Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   2   3   4   5   6   7   8   9   ...   33


 
iqtisadi inteqrasiya proseslərinin müasir təmayüllərini aşkara çıxarmaq; 
  dünya  dövlətlərinin  qabaqcıl  təcrübəsi  əsas  götürülməklə  Azərbaycan 
Respublikasının  inteqrasiya  proseslərinə  qoşulması  sahəsində  dünya  ölkələrinin 
mütərəqqi  hüquqyaratma  təcrübəsini  öyrənmək,  onları  ümumiləşdirilərək 
təkmilləşdirilməsi yollarını tədqiq etmək; 
  Azərbaycan  Respublikasının  inteqrasiya  proseslərinə  səmərəli  qoşulması 
istiqamətində 
mükəmməl 
hüquqi 
bazasının 
formalaşdırılması 
yollarını 
müəyyənləşdirmək; 
  beynəlxalq  iqtisadi  mühitə  inteqrasiya  proseslərinin  Azərbaycanda  iqtisadi 
inkişafın qanunauyğunluqlarını aşkara çıxarmaq; 
  Azərbaycanın  iqtisadi  proseslərə  qoşulmasının  hüquqi  aspektlərini  tədqiq 
edərək onların təkmilləşdirilməsi yollarını müəyyən etmək. 
Tədqiqatın  obyekti.  Problemin  öyrənilməsi  üçün  tədqiqat  obyekti  qlobal 
iqtisadi  mühit,  Azərbaycan  iqtisadiyyatının  inkişafı  və  onun  iqtisadi  inteqrasiya 
prosesləridir. 
Tədqiqatın  predmeti.  Qlobal  iqtisadi  mühitin  əsas  xarakteristikası  və  inkişaf 
təmayüllərinin,  Azərbaycanın  həmin  proseslərə  qoşulması  qanunauyğunluqlarının, 
beynəlxalq  iqtisadi  əlaqələrinin  inkişafının  hüquqi  əsaslarının  formalaşması  və 
təkmilləşdirilməsi məsələləridir. 
Tədqiqatın  nəzəri  və  metodoloji  əsaslarını  xarici  ticarət,  haqqında  klassik  və 
neoklassik  iqtisad  elmi  nümayəndələrinin  fikirləri,  qloballaşmanın  formalaşması  və 
təkamülü,  milli  dövlətlərin  mənafelərinin  qlobal  proseslər  çərçivəsində  inkişafı  və 
idarə  olunması  qanunauyğunluqları,  iqtisadi inteqrasiya  ilə bağlı  müasir  elmi-nəzəri 
və praktiki fikir və araşdırmalar təşkil edir. Dissertasiyanın yazılmasında Azərbaycan 
Respublikasının  qanunları  və  normativ  aktları,  iqtisadi  inkişaf  haqqında  dövlətin 
proqram xarakterli sənədləri, dövlət və hökumət rəhbərlərinin çıxışları, geniş istifadə 
edilmişdir.  
Tədqiqatın  informasiya  bazası.  Azərbaycan  Respublikası  Statistika 
Komitəsinin,  qtisadiyyat  və  Sənaye,Maliyyə  nazirliklərinin,  Dövlət  Gömrük, 
Komitəsinin  hesabat  və  məlumatları,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankın, 



 
dövrü mətbuatın materialları, iqtisadi ədəbiyyatlar təşkil etmişdir. 
Tədqiqatın  elmi  yeniliyi.  Beynəlxalq  iqtisadi  mühitə  inteqrasiya  prosesində 
Azərbaycan  iqtisadiyyatının  kompleks  inkişafı  sahəsində  bazar  iqtisadiyyatı 
prinsiplərinə uyğun olaraq qarşıda duran tələblərin elmi cəhətdən əsaslandırılmışdır, 
qlobal  iqtisadi  mühit  haqqında  olan  fikirlər  sistemləşdirilmişdir,  qloballaşma 
prosesində  dövlətlərin  mənafeləri  və  qlobal  iqtisadi  mühitə  inteqrasiya  prosesində 
güclü  hüquqi  əsasın  formalaşdirilması  və  onun  mütəmadi  təkmilləşdirilməsi  prosesi 
kompleks şəkildə öyrənilmişdir.  
ş
in nəzəri və praktiki əhəmiyyəti. Tədqiqat işinin nəzəri əhəmiyyəti aşağıdakı-
lardan ibarətdir: iqtisad elmində istifadə edilən metodoloji prinsiplər əsasında qlobal 
iqtisadi  mühit  anlayışı  müəyyənləşdirilmişdir.  Dissertasiyada  əldə  edilmiş  nəticələr 
və təkliflərtəcrübi olaraq çoxtərəfli və geniş istifadə edilə bilər.  
Tədqiqatın  aprobasiyası.  Tədqiqat  prosesində  əldə  edilmiş  nəticələr  iki  tezis 
şə
klində  dərc  edilmiş,  magistrantların  elmi-praktik  konfranslarda  aprobasiyadan 
keçmişdir. 
Dissertasiyanın  quruluşu  və  həcmi.  Dissertasiya  giriş,  üç  fəsil,  nəticə  və 
təkliflərdən, ədəbiyyat siyahısından ibarət olmaqla tərtib olunmuşdur. Birinci fəsildə
 
müasir  dünya  iqtisadiyyatında  inteqrasiya  proseslərinin  məzmunu  və  mahiyyəti 
araşdırılmış,inteqrasiya  proseslərində  iştirakın  milli  iqtisadiyyatın  inkişafında  rolu 
təsvir  olunmuş,makroiqtisadi  inkişaf  və  inteqrasiya  proseslərində  iştiraka  onun  təsir 
imkanları  göstərilmişdir. kinci  fəsildə  Azərbaycanın  qlobal  iqtisadi  proseslərdə 
iştirakının  mövcud  vəziyyəti  barədə  geniş  məlumat  verilmiş,qloballaşma  prosesində 
Azərbaycanın xarici iqtisadi inkişaf strategiyası və onun reallaşdırılması istiqamətləri 
qeyd  olunmuşdur.Üçüncü  fəsildə  isə  Azərbaycanın  inteqrasiya  proseslərində 
iştirakının  hüquqi  təminatı,  dövlət    tənzimlənməsi,eyni  zamanda  hüquqi  bazasının 
təkmilləşdirilməsi məsələləri araşdırılmışdır. 
Dissertasiya  işinin  sonunda  tədqiqat  mövzusu  ümumiləşdirilərək  nəticə  və 
təkliflər  irəli  sürülmüş,  istifadə  edilmiş  ədəbiyyatların  və  internet  resurslarının 
siyahısı verilmişdir. 
 



 
FƏS L I. QLOBALLAŞMA ŞƏRA T NDƏ DÜNYA  QT SAD   PROSESLƏR NƏ 
NTEQRAS YANIN METODOLOJ  ƏSALARI 
1.1.
  Qloballaşma prosesinin mahiyyəti və müasir dünya iqtisadiyyatında 
inteqrasiya proseslərinin məzmunu 
Qloballaşma,  tarixin  inkişaf  prossesində  insanlar  arasında  sosial-iqtisadi 
bəarəbrsizliyin  daha  da  artması  ilə  muşaiyət  olunduğuna  görə,  iqtisadçılar,  bu  artan 
bərabərsizliyi qloballaşmanın gətirib gətirmədiyi barədə fikir ayrılığındadırlar. Ancaq 
az  olsa  da  bir  necə  ölkə  tarixin  bu  axarında  mövcud  fürsətlərdən  yaxşı 
yararlandıqlarına görə əhəmiyyətli iqtisadi inkişaf tempini tuta bilmişlər.  
«Qloballaşma»  mövzusu  son  illər  ərzində  intellektual  diskussiya  meydanında 
aktuallığına  görə  əsas  mövzudur.  Bu,  sadəcə  gələcəyin  nəzəri  modeli  haqqında 
diskussiyalar  deyil,  bütün  dünyanı  əhatə  edən  sivilizasiya  prosesinin  analizinə 
cəhdlərdir. Qloballaşma prosesi obyektivdir. SSR  dağıldıqdan sonra biz bu planetar 
layihəyə  qoşulmuş  və  tarixi  zərurətdən  irəli  gələrək,  Azərbaycan  da  bu  prosesin 
iştirakçıları sırasına daxil olmuşdur. 
Bütün tarix boyu bu və ya digər universal fikri bütün dünyaya yaymaq cəhdləri 
olub.  Yeganə  həqiqəti  bütün dünyaya  yaymaq  təkəbbürü ilə  müxtəlif imperiyaların, 
dini  ekspansiyaların  və  totalitar  siyasi  rejimlərin  meydana  gəlməsi  buna  sübutdur. 
Müasir  anlamda  qloballaşma  mənasını  ifadə  edən  proses  heç  də  yeni  hadisə  sayıla 
bilməz. 
Sadəcə  olaraq  qloballaşma  müasir  dünya  inkişafınının  hazırki  mərhələsinin 
başlıca meylidır Əgər bəşəriyyət XX əsri elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş 
ümidlərlə qarşılamışdırsa, qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur. 
Bu  mürəkkəb  və  birmənalı  qiymətləndirilməyən  prosesin  perspektivləri 
hamımızı  düşündürür.  Qloballaşma  dövlətlərin  sabit  inkişafının,  bütövlüyünün  və 
idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi  münasibətlərdə ayrı-
seçkiliyin  aradan  qaldırılmasına,  xalqların  rifah  halının  yüksəldilməsinə  kömək 
etməlidir.  Lakin qloballaşmanın xalqlara tam olaraq nə verə biləcəyi böyük bir sirr 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə