Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə21/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   ...   14   15   16   17   18   19   20   21   22

63 

 

III Fəsil. Azərbaycanda dövlət xəzinədarlıq sisteminin təkmilləşdirilməsi 



yolları   

 

3.1.. Dövlət büdcəsinin kassa icrasının səmərəli təşkilində Dövlə

Xəzinədarlığı Agentliyinin vəzifələri və rolu 

 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı 



Agentliyi  dövlət  büdcəsinin  kassa  icrasını  həyata  keçirən  və  həmin  maliyyə 

ə

məliyyatlarının  uçotunu  aparan,  büdcə  xərcləri  üzrə  dövlətin  adından  büdcə 



təşkilatları  qarşısında  öhdəlikləri  qəbul  edən,  Azərbaycan  Respublikasında  dövlətə 

məxsus  maliyyə  vəsaitlərinin  vahid  mərkəzdən  idarə  edilməsi,  bu  vəsaitlərin  daxil 

olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirir. 

Agentlik vəzifə və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində 

bilavasitə  rayon  və  şəhər  üzrə  maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq 

strukturları və regional (zona) xəzinədarlıq orqanları vasitəsilə həyata keçirir.  

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin   Dövlət  Xəzinədarlığı 

Agentliyinin strukturuna Agentliyin mərkəzi aparatı və Bakı şəhərində yerləşən 1-12 

saylı Xəzinədarlıq  darələri daxildir, 

Bir  çox  dövlətlərdə  ölkənin  iqtisadi  vəziyyətindən,  tarixi  və  mədəni 

amillərdən,  iqtisadiyyatın  idarəedilməsi  məsələləri  üçün  məsuliyyət  daşıyan 

qurumun  imkan  və  qabiliyyətindən  asılı  olaraq  xəzinədarlığa  büdcə  və  maliyyənin 

idarə edilməsinin ümumi makroiqtisadi siyasət həddində büdcə və vergi siyasətinin 

hazırlanması, büdcənin tərtib edilməsi, büdcənin icrası, büdcənin icrası ilə əlaqədar 

olan  maliyyə  əməliyyatları,  büdcənin  icrası  üzrə  əməliyyatların  uçotu  və  maliyyə 

informasiya sistemi, auditor xidməti kimi əsas funksiyaları həvalə edilir.  

Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət 

büdcəsinin  vəsaiti  və  qanunvericiliklə  nəzərdə  tutulan  digər  mənbələr  hesabına 

maliyyələşdirilir. 

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 




64 

 

• büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə 



qabaqcadan  dövlət  (büdcə)  öhdəlikləri  götürür  və  bu  öhdəliklər  çərçivəsində 

satınalmalardan yaranan kreditor borclarının ödənilməsini həyata keçirir;  

• dövlət  büdcəsinin  icrasını  yerinə  yetirməklə  büdcə  gəlirlərinin  büdcəyə 

daxilolmasını  və  xərclərinin  vahid  büdcə  təsnifatına  uyğun  olaraq  ünvanlı 

istifadəsini təmin edir; 

• dövlət xəzinədarlığının inkişafını, vahid xəzinə hesabının idarə edilməsini və 

bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsini təmin edir və s;  

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı 

Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir: 

–  hər  il  növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsinin  və  icmal  büdcənin 

layihələrinin  və  sonrakı  üç  il  üçün  icmal  büdcənin  göstəricilərininhazırlanmasında 

iştirak  etmək,  büdcənin  icrasına  dair  hesabat  sənədlərini  hazırlamaq  və  dövlət 

büdcəsinin kassa icrasını həyata keçirmək; 

–  dövlət  büdcəsinin  icrası  üzrə  xəzinə  əməliyyatlarının  uçotu  və  hesabatı 

işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək; 

–  dövlət  büdcəsinə  bütün  daxilolmalar,  büdcədənkənar  haqlar  (ödənişlər), 

büdcədənkənar  dövlət  fondları  (Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun 

gəlirləri,  əməliyyat  xərcləri,  beynəlxalq  banklarda  və  digər  maliyyə  institutlarında 

vəsaitin  yerləşdirilməsi  ilə  bağlı  xərclər  istisna  olmaqla),  məqsədli  büdcə  fondları, 

dövlət  büdcəsinin  kəsirinin  bağlanması  üçün  dövlət  təminatı  ilə  alınmış  kreditlər 

üzrə  maliyyə  əməliyyatlarını  və  digər  dövlət  maliyyə  əməliyyatlarını 

qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmək; 

–  büdcəyə  daxilolmaların  vəziyyətindən  asılı  olaraq  və  büdcə  kəsiri  nəzərə 

alınmaqla  (müdafiə  olunan  xərc  maddələri  istisna  olmaqla)  təsdiq  edilmiş  dövlət 

büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək; 

–  dövlət  büdcəsi  vəsaitinin  idarə  edilməsinin,  o  cümlədən  mərkəzləşdirilmiş 

xərclər üzrə nəzərdə tutulmuş resurslardan istifadənin səmərəliliyinin təmin edilməsi 

məqsədilə maliyyə planlaşdırılmasını həyata keçirmək; 




65 

 

–  müəyyən  olunmuş  qaydada,  lakin  dövlət  büdcəsinin  təsdiq  olunmuş 



göstəricilərindən  artıq  olmamaq  şərtilə  büdcə  xərcləri  üzrə  dövlətin  adından  büdcə 

təşkilatları  qarşısında  öhdəlik  götürmək,  bu  öhdəliklər  çərçivəsində  alınmış  mal,  iş 

və xidmətləri xəzinə uçotuna qəbul etmək və kassa xərcləri aparmaq; 

–  ehtiyat  fondlarından  vəsaitin  Azərbaycan  Respublikası  Prezidentinin  və 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müəyyən  etdiyi  təyinatlar  üzrə 

yönəldilməsini təmin etmək; 

–  dövlət  büdcəsindən  maliyyələşən  təşkilatların  sifarişi  və  məxaric 

cədvəllərinə  əsasən  onların  xərc  smetalarında  nəzərdə  tutulmuş  vəsait  həddində 

maliyyələşməsini həyata keçirmək; 

–  dövlət  büdcəsində  büdcə  kəsirinin  örtülməsi  üçün  nəzərdə  tutulmuş 

maliyyələşmə mənbələrindən istifadə etmək; 

–  dövlət  maliyyəsindən  istifadə  sahəsində  şəffaflığı  təmin  etmək  məqsədilə 

dövlət büdcəsindən  maliyyələşən bütün  idarə,  müəssisə  və  təşkilatlar  üzrə  maliyyə 

ə

məliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparmaq; 



–  dövlət  büdcəsinin  icrasına  dair  hesabatın  layihəsini  və  icmal  hesabatı 

hazırlamaq;  

–  dövlət  büdcəsində  nəzərdə  tutulmuş  tədbirlərin  maliyyələşdirilməsi  üzrə 

ayrılan  vəsaitlərdən  təyinatı  üzrə  istifadə  olunmasına,  habelə  büdcədənkənar 

vəsaitlərin təsdiq edilmiş smetaya uyğun istifadəsinə dövlət büdcəsinin kassa icrası 

prosesində cari nəzarəti həyata keçirmək; 

–  rayon,  şəhər  üzrə  maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq 

strukturlarında və regional (zona) xəzinədarlıq orqanlarında xəzinə işlərinin müvafiq 

qaydalara  uyğun  qurulmasına,  büdcə  vəsaitinin  hərəkətinin  xəzinə  hesablarında 

düzgün  əks  etdirilməsinə,  mövcud  kredit  resursu  və  büdcə  limiti  həddinin 

gözlənilməsi  prinsipinə  əməl  edilməsinə,  ödəniş  üçün  əsas  olan  təsdiqedici 

sənədlərin mövcud qanunvericiliyə uyğunluğuna operativ nəzarəti təmin etmək; 

–  xəzinə  işlərinin  normativ  sənədlərin  tələblərinə  uyğun  təşkilinin  və 

aparılmasının icra vəziyyətini yoxlamaq; 




Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə