22
məşhur Bill Qeytsə görə, “biznesin bir çox problemləri, əslində, informasiya
problemidir, lakin heç kəs bu problemə layiqincə yanaşmır”.
nformasiya paradiqması müasir sosial-iqtisadi sistemə tətbiq edilməklə, bu
sistem cəmiyyətlə münasibətdə olduğu kimi, informasiya iqtisadiyyatı adlandırıla
bilər. Bundan başqa, qlobal xarakter; biliklərə istiqamətlənmə; innovasiya təbiəti;
“istehlakçı – istehsalçı” münasibətlərinin dəyişməsi; əməyin yaradıcı, intellektual
xarakteri informasiya iqtisadiyyatını xarakterizə edən xüsusiyyətlərə aid edilir.
Mahiyyət
etibarı
ilə
informasiya
iqtisadiyyatı
bazar
iqtisadiyyatı
xüsusiyyətlərinə malikdir, yəni burada istehlakçının müstəsna səlahiyyətləri təmin
edilir, bazarda rəqabət mövcuddur, ”görünməz əl” prinsipi işləyir və dövlət bazarın
fəaliyyətinə müdaxilə etmir. Sadalanan xüsusiyyətlərin reallaşdırılmasının özəlliklərə
malik olduğunu nəzərə almaq lazımdır. Bu baxımdan, ən mühüm olan istehlakçının
sərbəstliyinin təmin olunmasıdır. Müvafiq bazarın xüsusiyyətləri baxımından
istehlakçının sərbəstliyinin təmin olunmasında əsas məqam onun məhsul və bazar,
həmçinin firmaların davranışı haqqında məlumatlı olmasıdır. Burada əsas problemin
informasiyanın asimmetrikliyi
potensialı ilə əlaqəli olması hesab edilir.
1.2.
Assimmetrik informasiya konsepsiyasının ə sasları
Assimmetrik informasiya anlayış ı
iqtisadiyyata və digər elmlərə həndəsədən
gətirilmişdir. Həndəsədə simmetriya – bir düz xəttə və ya müstəviyə perpendikulyarın
üzərində yerləşən, həmin düz xətdən və ya müstəvidən eyni məsafədə yerləşən iki
nöqtənin xassəsıdir. Bu sözün ilkin mənası yunan sözündən götürülməklə
symmetria
– ölçmədə razılıq, symmetros – eyni səviyyədə yerləşən və ümumi ölçüyə
malik, syn- bərabər, + metron – ölçü deməkdir. Bunları cəmləsək, simmetriya –
bircinslik, müntəzəmlik, eyni ölçüyə malikolma, eynilik
,uyğun olaraq assimmetriya isə
bu sadalanan keyfiyyətlərin olmaması deməkdir.
23
qtisadiyyatda informasiya assimmetriyasının ən kiçik tərifi – bazar
sövdələşməsinin iştirakçılarından biri üçün informasiyanın natamamlığıdır.
Asimmetrik informasiya
ilə baglı sövdələşmə iştirakçılarının yalnız bir hissəsinin
digərlərindən müxtəlif olaraq kifayət qədər gərəkli informasiyaya sahib olduğu
vəziyyətdir. Təsərrüfat ilə bağlı təcrübədə informasiya assimmetriyası problemi çox
geniş yayılmışdır.
Rəqabət bazarı modeli bazarda məlumatın simmetrik paylandığını, yəni bütün
bazar iştirakçılarının ondan istifadə imkanının bərabər olduğunu nəzərdə tutur. Qeyri-
müəyyənliyin olmaması resurs və vəsaitləri daha effektiv istifadə etməyə imkan verir.
Mükəmməl rəqabət bazarı rəqabətin nəzəri modelidir və bir sıra xüsusiyyətlərə
malikdir:
Birincisi, mal satan firmaların sayı çoxdur və onun çoxlu alıcıları vardır.
kincisi, firmaların məhsulları standart, eynitipli xarakterə malik olduğu üçün
alıcılar heç bir fərq qoymadan, istənilən firmanın mallarını satın alırlar.
Üçüncüsü, mükəmməl rəqabət bazarında nə alıcılar, nə də satıcılar malın cari
bazar qiymətinə təsir edə bilməzlər.Ayrıca istehlakçı və ya firma tərəfindən alış və ya
satış həcmi artırıldıqda ümumi tələb (və ya ümumi təklif) cüzi dəyişir və malın
qiymətinə nəzərəçarpan təsir göstərmir.Yalnız alıcıların və satıcıların birgə fəaliyyəti
zamanı bazarda qiymətlər dəyişir. Əgər satıcılardan biri öz malının qiymətini hətta
cüzi miqdarda qaldırmağa qərar verərsə, o, öz alıcılarını tamamilə itirər, çünki həmin
bazarda məhsula tələb tam elastikdir.
Dördüncüsü, mükəmməl rəqabət bazarında hər növ resurslar tam mobildir,
bazara giriş və bazardan çıxış üçün maneələr yoxdur.
Beşincisi, mükəmməl rəqabət simmetrik məlumatın olması ilə səciyyələnir ki, bu
da bazar agentlərinin müəyyənlik şəraitində qərar qəbul etməsinə imkan verir. Başqa
sözlə, bütün təsərrüfat subyektləri onları maraqlandıran bütün məlumatları tam
sərbəst əldə etmək imkanına malikdirlər.
nformasiya asimmetriyası bazara xas olan daxili xüsusiyyətdir və onun iki tipi
mövcuddur [2]:
24
1. Gizl olani xüsusiyyətlər – bu vaxt bazar münasibətlərinin hər bir
tərəflərindən birinin sərəncamında o birilərinə nisbətən daha aydın məlumat olur.
2. Gizli olan fəaliyyət – bu vaxt daha aydın informasiyaya malik olan bazar
iştirakçısı az xəbərdar olan digər hissənin müşahidə edə bilmədiyi hərəkəti edə bilər.
Asimmetrik məlumat konsepsiyasının [Asymetrical Information Conception]
müəllifləri Amerika iqtisadçıları Stüart Mayers [Stewart Myers] və Nikolas
Mayclafdır [Nicolas Majluf]. Onlar həmin konsepsiyanı 1984-cü ildə “Firmaların
investorlara məlum olmayan məlumata malik olduğu şəraitdə korporativ
maliyyələşdirmə və investisiya həlləri” [Corporate Financing and Investment
Decision When Firms Have Information That Investors Do Not Have] işində dərc
etmişlər. Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, potensial investorlar –
ş
irkətin qiymətli kağızlarının mümkün alıcıları – onun fəaliyyəti haqqında,
menecerlərlə müqayisədə, daha az məlumata malikdirlər. Buna görə də, şirkətin
qiymətli kağızlarının dəyərinin “bazar tərəfindən qaldırıldığı” dövrlərdə menecerlər
həmin qiymətli kağızların əlavə emissiyasını həyata keçirir və nəticədə onların
proqnozlaşdırılan gəlirliliyi süni şəkildə artırılır. Asimmetrik məlumat nəticəsində
investorlar sonradan müəyyən maliyyə itkiləri ilə üzləşirlər. Səhm və istiqrazların
emissiyası zamanı asimmetrik məlumat mexanizmi özünü müxtəlif cür göstərir.
Asimmetrik məlumat konsepsiyası indicə nəzərdən keçirdiyimiz bazarın effektivliyi
konsepsiyası ilə sıx bağlıdır, onun mahiyyəti isə ondan ibarətdir ki, müxtəlif
kateqoriyalı şəxslər bütün bazar iştirakçılarının bərabər dərəcədə əldə edə bilmədiyi
məlumata malik ola bilərlər. Bir tərəfdən, prinsip etibarilə, bazar iştirakçılarının
məlumatla təmin edilməsində tam simmetriyaya nail olmaq mümkün deyil, çünki
belə adlandırılan insayder məlumatı hər zaman mövcuddur. (Bu terminlə geniş
publikaya açıq olmayan məlumatlar səciyyələndirilir. Məsələn, müəyyən firma ilə
bağlı bu cür məlumat onun top-menecerlərinə məlumdur; insayder məlumatın satışı
qadağandır). Digər tərəfdən, məhz bu konsepsiya bazarın mövcudluğunu izah edir.
Çünki onun hər iştirakçısı onun əlində olan məlumatın, ehtimal ki, rəqiblərinə məlum
olmadığına və, nəticə etibarilə, effektiv qərar qəbul edə biləcəyinə ümid edir.
Dostları ilə paylaş: |