Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə22/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   ...   14   15   16   17   18   19   20   21   22

66 

 

–  qabaqcıl  beynəlxalq  təcrübə  nəzərə  alınmaqla,  Agentliyin  fəaliyyətində 



elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək; 

– Agentlik tərəfindən xidmət göstərilən büdcə təşkilatları ilə rayon, şəhər üzrə 

maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq  strukturları  və  regional  (zona) 

xəzinədarlıq  orqanları  arasında  hərəkət  edən  maliyyə  resurslarının  dövri 

üzləşdirilməsini həyata keçirmək; 

–  qanunvericiliyə  uyğun  olaraq  dövlət  sirrinin  və  məxfilik  rejiminin 

qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik 

tədbirlərini görmək; 

–  rayon,  şəhər  üzrə  maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq 

strukturlarının  və  regional  (zona)  xəzinədarlıq  orqanlarının  proqram  vasitələri  ilə 

təmin olunmasına əməli köməklik göstərmək; 

–  büdcə  təşkilatları  tərəfindən  alınan  mal,  iş  və  xidmətləri  xəzinə  hesab 

kitablarında uçota almaq; 

–  dövlət  xəzinədarlığının  idarəedilməsi  sahəsində  normativ  tənzimləmənin 

həyata  keçirilməsi  ilə  bağlı  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə 

təkliflər vermək. 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı 

Agentliyi öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 

–  mərkəzləşdirilmiş  xərclərin  kassa  icrası  prosesində  öz  səlahiyyətləri 

daxilində  cari  nəzarətin  həyata  keçirilməsi,  maliyyə  planlaşdırılması  və  dövlət 

büdcəsindən  xərclərin  maliyyələşdirilməsi  üçün  büdcə  təşkilatlarından  zəruri 

sənədləri almaq; 

–  dövlət  büdcəsinin  icrası  ilə  əlaqədar  olaraq  yerli  və  ya  mərkəzləşdirilmiş 

xərclərdən  maliyyələşən  nazirlik,  komitə,  şirkət,  baş  idarə  və  idarələrdən 

hesabatların vaxtında təqdim edilməsini tələb etmək və onları icmallaşdırmaq; 

–  rayon,  şəhər  üzrə  maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq 

strukturlarının və  regional  (zona)  xəzinədarlıq orqanlarının  xəzinə  əməliyyatlarının 



67 

 

aparılmasına  bank  xidməti  göstərilməsi  üçün  müvafiq  qaydada  seçilmiş  Agent-



Banklarda tranzit hesabları açmaq; 

–  ayrılmış  büdcə  vəsaitinin  təyinatı  üzrə  xərclənməməsi  aşkar  olunduğu, 

habelə  vəsaitin  xərclənməsinə  dair  müvafiq  hesabatlar  təqdim  edilmədiyi  hallarda 

müvafiq  büdcə  təşkilatının  rəhbərliyini  xəbərdar  etməklə,  həmin  təşkilatın 

maliyyələşdirilməsinin  məhdudlaşdırılması  üçün  Azərbaycan  Respublikasının 

Maliyyə Nazirliyinə təkliflər vermək; 

–  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  məhkəmə  qərarlarına  və hüquq 

mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda aparılan 

təftiş  və  yoxlamalarda,  habelə  bu  təşkilatların  maliyyə-təsərrüfat  fəaliyyətinin 

təhlilində iştirak etmək; 

–  dövlət  büdcəsindən  və  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsindən 

maliyyələşən  təşkilatlara  bank  hesabı  açmaq  və  ya  belə  hesabdan  istifadə  etmək 

üçün  yazılı  icazə  vermək,  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  və  qaydada 

ə

vvəllər verdiyi icazəni geri çağırmaq; 



– büdcə təşkilatlarından və dövlət büdcəsindən maliyyə yardımları alan digər 

təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə, müəyyən olunmuş qaydada, aylıq, 

rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati təsnifat üzrə 

hesabatlar almaq; 

–  fəaliyyət  göstərdiyi  sahə  üzrə  dövlət  və  yerli  özünüidarəetmə  orqanlarına, 

fıziki  və  hüquqi  şəxslərə  zəruri  məlumatlar  (sənədlər)  barədə  sorğu  vermək  və 

onlardan belə məlumatları (sənədləri) almaq; 

 

 



3.2. Respublikamızda yaradılmış xəzinədarlıq sisteminin inkişaf 

istiqamətləri  

 

Müstəqillik dövründə respublikamızda maliyyə sistemində böyük nailiyyətlər 



qazanılmışdır.   Dövlət  müstəqilliyinin  ilk  illərində  yaradılmış  xəzinədarlıq  sistemi 


68 

 

hal-hazırda  uğurla  inkişaf  edir.    Azərbaycan  Respublikasının  Prezidentinin  04 



oktyabr  1995-ci  il  tarixli  “Azərbaycanda  dövlət  xəzinədarlığının  yaradılması 

haqqında”  Fərmanı  ilə   ölkəmizin  malik  olduğu  maliyyə  resurslarından  düzgün 

istifadə  edilməsi  məqsədilə  maliyyə  sistemində  xəzinədarlığın  tətbiqinin  hüquqi 

bazası  yaradılmış,  bünövrəsi  qoyulmuşdur.  Bundan  sonra  ardıcıl  olaraq  müxtəlif  

mərhələlərlə  xəzinədarlığın  bütün  respublikanı  əhatə  etməsi  üçün  məqsədyönlü 

fəaliyyətə  başlanıldı.  Fərmanın  icrası  olaraq  01  yanvar  1997-ci  il  tarixdən 

respublikada  Xəzinədarlıq  sisteminin  I  mərhələsi  tətbiq  edildi.  Bu  mərhələdə 

maliyyə  vəsaitlərinin  hərəkəti  və  uçotu  büdcə  təşkilatlarının  malik  olduqları  bank 

hesabları ilə yanaşı paralel olaraq xəzinə hesabları vasitəsi ilə də aparılırdı. 

Azərbaycan  Respublikası  Prezidentinin  16  may  1997-ci  il  tarixli  568  saylı 

“Azərbaycan  Respublikasında  dövlət  xəzinədarlığının  fəaliyyətinin  tənzimlənməsi  

haqqında”  Sərəncamına  uyğun  olaraq  Xəzinədarlıq  sisteminin  II  mərhələsi 

respublikada  tətbiq  olunmağa  başladı,  zəruri  tədbirlər  həyata  keçirildikdən  sonra 

Sərəncamda  qoyulmuş  vəzifələri  yerinə  yetirmək  məqsədi  ilə   Maliyyə  Nazirliyi 

mərhələlərlə  Xəzinədarlıq  sisteminin  tətbiq  edilməsi  01  iyun  1997-  ci  il  tarixdən  

xəzinədarlıq  rəsmi  maliyyə  sistemi  kimi  respublikada  başladı  və     1997-ci  ilin 

noyabr ayında respublikanın bütün ərazisində Xəzinədarlığın II mərhələsinin tətbiqi 

başa  çatdırıldı.  Bu  mərhələnin  mahiyyəti  dövlət  maliyyə  vəsaitlərindən  istifadə 

olunmasının  səmərəli  mexanizmini  formalaşdırmaq,  bu  vəsaitlərin  birbaşa  son 

təyinatına  çatdırılmasını  və  bununla  bağlı  maliyyə  əməliyyatlarının  yalnız  vahid 

xəzinə 

hesabı 


vasitəsilə 

aparılmasını 

təmin 

etmək 


idi. 

 Maliyyə  Nazirliyi  əldə  edilmiş  nailiyyətlərin  daha  da  möhkəmləndirilməsi, 

Xəzinədarlıq  sisteminin  təkmilləşdirilməsi,  məxaric  əməliyyatlarının  fasiləsiz 

maliyyələşdirilməsi,  büdcə  təşkilatlarında  öhdəliklər  əsasında  faktiki  xərclərə 

nəzarət  edilməsini  təmin  etmək  məqsədilə  01  yanvar  1999-cu  il  tarixdən 

respublikamızda  Xəzinədarlıq  sisteminin  III  mərhələsinin  tətbiqinə   başladı. 

Respublikamızda  yaradılan  xəzinədarlıq  sistemində  büdcənin  icrası  prosesinin 

yuxarıda  qeyd  olunan  mərhələlərində  nəzarət  mexanizminin  yaradılması  həm  də 




69 

 

büdcə  prosesində  borclanmanın  daha  mükəmməl  idarə  edilməsi,  maliyyə 



resurslarından  səmərəli  istifadə  etməklə  ən  vacib  dövlət  ödənişlərinin 

müvəffəqiyyətlə  həyata  keçirilməsinişərtləndirir.  Məhz  qeyd  olunan  məqsədə 

çatmaq  üçün  01  avqust  2000-ci  il  tarixdən  xəzinədarlıq  sisteminin  IV  mərhələsi- 

büdcə  təşkilatları  tərəfindən  alınmış  malların  (iş  və  xidmətlərin)  xəzinə  uçotunun 

qurulması tətbiq edilmişdir. 

nformasiya  Texnologiyaları  sahəsində  ölkəmizdə  aparılan  ardıcıl  və 

məqsədyönlü siyasətin, bu sahədə əldə olunan nəticələrə uyğun olaraq Xəzinədarlıq 

vasitəsilə  büdcə  xərclərinin  icra  mexanizminin  təkmilləşdirilməsi,  bu  sahədə 

şə

ffaflığın  artırılması,  dövlət  büdcəsinə  daxil  olan  vəsaitlərin  avtomatik  uçotunun 



qurulması,  büdcə  daxilolmalarının  daha  səmərəli  istifadə  edilməsinin  təmin 

edilməsi,  məlumatların  daha  operativ  emal  edilməsi  məqsədilə  Xəzinədarlığın 

darəedilməsinin  nformasiya Sisteminin yaradılması layihəsi həyata keçirilir. 

2006-cı  ildən  isə  Binəqədi,  Xətai,  Gəncə  və  Xaçmaz  Yerli  Xəzinədarlıq 

Orqanları 

üzrə 


ə

məliyyatlar 

X S 

vasitəsilə 



həyata 

keçirilir.  

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  fəaliyyətinin  təkmilləşdirilməsi 

məqsədilə  Azərbaycan  Respublikası  Prezidentinin  09  fevral  2009-cu  il  tarixli  48 

nömrəli  Fərmanı  ilə  Dövlət  büdcəsinin  kassa  icrasını  həyata  keçirən  və  həmin 

maliyyə  əməliyyatlarının  uçotunu  aparan,  büdcə  xərcləri  üzrə  dövlətin  adından 

büdcə  təşkilatları  qarşısında  öhdəlikləri  qəbul  edən,  Azərbaycan  Respublikasında 

dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu vəsaitlərin 

daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirən icra 

hakimiyyəti  orqanı  kimi  fəaliyyət  göstərən  Azərbaycan  Respublikası  Maliyyə 

Nazirliyinin 

Dövlət 


Xəzinədarlığı 

Agentliyi 

yaradılmışdır.  

Yeni  yaradılmış  qurumun  fəaliyyətinin  əsas  prioritetlərindən  biri  də  göstərilən 

xidmətin maksimal dərəcədə avtomatlaşdırılması və elektron hökumət çərçivəsində 

digər  dövlət  qurumları  ilə  inteqrasiya  edilməsidir.  X S-in  tətbiqi  Azərbaycan 

Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən həyata 

keçirilən maliyyə islahatlarının ən vacib tərkib elementlərindən biridir və burada ən 




70 

 

başlıca  məqsəd  real  vaxt  rejimində  əməliyyatların  vahid  xəzinə  hesabı  vasitəsilə 



icrasını təmin etməkdir. 

Hal-hazırda  Bakı  şəhəri  üzrə  5  saylı  (keçmiş  Qaradağ)  xəzinədarlıq  idarəsi 

istisna  olmaqla  bütün  xəzinədarlıq  idarələri,  Gəncə,  Xaçmaz  və  Abşeron  Yerli 

Xəzinədarlıq Orqanları xəzinə əməliyyatlarını real vaxt rejimində həyata keçirir və 

bu 

da 


Dövlət 

büdcəsinin 

icrasının 

80-85%-ni 

təşkil 

edir. 


Eyni  zamanda,  2011-ci  ilin  iyul  ayından  Bakı  şəhəri  üzrə  bütün  vergi 

daxilolmalarının  avtomatik  emalı  məqsədilə  Mərkəzi  Bankın  Xırda  Ödənişlər  üzrə 

Hesablaşma  Klirinq  Sistemi  X S-lə  inteqrasiya  olunmuş,  hər  iş  gününün  sonunda 

bütün  vergi  daxilolmaları  elektron  şəkildə  qəbul  olunur,  avtomatik  emal  edilərək 

Vergilər  Nazirliyinə  ötürülür.  Yaxın  gələcəkdə  bütün  büdcə  və  büdcədənkənar 

daxilolmaların avtomatik emalı nəzərdə tutulur. 

nformasiya 

Sisteminin 

tətbiqi 

maliyyə 


ə

məliyyatlarının 

avtomatlaşdırılmasına,  risklərin  və  pul  vəsaitlərinin  səmərəli  idarə  olunması  ilə 

yanaşı,  həm  də  şəffaflığın  təmin  olunmasına  və  neqativ  hallara  şərait  yaradan 

amillərin aradan qaldırılmasına kömək olacaqdır. 

"Xəzinədarlığın idarə edilməsinin informasiya sistemi" Azərbaycan ərazisində 

maliyyələşdirmədən  başlayaraq  real  zaman  rejimində  hesabatların  alınmasınadək, 

yəni həyata keçirilən bütün xəzinədarlıq əməliyyatlarının, həmçinin IPSAS əsasında 

işlənib  hazırlanmış  milli  standartlara  uyğun  mühasibatlıq  uçotu  əməliyyatlarının 

aparılmasını  təmin edir. 

Büdcə təşkilatlarında  və  büdcədən  maliyyələşdirilən təşkilatlarda  maliyyə  və 

mühasibat  uçotu  hesabatlarının  mərkəzləşdirilmiş  qaydada,  bulud  texnologiyaları 

ə

sasında  aparılmasını  təmin  edən  FARABI  sistemi  Azərbaycanın  maliyyə 



sistemində SINAM şirkəti tərəfindən tətbiq olunur.  

X S-in  bütün  respublika  üzrə  yayılmasının  başa  çatdırılması  nəzərdə 

tutlmuşdur.       Eyni  zamanda,   Dövlət  Xəzinədarlığı  Agentliyi  dövlət  büdcəsinin 

icrası  barədə  məlumatların  beynəlxalq  standartlara  uyğun  emal  olunması  və  təhlili 




71 

 

sahəsində  işləri  həyata  keçirir.  Belə  ki,  büdcədən  ayrılan  vəsaitlər  üzrə  hesabatlar 



yeni təsdiq olunmuş milli hesabat standartlarına uyğun işlənilir.  

Bununla  yanaşı,  2011-ci  ilin  sentyabr  ayında  Beynəlxalq  Valyuta  Fondunun 

texniki  missiyası  ilə  bərabər  dövlət  büdcəsinin  və  icmal  büdcənin  son  üç  il  üzrə 

göstəriciləri Dövlət Maliyyə Statistikasına uyğunlaşdırılmış və həmin göstəricilərin 

Maliyyə  Nazirliyinin  rəhbərliyinə  rəsmi  təqdim  olunmasından  və  məqbul  hesab 

edilməsindən  sonra  Valyuta  Fondunun  hər  il  dərc  etdiyi  və  bütün  üzv  ölkələrin 

göstəricilərini  əhatə  edən  maliyyə  kitabına  daxil  edilməsi  planlaşdırılmışdır.  Bu 

istiqamətdə  işlər  davam  etdirilir  və  göstəricilərin  rüblük  emalı  və  dərc  olunması 

gözlənilir. 

Xəzinədarlıq sisteminin təkmilləşdirilməsi məqsədilə Dünya Bankı tərəfindən 

təsis edilən və Mərkəzi Asiya və Şərqi Avropanın 22 ölkəsinin üzv olduğu PEMPAL 

Proqramı    həyata  keçirilir.  Maliyyə  Nazirliyindən  verilən  məlumata  görə,  2005-ci 

ildə  təsis  olunan  PEMPAL  proqramının  məqsədi  dövlət  maliyyə  idarəetməsi  üzrə 

bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını 

artırmaqdır. 

Proqram  çərçivəsində  keçirilən  tədbirlər  zamanı  Azərbaycanın  Maliyyə 

Nazirliyində  son  dövrdə  aparılan  islahatlar,  həmçinin  Xəzinədarlığın  nformasiya 

darəedilməsi  Sistemi  və  FARAB   Sistemi  (büdcə  təşkilatları  üçün  mərkəzləşmiş 

mühasibat proqramı) çox yüksək qiymətləndirilib və böyük marağa səbəb olub. 

Hazırda  Dövlət  Xəzinədarlığı  Agentliyində  büdcə  təşkilatlarına  göstərilən 

elektron  xidmətlər  genişləndirilir  və  Xəzinədarlığın  nformasiya  darəetmə  Portalı 

vasitəsi ilə sənəd dövriyyəsinin təşkili üzrə pilot layihələr uğurla başa çatdırılır. 

 

 

 



 

 

 




72 

 

Nəticə 

 

Respublikamızın  iqtisadiyyatında  son  illərdə  aparılan  islahatlar  maliyyə 



sistemindən  də  yan  keçməmişdir.  Əvvəlki  illərdən  fərqli  olaraq  müstəqillik 

dövründə mövcud sistemin olduğu kimi qalması maliyyə vəsaitlərinin optimal idarə 

olunmasına maneçilik törədirdi. Eyni zamanda Respublikamızda beynəlxalq maliyyə 

institutlarının  köməyi  ilə  iqtisadi  imkanlar  təhlil  edilməklə  onların  idarəetmə 

strukturlarında da əsaslı dəyişikliklərin aparılması zəruriyyətinin mövcudluğu sübut 

edildi.    Bu  baxımdan  dövlət  büdcəsinin  layihəsini  və  icrasını  tənzimləyən  «Dövlət 

büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, Dövlət 

büdcəsinin  təsnifatının  təkmilləşdirilməsi,  dövlət  büdcəsinin  gəlir  və  xərclərinin 

makroiqtisadi  göstəricilərə  müvafiq  proqnozlaşdırılması,  vergi  ödəyicilərinin  vergi 

yükünün azaldılması, Vergi Məcəlləsinin və «Dövlət rüsumu haqqında» Qanununun 

qəbulu  və  tətbiqi,  «Büdcə  sistemi  haqqında»  Qanunun  yeni  variantda  işlənib 

hazırlanması,  büdcənin  kassa  icrasını  həyata  keçirən  yeni  strukturun  xəzinədarlıq 

sisteminin tətbiq edilməsi və buna uyğun olaraq normativ sənədlərdə dəyişikliklər və 

onların yeni məzmunda hazırlanması aparılan islahatların bariz nümunəsidir. 

Xəzinə  anlayışı  iqtisadiyyat  üçün  heç  də  yeni  məfhum  deyildir.  Xəzinə 

fəaliyyətinin  tarixi    qədim  dövrlərə  –  ilkin  dövlətlərin  yaranması  dövrlərinə  gedib 

çıxır.  Belə  ki,  dövlətlərin  yaşayıb  müdafiə    olunması  üçün  əhalidən  yığılan    bütün 

vergilər bütövlükdə  xəzinədarlığa toplanılırdı. Bu dövrlərdə  iqtisadiyyat  məhz bu 

xəzinədarlıq    vasitəsilə  idarə  olunurdu.  Hər  bir  sahə  üçün  buradan  pul  ayrılır  və 

nəzarət edilirdi. Dövlətlərin iqtisadiyyatı inkişaf etdikcə  xəzinədarlıq sistemi də öz 

təkmilləşmə  mərhələsini  keçmişdir.  Bu  mərhələdə  xəzinədarlıq  sistemi    xeyli 

genişlənmiş və iqtisadiyyatın yeni-yeni sahələrini əhatə etməyə başlamışdır. 

Müasir  bazar  iqtisadiyyatı  sistemində  xəzinədarlığın  mahiyyəti    bir  qədər 

dəyişmiş və daha geniş  münasibətlər  sistemi olan bazar münasibətlərini özündə əks  

etdirməyə  başlamışdır.  Xəzinədarlıq  tarixi    mahiyyətini  bir  qədər  dəyişsə  də,  öz 

funksiyalarını yerinə yetirməkdədir. 




73 

 

Azərbaycan  Respublikası  Prezidentinin  Maliyyə  Nazirliyinin  fəaliyyətinin 



təkmilləşdirilməsi haqqında fərmana əsasən, Maliyyə Nazirliyi yanında Baş Dövlət 

Xəzinədarlığının  bazasında  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı  Agentliyi 

yaradılıb.  Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,    bütün  bu  həyata  keçirilən 

tədbirlər büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə 

qabaqcadan  Dövlət  (büdcə)  öhdəlikləri  götürməsinə,  bu  öhdəliklər  çərçivəsində 

satınalmalardan  yaranan  kreditor  borclarının  ödənilməsini  həyata  keçirməsinə, 

Dövlət  büdcəsinin  icrasını  yerinə  yetirməklə  büdcə  gəlirlərinin  büdcəyə 

daxilolmasını  və  xərclərinin  vahid  büdcə  təsnifatına  uyğun  olaraq  ünvanlı 

istifadəsinə,  Dövlət  xəzinədarlığının  inkişafına,  vahid  xəzinə  hesabının  idarə 

olunmasına şərait yaradacaqdır. 

Respublikamızda  dövlət  xəzinədarlıq  sisteminin  təkmilləşdirilməsi  ilə  bağlı 

həyata keçirilən tədbirlər aşağıdakılara şərait yaradacaq: 

 

bütün növ maliyyə əməliyyatlarının icrasına və hərəkətinə operativ nə-



zarət imkanını təmin edir; 

  büdcə təşkilatları tərəfindən yaradılan kreditor borclarının həcmini, struk-

turunu,  dinamikasını  və  xərc  maddələri  üzrə  borcların  yaradılma  intensivliyini 

müəyyənləşdirməyə imkan verir; 

  debitor  borclara  dair  zəruri  məlumatların  əldə  olunması  ilə  yanaşı 

onların vaxtında örtülməsini izləməyə şərait yaradır; 

  büdcə təşkilatlarında dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi üzə-

rində  maliyyə  intizamını  və  uçot-hesabat  işlərinin  keyfıyyətini  artırmaqla 

yanaşı  yeni  informasiya  texnologiyası  əsasında  idarəetmə  təcrübəsinin  formalaş-

masına şərait yaradır; 

  bütün  maliyyə  əməliyyatlarının  həyata  keçirilməsi  zamanı  onların 

arxivləşdirilməsi, habelə bu əməliyyatların hərəkətinin sistem tərəfındən izlənilməsi 

dövlət  maliyyəsi  üzrə  onların  həyata  keçirilməsində  aşkarlığın  təmin  olunmasına 

münbit zəmin yaradır; 




74 

 

  büdcə  vəsaitlərinin  istifadə  səmərəliliyini  artırmaq  üçün  geniş  təhlil 



imkanı yaradır, istənilən təsnifat kodu (təşkilati, funksional, iqtisadi və s.) üzrə mə-

lumatların dərhal əldə edilməsinə imkan verir; 

 

büdcə  vəsaitlərinin  hərəkəti  və  istifadəsi  üzrə  hesabatların  standart 



formada və avtomatik tərtib edilməsinə imkan verir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


75 

 

Ə



dəbiyyat siyahısı 

 

1.

  Azərbaycan Respublikasını Konstitusiyası 



2.

  Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunu. Bakı, 2004 

3.

  “Azərbaycan  Respublikası Maliyyə  Nazirliyinin  fəaliyyətinin  təkmilləşdirilməsi  



tədbirləri”  haqqında  Azərbaycan  Respublikası    Prezidentinin  2009-cu  il  tarixli 

fərmanı  

4.

  Azərbaycan Respublikasında Xəzinədarlıq sisteminin 1 mərhələsinin tətbiqi üçün 



metodik vəsait  (

H.X.Əsədov, S.T.Talıbov, N. .Fərəcov

) Bakı 1997 

5.

  Azərbaycan  Respublikasında  Xəzinədarlıq  sisteminin  tətbiqi  Qaydaları  (II 



mərhələ) Bakı 2000 

6.

  Dövlət  büdcəsinin  xərcləri  üzrə  öhdəliklərin  qəbul  olunması  haqqında 



Təlimat. Bakı 2000 

7.

  “Mühasibat  uçotu  haqqında”  Azərbaycan  Respublikası  Qanunu  və  onun  tətbiq 



edilməsi  ilə  əlaqədar  qüvvəyə  minmiş  normativ-hüquqi  aktların  toplusu.  Bakı, 

2010 


8.

  “Dövlət  büdcəsindən  maliyyələşən  təşkilatlarda  büdcə  təşkilatları  üçün  Milli 

Mühasibat  Uçotu  Standartlarına  uyğun  olaraq  mühasibat  uçotunun  təşkili  və 

aparılmasına dair təlimat”. Bakı, 2012 

9.

  “A.R.Vahid büdcə təsnifatı”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 



-li Qərarı. Bakı, 06.10.2004 

10.

 Prof. D.A.Bağırov, prof. M.X.Həsənli “Maliyyə” (dərs vəsaiti). Bakı, 2011 



11.

 B.A.Xankişiyev ““Büdcə uçotu və hesabatı” dərs vəsaiti. Bakı, 2013 

12.

 B.A.Xankişiyev  “Maliyyə  orqanlarında  büdcə  uçotu  və  nəzarəti”  (dərs  vəsaiti). 



Bakı, 1996 

13.


 B.A.Xankişiyev, B. .Babayev, Ş.H.Əliyev “Büdcə və elmi idarələrdə mühasibat 

uçotu” (dərs vəsaiti). Bakı, 1996 

14.

 B.A.Xankişiyev, M.M.Mirzəyev “Dövlət maliyyəsi”. Bakı, 1998 



15.

 B.A.Xankişiyev “Büdcə uçotu” (dərs vəsaiti). Bakı, 2000 

16.

 B.A.Xankişiyev “Maliyyə nəzarəti” dərs vəsaiti. Bakı, 2002 




76 

 

17.



 B.A.Xankişiyev “Büdcə prosesi və büdcə təşkilatı” (dərs vəsaiti). Bakı, 2002 

18.


 M.Novruzov, E. brahimov “Büdcə sistemi” (dərslik). Bakı, 2012 

19.


 Ş.Ş.Bədəlov,  R.B.Məhərrəmov,  F.Ə.Qurbanov  “Büdcə  sistemi”  (dərslik).  Bakı, 

2003 


20.

 H.X.Əsədov,  S.T.Talıbov  “Dövlət  xərclərinin  idarə  edilməsi  və  xəzinədarlığın 

təşkili problemləri”. Bakı, 2005 

21.


 .  С.Г.Борисова  “Бухгалтерскийучет  в  бюджетныхорганизациях.” 

Учебноепособие

. Москва, 2007 

22.


 . В.Ф.Палий “Теориябухгалтерскогоучета: современныепроблемы”. Москва, 

2007 


23.

 www.maliyye.gov.az 



 

Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə