Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə10/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

30 

 

haqqında  informasiya  verir.  Bu  bölmə  həmçinin  maliyyə  öhdəliklərinə, 



xərclərə, daxilolmalara və bankların hesablarındakı qalıqlara nəzarət edəcək. 

Yerli büdcələrin işi ilə ayrıca  bölmə məşğul  olur. O, regional  və yerli  

idarəetmə    orqanlarının    büdcələrinin    vəziyyətinə,  onların    büdcədən  kənar 

fondlarının  və maliyyə resurslarının bu büdcələr  və dövlət büdcəsi  arasında  

axınının vəziyyətini yoxlayır, təhlil edir və məlumat verir. 

Xəzinədarlıq    öz  funksiyalarını  yerinə  yetirərkən  bir  sıra  digər  maliyyə 

və  qeyri-maliyyə  dövlət  orqanları  ilə  qarşılıqlı  əlaqədə,  daha  doğrusu 

informasiya  –  təklif  mübadiləsində  olur.  Bu  orqanların    ən  mühümləri 

Azərbaycan  Mərkəzi  Bankı  və  Vergilər  Nazirilyidir  ki,  onlar    maliyyənin  

idarə olunmasında birbaşa iştirak edirlər. 

Xəzinədarlıq    sistemi  xəzinədarlıqla  bağlı    olan  bütün    həlqələrin 

məcmusudur.  Bu  informasiya    axınının  mahiyyəti,  informasiyaya    nəzarət  və 

onun  işlənməsinin, həmçinin  onların bankların  göstəricilərində  saxlanmasını 

müəyyən  edən sistemdir. Sistem  kompüterin  köməyi ilə  bu informasiyaların, 

ümumiyyətlə, dövlət  maliyyəsinin və büdcənin  icrasının  idarə edilməsində, 

istifadəsində və  nəzarət edilməsində əsas rol oynayan  təşkilatları birləşdirir. 

Xəzinədarlığın  baş  kitabı-  xəzinədarlıq  sisteminin  ən  vacib  həlqəsi 

maliyyə  informasiyalarının  uçotudur.  Bu  özünü  hökumət    hesablarının 

komputerləşdirilmiş  toplusu,  yaxud    hesablar    kitab  kimi    təqdim    edir.  Bu 

kitabda    xəzinədarlıq    sistemi,  hökumətin    aktivlərinə  və  passivlərinə    təsir 

edən  bütün əməliyyatları  qeydiyyata alınır. Bu kitab  hesablama  mərkəzində 

yerləşir. 

Xəzinədarlıq  sisteminin  fiziki strukturu ölkədən  ölkəyə fərqli olur və 

bu  amillərin    çoxsaylı    olmasından    asılır.  Bu  amillərə    ölkənin    böyüklüyü,  

telekommunikasiya    sisteminin    vəziyyəti,  hökumət  əməliyyatlarının  

uyğunlaşdırılması, mövcud  institutlar, kompüter  avadanlığı və s. daxildir. Bu  




31 

 

sistem  tam    qurulduqdan    sonra  onun    fəaliyyəti  iki    səviyyədə  



istiqamətləndirilmişdir. 

Birinci  səviyyə: mərkəzi həlqə, hər şeydən əvvəl  öncə, Maliyyə Nazirliyində 

hesablama    mərkəzində    olmaqla  Bakıda    yerləşmiş  və  bu  həlqədə    əsas  bank  

göstəriciləri  yerləşmişdir ki, burada  xəzinədarlığın regional şöbələrindən  alınmış  

ümumiləşmiş  informasiyalar cəmləşmişdir. Bu səviyyədə  Xəzinədarlıq  darəsi, Baş 

Büdcə  darəsi,  həm  birbaşa,  həm  də  dolayı  vergilərlə    məşğul  olan    Vergilər 

Nazirliyinin mərkəzi aparatı, Mərkəzi Bank, sahə  nazirlikləri və digər qeyri-büdcə 

təşkilatları və s. yerləşmişdir. 

kinci  səviyyə:  Bu  səviyyədə  xəzinədarlığın    regional  şöbələri  fəaliyyət  

başlamışdır.  Bu  şöbələr    vahid  büdcəyə    və  nazirlik  sisteminə  bağlı  olan    bütün 

ə

məliyyatlar  haqqında    informasiyalardan    ibarət  olan    tam  göstəriciləri  banklarla 



mübadiləyə imkan vermişdir. Bu göstəricilər  barəsində  informasiyalara  həmçinin  

büdcə təşkilatları sisteminə bağlı olmayan  hesablarda  olan aylıq  qalıqlar haqqında  

məlumatlar  da  daxil  idi.  Bu  səviyyədə    xəzinədarlığın    regional  şöbələri  və  vergi 

orqanları, büdcə təşkilatları və bankların şöbələri arasında əlaqələr təşkil edilirdi. 

Ümumiyyətlə,  mərkəzi  və  regional    şöbələr  arasındakı    münasibətlər,  bir 

səviyyədən,  digər  səviyyəyə  informasiyanı  gecikmədən    verməyə  imkan    verən  

xüsusi əlaqə kanalı üzrə təşkil  edilir. 

Xəzinədarlıq sisteminin  ən vacib xüsusiyyəti, xəzinədarlıq  idarəsinə məxsus 

yeganə  nizamlayıcı  olan    vahid    xəzinədarlıq    hesabının  olmasıdır.  Mərkəzi  

hökumətin  tərkib hissəsi olan nə Maliyyə Nazirliyi, nə də digər  dövlət idarəsi belə 

hesab açmaq hüququna malik deyildir. Xəzinədarlıq sisteminin  qarşısına  nazirliyin 

və büdcə təşkilatlarının  fərdi maliyyə hesablarına nəzarət etmək məqsədi qoyulub. 

Xəzinədarlıq    sistemi  çərçivəsində  nazirlik,  yaxud  büdcə    təşkilatı  istənilən    sayda 

lazımi  hesaba  malik  ola  bilər.  Bütün  bunlar    bu  sistem  qarşısında  duran    əsas 

məqsədin yerinə yetirilməsinə xidmət edir. 

 



32 

 

 



1.3.

  Xəzinədarlıq sisteminin zəruriliyi və inkişaf mərhələləri 

 

Xəzinədarlıq  sistemi  dedikdə,  əsas  etibarilə  bütün  xəzinə  həlqələrinin  



məcmusu  başa  düşülür.  Bu  həlqələr  xəzinədarlığın    yerlərdə  və  regionlarda    olan 

idarə  və  şöbələridir.  Xəzinədarlıq  sistemi    dövlətin    iqtisadi  maliyyə  sisteminin  

tərkib hissəsini təşkil  edir.  Bu  sistemin   lazımi  səviyyədə  fəaliyyət  göstərə  bilməsi 

və  qarşısına  qoyulan    iqtisadi-maliyyə  məsələlərinin  yerinə    yetirilməsi  

ümumiqtisadi    sabitliyin  və  inkişafın    ən  mühüm    şərtidir.  Onu  da  qeyd  edək  ki, 

bazar  iqtisadiyyatı  şəraitində    xəzinədarlıq  sistemi  əsas  iqtisadi    tənzimləmə  və 

nəzarət  vasitəsi  kimi  çıxış  edir.  Xəzinədarlıq  sisteminin    yaradılması  əsasən  

aşağıdakı səbəblər  üzündən zəruri idi: 

1. Dövlət maliyyəsinin  idarə edilməsi Azərbaycan müstəqillik əldə etdiyi ilk 

dövrlərdə çox  az dəyişilmişdi. Bu sistem mərkəzi planlaşdırma mexanizmi əsasında 

təşkil olunmuş və bu bazar şəraitində normal fəaliyyətə qabil deyildi. 

Bu dövrdə ənənəvi olaraq planın  tərkib hissəsi  kimi meydana  gəlmiş büdcə 

sistemi  bütün    fəaliyyəti  dövründə  heç  bir    funksiya    dəyişikliyinə  məruz 

qalmamışdır. Büdcənin  icra edilməsi, uçot və hesabata nəzarət isə bank sisteminin  

ə

sas  hərəkətverici    şərti  idi.  Bu  vəziyyətin  əsas  nəticələrindən  biri  Maliyyə 



Nazirliyində  vaxtlı-vaxtında    operativ  və  düzgün    informasiyanın    mövcud 

olmamasıdır. Bu informasiya  nazirliyə büdcənin  icra edilməsinə nəzarət etməyə və  

iqtisadi  şəraitin  dəyişməsindən  asılı  olaraq  onu  dəqiqləşdirməyə  imkan  vermirdi. 

Müasir  dövrdə  isə  xəzinədarlıq,  indi  bank  sistemi  tərəfindən  yerinə  yetirilən  əsas 

büdcə    funksiyalarını  öz  üzərinə  götürür.  Ona  görə  də,  xəzinədarlığın  təşkili 

informasiyanın keyfiyyətinin  yaxşılaşdırılmasına və həcminin  artırılmasına imkan 

yaradır. Bu da öz növbəsində Maliyyə Nazirliyinə imkan  verir ki, büdcə sahəsində 

proseslərin inkişafına  etibarlı nəzarət yetirsin və büdcənin icrası prosesinə səmərəli 

rəhbərliyi təmin etsin. 



Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə