Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə19/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   ...   14   15   16   17   18   19   20   21   22

57 

 

güclü işlək  maliyyə mexanizminə malik olmuş olur. Fikrimizcə, bunun  birinci yolu  



iqtisadiyyata  qoyulan  investisiyaların  dəyişməz  olaraq  qalması  şərti  ilə    vergilərin 

müvafiq  surətdə  azalması,    ikinci  yolu  isə    vergilərin  miqdarını  əvvəlki  səviyyədə 

saxlamaqla dövlət xərclərini  artırmaqdır. Belə olan  halda ümumi axınların  məbləği  

artmağa  doğru  istiqamətlənir  və  nəticədə  birinci  yolun  iqtisadi  cəhətdən 

səmərəsizliyi  və  məqsədəuyğun  olmaması  təsdiq  olunur.  Eyni  zamanda  hər  hansı 

səbəbdən  müəssisələrdə  fərdi  yığımların  miqdarının  dəyişməz  olduğu  halda 

investisiyaların miqdarının azaldığı da aydın görünür. 

nkişaf  etməkdə  olan  ölkələrdə  dövlət  xərclərinə  qənaət  etməklə    onun 

azaldılması  əsas götürülür. Həmin dövlət  xərclərinin azaldılması siyasəti ölkə  üçün 

həyati  əhəmiyyət  kəsb  edən    xərc  maddələri  də  daxil  olmaqla    bütün  xərclərin 

ümumi  ixtisarına  gətirib  çıxarır.  Adətən,  dövlət  tərəfindən    yüksək  texnologiyalı 

layihələrə  kapital  qoyuluşlarının,  əsas    fondları    təmin  edən  infrastrukturun  

saxlanılmasına    büdcə  ayırmalarının  azalması  iqtisadi  inkişafın  zəifləməsinə  səbəb 

olur.  Lakin  büdcənin  tənzimlənməsi  gəlir  və  xərclərin  mütləq  bərabər    həcmdə 

olmasını  nəzərdə  tutmur,  eyni  zamanda  büdcənin  kəsirli  olmasının    qorxulu 

olmadığı    da  əksər  iqtisadçılar  tərəfindən  qəbul  edilmişdir.  Artıq  bütün  dünya 

iqtisadçıları  belə  bir  fikirlə  razılaşırlar  ki,    yumşaq  büdcə  kəsiri  də  müsbət  rol 

oynaya bilər. Movcud maliyyə resurslarını daha da  səfərbər etmək,  büdcə vəsaitləri 

hesabına    yeni  iş  yerləri  açmaq,  nəticədə    tələblə  təklif  arasında  yeni    nisbət 

yaratmaq  məqsədilə, zərurət  yarandıqda  isə  büdcədən  daha    çox    vəsait  xərcləmək 

mümkündür.  Ancaq    büdcə  kəsirinin    səviyyəsi  büdcə  qanunvericiliyi  ilə 

tənzimlənən  səviyyədən  artıq  olmamalıdır.  Büdcə  kəsirinin  səviyyəsinin 

tənzimlənməsi beynəlxalq  təşkilatlar tərəfindən də nəzərdə tutulmuşdur. 

1997-ci  ildə  Avropa    Valyuta    ttifaqı  maliyyə  sabitliyi  haqda  pakt    qəbul 

etmişdir.  Bu  paktda  nəzərdə  tutulmuşdur  Ki,  üzv    ölkələrin    hər  birində    büdcə  

kəsiri ÜDM-un 3%-dən çox olmamalıdır. 




58 

 

Dinamik  iqtisadi  inkişaf  və  istehsalın  səmərəliliyinin  yüksəlməsi  şəraitində  



istehlakçıların  gəliri  artır.  Gəlirin  ildən-ilə  artması  büdcə    sisteminin  bütün 

həlqələrinin gəlirlərinin, həm də xərclərinin artırılmasının əsasını təşkil edir. 

Gəlirlər  artdıqca  xərclərin  ümumi    artımı  ilə  yanaşı  onun  quruluşunun 

təkmilləşdirilməsi  və  prioritet    istiqamətlərə    digər  sahələrə  nisbətən    daha  artıq  

vəsait  yönəldilməsi  baş  verir.  Dövlət  investisiya    xərclərinin  artırılması,  büdcənin 

istehsal  yönümlülüyünün təmin olunması gələcəkdə büdcə gəlirlərinin artırılmasının 

ə

sasını təşkil edir. 



Bəzən  dövlətin  iqtisadiyyatda  tənzimləyici  rolunu  onun  istehsalda    rolu  və 

dövlət  mülkiyyətinin  xüsusi  çəkisinin  səviyyəsi  ilə  əlaqələndirirlər.  Bu  cür  

qiymətləndirmə  dövlətin    büdcə-vergi    sistemində  rolu  və  dövlət    maliyyəsindən 

səmərəli    istifadəsi  baxımından  düzgün  hesab  edilə  bilməz.  Çünki  dövlətin 

iqtisadiyyatda  rolu  istehsal  vasitələri  üzərində    dövlət  mülkiyyətinin  səviyyəsinə  

mütənasib  deyildir.  Burada  əsas  milli  gəlirin    dövlət  maliyyəsi  formasında 

dövlətləşdirilməsi səviyyəsidir. Dünyanın inkişaf etmiş ölkələrində ÜDM-da dövlət  

xərclərinin xüsusi çəkisi azalmır, əksinə, artan temp üzrə inkişaf edir. Bu göstərici  

ABŞ-da 30%, Danimarkada-60%, Fransada-54,6%, Belçikada-53,7% təşkil edir. 

qtisadi  cəhətdən    inkişaf  etmiş  ölkələrdə    büdcə  xərclərinin  tərtibində  əsas  

meyar  kimi  adambaşına    düşən  orta    xərc  normaları  və  büdcə    təşkilatlarının  

kontingent  göstəriciləri  əsas  götürülür.  Aşağı  səviyyəli    büdcələrin  bu  norma  və 

normativlərə    uyğun  tənzimlənməsi  yuxarı  büdcələrdən  ayrılan  transfer  şəklində 

verilən  maliyyə  yardımları  vasitəsilə  həyata  keçirilir.  Respublikamızın  dövlət  

büdcəsində  ayrı-ayrı  regionlarda  adambaşına  düşən  büdcə  xərcləri  də  kəskin 

fərqlənir. 

Mərkəzləşdirilmiş  xərclərdən  vəsaitlərin  ayrılması    yerli  gəlir  və  xərclərin  

tarazlaşdırılması  üçün  zəruri  olsa  da,  onların  yalnız  qaytarılmamaq  şərti  ilə  

verilməsi  məqsədə müvafiq hesab edilə bilməz. Yerli gəlirlərin tamamlanması üçün 

vəsaitlərin  tam  həcmdə  mərkəzdən  daxil  olması  onların  artırılmasında  yerli 

hakimiyyət orqanlarının marağını təmin etmir. 



59 

 

Vəsaitlərin  büdcələrarası  bölgüsünün  elə  formaları  tapılmalıdır  ki,  yerli 



gəlirlərin artırılmasında yerli hakimiyyət orqanlarının maraqları təmin edilsin. 

Fikrimizcə,  bu  məqsədlə  dövlət  büdcəsinin  kəsirinin  tam    həcmdə  

mərkəzləşdirilmiş  gəlirlərə və xərclərə aid edilməsi praktikasından imtina edilməli, 

büdcə    kəsirinin  müəyyən  hissəsi    yerlərə    ötürülməlidir.  Kəsirin    örtülməsi  üçün 

yerli    hakimiyyət    orqanları    yerli  maliyyə  mənbələri   tapmaq,  deməli,  regionlarda 

iqtisadiyyatın    inkişafına    yardımçı  olmaq  zərurəti    qarşısında  qalacaqdır.  lk 

dövrlərdə isə yerli  büdcələrin kəsirini  örtmək  üçün  mərkəzləşdirilmiş  xərclərdən 

büdcə ssudaları ayırmaq olar. 

Yuxarıda  deyilənlərdən  belə  qənaətə  gəlmək  olar  ki,  dövlət  maliyyəsi 

vasitəsilə  tənzimləmədə  müasir  mexanizm  və  alətlərdən  istifadə  edən  səmərəli 

idarəetmə  strukturu  yaratmaqla bu fərqi  azaltmaq mümkündür. 

Büdcə vəsaitlərinin idarə olunması qənaət rejiminə, xərclərin səviyyəsinin və 

quruluşunun  optimallaşdırılmasına,  xərc    komponentlərin  müasir    funksional  

təhlilinə,  real  istehsal    sahəsinin  aktiv  iqtisadi  artımına    yönəldilməlidir.  Bu 

deyilənlərdən belə bir qənaətə gəlmək olar ki,  dövlət maliyyəsinin səmərəli təşkili 

və  ona    sistemlilik  xarakterinin  verilməsi  bir  sıra    mühüm  tədbirlərin  həyata 

keçirilməsini  tələb edir: 

-  real  istehsal  olunan,  lakin  hesablanmamış  ödəmələri  nəzərə  alan  

hesablaşmaların  paralel prinsiplərinin həyata keçirilməsi; 

- dövlət idarəetmə orqanları arasında uyğun  əməliyyatların həyata keçirərkən 

gəlir və xərclərin  təkrar  hesablarının aradan qaldırılması; 

-  dövlət  idarəetmə  orqanlarının  (gəlirlər,  xərclər,    borclanma)  

maliyyələşdirmə üzrə  daxili və xarici əməliyyatlarının bir-birindən ayrılması; 

- büdcə kəsirinin müəyyən  edilməsinin daha səmərəli metodlarının işlənməsi. 

Dövlət  maliyyəsinin  idarə    edilməsinin  mühüm  obyekti  kimi  dövlət  borcu  

çıxış edir. Bu zaman  dövlət  borcunun həcminin  və qaytarılmasının uçotu  birinci  

dərəcəli əhəmiyyət kəsb edir. 



Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə