Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə17/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   ...   14   15   16   17   18   19   20   21   22

51 

 

alışısənədi” uçotu qəbul edilir və bunun nəticəsində yaranmış kreditor borcu dövlət 



borcu  hesab  olunaraq  kassa  icrası  üçün  əsas  sayılır.  Haqqı  qabaqcadan  ödənilmiş 

mal (iş və xidmətlər) daxil olduqda həmin dəyərlilərin uçotunun qurulması ilə yanaşı 

Xəzinə Hesab Kitabında “Qabaqcadan ödəniş” müvafiq məbləğlərdə azaldılır. 

Malların (iş və xidmətlərin) alışının xəzinə uçotu mərhələsinin tətbiq edilməyə 

başlanması  kassa  xərcləri  üçün  indiyədək  istifadə  olunan  “Sifariş”lərdə  müəyyən 

dəyişikliklər  aparılmasını  zəruri  edir.  Öhdəlik,  alış  və  kassa  xərci  mərhələləri  bir-

birilə  nə  qədər  sıx  əlaqədə  olsa  belə,  onların  başvermə,  sənədləşdirmə  anları 

müxtəlifdir.  Beləliklə,  “Malların  (iş  və  xidmətlərin)  alışısənədi”nin  Xəzinədarlıq 

tərəfindən qəbulu aşağıdakı üç əsas şərti nəzərdə tutur. 

Birincisi,  “Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi”  bundan  əvvəl 

xəzinədarlıq tərəfindən qəbul edilmiş öhdəlik sənədindən sonra hazırlana bilər; 



kincisi,  “Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi”  malların  (iş  və 

xidmətlərin) alındığı hesabat ayı daxilində hazırlana və uçota alına bilər; 



Üçüncüsü,  “Malların  (iş  və  xidmətlərin)  alışısənədi”nin  məbləği  həmin  an 

üçün yaranmış öhdəlik qalığından artıq ola bilməz. 

Bu  mərhələnin  tətbiqi  zamanı  həmin  dövrədək  büdcə  təşkilatlarının  cari  ilin 

ə

vvəlindən artan yekunla debitor valyutaların (qabaqcadan ödənişlərin) və mal, iş və 



xidmətlər  üzrə  həyata  keçirilmiş  alışların cəmi  məbləğləri  ayrı-ayrı  maddələri üzrə 

XHK-ların müvafiq sütununda göstərilməlidir.  

Büdcə  təşkilatlarında  mal,  iş  və  xidmətlərin  dövlət  öhdəlikləri  çərçivəsində 

alışlarının xəzinə uçotunu təşkil etmək üçün xərc Xəzinə Hesab Kitablarında (XHK) 

müvafiq  dəyişikliklər  edilir.  Büdcə  Təşkilatları  tərəfindən  alınan  malların  (iş  və 

xidmətlərin)  Xəzinədarlıq  tərəfindən  Xəzinə  Hesab  Kitablarında  uçota  alınması 

prosesi büdcənin icrası haqqında dövri hesabatlarda öz əksini tapır. 

Hesabat  formalarına  əlavə  edilmiş  “Malların  (iş  və  xidmətlərin)  alışı”  və 

“qabaqcadan  ödəniş”  sütunlarında  büdcə  təşkilatları  tərəfindən  hesabat  ayı  ərzində 

alınmış  malların  (iş  və  xidmətlərin)  və  qabaqcadan  ödənilmiş  vəsaitlərin  büdcə 

təsnifatı üzrə aylıq dövriyyələri göstərilir. 



52 

 

Malların  (iş  və  xidmətlərin)  alışının  və  qabaqcadan  ödənişlərin  uçotu,  xərc 



maddələri  üzrə  büdcə  təşkilatları  tərəfindən  yaradılmış  debitor  və  kreditor 

borclarının müəyyən edilməsinə imkan verir. Xəzinə Hesab Kitabının “qabaqcadan 

ödəniş” sütununun artan yekunla dövriyyəsi müvafiq xərc maddəsi üzrə yaradılmış 

debitor borcu hesab olunur. XHK-nın “mal alışı” sütununun artan yekunla məbləğin 

“debet”  sütununda  dövriyyənin  qabaqcadan  ödəniş  məbləği  qədər  azaldılması 

hissəsinə  olan  fərqi,  müvafiq  xərc  maddəsi  üzrə  yaradılması  kreditor  borcunu 

göstərir. 

lin sonunda XHK-lar bağlanaraq yuxarıda göstərilən hesablanmış debitor və 

kreditor borcları növbəti keçirilir və yeni açılmış müvafiq XHK-larda “ilin əvvəlinə 

qalıq”  adı  ilə  ayrıca  sətirdə  işlənilir.  Eyni  ilə,  sütununda  kreditor  borcuna  bərabər 

məbləğlərdə öhdəlik qalıqları yazılır. 

 

2.3. Maliyyə resurslarının idarə edilməsində xəzinədarlıq sisteminin 



rolunun qiymətləndirilməsi 

 

Xəzinədarlıq  sisteminin  yaradılmasında  əsas  məqsəd  dövlətin  malik  olduğu 



maliyyə  resurslarının  optimal  idarə  edilməsinə  zəmin  yaratmaq  və  onu  təmin 

etməkdir.  Xəzinədarlıq,  maliyyələşmə  xərclərini  minimuma  endirməklə  və  dövlət 

büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətini tənzimləməklə həmin təşkilatlara 

vaxtında və zəruri resurslar əldə etməyə imkan verir. 

Bazar  iqtisadi  münasibətlərinin  formalaşdığı  ölkələrdə  iqtisadi  və  maliyyə 

problemlərinin,  həmçinin  təşkilati-hüquqi  dəyişmələrin  səviyyəsindən  asılı  olaraq 

Xəzinədarlıq  sisteminin  yerinə  yetirdiyi  funksiyalar  bir-birindən  kəskin  surətdə 

fərqlənir. 

Bir  çox  dövlətlərdə  ölkənin  iqtisadi  vəziyyətindən,  tarixi  və  mədəni 

amillərdən,  iqtisadiyyatın  idarəedilməsi  məsələləri  üçün  məsuliyyət  daşıyan 

qurumun imkan və qabiliyyətindən asılı olaraq.  Xəzinədarlığa büdcə və maliyyənin 

idarə edilməsinin aşağıdakı əsas funksiyaları həvalə edilir: 




53 

 

 



Ümumi  makroiqtisadi  siyasət  həddində  büdcə  və  vergi  siyasətinin 

hazırlanması;  

 

büdcənin tərtib edilməsi;  



 

büdcənin icrası;  

 

büdcənin icrası ilə əlaqədar olan maliyyə əməliyyatları;  



 

büdcənin  icrası  üzrə  əməliyyatların  uçotu  və  maliyyə  informasiya 

sistemi;  

 

auditor xidməti.  



Azərbaycanda  Baş  Dövlət  Xəzinədarlığına  əsasən  sonuncu  4  funksiyanın 

icrası həvalə olunmuş və bu məqsədlə müvafiq icra strukturları yaradılmışdır.  

Son  illərdə  xərclərin  formalaşması  və  ona  maliyyə  nəzarətinin  həyata 

keçirilməsində  xəzinədarlıq  sisteminin  yaradılması  mühüm  əhəmiyyət  kəsb  edir. 

Xəzinədarlığın  əsas  funksiyalarından  biri    büdcənin  icrası  dairəsində  ödəmələrin 

həyata  keçirilməsidir.  Xəzinədarlıq  sisteminə  keçməsi  büdcə  haqqında  qanunların  

və  büdcə    təsnifatının  tələblərinin  tam  və  dəqiq  yerinə  yetirilməsinə  imkan 

vermişdir. 

Bu  mərhələdə  dövlətin  əsas    tənzimləyici  rolu  dəqiq  olaraq 

müəyyənləşdirilməlidir.  Xərclərin sekvestrləşdirilməsininmovcud təcrübəsi,  büdcə 

öhdəlikləri  üzərində  nəzarət  mexanizminin  zəif  olması,  büdcə  ilə    əlaqədar 

tənzimlənməyən  əməliyyatların  çoxalması  büdcə  uçotu  və  nəzarətinin  lazımi  

səviyyədə aparılması ilə izah oluna bilər. 

Büdcənin  kassa  icrası    bank  orqanlarında  aparıldıqda,  hər  bir  büdcə 

təşkilatının  bankda hesabı açılırdı.  Büdcədə nəzərdə tutulan  vəsaitlər hər   rüb üzrə 

bankdakı  hesaba  keçirilir  və  təşkilat  tərəfindən  xərc    smetasına  uyğun  istifadə 

edilirdi. Lakin bəzi hallarda büdcə idarələri  ayrılmış vəsaitləri təyinatı üzrə istifadə 

etmirdilər. Ona görə də Maliyyə Nazirliyi  büdcənin icrası  haqqında təqdim olunan 

hesabatla təsdiq olunmuş qanunu müqayisə etdikdə fərq alınırdı. 



Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə