Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə5/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   2   3   4   5   6   7   8   9   ...   22

15 

 

yetirilmir, daha doğrusu, bu, mümkün olmur. Öncə duyulmayan hadisələr, proseslər 



meydana çıxır, qeyri-tarazlıq, disproporsiyalar meydana gəlir. 

Məhz  bu  və  digər  disproporsiyaların  ləğv  olunması  üçün  tənzimləmə 

prosesindən  istifadə  edilir.  Bu  minvalla,  yarana  biləcək  təsadüfi  və  ya  mənfi 

hadisələrin,  proseslərin başvermə  ehtimalı  azaldılır.  Maliyyə  ehtiyatlarının  yenidən 

daha  səmərəli  bölüşdürülməsi,  vəsaitin  bir  sahədən  digərinə  yönəldilməsi  (transfer 

edilməsi),  maliyyə  ehtiyatlarının  işə  salınması  yolu  ilə  maliyyə  münasibətlərində 

yaranmış disproporsiyalar imkan dairəsində ləğv olunur. 

Nəzarət. Maliyyənin idarə edilməsi və təşkili şüurlu və qanunauyğun şəkildə 

həyata keçirilir. Bu isə bütün proseslərdə maliyyə nəzarətini zəruriləşdirir.  darəedici 

subyekt nəzarətdən kənarda qala bilməz. 

Nəzarət,  ümumiyyətlə,  maliyyənin  ən  mühüm  funksiyalarından  biri  olduğu 

üçün  maliyyənin  idarə  edilməsinin  birbaşa  fəaliyyət  mərhələsində  də  əsas 

funksiyalardan birini yerinə yetirir. 

Sosial-iqtisadi  proseslərin  inkişaf  etdiyi  bir  şəraitdə  xalq  təsərrüfatının  idarə 

edilməsində, xüsusən bazar iqtisadiyyatı şəraitində nəzarət etmək əsas məsələlərdən 

biridir. 

Azərbaycan Respublikasında, yeni dövlət idarəetmə strukturlarının yaranması 

ilə  əlaqədar  olaraq,  nəzarətin  tamamilə  yenidən  qurulması  və  gücləndirilməsi  üzrə 

tədbirlərin işlənib hazırlanması əsas məsələlərdən biri hesab edilir. 

Hazırda  nəzarət  respublika  qanunverici  və  icra  orqanları,  maliyyə  orqanları, 

vergi idarələri, Mərkəzi Bankı, nazirlik və idarələrin ixtisaslaşdırılmışinspeksiyaları, 

Dövlət  Statistika  Komitəsi  və  digər  dövlət  idarəetmə  orqanları  tərəfindən  həyata 

keçirilir. 

Dövlətin  maliyyə  siyasətini  müvəffəqiyyətlə  reallaşdırmaq,  maliyyə 

ehtiyatlarından  xalq  təsərrüfatının  bütün  sahələrində  effektli  istifadə  edilməsini  tə-

min etmək prosesində maliyyə nəzarətinin əhəmiyyəti böyükdür. Bazar iqtisadiyyatı 

dövründə maliyyə nəzarətinin rolu daha da artır. 



16 

 

Maliyyənin nəzarət funksiyasının reallaşması forması maliyyə nəzarəti hesab 



edilir.  O,  maliyyə  nəzarətinin  məzmununu  və  təyinatını  müəyyən  edir.  Nəzarətin 

məzmunu,  istiqaməti  məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsindən  və  cəmiyyətin 

istehsal münasibətlərindən asılı olaraq dəyişir. 

Müəssisələrin 

təsərrüfatçılıq 

hüquqlarının 

genişlənməsi, 

maliyyə 


fəaliyyətlərinin  həyata  keçirilməsində  onların  sərbəstliyi,  müxtəlif  hüquqi 

təşkilatçılıq  formalarının  yaranması  (məsələn,  sahibkarlıq  formasının)  maliyyə 

nəzarətinin məzmununu xeyli zənginləşdirir. 

Beləliklə,  demək  olar  ki,  maliyyə  nəzarəti  -  xüsusi  forma  və  üsul  tətbiq 

etməklə təsərrüfat və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla bağlı 

ə

məliyyatların yoxlanması məcmusundan ibarətdir. 



Maliyyə  nəzarətini  həyata  keçirmək  üçün  yüksək  ixtisaslı  mütəxəssislərdən 

ibarət komplektləşdirilmiş xüsusi nəzarət təşkilatları və ya qrupları yaradılır. Onların 

hüquq və vəzifələri qüvvədə olan qanunlara uyğun olaraq müəyyən edilir. 

Maliyyə  nəzarəti  -  nəzarətin  xüsusi  sahəsi  olub,  dəyər  dərəcəsində  istifadəsi 

ilə əlaqəli, məqsədəuyğun istiqamətdə müəyyən tətbiq sahəsinə malikdir. 

Maliyyə nəzarətinin obyekti pul, maliyyə ehtiyatlarının istifadəsi, yaradılması 

və bölüşdürülməsi prosesləri və eyni zamanda xalq təsərrüfatının bütün səviyyə və 

sahələrində fond formalarında pul vəsaitləridir. 

Yoxlama  obyektinə-eyni  zamanda  maliyyə  göstəriciləri  (dəyər  formasında), 

mənfəət, əlavə dəyər vergisi, bütün növ gəlirlər, maya dəyəri, sərf olunmuş xərclər, 

fondlar və s. aid edilir. 

Bütün bu göstəricilər sintetik xarakterə malik olduğundan müəssisə, idarə və 

kommersiya birliklərinin təsərrüfat fəaliyyətinin bütün istehsal sahələrinə hərtərəfli 

nəzarət  etməyə  və  eyni  zamanda  maliyyə-kredit  mexanizminin  qarşılıqlı  əlaqəsinə 

nəzarətin həyata keçirilməsinə şərait yaradır.  

Pul  vəsaitindən  istifadə  edilən  və  bəzi  hallarda  onsuz  baş  verən  bütün 

ə

məliyyatlar (barter qaydasında) maliyyə nəzarətinin sahəsi hesab edilir. 




17 

 

Bununla bərabər maliyyə ehtiyatlarından və pul vəsaiti fondlarından hər hansı 



qaydada  olursa-olsun,  istər  birbaşa,  istərsə  də  qarşılıqlı  vasitəçilik  formasında 

istifadə  edilməsi  halları  baş  verir.  Eynilə  bu  obyektlər  maliyyə  nəzarətindən  başqa 

digər növ nəzarətə də məruz qala bilərlər (kreditləşmə, qiymətqoyma, hesablaşmalar 

və  s.)  hətta  müəyyən  sahənin  təsadüfən  yoxlanması  və  təhlili  zamanı  obyektin 

vəziyyətinə  qiymət  verilməsi  onun  təyinatına  uyğun  olub-olmaması  maliyyə 

nəzarətinə  məxsusdur.  Məsələn,  auditor  firmaları  müəssisənin  menecmentinin 

effektivliyinin  və  xüsusən  bankların  yoxlanmasını  həyata  keçirərkən  yaranmış 

ehtiyatların (həcminə) miqdarına qiymət verir, hansı ki, bilavasitə obyektin vergiyə 

cəlb olunan sonuncu miqdarını müəyyən etmək üçün əlaqəlidir. Nəzarət, ancaq pis 

işləyən müəssisə və təşkilatlara deyil, həm də adi qaydada fəaliyyəti olan müəssisə 

və təşkilatlara da aiddir. 

Maliyyə nəzarətinin yoxlamalarına daxildir: 

-

 

iqtisadi  və  hüquqi  qanunların  tələblərinə  riayət  olunması,  milli  gəlirin 



və  ictimai  əmtəəlik  məhsulun  dəyərinin  bölüşdürülməsinin  və  yenidən 

bölüşdürülməsinin əlverişli və uyğun olması; 

-

 

büdcənin tərtibi və icrası (büdcə nəzarəti); 



-

 

müəssisə  və  təşkilatlarda,  büdcə  idarələrində  maliyyə  vəziyyəti,  əmək, 



material və maliyyə resurslarından səmərəli istifadə olunması və həmçinin vergilərin 

hesablanması və ödənilməsi. 

Maliyyə nəzarəti qarşısında aşağıdakı vəzifələr durur: 

-

 



maliyyə  resurslarından  olan  tələbat  ilə  xalq  təsərrüfatı  fondlarının  və 

pul gəlirlərinin miqdarı əsasında tarazlığa kömək etmək; 

-

 

dövlət  büdcəsi  qarşısında,  maliyyə  öhdəçiliklərinin  bütövlükdə  və 



vaxtında təmin edilməsi; 

-

 



istehsaldaxili maliyyə resursları üzrə artımı üzə çıxartmaq, o cümlədən 

maya dəyərinin aşağı salınması və rentabelliyin artırılması; 




Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə