Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə11/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

33 

 

2.  Azərbaycanın  bazar  iqtisadiyyatına  doğru  hərəkəti  işində    mövcud  sistem 



daxilində  dövlət  maliyyəsinin  idarə  edilməsinin  əhəmiyyəti  xeyli  artmış,  bununla 

bərabər onun  qarşısına çıxan yeni tapşırıqları həll etməyə qadir olmuşdur. 

Maliyyə  Nazirliyi  iqtisadiyyatın  idarə  edilməsində  plana  əsaslanan    birbaşa 

nəzarət  sistemindən,  bazar  prinsiplərinə  əsaslanan  dolayı  nəzarət  sisteminə  keçidlə 

daha vacib rol  oynamışdır. Pul-kredit  sferasının  idarə  olunmasında inkişaf etmiş  

vasitələrin  mövcud  olmadığı  şəraitdə  Maliyyə  Nazirliyi,  hər  şeydən  əvvəl, 

makroiqtisadi  tənzimləmə  alətinə  çevriləcəkdir.  Belə  olan  halda  o,  maliyyə  

sabitliyinin    lazımi  səviyyəsini  təmin  etməlidir.  Bu  baxımdan    xəzinədarlığın  

təşkilində  ona Maliyyə Nazirliyinin  yeni rolunun həyata keçirilməsinə  kömək edən 

ə

n mühüm  vasitə kimi baxılmalıdır. 



3.  Əgər  ölkə  qeyri-sabit  bir  dövrünü    yaşayırsa,  bu  qeyri-sabitlik, 

iqtisadiyyatdakı  böhran  hadisələrlə,  hərbi  əməliyyatlarla  əlaqədar  olan  fəlakətlə, 

güclü inflyasiya və yüksək  səviyyəli  qeyri-müəyyənliklə və s. xarakterizə edilirsə, 

dövlət  maliyyəsinin    idarə  edilməsinin    əvvəlki  sistemi  meydana  çıxan    bu 

problemlərin  operativ  həlli  üçün    kifayət  qədər  təsir  etmək    gücündə    deyildi. 

Xəzinədarlığın  yaradılması, makroiqtisadi sahədə gözlənilməz dəyişikliklərə cavab 

olaraq  daha  operativ  təsirli  tədbirlərin  qəbul  edilməsi  üçün    Maliyyə  Nazirliyini 

lazımi informasiya və alətlərlə təmin edir. 

Azərbaycanda  1995-ci  ildə  dövlətə  məxsus  maliyyə  ehtiyatlarının  vahid 

mərkəzdən idarə edilməsini təmin etmək, bu vəsaitlərin daxil olması və xərclənməsi 

üçün  daha  çevik  nəzarət  mexanizmi  yaratmaq,  dövlət  borclarının,  zəmanətlərin  və 

alınmış  kreditlərin  uçotunu  yaxşılaşdırmaq  və  respublikada  qiymətli  kağızlar 

bazarının  formalaşmasınısürətləndirmək  məqsədilə  Azərbaycan  Respublikası 

Maliyyə Nazirliyinin nəzdində Baş Dövlət Xəzinədarlığı yaradılmışdır. Respublika-

mızda xəzinədarlıq sisteminin inkişaf mərhələləri aşağıdakılardan ibarətdir:  

• 

birinci  mərhələ  (1995-1997-ci  illər).  Mövcud  hüquqi  bazaya 



ə

saslanaraq  dövlət  büdcəsinin  kassa  icrası  üzrə  yeni  sistemin  respublikada  tətbiq 

edilməsi üçün hazırlıq işləri. 



34 

 

Xəzinədarlıq  sisteminin  inkişaf  I  mərhələsi    Xəzinədarlıq  sisteminin  II 



mərhələsi üçün hazırlıq fazası olub, I mərhələdə büdcənin icrası üzrə əməliyyatların 

uçotu  Xəzinə  Hesab  Kitablarında  (XHK-da)  mövcud  uçot  sistemi  ilə  paralel 

aparılmışdır.  Nəzərə  alınmışdır  ki,  I  mərhələdə  aparılan  uçot  II  mərhələdə  davam 

etdirilə bilməz, çünki I mərhələ sınaq dövrüdür. II mərhələdə isə I mərhələdən fərqli 

olaraq  bank  tərəfindən  büdcənin  icrası  üzrə  əməliyyatların  uçotunun  aparılması  və 

hesabatın  hazırlanmasına  ehtiyac  olmamışdır.  Bu  işlər  Xəzinədarlığın  və  Maliyyə 

Nazirliyinin birbaşa vəzifələrinə çevrilmişdir. 

Ödəmənin  aparılması  üçün  hər  bir  büdcə  təşkilatı  (BT)  həmin  büdcə 

təşkilatının  yerləşdiyi  ərazidə  yaradılan  Yerli  Xəzinədarlıq  Orqanına  (YXO) 

aşağıdakı sənədləri hazırlamalı və təqdim etməlidir: 

1) 2 nüsxədə sifariş  

2)  2  nüsxədə  hazırda  istifadə  olunan  ödəmə  tapşırığı  forması  və  ya  çekin 

orijinalı; 

3) Əlavə xərc sənədləri: məs., əmək haqqı cədvəli, hesab-faktura və s. 

YXO qeyd edilən sənədlər təqdim edilərkən aşağıdakıları yoxlamalıdır: 

1) göstərilən sənədlərin düzgün hazırlanmasını; 

2) Sifarişdə göstərilən məbləğin müvafiq dövrün rüblük, illik büdcə smetası 

məbləğindən çox olmamasını; 

 

büdcə təşkilatının hesabında kifayət qədər vəsaitin olmasını.  



Sənədlər yoxlanıldıqdan sonra müvafiq Xəzinədarlıq orqanı 2 nüsxədə Sifariş 

və  ödəmə  tapşırığını,  həmçinin  çeki  imzalayır  (daha  doğrusu  təsdiq  edir).  YXO 

Sifarişin bir nüsxəsini özündə saxlayaraq qalan sənədləri BT-yə qaytarır. 

Sənədlərin  YXO  tərəfindən  imzalanmasından  sonra  BT  onları  Agent-Banka 

(AB)  ödəmənin  icra  edilməsi  üçün  təqdim  edir.  Agent-Bank  dedikdə  dövlət 

ə

məliyyatları ilə məşğul olan kommersiya banklarının filialları nəzərdə tutulur. AB 



hər şeydən əvvəl ödəmə tapşırığının Xəzinədarlıq orqanı tərəfindən imza edilməsini 

yoxlayır. Ödəməyə YXO-nın icazə vermədiyi hallarda AB ödəmənin aparılmasından 

imtina  etməlidir.  Hər  günün  sonunda  AB  yerinə  yetirilmiş  əməliyyatlar  üzrə  2 



35 

 

nüsxədə  icmal  gündəlik  bank  çıxarışını  və  hər  bir  əməliyyat  üzrə  isə  ödəmə 



tapşırığının  nüsxəsini  YXO-ya  göndərir.  Çek  əvəzinə  ödəmənin  aparıldığı  (çekin 

nağdlaşdırıldığı) hallarda AB həmin çekin YXO tərəfindən imzalanmasını yoxlayır, 

çekin nömrəsi və məbləği haqqında YXO-ya məlumat göndərir. YXO gündəlik bank 

çıxarışı  üzrə  əməliyyatların  yerinə  yetirilməsinin  düzgünlüyünü  yoxlayır,  sonra  isə 

ödəmə  tapşırığının  nüsxəsini  özündə  saxlamaqla  çıxarışın  bir  nüsxəsini  uçotun 

aparılması  üçün  AB-yə  qaytarır.  Xəzinədarlıq  orqanı  gündəlik  bank  çıxarışı  və 

ödəmə tapşırıqlarının nüsxələri əsasında uçot işlərini aparır. 

Xəzinədarlığın  I  mərhələsində  daxilolmaların  hesablanmasının  mövcud  olan 

mexanizmi  davam  etdirilir.  Yeganə  fərq  ondan  ibarətdir  ki,  ödəyici  və  ya  vergi 

ödənişini  təmin  edən  orqan  (vergi  müfəttişliyi,  bank  və  s.)  bir  nüsxə  artıq  ödəniş 

sənədi  (ödəniş  tapşırığı,  mədaxil  orderi,  bildiriş,  ödəniş  sərəncamı  və  s.)  hazırlayır 

və  YXO-ya  göndərir.  Ödəmələrdə  olduğu  kimi  AB  hər  günün  sonunda  YXO-ya  2 

nüsxə  icmal  bank  çıxarışı  və  hər  bir  əməliyyat  üzrə  ödəmə  sənədinin  nüsxəsini 

göndərir. YXO əməliyyatların yerinə yetirilməsinin düzgünlüyünü yoxlayır, uçotun 

aparılması  üçün  çıxarışın  bir  nüsxəsini  AB-yə  qaytarır,  ödəmə  sənədinin  bir 

nüsxəsini isə özündə saxlayır. Beləliklə, YXO daxilolmaların uçotunu gündəlik bank 

çıxarışı,  həmçinin  ödəmə  tapşırığı,  kassa  mədaxil  orderi  və  s.  ödəmə  sənədləri 

ə

sasında həyata keçirir. 



Xəzinədarlığın  1  mərhələsində  maliyyələşdirmə  mexanizmində  də  ciddi  bir 

dəyişiklik  nəzərdə  tutulmur.  Yalnız  cüzi  bir  dəyişiklik  ondan  ibarətdir  ki,  YXO 

respublika  büdcəsindən  əldə  edilən  vəsaitlərin  uçotunu  «Köçürmə»  XHK-da 

müəyyən  edilmiş  qaydada  bank  çıxarışları  əsasında  aparacaqdır.  Maliyyələşdirmə 

mexanizmində  əsas  dəyişikliklər  bank  hesablarının  bağlanması  ilə  əlaqədar  olaraq 

Xəzinədarlıq sisteminin II mərhələsində aparılır. 

Bütün  əməliyyatlar  yeni  büdcə  təsnifatı  əsasında  həyata  keçirilir.  Hər  bir 

ödəmə  həm  funksional,  həm  də  iqtisadi  təsnifatdan  ibarət  olmaqla,  həmin  təsnifat 

Sifarişdə və XHK-larda dəqiq göstərilir. 



Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə