Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə12/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

36 

 

XHK-nın aparılması ən vacib, maksimum diqqət və vaxt tələb edən məsələdir. 



XHK-nı ikili yazı əsasında aparmaq lazımdır. Bütün XHK-lar gündəlik bağlanmalı 

və bağlanma anında yaranan qalıqlar əsasında gündəlik (aylıq) icmal hesabat balansı 

tərtib edilməlidir. Burada əsas məqsəd debet və kreditin tarazlaşdırılmasıdır ki, bu da 

XHK-nınaparılmasının düzgünlüyünü təsdiq edir. 

Bütün  YXO-lar  Baş  Kitabın  icmal  hesabat  balansını  hər  gün  tərtib 

etməlidirlər.  Bunun  üçün  bütün  XHK-nın  debet  və  kredit  dövriyyələri  hər  gün 

toplanılmalı və bu zaman onların yekun balans məbləğləri bərabər olmalıdır. Qeyd 

etmək  lazımdır  ki,  balansların  gündəlik  bağlanması  yalnız  XHK-nın  məlumatları 

üzrə  həyata  keçirilir.  Başqa  sözlə,  bank  çıxarışları  üzrə  heç  bir  vaxt  balansların 

gündəlik bağlanması həyata keçirilə bilməz. 

Bütün  XHK-nı  qeyd  etmək  üçün  registr  açılır.  Baş  kitabın  gündəlik 

bağlanması üçün registr XHK hazırlanarkən aşağıdakı anlara ciddi diqqət yetirmək 

lazımdır: 

1) XHK-lar BK-ın icmal hesabat balansının cədvəlində göstərilən ardıcıllıqla 

və  kateqoriyalar  üzrə  qeyd  edilir,  məsələn,  YXO-da  bütün  «Respublika 

(bölüşdürülmüş)»  XHK-nın  ardınca  bütün  «Yerli  (bölüşdürülmüş)»  XHK-ları 

gəlməlidir və s. 

2) Bütün XHK-nın debet və kredit göstəriciləri hər gün qeyd edilməlidir. Hər 

bir  XHK  kateqoriyası  və  bütün  XHK-rı  üzrə  yekun  məbləğlər  də  gündəlik 

hesablanmalıdır.  Bütün  XHK-lar  üzrə  debet  və  kreditin  yekun  məbləğinin  bərabər 

olması  BK-ın  gündəlik  balansının  düzgün  olduğunu  sübut  edir.  Ayın  axırında 

növbəti aya əvvəlki aydan keçəcək ilkin qalıq məbləğini göstərmək lazımdır. Həmin 

aya  hər  bir  XHK  üzrə  debet  və  kreditin  ümumi  məbləğləri  və  ayın  sonuna  son 

qalığın məbləği də göstərilir. 

3)  Gün  ərzində  hər  bir  XHK  kateqoriyasının  yekun  məbləğlərini  BK-ın 

gündəlik  icmal  hesabat  balansına  köçürmək  lazımdır.  YXO-nun  rəhbəri  BK-ın 

gündəlik  bağlanmasını  şəxsən  özü  aparmalı  və  balansın  gündəlik  məlumatlar 

ə

sasında aparılmasını təmin etməlidir. 




37 

 

Qeyd  olunduğu  kimi  YXO-lar  BK-ın  icmal  hesabat  balansını  gündəlik 



hazırlamalıdırlar. Onun düzgün hazırlanması ikili yazı əsasında aparılan hesabların 

düzgünlüyünü sübut edir. Hesabat həmçinin resurs balansı, onların yerləşdirilməsi, o 

cümlədən resursların gəlməsi və sərf edilməsi haqqında vacib informasiya verir. BK-

ın icmal hesabat balansı da hər ay tərtib edilməlidir. 

Xəzinədarlığın  1  mərhələsində  bankın  işində  də  ciddi  dəyişiklik  edilməsi 

nəzərdə tutulmur. Yeganə fərq ondan ibarət olacaqdır ki, yuxarıda qeyd edildiyi kimi 

AB  Xəzinədarlığın  icazəsi  olmadan  ödəmə  aparmayacaqdır  və  YXO-ya  2  nüsxə 

gündəlik bank çıxarışı və bir nüsxə ödəmə sənədi təqdim edəcəkdir. 

«Resurs» anlayışı Xəzinədarlığı əvvəlki sistemdən fərqləndirən və ona böyük 

üstünlük verən əsas cəhətdir. Xəzinədarlıqda «Resurs» və «nağd vəsait» anlayışları 

ciddi surətdə fərqləndirilir. Resursların və nağd vəsaitlərin hərəkəti bir-birindən asılı 

olmayaraq  aparılır.  Resurslar  ehtiyac  yarandıqca  bir  XHK-dan  digərinə,  bir  YXO-

dan digərinə, bir dövlət idarəetmə səviyyəsindən digərinə verilir. Bu, Xəzinədarlığa 

ə

həmiyyətli çeviklik gətirir. Halbuki, bu zaman nağd vəsaitlər həmişə Vahid Xəzinə 



hesabında  saxlanılır.  Resursların  köçürülməsi  əsas  uçot  sənədləri  hesab  edilən  bir 

XHK-dan  digərinə  köçürülməsi  zamanı  baş  verir.  Bütün  növ  resurs 

köçürülməsinifərqləndirən  əsas  cəhət  ondan  ibarətdir  ki,  onlar  bankın  iştirakı 

olmadan həyata keçirilir və buna görə də onlar nağdsız əməliyyatlar adlanırlar. Bu 

ə

məliyyatlar  vəsaitlərin  bir  Xəzinədarlıq  daxilində  və  ya  bir  Xəzinədarlıqdan 



digərinə  köçürülməsini  nəzərdə  tutur.  «Xəzinədarlıq»  sözü  burada  Rayon 

Xəzinədarlığı  (RX),  Zona  Xəzinədarlığı  (ZX)  və  Mərkəzi  Xəzinədarlığı  (MX) 

bildirir.  

Bir Xəzinədarlıq daxilində vəsaitlərin köçürülməsi zamanı resurslar bir XHK-

dan  digərinə  köçürülür.  RX-da  belə  köçürülmələrə  nümunə  resursların:  -  «Gəlir 

(respublika  və  yerli)»  XHK-dan  «Yerli»  (bölüşdürülməyən)»  XHK-na  və  ya 

sonuncudan «Yerli (bölüşdürülən)» XHK-ya köçürülməsi; 

 

«Gəlir (respublika və yerli)» XHK-dan «Respublika büdcədənkənar 



xüsusi vəsaitlər» XHK-na köçürülməsi.  


38 

 

MX-dan köçürmələr «Respublika gəlirləri» XHK-dan «Maliyyə Nazirliyinin 



ümumi resursları» XHK-na, yaxud sonuncudan «Vəsaitləri bölüşdürən respublika 

nazirlikləri» XHK-na verilir. 

Nəzərə  almaq  lazımdır  ki,  bir  Xəzinədarlıq  daxilində  bütün  vəsaitlərin 

köçürülməsi Xəzinə Köçürmə Sərəncamları (XKS) əsasında həyata keçirilir.  

Vəsaitin bir Xəzinədarlıqdan digərinə köçürülməsinin 2 növü vardır: 

1) Yerli-Mərkəzi; 

2) Yerli-Yerli. 

Yerli-Mərkəzi  köçürülmədə  respublika  büdcəsinin  gəliri  yerli  Xəzinədarlığa 

daxil olur və oradan da Mərkəzi Xəzinədarlığa köçürülür. Mərkəzi Xəzinədarlıqdan 

respublika büdcəsinin xərcləri yerli büdcəyə köçürülür. Bəzi hallarda yerli büdcənin 

gəliri  bir  Xəzinədarlıqdan  digərinə  köçürülür  və  ya  xərc  məqsədilə  vəsait  bir 

Xəzinədarlıqdan  digərinə  köçürülür.  Bu  zaman  Yerli-Yerli  köçürmə  növü  istifadə 

edilir. Qeyd etmək lazımdır ki, büdcə təşkilatları arasındakı əməliyyatlar, vəsaitlərin 

köçürülməsi vasitəsilə həyata keçirilməlidir. 

Bir  Xəzinədarlıqdan  digərinə  vəsaitin  köçürülməsi  Xəzinəarası  köçürmə 

sərəncamı  (XAKS)  vasitəsilə  həyata  keçirilir.  Köçürmə  sərəncamı  vəsait  köçürən 

Xəzinədarlıq  tərəfindən  hazırlanır.  Köçürməni  sürətləndirmək  üçün  Xəzinəarası 

köçürmə  sərəncamını  faks  və  ya  telefonla  göndərmək  lazımdır.  Sərəncam  dövri 

olaraq  vəsait  göndərən  Xəzinədarlıqdan  vəsait  alan  Xəzinədarlığa  üzləşdirmə 

aparmaq üçün təqdim edilir. 

Xəzinədarlığın  1  fazasında  mühasibat  hesabatı  məqsədilə  yalnız  bir  forma  – 

Baş  Kitabın  icmal  hesabat  balansı  forması  nəzərdə  tutulur.  Bu  hesabat  vergi 

müfəttişliyi ilə gəlirlərin üzləşdirilməsi barədə, bank əməliyyatları ilə ayın əvvəlinə 

və  sonuna  qalığın  üzləşdirilməsi  barədə  arayışlarla  birlikdə  Mərkəzi  Xəzinədarlığa 

təqdim edilməlidir 

Xəzinəarası  köçürmə  əməliyyatlarını  həyata  keçirmək  üçün  «Köçürmə» 

XHK-dan  istifadə  edilir.  YXO-nın  Xəzinədarlıq  sistemindəki  idarəetmə 

səviyyəsindən asılı olaraq «Köçürmə» XHK-nın sayı da müxtəlif olur. Belə ki,  




Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə