Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə4/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   2   3   4   5   6   7   8   9   ...   22

12 

 

idarəçilik  funksiyası  kimi  özünü  göstərir.  Belə  idarəetmə  təkcə  iqtisadiyyatı  deyil, 



dövlətin  həyat  fəaliyyətini  də  əhatə  edir.  Maliyyə  planlaşdırması  iqtisadi  inkişafın 

yalnız  dəyər  tərəfini  əks  etdirir,  yəni  maliyyə  planları  dəyər  parametrlərində  tərtib 

olunur.  Buna  baxmayaraq  maliyyə  planlarının  maddi  təminatı  olmalıdır.  Maliyyə 

planlaşdırmasının  obyektləri  pul  gəlirlərinin  səfərbər  edilməsi  və  bölüşdürülməsi, 

milli  gəlirin  ilkin  və  təkrar  bölüşdürülməsi,  bu  əsasda  pul  fondları  yaradılması  və 

onlardan  istifadə  edilməsidir.  Bu  planlarda  əksini  tapan  pul  vəsaiti  və  ya  pul 

fondlarını dövlət idarə edir ki, bu da iqtisadi baxımdan az əhəmiyyət kəsb etmir. 

Maliyyə  planlaşdırması  iqtisadiyyatın  material  və  dəyər  tərəflərinin 

balanslaşdırılmasının  mühüm  vasitəsidir.  Onun  köməyi  ilə  pul  və  maliyyə 

ehtiyatlarının məbləği natural göstəricilərə uyğunlaşdırılır, tələblə təklif tənzimlənir. 

Maliyyə  planlaşdırması  milli  iqtisadiyyatın  inkişafına  duyumlu  təsir  göstərir.  Bu, 

onun yerinə yetirdiyi vəzifələrdən də görünür: 

nsanların  maliyyə  planlaşdırılması  vasitəsilə  həyata  keçirdikləri  vəzifələr 

aşağıdakılardan ibarətdir. 

1. Maliyyə ehtiyatlarının və pul fondlarının mənbələrinin və yığım üsullarının 

müəyyənləşdirilməsi.  Burada  söhbət  təkcə  gəlirlərin  sadəcə  olaraq  haradan  və  nə 

qədər  əldə  edilməli  olduğundan  yox,  bütün  ehtiyatları  nəzərə  almaqla  onların 

mənbələrinin  tapılmasından  gedir.  qtisadi  cəhətdən  bunun  son  dərəcə  mühüm 

ə

həmiyyəti var.  



2.  Maliyyə  ehtiyatlarından  istifadənin  istiqamətlərinin  müəyyənləşdirilməsi. 

Bu proses də kortəbii gerçəkləşdirilməməlidir. Burada bütün daxili xüsusiyyətlər və 

elmi  cəhətdən  əsaslandırılmış  proqramlar  nəzərə  alınmaqla  cəmiyyətin  inkişafına 

müsbət  təsir  göstərə  biləcək  ən  səmərəli  istiqamətlər  tapılmalı,  bütün  iqtisadi 

imkanların işə düşməsinə şərait yaradılmalıdır. 

3. 


Material-dəyər 

proporsiyalarının, 

pul 

tələb 


və 

təkliflərinin 

müəyyənləşdirilib  öyrənilməsi,  imkan  səviyyəsində  onların  balanslaşdırılmasının 

təmin  olunması.  Bu  prosesdə  maliyyə  bazarındakı  tələb  və  təklif,  maliyyə 




13 

 

göstəricilərinə  onların  təsiri  öyrənilir  və  bununla  da  maliyyə  siyasəti  həyata 



keçirilərkən yarana biləcək çətinliklərin sayı xeyli azaldılır. 

4. Milli iqtisadiyyatın bütün sahələrinə nəzarətin təmin olunması. Bəllidir ki, 

hər bir maliyyə göstəricisi obyektin spesifik daxili xüsusiyyətlərini, elmi təhlil yolu 

ilə əldə edilmiş tendenstyaların nəzərə alınması ilə müəyyənləşdirilir. Bu proses özü-

özlüyündə  nəzarət  qismində  çıxış  edir.  Deməli,  maliyyə  planlaşdırmasının  bütün 

mərhələlərində  nəzarət  amili  üzə  çıxır  və  indiki  halda  o,  ilk  növbədə  gəlirlərin 

toplanmasına,  bir  də  xərclər  kanallarına  aid  olur.  qtisadiyyatın  bu  iki  həlledici 

məsələsinə nəzarət iqtisadi fəaliyyətin ən optimal təminatlarından biridir. 

5.  Gəlirlərin  və  xərclərin  müəyyənləşdirilməsi  nəzərdən  keçirilən  aspektdə 

iqtisadiyyatın  ölkənin  inkişafına  təsir  göstərən  ən  çətin  və  ən  mühüm 

amillərindəndir. 

Maliyyə planlaşdırması bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan bir sıra prosesləri 

özündə  birləşdirən,  icraçı  kadrlardan  dərin  bilik,  çevik  konstruktiv  təfəkkür 

qabiliyyəti,  qərarları  müxtəlif  variasiyalarda  vermək,  durumu  idarə  edə  bilmək 

bacarığı tələb edən mürəkkəb bir sistemdir.  

Mürəkkəb  sistemli  olduğuna  görə  maliyyə  planlaşdırması  ardıcıl  olaraq  bir-

birini tamamlayan bir neçə mərhələdə həyata keçirilir: 

1. Strateji məqsədin aydınlaşdırılması. Bunun üçün ilk növbədə gerçəkləşmə 

mexanizmi  və  imkanları  ilə  tanışlıq  tələb  olunur.  Fərz  edək  ki,  müəssisənin  illik 

maliyyə planını tutmaq lazımdır. Bundan ötrü ilk əldə mövcud durumla tanış olmaq 

və ona müvafiq şəkildə il ərzində qazanılacaq nailiyyətlərin axtarılan səviyyələrini, 

yaxud başlıca məqsədi güman etmək gərəkdir. 

2. Obyektin müəyyən (bundan əvvəlki) dövr ərzində inkişaf xüsusiyyətlərinin 

təhlili  (retrospektiv  təhlil)-  maliyyə  göstəriciləri  hansı  səviyyədə  olub,  onların 

dinamikası  necədir,  plan  göstəriciləri  faktik  hesabat,  eləcə  də  natura  və  maliyyə 

göstəriciləri  ilə  necə  uyuşur.  Burada  cari  ilin  spesifik  xüsusiyyətləri  də  müfəssəl 

nəzərə  alınmalıdır.  Maliyyə  planlarının  göstəriciləri  həm  daxili,  həm  də  xarici 



14 

 

amillərin  təsiri  ilə  artıb-azala  bilər.  Buna  görə  də  bütün  amillərin  təsir  gücü 



öyrənilməlidir. Daxili ehtiyatları üzə çıxarmaq üçün bu, çox vacibdir. 

3.  Ayrı-ayrı  maliyyə  göstəricilərinin  hesablanması.  Bu  mərhələdə  başlıca 

məqsəd planlaşdırılan dövrün keçmiş və perspektiv inkişaf xüsusiyyətlərinin təhlilini 

nəzərə  almaqla  hər  bir  maddə  üzrə  gəlirləri  və  xərcləri  hesablamaqdır.  Buraya 

mənfəət,  amortizasiya  ayırmaları,  əlavə  dəyər  vergiləri,  fondlara  köçürmələr  və 

başqa vergilər daxildir. Hər bir göstəricinin aşkarlanması çox tutumlu bir işdir. 

4. Aşkarlanmış göstəricilərin məcmusu əsasında maliyyə planı formalaşdırılıb 

tərtib  olunur.  Bu  zaman  gəlir  və  xərc  hissələrini  balanslaşdırmaq  lazımdır,  yəni 

xərclər  gəlirə  adekvat  (bərabər)  olmalıdır.  Bu  balans  gözlənilməyəndə,  yaxud 

nəzərdə  tutulan  tədbirlər  gümanlanan  gəlirlə  təmin  edilməyəndə  əlavə  mənbələr 

axtarılmalıdır.  Bu,  mümkün  deyilsə,  ya  əlavə  kredit  almaq,  ya  da  nəzərdə  tutulan 

tədbirləri təxirə salmaq lazım gəlir.    

Maliyyə  planı  tutularkən  təkcə  ümumi  gəlirlər  yox,  həm  də  maddələr  üzrə 

bütün gəlir və xərclər balanslaşdırılmalıdır. Misal üçün, gəlirin ümumi həcmi ondan 

istifadə ilə bağlı olan xərc maddələrinin cəminə bərabər olmalıdır. Bu parametrləri 

ə

yani  surətdə  yoxlamaq  üçün  şahmat  prinsipi  ilə  cədvəl  tərtib  edilir  və  üfüqi 



istiqamətdə gəlirlərin mənbələri, şaquli istiqamətdə isə xərc maddələri göstərilir. 

Maliyyə  planı  tutulandan  sonra  planlaşdırılan  dövrün  ilk  günlərindən  onun 

icrasına başlanılır. 

2.  Maliyyənin  idarə  olunmasının  birbaşa  fəaliyyət  mərhələsi.  Bir-biri  ilə 

ə

laqədə  olan  və  sinxron  fəaliyyət  göstərən  üç  elementdən  ibarətdir:  operativ 



idarəetmə,  tənzimləmə  və  nəzarət.  Birinci  element  maliyyə  məsələlərinin  birbaşa 

idarə  olunması  deməkdir  və  maliyyə  vəzifələrinin  yerinə  yetirilməsi  sahəsindəki 

tədbirlərin məcmusundan ibarətdir. Bunu da nəzərə almaq lazımdır ki, bu tədbirlər 

müxtəlif olur və digər iqtisadi tədbirlərlə bağlıdır. 

Bu  mərhələdə  hadisə  və  proseslər  geniş  təhlil  edilir,  konkret  iqtisadi,  siyasi, 

inzibati  tədbirlər  görülür,  lakin  nəzərdə  tutulmuş  planlar  heç  də  maneəsiz  yerinə 




Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə