Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə9/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

27 

 

ə



məliyyatları  hamısı mühasibatlıq  tərəfindən  qeydiyyata  alınır və  mühasibat  

kitabında tam aydınlığı il əks etdirilir; 

b) nazirliyin  xərclənən  vəsaitlərinin və Maliyyə Nazirliyinin  regional 

ş

öbələrinin  dövlət büdcəsinin  icra  edilməsi  haqqında  aylıq, rüblük və illik 



hesabatlar alır, yoxlayır və təhlil edir; 

v)  dövlətin    büdcəsinin    icra  edilməsi  haqqında  ümumi    göstəricilər 

hazırlamaq. 

Mühasibat  uçotunun metodologiyası bölməsi: 

q)  dövlət  büdcəsi,  büdcədən  kənar    fondlar,  regional    və  yerli  büdcələr 

üzrə    uçot  və  hesabatların    vahid    standartlarını  müəyyən  edir.  Bu  funksiya, 

ümumilikdə  xəzinədarlıq  və  maliyyə  əməliyyatlarının  doğru  –  düzgün  

hesablanmasında  və  mühasibat  sənədlərinin    eyni  prinsiplərə  əsaslanmasında 

xüsusi əhəmiyyətə malikdir; 

ğ

) mühasibat uçotunun  həyata keçirilməsinin təlimatlarını və qaydalarını 



işləmək; 

d) hesabların  hökumət planının yerinə yetirilməsi. 

Məlumdur ki, hər bir ölkədə  milli mühasibat hesabatları vardır və ölkə 

ə

razisində  həyata  keçirilən    bütün  iqtisadi-maliyyə  əməliyyatları  bu  hesablar 



üzrə əks  etdirilir. 

Daxili audit (təftiş) şöbəsi. Bu şöbə  əsasən  nəzarətlə əlaqədardır: 

a)  istifadə  olunan    vəsaitlərin  təftişini,  daha    doğrusu,  auditini  və 

nazirliyin  xərclənən  vəsaitlərinin  müşahidə olunmasını həyata keçirmək; 

b) Maliyyə Nazirliyində idarəetmənin və nazirliyin xərclənən  vəsaitlərin 

sistem və metodlarının auditinin  həyata keçirilməsi, həmçinin  onların sistem 

və  metodlarının  təkmilləşdirilməsi  üzrə  təkliflərlə  çıxış  etmək.  Bazar 

iqtisadiyyatı  şəraitində  idarəetmənin  və    xərclərin  sistem  və  metodları  tam 

surətdə dəyişir, daha  doğrusu  xeyli  mürəkkəbləşir.  Ona  görə  də  bu  sistem  və 



28 

 

metodların    mürəkkəbliyini  aradan  qaldırmaq  üçün  daimi  olaraq  



təkmilləşdirilməsi yolları  axtarılmalıdır; 

v) mühasibat uçotu  sahəsində konkret  problemlərin öyrənilməsi. 

Aktivlərin  və  borcların  idarəedilməsi  şöbəsi  də  mühüm  şöbədir  və  bir 

neçə bölmədən ibarətdir. Hər bir bölmənin  öz funksiyaları var. 

Daxili borcların idarə edilməsi bölməsi: 

a) büdcənin icra edilməsi və nağd dövriyyənin idarə olunması şöbəsinin  

təkliflərinə  uyğun  olaraq    mühasib  formada,  həcmdə  və    müvafiq    ödənilmə 

müddətləri  ilə  dövlət    qiymətli  kağızların    buraxılmasını  təmin  etmək.  Bu 

funksiya    bazar  iqtisadiyyatı  şəraitində  maliyyə  sisteminin  ən  vacib  

funksiyalarındandır. 

Bunu 

söyləyərkən 



maliyyə 

bazarının 

tam 

formalaşdırılması və normal fəaliyyətinin  təmin edilməsi nəzərdə tutulur; 



b) dövlətin birbaşa və  şərtli  öhdəliklərinin  uçotunun aparılması; 

v)  əsas  daxili  borc    məbləğinin    ödənilməsi  hesabında  ödənişlərin  və 

faizlərin  ödənilməsinin  vaxtlı-vaxtında həyata keçirilməsinin  təmin edilməsi 

və təqvim  qrafikinin  hazırlanması. Bu məbləğin  vaxtında  ödəniş  qrafikinin  

tərtib edilməsi  maliyyə bazarında  meydana  çıxacaq  problemlərin qarşısının  

alınmasına kömək edir; 

q)  şərtli  daxili  öhdəliklərə  nəzarət  etmək  və  onların  fəaliyyətini 

araşdırmaq. 

Xarici borcların və yardımların idarə edilməsi bölməsi: 

ğ

)  xarici  borcların    təqdim    edilməsi    haqqında    razılaşma  və  sazişlərə 



nəzarət  olunması  və  bu  sazişlərin    yoxlanılması.  qtisadiyyat  dünya  iqtisadi  

sisteminə  qovuşduqca  borc  münasibətləri  xeyli    genişlənir.  Bu  münasibətlər  

ölkənin  maliyyə vəziyyətinə çox böyük  təsirlər  göstərir və  hökmən  güclü 

nəzarət  edilməlidir; 

d) dövlətin xarici  birbaşa və şərtli  öhdəliklərinin  uçotunun  aparılması; 



29 

 

j)  xarici    borcların    əsas  məbləğinin    ödənilməsi    hesabında  və  



ödənişlərin  və faizlərin  vaxtlı-vaxtında ödənilməsini təmin etmək  və təqvim 

qrafiki  hazırlamaq. 

Aktivlərin  idarəedilməsi bölməsi: 

z)  şərtli  xarici    öhdəliklərin  nəzarətinin  və  yoxlanılmasının  həyata 

keçirilməsi; 

e) dövlətin aktivlərinin uçotunun aparılması; 

ə

)  özəlləşdirmə  ilə  əlaqədar  olaraq    dövlətin  maliyyə  əməliyyatlarının 



uçotunun aparılması; 

l) dövlət istiqrazlarının  alınmasını təmin edir və uçotunu aparır. 

Nəhayət  sonuncu,  sistemin  işlənməsi    şöbəsi  aşağıdakı  funksiyaları 

yerinə yetirir: 

a)  Maliyyə  Nazirliyində  maliyyənin  idarə  edilməsinin    informasiya 

sistemi ilə təmin edilməsi və layihələşdirilməsi; 

b) bu sistemin nazirlik üzrə  komputerləşdirilməsi. 

Göründüyü  kimi,  xəzinədarlığın    funksiyaları  çox  saylı  və  iqtisadi 

cəhətdən vacibdir. Bu funksiyalar xəzinədarlığın  müxtəlif struktur  bölmələri 

arasında  bölüşdürülür ki, bu da funksiyaların həyata keçirilməsiniasanlaşdırır. 

Hər  şeydən  əvvəl  bu  struktur  vasitəsilə    büdcənin  idarəçiliyini  dəqiq  təşkil 

etmək  və  gəlir  –  xərc  sisteminə  nəzarəti  gücləndirməyə  imkan  verir. 

Xəzinədarlığın  dövlət  büdcəsi  bölməsi  büdcənin  idarəedilməsi,  o  cümlədən  

aylıq  kredit    limitlərinin    ayrılması  üzrə    xəzinədarlığın  əsas  funksiyalarını 

yerinə  yetirir.  O  maliyyə  planlaşdırılması  və  təhlili  şöbəsinin    proqnozlarını 

yoxlayacaq, bu da büdcə  layihələrinin  aylıq icrası üçün kifayət qədər  nağd  

vəsaitlərlə təmin edəcək. Bunlardan başqa, borcların  idarə edilməsi bölməsinə 

kəsr    maliyyələşdirilməsi  və  qısamüddətli    maliyyələşdirmələrə  tələbat  




Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə