Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə3/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   2   3   4   5   6   7   8   9   ...   22

 

durumda büdcənin və maliyyə əməliyyatlarının icrası kimi funksiyalara böyük önəm 



vermək  lazımdır  ki,  büdcənin  icrasına  görə  məsuliyyət  daşıyan  rəhbərlər  iqtisadi 

mühitdəki dəyişikliklərə operativ və təsirli reaksiya verə bilsinlər.  

Çağdaş  bazar  iqtisadiyyatı  şəraitində  xəzinədarlığın  mahiyyəti  bir  qədər 

dəyişmiş,  daha  geniş  sistem  olan  bazar  münasibətlərini  əks  etdirən  elementləri 

özündə  cəmləşdirmişdir,  lakin  tarixi  mahiyyətdə  dəyişikliklər  baş  versə  də, 

xəzinədarlıq öz ilkin funksiyalarını yerinə yetirməkdə davam edir. 

Xəzinədarlıq dövlət gəlirlərini və xərclərini nəzarətdə saxlayan və pul-valyuta 

vəsaitinin  hərəkətini  tənzimləyən  ən  önəmli  dövlət  orqanıdır.  qtisadi  lüğətlərdə 

verildiyi  kimi  xəzinədarlıq  xəzinənin  saxlanması,  gəliri  və  çıxarı  ilə  məşğul  olan 

dövlət idarəsi, yaxud maliyyə orqanıdır. Xəzinədarlıq işinin müasir mexanizmi ayrı-

ayrı ölkələrdə bir-birindən fərqlənən daha geniş funksiyalar və səlahiyyətlər yerinə 

yetirir.  Bundan  əlavə,  bəzi  ölkələrdə  ümumiyyətlə  xəzinədarlıq  yoxdur,  onun 

funksiyasını  başqa  dövlət  orqanı,  yaxud  orqanları  yerinə  yetirir.  Məsələn,  ABŞ-də 

xəzinədarlıq  sistemi  bütün  maliyyə  məsələlərini,  o  cümlədən  pul  dövriyyəsini 

tənzimləyən ən mühüm maliyyə qurumudur. 

Onu  da  qeyd  edək  ki,  bazar  münasibətləri  şəraitində  xəzinədarlıq  sistemi 

iqtisadi tənzimləmənin və nəzarətin əsas vasitəsi kimi çıxış edir. 

Xəzinədarlıq sisteminin təşkili və onun fəaliyyətinin həyata keçirilməsi hər bir 

ölkədə  müəyyən  orqanlara  həvalə  olunur.  Maliyyəni  idarəçiliyi  orqanları  bazar 

iqtisadiyyatı şəraitində çox böyük bir missiya yerinə yetirirlər. 

Ümumiyyətlə,  idarəetmə  və  ya  idarəçilik  anlayışı  insanın  şüurlu  əmək 

fəaliyyəti  ilə  əlaqədardır  və  insan  fəaliyyətinin  bütün  sahələrini  əhatə  edir. 

Cəmiyyətin  inkişaf  səviyyəsi,  hər  şeydən  əvvəl,  onun  idarəçilik  mexanizmlərinin 

səviyyəsi  ilə  ölçülür.  Bu  mexanizmlər  mükəmməldirsə,  deməli,  inkişaf  yüksəkdir. 

Ümumiyyətlə,  "idarəetmə"  dedikdə  hər  hansı  bir  obyektə  şüurlu  təsir  üsullarının 

məcmusu nəzərdə tutulur. 

Cəmiyyətin  idarəçilik  sistemi  siyasi,  iqtisadi,  sosial  idarəetmə  prosesləri  ilə 

ifadə  olunur.  qtisadi  idarəetmənin  mühüm  tərkib  hissəsi  maliyyənin  idarə 




10 

 

edilməsidir.  Maliyyənin  idarə  edilməsi  isə  öz  növbəsində  müəyyən  məqsədə  nail 



olmaq  üçün  maliyyə  vasitəsilə  obyektə  şüurlu  və  məqsədyönlü  təsir  metod  və 

üsullarının  məcmusundan  ibarətdir.  Şüurlu  və  məqsədyönlü  fəaliyyət  kimi 

maliyyənin  idarə  edilməsi  bazar  iqtisadiyyatı  şəraitində  iqtisadi  qanunların 

tələblərini və təsirlərini nəzərə almaqla gerçəkləşdirilir. 

Bu  zaman  maliyyə  idarəetmənin  həm  subyekti,  həm  də  obyekti  kimi  çıxış 

edir. Bir tərəfdən, vasitə kimi istifadə olunan maliyyə idarəetmənin təsir obyektinə 

çevrilir,  digər  tərəfdən  isə,  maliyyə  münasibətləri  idarəetməni  həyata  keçirən 

subyekt kimi fəaliyyət göstərir.  

Beləliklə,  maliyyənin  özünəməxsus  idarəçilik  orqanları,  təşkilatçılıq  üsulları 

və s. var və bütünlükdə maliyyəni bu orqanlar idarə edir. Həmin orqanlar müxtəlif 

ölkələrdə müxtəlif səlahiyyətlərə malikdir.  

Sovet  və  ilk  postsovet  illərində  maliyyə  ciddi  mərkəziyyətçilik,  planlılıq, 

partiya  inzibatçılığı  kimi  arxaik  prinsiplərlə  idarə  olunurdu.  Yəni  bütün  əsas 

məsələlər  mərkəzdən  həll  edilir,  idarəçilik  ab-havasını  yegənə-hegemon  partiya 

müəyyənləşdirirdi. 

qtisadi  idarəetmə  orqanlarının  funksiyaları  kommunist 

oliqarxiyası  praktik  olaraq  öz  üzərinə  götürmüşdü.  Hətta  ən  xırda  məsələlər  də 

mərkəzləşdirilmiş  planlar vasitəsi ilə həll olunurdu. Bazar iqtisadiyyatı şəraitində bu 

prinsiplər  tam  dəyişdirilməlidir.  Belə  ki,  partiyalar  iqtisadi  həyatın  birbaşa 

inzibatçılığı  və  idarəçiliyi  işindən  uzaqlaşdırılmalı,  yalnız  bu  istiqamətdə  öz 

təkliflərini  verməlidir.  Hər  bir  maliyyə  orqanı  müvafiq  qanunvericilik  çərçivəsi 

daxilində  müstəqil  olmalıdır.  Bununla  bərabər,  dövlətin  funksiyalarına  aid  olan 

məsələlər və vəzifələr mərkəzləşdirilmiş qaydada nəzərdən keçirilməlidir. Bu yöndə 

artıq müəyyən işlər görülməkdədir. 

Maliyyə  idarəçiliyi  prosesi  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  iki  mərhələdən 

ibarətdir: 

1) Hazırlıq mərhələsi.  ki elementdən ibarətdir: 

a) maliyyə informasiyası və b) planlaşdırma. 




11 

 

nformasiya  bazasının  yaradılması  idarəetmədə  çox  böyük  əhəmiyyətə 



malikdir. Hər hansı funksiyanın yerinə yetirilməsi üçün ilk növbədə, dəqiq və geniş 

informasiya lazımdır. Qərar informasiyanın təhlili nəticəsində qəbul edilir. Maliyyə 

informasiyasının dürüstlüyü məqamlılığı cari prosesin gedişatını araşdırmağa, onun 

sonrakı  inkişaf  meyllərini  və  sonucunu  əvvəlcədən  nəzərə  almağa  və  bunların 

ə

sasında müəyyən nəticəyə gəlməyə imkan verir.  



Planlaşdırma -  maliyyənin idarə edilməsinin mühüm  mərhələlərindən biridir. 

Səmərəli  idarəçilik  üçün  görüləcək  işi  əvvəlcədən  müəyyənləşdirmək  gərəkdir. 

Ç.Darvin tez-tez vaxt azlığındangileylənərmiş. Bir gün o öz vaxt "büdcəsini" hər biri 

30 dəqiqəolmaqla hissələrə bölməyə başlayır və çox keçmədən vaxt potensialının iki 

dəfə  artığının  şahidi  olur.  Maliyyə  idarəçiliyində  düzgün  və  səmərəli  planlaşdırma 

bütün  maliyyə  mənbələrinin  aşkar  edilməsi,  onlardan  səmərəli  istifadə  olunması, 

milli  gəlir  bölgüsünün  optimal  proporsiyalarının  seçilməsi  və  disproporsiyaların 

aradan qaldırılması deməkdir. 

Maliyyənin planlaşdırılması maliyyə mexanizminin tərkib hissəsidir. Maliyyə 

mexanizminin 

idarə 

olunması 



maliyyə 

tənzimləyiciləri 

və 

maliyyə 


qanunvericiliyinin idarə olunması qədər önəmlidir. 

Ümumiyyətlə,  planlaşdırma  bütün  cəmiyyətlərə  xas  olan  anlayışdır.  Lakin 

onun  hər  bir  cəmiyyət  və  hər  bir  ölkə  üçün  səciyyəvi  olan  özünəməxsus  cəhətləri 

var.  Məsələn,  SSR -də  planlaşdırılma  tam  mərkəzləşdirildiyi  və  ölkə  regionlarının 

xüsusiyyətləri tam  nəzərə  alınmadan  aparıldığı  halda,  ABŞ-də  bu iş bütün  amilləri 

maksimum  dəqiq  nəzərə  almaqla,  hər  bir  subyektin  müstəqilliyini  müəyyən  hüquq 

normaları daxilində qorumaqla görülürdü.  

Milli iqtisadiyyatın təşkilində maliyyə planlaşdırması çox böyük rol oynayır, 

çünki milli iqtisadiyyatın, eləcə də müxtəlif dəyər göstəricilərinin ayrı-ayrı sahələri 

arasında qarşılıqlı əlaqənin müəyyənləşdirilməsində maliyyə planlarının əhəmiyyəti 

böyükdür. 

Maliyyə planlaşdırması bütün hüquqi şəxsləri əhatə edir və onların hamısının 

bu  prosesdə  iştirakı  vacibdir.  Buna  görə  də  maliyyə  planlaşdırması  mühüm 



Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə