Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

25 

 

 



 

Məlumatın  natamamlığı  və  asimmetrikliyi  bazar  şərtlərinə  təsir  göstərir, 

transaksiya  xərcləri  meydana  çıxarır,  sözləşmənin  iştirakçısının  kontragentin 

məlumatsızlığından  sui-istifadə  etməsinə  imkan  yaradır.  Obyekt,  sözləşmənin 

səciyyələri  və  nəticələri  haqqında  məlumatın  natamamlığı  aşağıdakı  səbəblərlə 

bağlıdır: 

-

  eynilə  istənilən  digər  resurs  kimi,  məlumatı  əldə  etmək  üçün  maddi 



xərclər  sərf  etmək  lazımdır.  Rasional  hərəkət  edən  bazar  iştirakçısı 

arzuolunan  resursun  dəyərini  subyektiv  qiymətləndirir  və  onu  həmin 

resursun  əldə  edilməsinə  çəkiləcək  xərclərlə  müqayisə  edir.  Əgər 

məlumatın  əldə  edilməsinə  çəkiləcək  maksimal  xərclər  onun  istifadəsi 

nəticəsində  gözlənilən  maksimal  gəlirdən  yüksəkdirsə,  xərclər  həyata 

keçirilmir və təsərrüfat subyektinin məlumatlılıq səviyyəsi yüksəlmir; 

-

  işə aid faydalı məlumatın əldə edilməsi vaxt sərfi ilə bağlıdır. Əldə olan 



bütün  məlumatları  tez-tez  emal  etmək  mümkün  olmadığı  üçün 

məlumatın bir hissəsi istər-istəməz itirilir; 

-

  məlumat massivlərinin emalı müvafiq bilik, bacarıq və texniki imkanlar 



tələb edir. 

Beləl  bir  nəticə  çıxır  ki,  asimmetrikllik  iki  əsas  problem  meydana  çıxarır: 

məsuliyyətsiz  davranış  riski  və  mənfi  seçim.  Əgər  alıcı  sıfır  ehtimalla  ona  təklif 

olunan  malın  yüksək  keyfiyyətə  malik  olduğuna  arxayındırsa,  satıcı  ona  aşağı 

keyfiyyətli  mal  satmaq  stimuluna  malik  olur.  Alıcının  gözləntiləri  kontragentin 

vicdansız  davranışı  üçün  stimul  yaradır  (moral  hazard).  Mənfi  seçim  (adverse 

selection) problemi vicdansız davranış riski ilə sıx bağlıdır. Ehtimal edilir ki, satıcı öz 

malının keyfiyyətinə təsir göstərə bilməz, alıcı isə aşağı keyfiyyətə malik malı yüksək 

keyfiyyətli  maldan  fərqləndirə  bilməz.  Əgər  alıcının  nöqteyi-nəzərindən  bazarda 

aşağı keyfiyyətə malik malla qarşılaşmaq ehtimalı kifayət qədər yüksəkdirsə, tələbin 

qiyməti hətta yüksək keyfiyyətli məhsul satıcısının də öz xərclərini qarşılaması üçün 

kifayət  olmaya  bilər.  Belə  bir  vəziyyət  yaranır  ki,  istehlakçı  tərəfindən  yüksək 




26 

 

 



 

keyfiyyətli  mal  almaq  ehtimalının  aşağı  qiymətləndirilməsi  ona  həqiqətən 

keyfiyyətsiz malın təklif ediləcəyi ehtimalını artırır. 

Görünür, məlumatın natamamlığı və asimmetrikliyi əmtəə bazarlarında yalnız 

qiymət  və  keyfiyyətin  nisbətinə  təsir  etmir.  Bu  problem  təsərrüfat  subyektləri 

arasında istənilən sözləşmələrdə mövcud olur. Məsələn, maliyyə bazarlarında “mənfi 

seçim”  və  kontragentin  hərəkətlərinə  nəzarətin  mümkünsüzlüyü  C.Y.Stiqlits  və 

А

.Vayss  tərəfindən  təsvir  edilmişdir.  Onlar  göstərmişlər  ki,  maliyyə  bazarında 



investisiya  layihələrinin  gözlənilən  gəlirlilik  səviyyəsi  və  müxtəlif  borcalanların 

kreditləşdirilməsi  riskinin  səviyyəsi  haqqında  asimmetrik  məlumat  olduğu  şəraitdə 

kredit  ehtiyatlarının  süni  çatışmazlığı  yaradıla  bilər.  S.Qrossman  və  О.Hart  sığorta 

ş

irkətini  zərərin  natamam  ödənməsi  şərti  ilə  müqavilələr  bağlamağa  sövq  edən 



vicdansız  kontragent  risklərini  nəzərdən  keçirmişlər.  Beləliklə,  məlumatın 

asimmetrikliyinin  bazarın  tarazlığına  təsiri  ilə  bağlı  tədqiqatlar  yalnız  əmtəə 

bazarlarının  deyil,  həm  də  maliyyə  bazarının,  əmək  bazarının,  yəni  istənilən  resurs 

bazarlarının  fəaliyyətinin,  eləcə  də  iqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlənməsi 

məsələlərinin təhlilinin ayrılmaz hissəsinə çevrilir. 

 

 

 



27 

 

 



 

II FƏS L. BAZARIN SƏMƏRƏL  FƏAL YYƏT NDƏ ASS MMETR K 

  NFORMAS YANIN ROLU 

 

2.1. Assimmetrik informasiyanin fəaliyyət sahələri və yayılma üsulları 

Assimmetrik informasiya iqtisadi fəaliyyətin müxtəlif sferalarını əhatə edir: 

•  Məhsullar bazarı 

•  əmək bazarı 

•  sığorta bazarı 

•  kreditlər bazarı 

•  ev heyvanları və s. bazarı 

Assimmetrik  informasiya  substansiyasının  mahiyyəti  ondan  ibarətdir  ki, 

alıcılar və satıcılar daha səmərəli qərar qəbul etmək üçün hər vaxt dəqiq informasiya 

ə

ldə  edə  bilmirlər,  bunun  da  nəticəsində  bazarlar  konkurent  olmur  və  sonda 



müflisliyə  dözürlər. 

nformasiyanın  simmetrik  paylanmasını  təsdiq  edən 

neoklassiklərdən fərqli olaraq bir çox xarici iqtisadçılar hesab edirlər ki, başlanğıcda 

informasiya  maraqlı  olan  az  sayda  iqtisadi  agentlərə  və  yalnız  müəyyən  zaman 

keçdikdən  sonra  isə  yeni  rifah  yaradıcıları  və  istehsalçılarını  və  istehsalın  xüsusi 

amillərini əhatə edir. Bu halda informasiya müxtəlif vasitələrlə: 

•  qiymətlərlə 

•  Bazar siqnalları ilə 

•  əmək haqqının yüksəldilməsi ilə 

•  zəmanət və öhdəliklərlə və s. 

yayılır.  



28 

 

 



 

XX  əsrin  son  onilliklərin  informasiya  problemi  birqiymətli  olmayan  nəzəri-

metodoloji  mülahizələr  mövqeyindən  daha  böyük  maraq  kəsb  edir.  Məsələn, 

neoklassiklər çox zaman informasiya bazarının mövcudluğunu qəbul etmirlər. Əksinə 

onlara qarşı çıxanlar informasiyaya bazarın fəaliyyəti  üçün daha mühüm amil kimi  

baxmaqla ümumi rəqabət taraqlığı nəzəriyyəsinə yanaşma haqqında mülahizələri irəli 

sürürlər.  Onlar iqtisadi agentlərin davranışını təyin edən yeganə amilin yalnız qiymət 

olduğu  haqqında  mühakiməni  rədd  edirlər,  çünki  firmalar  informasiyanı  təkcə 

qiymətlərlə deyil, eyni zamanda digər siqnallarla (dövri mətbuat, məsləhətçilər, təhsil 

sistemi  və  s.)  alırlar.  Müəyyən  qədər  informasiyası  olan  firmaların  bazarda 

hökmranlığı qazanmasına ümid azdır. Bununla belə neoklassiklər firma hüdüdlarında 

informasiya axınlarının qarşılıqlı əlaqəsinin əhəmiyyətini dəyərləndirmirlər.  

nformasiyanın 

mühüm 


iqtisadi 

rolu 


qeyri-müəyyənlik 

səviyyəsinin 

azaldılmasından və itkilərin ixtisar olunmasından ibarətdir. 1972-ci ildə iqtisad elmi 

üzrə  Nobel  mükafatı  laureatı  K.Erroyun  fikrincə,  neoklassik  nəzəriyyəyə  yenidən 

baxılması üçün iki müddəa vardır. Birincisi, informasiya əmtəədir və dəyərə malikdir, 

yəni alqı-satqı obyekti kimi çıxış edir.  kincisi, assimmetrik informasiya mövcuddur. 

Birinci  müddəadan çıxış  edərək  o  təsdiq edir  ki,  iqtisadi agentlər nə qədər  çox 

informasiyalandırılmış olarlarsa, onların rifahı o qədər də yüksək olar. Praktiki olaraq 

rifah  problemi  ilə  məşğul  olan  bütün  tədqiqatçılar  informasiyanı  onun  

assimmetrikliyinin  mövcudluğu  ilə  əlaqələndirirlər,  bu  da  iqtisadi  agentlərin 

davranışına  təsir  edən  bu  və  ya  digər  qərarlarda  informasiyanın  vasitəsilə  qeyri-

müəyyənlik  ölçüsünü  azaltmaq  üçün  şərtlər  yaradır.  C.Hirşlayferə  görə, 

informasiyanın  əldə  olunması  ilə  yüksək  gəlirin  əldə  olunmasına  maraq  mövcud 

oldugundan  assimmetrik  informasiya  şərtlərində  birinin  digərinin  hesabına 

varlanması  və  inhisarlaşmanın  təşkilinin  mümkünlüyü  baş  verir.  nformasiyanın 

sahibi  onu  reallaşdıraraq  gəlir  əldə  edir,  lakin  çox  vaxt  informasiyanın  axtarışı  ilə 

ə

laqədar gecikmələrin hesabına gəlir əldə edilməyə də bilər. 



Neoklassik  nəzəriyyəyə  görə  bazar  iqtisadiyyatında  mükəmməl  rəqabət 

mövcuddur.  Real  həyatda  mükəmməl  rəqabətin  mexanizmləri  hər  şeydən  əvvəl 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə