Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

56 
 
qanunların  dünya  ticarət  sistemində  tətbiq  edilən  praktikaya  uyğunlaşdırılması 
sonnəticə  olaraq  yerli şirkətlərin və  bütövlükdə ölkə  iqtisadiyyatının  inkişafına  yeni 
imkanlar açacaqdır. 
Konsepsiyanın  əhatə etdiyi  dövrdə  görüləcək tədbirlər  Azərbaycanda  maliyyə 
xidmətləri bazarının əsas seqmentlərinin (bank sektoru, qeyri-bank kredit təşkilatları, 
sığorta  bazarı,  lizinq  bazarı,  qiymətli  kağızlar  bazarı  və  faktorinq  bazarı)  tarazlı 
inkişafını təmin edəcəkdir. Bank nəzarəti alətləri təkmilləşdiriləcək, bank sisteminin 
sabit  və  təhlükəsiz  inkişafının  təmin  olunması  üçün  müvafiq  tədbirlər  həyata 
keçiriləcəkdir. Bank sektorunda konsolidasiya tədbirləri və struktur islahatları davam 
etdiriləcək,  rəqabətin  stimullaşdırılması,  bank-maliyyə  xidmətlərinin  keyfiyyətinin 
yüksəldilməsi,  o  cümlədən  elektron  ödəniş  sistemləri  infrastrukturunun 
təkmilləşdirilməsi  və  onun  əhatə  dairəsinin  genişləndirilməsi  diqqət  mərkəzində 
saxlanılacaqdır.  Bank  sisteminin  kapitallaşması  davam  etdiriləcək,  regionlar  üzrə 
bank  şəbəkəsinin  genişlənməsi  təşviq  olunacaq,  tikinti-əmanət  banklarının 
yaradılması 
dəstəklənəcək, 
ipoteka 
kreditləşdirilməsi 
mexanizmi 
təkmilləşdiriləcəkdir. 
Qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və 
onun  beynəlxalq  standartlara  uyğunluğunun  təmin  edilməsi,  ölkə  iqtisadiyyatında 
kapitallaşma  dərəcəsinin  yüksəldilməsinə  nail  olunması  və  iqtisadi  layihələrin 
maliyyələşdirilməsində fond bazarı vasitəsilə cəlb olunan qeyri-inflyasiya mənşəli 
investisiya vəsaitlərindən istifadənin genişləndirilməsi məqsədi ilə tədbirlər də 
nəzərdə tutulmuşdur. Eyni zamanda, iqtisadi subyektlərin və əhalinin yığımlarının 
fond  bazarında  səmərəli  yerləşdirilməsi  üçün  və  ölkənin  qiymətli  kağızlar 
bazarının  tədricən  beynəlxalq  kapital  bazarlarına  inteqrasiya  olunması  məqsədi  ilə 
müvafiq şərait yaradılması daim diqqət mərkəzində olacaqdır. 
Qlobal iqtisadi mühit qlobal və regional iqtisadi məkanda mal və xidmətlərin, 
kapital  və  maliyyənin,  işçi  qüvvəsinin  hərəkətini  təmin  edən  şəraiti  və  bu  sahədə 
mövcud olan qaydaları özündə əks etdirir. Bu mühit onunla səciyyələnir ki, ayrı–ayrı 
ölkələrin təsərrüfat subyektləri yalnız ölkə daxilində deyil, həm də xarici bazarlarda 
ə
vvəllər görünməmiş dərəcədə sərbəstlik əldə etmişlər. Əgər onlar əvvəllər sərhədləri 


57 
 
epizodik  hallarda  keçirdilərsə,  indi  belə  hallar  daimi  xarakter  almışdır.  Digər 
tərəfdən,  milli  dövlətlər  qeyri-rezidetlərə  imkan  vermişdir  ki,  onlar  qarşılıqlılıq 
prinsipi əsasında həmin ölkədə maneəsiz olaraq ticarət və bizneslə məşğul olsunlar. 
Hətta onlara milli sahibkarların malik olduqları hüquqları da verirlər. Bazarlar sürətlə 
qloballaşır.  
Ölkədə  davamlı  iqtisadi  artımın  və  makroiqtisadi  sabitliyin  təmin  olunması, 
yoxsulluğun  səviyyəsinin  azaldılması  məqsədilə  həyata  keçirilən  «2008-2015-ci 
illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf 
Dövlət  Proqramı»ndan  irəli  gələn  tapşırıqların  icrası  məqsədilə  dünyanın  bir  çox 
ölkələrində,  o  cümlədən,  Avropa  ölkələrində  tətbiq  edilən  metodologiyalar 
araşdırılmış  və  onların  təcrübələri  öyrənilmişdir.  BMT-nin  nkişaf  Proqramı 
tərəfindən  qəbul  edilən,  ölkədə  çox  komponentli  faktorlara  əsaslanaraq  yoxsulluq 
səviyyəsinin  qiymətləndirilməsini  müəyyən  edən  metodologiya  əsasında  müvafiq 
tədqiqatlar aparılmışdır. 
qtisadi  inkişafın  təmin  olunmasında  mühüm  məsələlərdən  biri  də  xarici 
ticarətin  və  məhsulların  rəqabətqabiliyyətliliyinin  artırılmasıdır.  Ölkədə  xarici 
ticarətlə  əmək  bazarı  arasında  əlaqənin  sektordaxili  geniş  araşdırılması  və  işçi 
qüvvəsinə  əsaslanan  rəqabətqabiliyyətli  iqtisadi  fəaliyyət  sahələrinin  inkişaf 
potensialının  öyrənilməsi  məqsədi  ilə,  beynəlxalq  təcrübəyə  əsaslanaraq,  ilkin  amil 
tutumu  matrisi  (xalis  ixracın  və  istehlakın  amil  tutumunun  müəyyən  olunması  və 
onun  ranqlaşdırılması),  əməyin  ixtisas  üzrə  bölgüsü  matrisi  qurulmuş  və  təhlil 
edilmişdir. 
Qeyri-neft  sektorunun,  xüsusən  də  onun  ixrac  potensialının  artırılmasında 
aqrar-sənaye  kompleksinin  inkişafı  və  sahənin  potensialından  səmərəli  istifadə 
edilməsi  iqtisadi  siyasətin  əsas  prioritetlərindən  biridir.  Aqrar  sahədə  yüksək 
məhsuldarlığın  əldə  olunması  və  məhsulların  rəqabətqabiliyyətinin  artırılması 
məqsədilə  ölkənin  iqtisadi  və  inzibati  rayonları  üzrə  ixtisaslaşmanın  mövcud 
vəziyyəti, bu sahədə beynəlxalq təcrübədə istifadə olunan metodologiyalar öyrənilmiş 
və  ölkənin  təbii-iqlim  şəraiti,  ənənəvi  istehsal  sahələri  üzrə  statistik  göstəriciləri  və 
digər spesifik xüsusiyyətləri nəzərə alınmaqla «Azərbaycan Respublikasının iqtisadi 


58 
 
və  inzibati  rayonlarının  kənd  təsərrüfatı  məhsulları  istehsalı  üzrə  ixtisaslaşması»na 
dair  hesabat  hazırlanmışdır.  Hesabatda  hər  bir  iqtisadi  və  inzibati  rayon  üzrə  kənd 
təsərrüfatı  sahəsində  məhsulların  ixtisaslaşma  səviyyəsi  öyrənilmiş,  üstünlük 
dərəcələri  prioritetləşdirilmiş  və  müvafiq  təkliflər  öz  əksini  tapmışdır.2013-cü  il 
ə
rzində  ekoloji  təmiz  kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  istiqamətində  mühüm 
araşdırmalar aparılmışdır.  
Ekoloji  kənd  təsərrüfatı  üzrə  aparılmış  uzunmüddətli  tədqiqatın  nəticələri, 
beynəlxalq təcrübə və onun ölkədə sistemli tətbiqi imkanları nəzərə alınmaqla SWOT 
qiymətləndirmələri  aparılmış,  kənd  təsərrüfatında  əlavə  dəyərin  artırılmasının 
istiqamətləri  müəyyənləşdirilərək  sahənin  ölkəmizdə  inkişafı  üçün  qısa,  orta  və 
uzunmüddətli dövrləri əhatə edən inkişaf konsepsiyası hazırlanmışdır. Konsepsiyada, 
onun  tərkib  hissəsi  olaraq  «2014-2020-ci  illər  üzrə  Azərbaycan  Respublikasında 
ekoloji  təmiz  kənd təsərrüfatının  inkişafı  strategiyası  və  fəaliyyət  planı»nın  layihəsi 
tərtib  edilmiş,  strateji  məqsəd  və  hədəfləri,  sahənin  inkişafı  üzrə  dövlət  siyasətinin 
konseptual 
istiqamətləri 
müəyyənləşdirilmiş, 
tənzimlənmə 
mexanizmləri 
işlənilmişdir.  Burada  dünya  bazarında  ekoloji  təmiz  məhsullara  artan  tələb, 
istehsaldan satışa qədər kompleks məsələlər, həmçinin fərqli iqtisadi və institutional 
mexanizmlər öz əksini tapmışdır.  
Bu  istiqamətdə  görülmüş  işlərin  nəticəsi  olaraq  müvafiq  qurumlar  tərəfindən 
2012-ci  ildə  qtisadi  Əməkdaşlıq  Təşkilatına  ( ƏT)  «Azərbaycanda  ekoloji  təmiz 
kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  prosesində  ƏT  ölkələrinin  təcrübəsinin 
öyrənilməsi və qurumlararası əməkdaşlığın gücləndirilməsi» layihəsi təqdim edilmiş 
və layihə 2013-cü ildə təşkilat tərəfindən təsdiq edilmişdir. Bu il fəaliyyətə başlamış 
layihənin  icrası  Azərbaycan,  Türkiyə,  Qazaxıstan,  Qırğızıstan  respublikalarını  əhatə 
edir. 
ran 
slam  Respublikası  da  layihədə  iştirak  təşəbbüsü  ilə  çıxış 
etmişdir.Ölkəmizdə  ekoloji  təmiz  kənd  təsərrüfatı  sahəsində  maarifləndirmə  işinin 
təşkilinə  kömək  məqsədi  ilə  orta  ümumtəhsil  müəssisələrində  yardımçı  dərs  vəsaiti 
kimi  şagirdlər  üçün  nəzərdə  tutulan  «Gələcək  nəsillər  üçün  ekoloji  təmiz  kənd 
təsərrüfatı» adlı kitab hazırlanmışdır. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə