünü  müxtəlif  formalarda  təzahür 

etdirir.  Əvvəla,  əksər  hallarda  assimmetrik  informasiya  satıcıların  bazar 

hakimiyyətinin  formalaşmasının  səbəbi  ola  bilər,  ona  görə  ki,  informasiyanı  əldə 

etmək  istehlakçılara  əlavə  xərclər  hesabına  başa  gəlir,  yəni  informasiya  onlar  üçün 

yalnız  gözlənilən  faydanın  informasiya  axtarışına  sərf  olunan  xərcləri  üstələdiyi 

hallarda  əhəmiyyət  kəsb  edir.  Əgər  alıcıların  informasiyanın  axtarışı  ilə  əlaqədar 

məsrəflərin və ondan əldə edilən faydanın həcmi barədə məlumatı yoxdursa,  satıcılar 

öz  xeyirlərinə  bundan  əmtəə  və  xidmətlərə  tarazlıqdan  yüksək  qiymət  qoymaqla 

istifadə  edəcəklər.  Beləliklə,  inhisarçı  rəqabət  və  oliqopoliya  (qeyri-təkmil  rəqabət) 

bazarlarında belə hallar tez-tez baş verir, satıcılar əmtəə və xidmətlərin onların maya 

dəyərindən (istehsal məsrəflərindən) dəfələrlə yüksək qiymətə satışını təşkil edirlər. 

kincisi, informasiya asimmetriyası qiymət ayrıseçkiliyinin mənbəyi kimi özünü 

büruzə  verir.  Çox  vaxt  alıcılar  əldə  etdikləri  malın  keyfiyyət  göstəricilərini,  təklif 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə