Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

22 
 
ki,  A   ssenarisini  MDB  ölkələrində  təkrar  etmək  baş  tutmayacaq.  Üstəlik,  dünya 
təcrübəsi  “varlıların  kasıblarla”  inteqrasiyasının  digər  yolunu  göstərir.  Misal  üçün, 
NAFTA  (North  American  Free  Trade  Agreement  –  Şimali  Amerika  Azad  Ticarət 
Sazişi) - ABŞ, Kanada və Meksikanın iştirak etdiyi azad ticarət zonası (1994-cü il). 
Azərbaycan üçün inteqrasiyanın əsas  faktoru  siyasi deyil,  iqtisadi  məsələlərin 
həllidir.  Bununla  yanaşı,  neft  idxalından  davam  edən  gəlir  azalması  və  iqtisadi 
inkişafın alternativ modellərinin axtarışı zərurəti ilə çoxtərəfli əməkdaşlığın hər hansı 
formasına cəhd artacaq. 
Azərbaycanın  milli  iqtisadiyyatının  beynəlmiləlləşməsinin  və  inteqrasiyasının 
ə
sas ölçüsü Beynəlxalq Əmək Bölgüsünə (BƏB-ə) əsasən müəyyən olunur. Belə ki, 
BƏB  sayəsində  dünya  ölkələrinin  dünya  bazarında  istehsal  həcminin  ümumi 
göstəricisi müəyyən olunur. Beynəlxalq iqtisadi inteqrasiya dövlətlər arasında istehsal 
amillərinin  və  malların  sərbəst  hərəkətini  nəzərdə  tutur.  qtisadi  inteqrasiyaya 
uğrayan Azərbaycan Respublikası siyasi cəhətdən müstəqil olmaqla iqtisadi cəhətdən 
qarşılıqlı  asılı  vəziyyətdə  olur.  Azərbaycan  Respublikasının  regional  iqtisadi 
birləşmələrini nəzərdən keçirdikdə məlum olur ki, coğrafi mövqe mühüm əhəmiyyət 
kəsb  edir.  qtisadi  əməkdaşlığın  mühüm  istiqamətlərindən  biri  də  ölkələrin  iqtisadi 
inkişaf səviyyəsi ilə bağlıdır. Yaxın iqtisadi əməkdaşlıq daha çox eyni iqtisadi inkişaf 
səviyyəsində olan dünya ölkələri arasında özünü göstərir.  
Azərbaycan  iqtisadiyyatının  islam  aləmi  ilə  də inteqrasiyası sürətlə  genişlənir 
və son nəticədə bu milli iqtisadiyyatın ınkişafına müsbət təsir göstəriri.  O, artıq bir 
neçə  beynəlxalq  islam  təşkilatlarına  da  üzv  olmuşdur.  Bunlardan  ən  nüfuzlusu  və 
daha  çox  iştirakçı  üzv  ölkələrin  sayına  görə  bütün  islam  dünyası  ölkələrini  özündə 
birləşdirən  slam Konfransı Təşkilatıdır ( KT).  slam Konfransı Təşkilatı müstəqillik 
ə
ldə  etdikdən  sonra  inteqrasiya  oldunduğumuz  ilk  regional  səviyyəli  təşkilatdır. 
Azərbaycan  Respublikası  KT-nın  iqtisadi  və  ticarət  istiqamətli  yerli,  regional  və 
beynəlxalq səviyyəli komitələrində fəal təşkilati fəaliyyət həyata keçirir.  
slam  nkişaf  Bankı  və  slam  Həmrəylik  Fondu  Azərbaycan  Respublikasının 
millli  iqtisadiyyatının  üç  müxtəlif  sahəsinə  invesyisiya  vəsaitləri  və  kapital 
qoyuluşları  yatırmışlar.  Belə  ki,  həmin  xarici  kapital  və  investisiya  vəsaitləri  kənd 


23 
 
təsərrüfatının  inkişafı  üçün  əsasən  meliorasiya  və  su  təsərrüfatı  sahəsinə 
yönəldilmişdir.  Mil-Muğan  kollektorunun  və  Samur-Abşeron  kanalının  yenidən 
qurulmasına  1997-ci  ildə  müvafiq  ardıcıllıqla  5,0  milyon  dollar  və  867,2  milyon 
dollar kredit ayrılmışdır.  
Azərbaycan  dövlətinin  dünya  iqtisadiyyatına  inteqrasiyasında 
qtisadi 
Ə
məkdaşlıq  Təşkilatının  (EKO)  da  xüsusi  rolu  vardır.  Təşkilata  aşağıdakı  ölkələr 
daxildir:  Azərbaycan  Respublikası;  ran  slam  Respublikası;  Türkiyə  Cümhuriyyəti; 
Ə
fqanıstan; Pakistan; Qırğızıstan; Özbəkistan; Türkmənistan; Qazaxıstan; Tacikistan.  
qtisadi  Əməkdaşlıq  Təşkilatının  tərkibində  proqram,  tədbir  və  layihələrinin 
icrasına  fəaliyyət  həyata  keçirən  8  komitə  nəzarət  edir.  Bu  komitələrdə  iştirakçı 
ölkələrin iqtisadi inkişafında mühüm rol oynayan bilən layihə və proqramlar işlənib 
hazırlanır,  onlara  uzunmüddətli  inkişaf  perspektivlərini,  region  dövlətləri  üçün 
ə
həmiyyətə malik olan prioritet sahələrini müəyyənləşdirir. 
Azərbaycan  1993-cü  il  ilin  sentyabrın  20-də  MDB-yə  üzv  olmuşdur.  Müasir 
dünyada gedən milli dövlətçilik və inteqrasiya proseslərinə əsasən MDB-yə müvafiq 
ölkələrin  inteqrasiyası  kimi  baxılmalıdır.  Yaxın  qonşularımız  olan  və  geniş  iqtisadi 
ə
laqələrimizin  olduğu  Rusiya,  Gürcüstan,  Orta  Asiya  dövlətləri  ilə  regional 
ə
məkdaşlıq  məsələlərini  də  diqqətdən  qaçırmaq  olmaz.  Yaxın  xarici  ölkələrlə 
müxtəlif  səviyyəli  əlaqələrin  qurulması  zəruridir.  Bu  konsepsiya  xarici  siyasətdə 
iqtisadi  amilin  gücləndirilməsinə  səbəb  olmuşdur  və  Azərbaycanın  beynəlxalq 
aləmdəki bütün fəaliyyətinin tərkib hissəsinə çevrilmişdir.  
Azərbaycan  Respublikası  1992-ci  ildən  Beynəlxalq  Valyuta  Fondunun  və 
Beynəlxalq  Yenidənqurma  və  nkişaf  Bankının  üzvüdür.  BVF-nun  Bakı  şəhərində 
nümayəndəliyi fəaliyyət göstərir.  
Azərbaycan Respublikası XXI əsrin astanasında beynəlmiləşmə və inteqrasiya 
proseslərinidəki  öz  inkişafını  davam  etdirməklə  yadda  qaldı  və  yeni  əsrdə  də  bu 
inkişaf tempindəki nəaliyyətləri davam etdirdi. Belə ki, 2001-ci ilin yanvar ayının 27-
ində  Avropa  Şurasının  Parlament  Assambleyasına  43-cü  dövlət  kimi  üzv  qəbul 
olunmuşdu.  Bunu  Azərbaycan  iqtisadiyyatının  regional  iqtisadi  inteqrasiyada 
gercəkləşmiş uğuru kimi göstərmək olar.  


24 
 
Ölkədə  investisiya  qoyuluşlarının  hüquqi  və  iqtisadi  prinsiplərinin  müəyyən 
edilməsi  Azərbaycan  iqtisadiyyatında  xarici  maddi  və  maliyyə  ehtiyatlarının, 
qabaqcıl  texnika  və  texnologiyaların,  idarəetmə  təcrübəsinin  cəlb  olunmasına, 
onlardan  səmərəli  istifadə  olunmasına  yönəlmişdir  və  xarici  investorların 
hüquqlarının  müdafiəsinə  təminat  verir.  Xarici  kapitalın  cəlb  olunması  üçün  edilən 
güzəştlər  ölkəyə  investisiya  axını  üçün  təməl  qoymuşdur.  qtisadiyyat  və  Sənaye 
Nazirliyinin proqnozlarına əsasən Azərbaycanın ildə təxminən 20-25 mlrd. dollarlıq 
xarici kapitala ehtiyacı vardır.  
«Əsrin müqaviləsi» olan məlum neft kontraktlarından sonra milli iqtisadiyyatın 
inkişafının neft amili üzərində qurulması təzahürləri müşahidə olunmaqdadır. Belə ki, 
ölkəyə  daxil  olmuş  xarici  kapitalın  mühüm  hissəsi  neft  müqavilələri  ilə  bağlıdır. 
Azərbaycan  xarici  investisiyaların  cəlb  edilməsi  sahəsində  bəzi  tədbirlərin  həyata 
keçirilməsi  zərurətini  üzə  çıxarmışdır.  lk  növbədə,  dövlətin  apardığı  iqtisadi 
siyasətdən  asılı  olaraq,  maraq  və  məqsədlərini  tam  ifadə  edən  dövlətin  marağı  ilə 
tarazlaşdırılmış  ümumi  investisiya  proqramı  hazırlanmalı  və  bu  proqramı  həyata 
keçirən  səlahiyyətli  dövlət  orqanı  yaradılmalıdır.  Bu  proqramın  həyata  keçirilmə 
metodları  aydınlaşdırılmalı  və  iqtisadiyyatın  bütün  sahələrinə  kapital  qoyuluşu 
istiqamətində  fəaliyyət  göstərilməlidir.  Xarici  dövlətlərin  investisiya  təcrübəsi  təhlil 
olunaraq  ondan  istifadə  olunmalıdır.  Ölkədə  özəlləşdirmə  prosesi  sürətləndirilməli, 
sabit investisiya mühiti yaradılmalıdır.  
qtisadi  həyatın  beynəlmiləlləşməsi,  Azərbaycanın  müasir  dünya  ilə 
inteqrasiyasının  bütün  istiqamətlərində  yeni  imkanlar  yaratmaqla  yanaşı,  yeni 
problemlər,  bəzən  də  təhlükələr  yaratmaqdadır.  Bu  imkanlardan  səmərəli  istifadə 
edilməsi,  mövcud  problem  və  təhlükələrin  vaxtında  aşkara  çıxarılıb  öyrənilməsi  bu 
gün  Azərbaycan  üçün  həyati  əhəmiyyət  kəsb  etməsi  zərurətindən  gündəmdə  olan 
məsələlərdəndir.  
1.3. Makroiqtisadi inkişaf və inteqrasiya proseslərində 
 iştiraka  onun təsir imkanları 
Azərbaycanın  iqtisadi  inteqrasiyasının  əsas  məqsədlərindən  biri  ölkədə 
makroiqtisadi  sabitliyin  qorunub  saxlanılması  və  makroiqtisadi  inkişafın 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə