65
bərabərhüquqlu üzvünə çevrilməsi respublikamızda xarici ticarətin tənzimlənməsi
sistemi qarşısında olduqca mühüm və tamamilə yeni vəzifələr qoyurdu. Artıq
Azərbaycan dünya iqtisadiyyatının qloballaşması və beynəlmiləlləşməsi, şəraitində
öz qapılarını beynəlxalq aləmə daha çox açan, xarici ölkələrlə və beynəlxalq
təşkilatlarla aktiv iqtisadi, siyasi, elmi-texniki və s. əlaqələr) yaradan bir ölkəyə
çevrilmişdir. Bu əlaqələr içərisində xarici ticarət daha önəmli yer tutur. Ölkəmiz
dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli müqavilələr bağlayaraq, qarşılıqlı faydalı
ticarət əlaqələri yaradır, ölkənin inkişafı üçün xarici texnika və texnologiya idxal edir.
Xarici ticarət siyasəti hər şeydən əvvəl Azərbaycan Respublikasının öz təbii
sərvətləri üzərində suverenliyi prinsipini reallaşdırmağa xidmət edir. Bu məqsədlə
xarici ticarət siyasəti:
1) ölkəmizin beynəlxalq iqtisadi və maliyyə mühitinə cəlb edilməsi və inkişaf
etmiş ölkələrin bazar strukturuna yaxınlaşdırılmasını, onun müstəqil xarici iqtisadi
fəaliyyətinin həyata keçirilməsində müstəsna hüququnu təmin etməli;
2) daxili və xarici iqtisadi sahibkarlığın azadlığı prinsipini həyata keçirməli;
3) təsərrüfat subyektləri arasında ayrı-seçkiliyə yol vermədən, onların hüquq
bərabərliyi prinsipini qorumalı;
4) qanunun aliliyi prinsipini təmin etməlidir. Əsərdə Azərbaycanın xarici
iqtisadi əlaqələrinin intensivləşdirilməsinin vacib şərti kimi nəqliyyat kompleksinin
inkişafı istiqamətləri ayrıca tədqiq edilir.
Azərbaycanda həyata keçirilən siyasət ölkəmizdə xarici sərmayələr ilə yanaşı
müasir texnologiyaların, iş təcrübələrinin, yeni idarəçilik qaydalarının, iqtisadi
münasibətlərin daxil olması üçün də şərait yaradıb.
Bu gün Azərbaycan neftinin müştərək mənimsənilməsi üzrə 21 iri miqyaslı
konsorsium tərəfindən beynəlxalq kontraktın bağlanması respublikanın ictimai-siyasi,
iqtisadi həyatında son dərəcə əlamətdar hadisədir. Bu kontraktların reallaşması üçün
50-60 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşlarının artıq 10-15%-i təyinat
obyektinə cəlb edilmişdir. «Çıraq» platformasından hasil edilən neftin miqdarı köhnə
yataqlardakı müvafiq istehsal həcminə yük-səlmiş, «Şahdəniz» yatağından qazın
sahilə gətirilməsi təmin olunmuş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum
66
qaz kəmərlərinin inşaası artıq reallığa çevrilmiş, yeni regional infrastrukturun
modernləşdirilməsinə başlanılmışdır. Prezdent lham Əliyev tərəfindən bu iş uğurla
davam etdilir.
Mütəxəsislərin hesablamalarına görə Azərbaycanda 2007-2008-ci illik neft
hasilatının 50 milyon tona çatacağı və bunun 50 ilə kimi davam edəjəyi bildirilir.
Beləliklə, bütün bu hesablamalar ölkəmizin göstərilən dövrdə dünyada ən
uzunmüddətli neft hasil edən 15 əsas ölkədən birinə çevrilməsinə əsas verir, bütün
bunlar qloballaşmanın genişləndiyi bir şəraitdə Azərbaycanın neft strategiyasının
ümumilikdə milli iqtisadiyyatın dinamik inkişafında nə qədər önəmli rol oynadığını
bir daha sübut edir.
67
FƏS L III. AZƏRBAYCAN RESPUBL KASININ NTEQRAS YA
PROSES NDƏ ŞT RAKININ HÜQUQ BAZASININ
TƏKM LLƏŞD R LMƏS ST QAMƏTLƏR
3.1.
Azərbaycanın inteqrasiya prosesində iştirakının
hüquqi təminatı
Müasir qloballaşma şəraitində iqtisadi proseslərin və o cümlədən, iqtisadi
inteqrasiya proseslərinin mükəmməl hüquqi əsasda tənzimlənməsi həyati əhəmiyyət
kəsb edir. Hüquqi tənzimləmə dövlətin iqtisadi siyasətinin reallaşdırılması vasitəsidir
və qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla formalaşdırılmış normativ-hüquqi baza
Azərbaycan iqtisadiyyatının səmərəli şəkildə dünya inteqrasiya proseslərinə
qoşulmasının məqsədyönlü şəkildə həyata keçilməsinin samballı təminatçısıdır.
Lakin, normativ-hüquqi aktlar münasibətlərin inteqrasiya proseslərinin obyektiv və
məqsədəuyğun (cəmiyyət maraqlarına əsaslanmış) tənzimlənməsinə və onların
səmərəli inkişafına şərait yaradılmasına deyil, subyektiv maraqlarının təmin
edilməsinə istiqamətlənərsə, onda cəmiyyət mövcud hüquqi tənzimləmədən fayda
ə
ldə etmir, əksinə obyektiv əsaslara söykənməyən hüquqi aktlar inkişafı əngəlləyən
faktora çevrilir.
XX əsrin sonlarından beynəlxalq aləmdə insitutların, xüsusilə də hüquqi
inistitutların, iqtisadi inkişafa təsiri əhəmiyyətli hesab edilərək öyrənilməyə
başlanıldı. “ nstitusional normalar rəsmi və qeyri-rəsmi səviyyədə olmasından asılı
olmayaraq insan seçiminin sabit strukturunun yaradılmasında bəllediçi rolunu
oynamaqla qeyri-müəyyənlik səviyyəsini minimumlaşdırır. Bir çox EOÖ-lər iqtisadi
artım üçün mühüm olan ictitutlardan mərhumdur”
Doğurdan da mülkiyyət hüququ, kontrakt hüququ, insan azadlıqları və siyasi
hüquqların zəif inkişaf etmiş cəmiyyətdə iqtisadi proseslərin inkişafı aşağı səviyyədə
olur. Səmərəli hüquqi normaların tətbiqi ilə dövlət iqtisadi qanunların şəffaflığını
artıra, müstəqil, qərəzsiz və ədalətli üçüncü tərəfin-ədalətli məhkəmənin
yaradılmasına nail ola və demokratik inkişaf əldə edə bilər. qtisadiyyatı tənzimləyən
normativ hüquqi aktların mövcudluğu və inkişaf meylli olması iqtisadi mühitdəki
Dostları ilə paylaş: |