Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə14/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

42 

 

II Fəsil. Azərbaycan Respublikasında dövlət xəzinədarlıq sisteminin təşkili 



xüsusiyyətləri 

 

2.1. Dövlət xəzinədarlıq sisteminin təşkilinin  hüquqi əsasları 

 

Respublikamızda bazar münasibətlərinin daha da gücləndirilməsi ilə əlaqədar 



olaraq mövcud iqtisadi mühitə uyğun olan və aparılan iqtisadi siyasəti tamamlayan 

real  dövlət  büdcəsinin  tərtibi,  onun  icrası  zamanı  dövlət  vəsaitlərinin  səmərəli 

idarəedilməsinin  təşkili  ən  zəruri  həyati  məsələlərə  çevrildi.  Azərbaycan 

Respublikasında  dövlətə  məxsus  maliyyə  ehtiyatlarının  vahid  mərkəzdən  idarə 

edilməsini təmin etmək, bu vəsaitlərin daxil olması və xərclənməsi üçün daha çevik 

nəzarət  mexanizmini  yaratmaq,  dövlət  borclarının,  zəmanətlərin  və  alınmış 

kreditlərin  uçotunu  yaxşılaşdırmaq  və  respublikada  qiymətli  kağızlar  bazarının 

formalaşmasınısürətləndirmək  məqsədi  ilə  “Azərbaycan  Respublikasında  dövlət 

xəzinədarlığının  yaradılması  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin 

1995-ci  il  4  oktyabr  tarixli  398  nömrəli  Fərmanı  ilə  Azərbaycan  Respublikasının 

Maliyyə  Nazirliyi  yanında  Baş  Dövlət  Xəzinədarlığı,  Naxçıvan  Muxtar 

Respublikasında,  respublikanın  şəhər  və  rayonlarında  onun  ərazi  orqanları 

yaradılmışdır.  Bununla  da  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  yanında 

Baş Dövlət Xəzinədarlığının yaradılması ilə əlaqədar olaraq respublika büdcəsinin, 

büdcədənkənar dövlət fondlarının, büdcədən maliyyələşdirilən idarə və təşkilatların 

vəsaitləri Baş Dövlət Xəzinədarlığının hesablarında cəmləşdirilmişdir. 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  tərəfindən  1997-ci  il  1  yanvar 

tarixindən  Azərbaycan  Respublikasında  Xəzinədarlıq  sisteminin  I  mərhələsinin 

tətbiqinə  başlanılmışdır.  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  17  mart 

1997-ci  il  tarixli  1-19  saylı  əmri  ilə  “Azərbaycan  Respublikasında  Xəzinədarlıq 

sisteminin I mərhələsinin tətbiqi üçün metodik vəsait” təsdiq edilmişdir. 

Xəzinədarlıq  sisteminin  yaradılmasında  əsas  məqsəd  dövlətin  malik  olduğu 

maliyyə resurslarının optimal idarə edilməsinə zəmin yaratmaq və onu təmin etmək 



43 

 

idi.  Xəzinədarlıq,  maliyyələşmə  xərclərini  minimuma  endirməklə  və  dövlət 



büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətini tənzimləməklə həmin təşkilatlara 

vaxtında və zəruri resurslar əldə etməyə imkan verir.  “Azərbaycan Respublikasında 

dövlət  xəzinədarlığının  fəaliyyətinin  tənzimlənməsi  haqqında”  Azərbaycan 

Respublikası Prezidentinin 16 may 1997-ci il tarixli 568 nömrəli Sərəncamına uyğun 

olaraq xəzinədarlıq sistemi respublikada mərhələlərlə tətbiq olunmuş və son nəticədə 

bütün  respublikanı  əhatə  etmişdir.  Bununla  da,  respublikada  dövlət  maliyyə 

vəsaitlərindən  istifadə  olunmasının  səmərəli  mexanizminin  formalaşdırılması,  bu 

vəsaitlərin birbaşa son təyinatına çatdırılması və onunla bağlı əməliyyatların yalnız 

xəzinə hesabları vasitəsilə aparılması üçün zəruri hüquqi baza yaradılmışdır. 

1997-ci ilin may ayında Azərbaycan Respublikasında Xəzinədarlıq sisteminin 

tətbiqinin II mərhələsinə başlanılmışdır. “Azərbaycan Respublikasında Xəzinədarlıq 

sisteminin  tətbiqi  Qaydaları  (II  mərhələ)”  Azərbaycan  Respublikasının  Maliyyə 

Nazirliyi tərəfindən 31 avqust 1997-ci il tarixli 1-136 saylı əmrlə təsdiq edilmişdir. 

Respublikamızda tətbiq olunan I mərhələ Xəzinədarlıq sisteminin II mərhələsi üçün 

hazırlıq  fazası  olub,  I  mərhələdə  büdcənin  icrası  üzrə  əməliyyatların  uçotu  Xəzinə 

Hesab Kitablarında (XHK-da) mövcud uçot sistemi ilə paralel aparılmışdır. Nəzərə 

almaq lazımdır ki, I mərhələdə aparılan uçot II mərhələdə davam etdirilə bilməzdi, 

çünki  I  mərhələ  sınaq  dövrü  hesab  edilirdi.  II  mərhələdə  isə  I  mərhələdən  fərqli 

olaraq  bank  tərəfindən  büdcənin  icrası  üzrə  əməliyyatların  uçotunun  aparılması  və 

hesabatın hazırlanmasına ehtiyac olmamışdır. Bununla da bu işlər Xəzinədarlığın və 

Maliyyə Nazirliyinin birbaşa vəzifələrinə çevrilmişdir. 

Xəzinədarlıq  sisteminin  bütövlükdə  formalaşdırılmasında  II  mərhələ  yeni 

bank  qaydaları  və  maliyyələşmə  mexanizminin  yaradılması  ilə  əlaqədar  olaraq 

manatla,  qəpiklə  mövcud  olan  bütün  büdcə  və  büdcədənkənar  bank  hesabları 

bağlanılmış,  hər  bir  rayonda  Maliyyə  Nazirliyi  tərəfindən  müəyyən  edilmiş 

müvəkkil  banklarda  Xəzinədarlığın  Tranzit  Hesabları  (XTH)  açılmış  və  həmin 

filiallar  Agent-Bank  (AB)  adlanaraq  Yerli  Xəzinədarlıq  Orqanlarının  (YXO) 

ə

məliyyatlarını  həyata  keçirmişlər,  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin 




44 

 

Baş Dövlət Xəzinədarlığının maliyyə əməliyyatlarını həyata keçirmək üçün Mərkəzi 



Bankda  (MB)  Xəzinədarlığın  Vahid  Hesabı  (VXH)  açılmış  və  bu  hesab 

Xəzinədarlığın  Cari  Hesabı  (XCH)  adlandırılmışdır.  Xəzinədarlığın  II  mərhələsi 

zonalar  üzrə  mərhələlərlə  tətbiq  edildikcə  müvafıq  rayonların  ərazilərində  yerləşən 

bütün  respublika  və  yerli  büdcə  təşkilatlarının  hesabları  bağlanılmışdır.  Bank 

hesablarının  bağlanması  nəticəsində  YXO-lar  hər  bir  büdcə  hesabı  üçün 

Xəzinədarlığın hesab Kitabını (XHK) açmışdır. MB-nin 12 zona hesablaşma-kassa 

mərkəzləri  (ZHKM),  həmçinin  Dövlət  Səhmdar-Kommersiya  Banklarının  baş 

idarələrində  yerləşən  hesablaşma-kassa  mərkəzləri  vasitəsilə  XHT  ilə  Vahid 

Xəzinədarlıq  hesabı  arasında  gündəlik  hesablaşma  aparılaraq  XTH  hər  gün  sıfır 

balansla bağlanılırdı. Bank hesabları bağlanılaraq qalıqların XTH-yə köçürülməsi ilə 

ə

laqədar  olaraq  maliyyələşmə  mexanizmində  də  əhəmiyyətli  dəyişikliklər 



aparılmışdır.  Ümumiyyətlə,  Xəzinədarlığın  II  mərhələsi  XTH-lər və  XCH  arasında 

gündəlik hesablaşmanı, həmçinin yeni maliyyələşmə mexanizmini nəzərdə tuturdu. 

Zona  Xəzinədarlıq  Orqanları  (ZXO)  həm  YXO  kimi  öz  əməliyyatlarını  icra 

edirdilər,  həm  də  həmin  ərazidə  yerləşən  YXO-ların  işlərini  əlaqələndirərək  zona 

üzrə  cmal Hesabatları tərtib edirdilər. 

Ə

vvəlcədən  Baş  Dövlət  Xəzinədarlığı  tərəfindən  təyin  olunmuş 



Xəzinədarlığın  II  mərhələsinin  başlandığı  gün  XTH-lərinqalıqlarına  aid  gündəlik 

hesablaşma əməliyyatlarını həyata keçirmək üçün Baş Dövlət Xəzinədarlığı MB-nin 

Ə

məliyyat  darəsində Xəzinədarlığın Cari hesabını açdı. 



Azərbaycan 

Respublikası 

Maliyyə 

Nazirliyinin 

fəaliyyətini 

bazar 


iqtisadiyyatının  tələblərinə  uyğunlaşdırmaq  və  dövlət  maliyyəsinin  idarə  edilməsi 

sistemini  təkmilləşdirmək  məqsədilə  Maliyyə  Nazirliyi  haqqında  Əsasnamə 

Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  04  fevral  tarixli  271  nömrəli 

Fərmanı ilə təsdiq edilmişdir. 

Baş  Dövlət  Xəzinədarlığının  fəaliyyətinin  bu  Əsasnamənin  tələblərinə 

uyğunlaşdırılmasını  həyata  keçirmək  üçün  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  2000-ci  il  06  noyabr  tarixli  203  nömrəli  Qərarı  ilə  “Azərbaycan 



Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə