Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə13/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

39 

 

Rayon xəzinədarlığı: 



 

hər  bir  rayon  xəzinədarlığı  mərkəzi  xəzinədarlıqdan  alınan  vəsaitlərin 

uçotu üçün bir «Köçürmə» XHK-nı aparır.  

 

hər bir rayon xəzinədarlığı vəsaitlərin köçürülməsi və daxil olması üçün 



ayrıca  «Köçürmə»  XHK-nı aparır.  (1.  Zona xəzinədarlığı  üçün;  2.  Zona ərazisində 

olan rayon xəzinədarlığı üçün; 3. Zona ərazisindən kənarda olan rayon xəzinədarlığı 

üçün.)  

Zona Xəzinədarlığı: 

 

hər  bir  zona  xəzinədarlığı,  rayon  xəzinədarlığında  olduğu  kimi 



köçürülən  və  MX-dan  daxil  olan  vəsaitlərin  uçotu  üçün  «Köçürmə»  XHK-dan 

istifadə edirlər.  

 

hər bir  zona xəzinədarlığı; 1)  Zona daxili  rayon  xəzinədarlıqları  və  2) 



zonadan kənar rayon xəzinədarlıqları ilə vəsaitlərin köçürülməsi və ya daxil olması 

ə

məliyyatlarının uçotu üçün ayrıca «Köçürmə» XHK-ı aparırlar.  



Mərkəzi Xəzinədarlıq: 

 

Mərkəzi  Xəzinədarlıq  hər  bir  zona və  rayon  xəzinədarlığı üçün  ayrıca 



«Köçürmə» XHK aparır.  

Hər  bir  Xəzinədarlıq  mühasibat  uçotunun  qeydiyyatını  Baş  Kitabda  və 

Xəzinədarlığın  Hesab  Kitabı  adlanan  əlavə  hesab  kitablarında  aparmalıdır.  XHK-

dakı  yekun  məbləğlər  Baş  Kitabda  öz  əksini  tapmalıdır  və  XHK-da  müxtəlif  növ 

göstəricilərin cəmi Baş Kitabdakı yekun məbləğlərlə uyğun olmalıdır. 

XHK-da qeydlər bank tərəfindən gündəlik təqdim olunan hesabata (çıxarışa) 

ə

sasən  aparılır.  Bankın  iştirakı  olmadan  aparılan  əməliyyatlar  (qarşılıqlı 



ə

vəzləşdirmə  və  ya  nəzərdə  tutulan  əməliyyatlar)  XHK-da  müvafiq  protokollar  və 

hökumətin sərəncamlarına əsasən qeyd olunur. 

Bankın iştirakı olmadan aparılan əməliyyatlar XHK-da dəqiq göstərilməli və 

hesablarda ayrıca qeyd olunmalıdır. 

Hər  gün  bütün  XHK-lar  ümumi  gündəlik  və  ilin  axırınadək  artan  məbləğlə 

bağlanmalıdırlar. 



40 

 

XHK hesabların hazırlanması üçün əsas hesab olunur. 



XHK-rın  hazırlanması  işinə  ilk  növbədə  həmin  dövrə  (yəni  ilin  və  ya  ayın 

sonuna)  qalıq  məbləğlərinin  müvafiq  XHK-ya  qeyd  edilməsi  ilə  başlanmalıdır, 

başqa sözlə, YXO-nın həmin dövrdə malik olduğu vəsaitin həcmi müəyyən edilərək 

təyinatı üzrə bölüşdürülməlidir. 

XHK-ya  nəzarət  etmək  və  gələcəkdə  Xəzinədarlığın  kompüterləşdirilməsini 

təmin  etmək  məqsədilə  XHK-lar  8  rəqəmli  ədədlə  aşağıdakı  sistemdə 

nömrələnməlidir: 

 

Birinci 2 rəqəm – xəzinədarlığın nömrəsi;  



 

Növbəti 2 rəqəm - YXO-nın nömrəsi;  

 

Növbəti  2  rəqəm  –  XHK-nın  növünü  və  ya  kateqoriyasını  müəyyən 



edən rəqəm;  

 

Növbəti 2 rəqəm – kateqoriya daxilində XHK-nın nömrəsini göstərir.  



Nömrələnmiş  bütün  XHK-nın  siyahısı  Mərkəzi  xəzinədarlıqda  olmalıdır. 

Mərkəzi xəzinədarlığın icazəsi olmadan hər hansı bir nömrə dəyişdirilə bilməz. 

• 

ikinci  mərhələ  (1997-1999-cu  illər).    Xəzinədarlığın  respublika 



ə

razisində mövcud texniki, maliyyə və kadr potensialı nəzərə alınmaqla mərhələlərlə 

tətbiqi; 

Xəzinədarlıq  sisteminin  bütövlükdə  formalaşdırılmasında  II  mərhələ  yeni 

bank qaydaları və maliyyələşmə  mexanizminin yaradılması ilə əlaqədar olaraq çox 

vacib və məsuliyyətli dövr hesab edilir. Xəzinədarlığın II mərhələsində: 

1.Manatla,  qəpiklə  mövcud  olan  bütün  büdcə  və  büdcədənkənar  bank 

hesabları bağlanılır; 

2.  Hər  bir  rayonda  Maliyyə  Nazirliyi  tərəfindən  müəyyən  edilmiş  müvəkkil 

banklarda  Xəzinədarlığın  Tranzit  Hesabları  (XTH)  açılır  və  həmin  filiallar  Agent-

Bank (AB) adlanaraq Yerli Xəzinədarlıq Orqanlarının (YXO) əməliyyatlarını həyata 

keçirirlər; 

3.  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı 

Agentliyinin (DXA) maliyyə əməliyyatlarını həyata keçirmək üçün Mərkəzi Bankda 




41 

 

(MB)  Xəzinədarlığın  Vahid  Hesabı  (VXH)  açılır  və  bu  hesab  Xəzinədarlığın  Cari 



Hesabı (XCH) adlanır. Xəzinədarlığın II mərhələsi zonalar üzrə mərhələlərlə tətbiq 

edildikcə  müvafiq  rayonların  ərazilərində  yerləşən bütün  respublika və  yerli büdcə 

təşkilatlarının hesabları bağlanılır. Bank hesablarının bağlanması nəticəsində YXO-

lar hər bir büdcə hesabı üçün Xəzinədarlığın hesab Kitabını (XHK) açır. MB-nin 12 

zona  hesablaşma-kassa  mərkəzləri  (ZHKM),  həmçinin  Dövlət  Səhmdar-

Kommersiya  Banklarının  baş  idarələrində  yerləşən  hesablaşma-kassa  mərkəzləri 

vasitəsilə  XHT  ilə  Vahid  Xəzinədarlıq  hesabı  arasında  gündəlik  hesablaşma 

aparılaraq  XTH  hər  gün  sıfır  balansla  bağlanır.  Bank  hesabları  bağlanılaraq 

qalıqların XTH-yə köçürülməsi ilə əlaqədar olaraq maliyyələşmə mexanizmində də 

ə

həmiyyətli dəyişikliklər  aparılır.  Ümumiyyətlə,  Xəzinədarlığın  II  mərhələsi  XTH-



lər  və  XCH  arasında  gündəlik  hesablaşmanı,  həmçinin  yeni  maliyyələşmə 

mexanizmini nəzərdə tutur. 

• 

üçüncü mərhələ (1999-2000-ci illər). Respublikada öhdəliklərin xəzinə 



uçotuna  qəbul  edilməsi  və  maliyyə  planlaşdırılması  mexanizmlərinin    həyata 

keçirilməsi;  

• 

dördüncü mərhələ isə 2000-ci  ildən başlayaraq büdcədən maliyyələşən 



kredit  sərəncamçıları  tərəfindən  alınan  malların,  qəbul  olunan  iş  və  xidmətlərin 

xəzinə uçotuna qəbul edilməsi mexanizminin tətbiqini  əhatə edir.  

Xəzinə orqanları bu mərhələdə büdcə təşkilatlarına malların tam və vaxtında 

çatdırılmasına, iş və xidmətlərin yekunlaşdırılmasına nəzarəti həyata keçirirlər, yəni 

alışlar haqqında xəzinədarlıq tərəfindən qəbul edilməmiş və uçota alınmamış heç bir 

xərc  maddəsi  üzrə  kassa  icrası  aparıla  bilməz.  Malların  (iş  və  xidmətlərin)  alışı 

sənədində xərc əməliyyatlarının məbləği öhdəlik sənədində əks olunmuş məbləğdən 

artıq  ola  bilməz,  əks  halda  həmin  əməliyyatlar  uçota  alınmadığı  üçün  kassa  xərci 

aparılmır.  Bu  prosesdə  xəzinə  orqanları  ilə  yanaşı  büdcə  təşkilatları  malların 

alınmasında, onun mədaxilində, iş və xidmətlərin görülməsində məsuliyyətləri daha 

da artır. Bu zaman malların (iş və xidmətlərin) alışı sənədi hər bir xərc maddəsi üzrə 

ayrılıqda uçota alınır. Bütün əməliyyatlar xəzinə hesab kitablarında öz əksini tapır. 




Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə