Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   15   16   17   18   19   20   21   22   23

65 

 

 



 

Burada  “Üçüncü  sektor işlərini itirən insanların tələblərini ödəyə  biləcək qədər 

inkişaf edə və möhkəmlənə biləcəkmi?” sualı meydana çıxır.  

nternet  şəbəkəsində  formalaşan  azad  kommunikasiya  mühiti  və  insanlar 

arasında  təmənnasız  informasiya  mübadiləsi  yeni  istehlakçı  dəyərinin  formalaşdığı 

mühitə  çevrilir.  nformasiya  cəmiyyəti  bu  və  ya  digər  formada  ekspert 

informasiyasını  əldə  etmək  üçün  əlverişli  şəbəkə  mühiti  yaradır.  Ekspert 

qiymətləndirməsi  müasir  iqtisadiyyatı  dərk  etmək  üçün  zəruri  olan  anlayış  kimi 

klassik bazar münasibətlərindən getdikcə daha çox uzaqlaşmaqdadır.  

Bütün bu imkanlar hesabına iqtisadiyyatda bazar münasibətlərinin payı tədricən 

azalmaqdadır.  Kommunikasiya  mühitinin  inkişafı  cəmiyyətin  qeyri-bazar 

funksiyalarını (ətraf mühitin sosial dəstəyi və qorunması, korrupsiya ilə mübarizə və 

s.)  öz  üzərinə  götürərək  sosiallaşmasına  imkan  verir.  Həmçinin  istehlakçı  dəyərinin 

formalaşmasının  bazar  mexanizmi  biznesin  qloballaşması  və  genişlənməsi  hesabına 

özəl  sektordan  sıxışdırılıb  çıxarılır.  Rəqabət  aparan  şirkətlər  ümumi  mülkiyyətçilər 

taparaq  primitiv  bazar  davranışlarından  daha  səmərəli  strategiyalar  quraraq,  yeni 

tərəfdaşlıq  münasibətləri  formalaşdırırlar.  Qlobal  kommunikasiyalar  dövründə 

transmilli  şirkətlər  başqa  taktika  tətbiq  edirlər:  “total  reklam  və  tərəfdaşlıq 

şə

bəkələrinin  hesabına  öz  əmtəə  və  xidmətlərinin  istehlakçı  dəyərini  alıcıların 



təsəvvürlərində yüksəldərək onlar üçün əlavə imic formalaşdırırlar”.  

Məlumdur  ki,  əmtəə-pul  münasibətlərinin  şəbəkə  münasibətləri  ilə  əvəz 

olunması  tədricən  baş  verir.  Cəmiyyətin  idarə  edilməsinin  yeni  sistemi,  yeni 

iqtisadiyyat  da  daxil  olmaqla,  kommunikasiya  mühitinin  təkmilləşməsi,  dünyanın 

bütün  sakinlərinin  informasiyaya  sərbəst  daxil  olma  imkanının  yaranması  ilə  eyni 

zamanda inkişaf etməlidir.  

Hazırda  brend,  marka  və  məhsulların  sosial  şəbəkə  vasitəsi  ilə  tanıdılması  və 

reytinqinin  qaldırılması  tendensiyası  müşahidə  olunur.  qtisadiyyatın  müxtəlif 

sahələrini  təmsil  edən  şirkətlər  müştəriləri  ilə  sosial  şəbəkələr  vasitəsi  ilə  işləməyə 

üstünlük  verirlər.  Sosial  şəbəkələr  şirkətlərə  maraqlı  istifadəçilərlə  əlaqə  qurmağa, 

onlarla  uzunmüddətli  əlaqə  yaratmağa,  şirkətin  reputasiyasını  idarə  etməyə,  satış 



66 

 

 



 

həcmini  artırmağa  və  digər  biznes  məsələlərini  daha  yüksək  səviyyədə  həll  etməyə 

imkan verir.  

Statistik məlumatlara görə, bütün  nternet istifadəçilərinin 95%-i hər gün sosial 

şə

bəkələrdən  istifadə  edir  və  xidmətlər,  mallar,  şirkətlər  haqqında  məlumstlar 



toplayır,  öz  fikir  və  təəssüratlarını  bölüşürlər.  Bunun  nəticəsində  də  hətta  bir 

istifadəçinin  müsbət  və  ya  mənfi  rəyi  çoxmilyonlu  dövriyyəsi  olan  şirkətin 

reputasiyasına  ciddi  təsir  göstərə  bilər.  Aparılan  sorğuların  nəticələrinə  görə,  sosial 

şə

bəkə  iştirakçılarının  87%-i  buradakı  istifadəçilərin  rəylərinə  rəsmi  mənbələrdən 



verilən informasiyaya nisbətən [12] daha çox inanırlar.  

 

 



3.3. Assimmetrik informasiyalı bazarların problemlərinin həlli yolları  

 

nformasiyanın assimmetriyalılığı aradan qaldırıla bilərmi? 

Müasir  dövrdə  bir  çox  ölkələrin  maliyyə  və  iqtisadi  sistemləri  kifayət  qədər 

təhlilə və natamam informasiyanın mümkün nəticələrindən xəbərdar olmağa hazırdır. 

Bütün bunları aşağıdakı bəzi amillər şərtləndirir: 

-

  istehsal  sistemi  və  şirkətlər,  onların  satış,  qiymət,  gəlir  və  digər 



səmərəlilik göstəriciləri inkişaf etmişdir; 

-

  bu  amilin  mahiyyəti  dövlətin  dəstəklədiyi  makroiqtisadi  mühitin 



stabilliyini yerindən oynadır; 

-

  maliyyə bazarının diversifikasiyasının yüksək səviyyəsi; 



-

  maliyyə və kredit resurslarının institusional inkişafı. 

Bu  amillər  assimmetrik  informasiyanın  nəticələrini  neytrallaşdırsa  da, 

informasiyanın assimmetriyasından tam müdafiəyə zəmanət vermir. 

Bir çox iqtisadçılar assimmetrik informasiyaya dövlət tərəfindən tənzimlənməsi 

tələb  edilən  bazar  iflası  kimi  baxırlar.  Xüsusi  halda  D.Stiqlis  a.ağədakıları  yazır: 

«Corc Akerlof və mən 1960-cı illərin əvvəllərində Massaçuset Texnoloji  nstitutunda 

eyni kursda təhsil almışıq.  O zaman  mövcud standart iqtisadi modelləri öyrənərkən 




67 

 

 



 

biz bu modellərdə böyük məna görmürdük. Bizim təhlil göstərdi ki, «görünməz əl» 

nəinki görünmür, hətta ya ümumiyyətlə yoxdur, ya vardırsa, qətiyyən gücsüzdür». 

Lakin Akerlof öz həmkarı ilə heç də razı olmayaraq fərz edir ki, informasiyanın 

assimmetriyalılığının  azaldılması  üçün  əsla  dövlətin  müdaxiləsi  gərək  deyildir. 

Bunun üçün  yalnız  zəmanət  institutlarını  inkişaf  etirmək  və  reputasiyanın qayğısına 

qalmaq  (məsələn,  brendlərin,  firma  mağazalarının,  müqavilələrin  müdafiə 

olunmasının) lazımdır. Akerlofun özünün saxlanmış avtomobillərlə bağlı araşdırdığı 

bir  misalda  alıcılaristismar  prosesində  ya  avtomobilin  köhnə  sahizindən  avtomobilə 

xidmət  haqqında  sənədlər  tələb  edə  bilərlər,  ya  da  maşını  təcrübəli  avtomexanikin 

mütəxəssis  məsləhətinə  götürməyə  cəhd  edərlər  və  yaxud  dayaxşı  reputasiyası  olan 

alıcılar vasitəsilə maşınıəldə etməyə çalışarlar.  

stehlakçının  müdafiə  hüquqi  satılan  əmtəə  və  xidmətlərin  keyfiyyəti  haqqında 

tam  informasiyaya  söykənməlidir.Lakin  bu  cür  informasiyanı  əldə  etmək  olarmı  və 

bunu  kim  etməlidir?  Burada  əsas  rolu  istehlakçılar  cəmiyyəti,  kütləvi  informasiya 

vasitələri  (qəzetlər,  radio,  televizor),  hökümətin  qanunvericilik  və  icra  orqanları  və 

eləcə də, öz məhsullarını fəal reklam edən firmaların özləri oynayırlar.  

Hətta  xarici  iqtisadçılar  və  maliyyəçilər  hesab  edirlər  ki.  informasiyanın 

natamamalığı probleminin həllinə yardım edə biləcək formalardan biri marketinqdir. 

Onun zəruriliyi məhsul və məhsul istehsalı arasındakı ziddiyyətlər hesabına baş verir. 

Məhz  marketinqin  köməyilə  istehsal  sistemi  ilə  cəmiyyətin  tələbatları  arasındakı 

tarazlığa nail olmaq olar. 

Hal-hazırda marketinqin aktiv rolu xarici bazar mühitinin parametrləri haqqında 

informasiyanın  assimmetriyasının  azaldılmasından  ibarətdir,  bu  da  bazarın  xarici 

agentlərini  bazarın  cari  və  gələcək  tələblərinin  strukturunu  və  kəmiyyətini  daha 

dərindən öyrənməyə  sövq edir. Yığılmış informasiya əsasında bazarın imkanlarınlın 

təhlili,  məqsədli  bazarın  seçimi,  müxtəlif  əsasa  görə  istehlakçıların  kateqoriyalara 

paylanması,  maksimal  gəlirin  əldə  olunması  üçün  bazara  zəruri  məhsulların 

çıxarılması,  izafi  məsrəf  və  itkilərin,  çatışmazlıqların  aradan  qaldırılması  baş  verir. 

Yuxarıda  sadalananlardan  belə  nəticəyə  gəlmək  olar  ki,  marketinq  dəyişən  xarici 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə