Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

25 
 
dayanıqlılığının  təmin  edilməsidir.  Eyni  zamanda,  iqtisadi  artımın  keyfiyyətinin 
prioritetliyinin  təmin  edilməsi  nəzərdə  tutulur.  Bu  məqsədlə  iqtisadiyyatın 
diversifikasiyasının 
(iqtisadiyyatın 
bütün 
sahələrinin 
paralel 
inkişafı) 
genişləndirilməsi  nəticəsində  neft  sektorundan  asılılıq  minimuma  endiriləcək, 
innovasiya sahibkarlığı əsasında formalaşan iqtisadiyyata keçid təmin ediləcək, kənd 
təsərrüfatı  sahəsində  islahatların  aparılması  məqsədilə  aqrar  sektorun  inkişafında 
intensiv  üsullara  üstünlük  veriləcək  və  bununla  da  Azərbaycan  iqtisadiyyatının  da 
sürətli inkişafına nail olunacaqdır.  
Ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli 
tədbirlərin,  proqram  və  layihələrin  işlənib  hazırlanması  və  həyata  keçirilməsi 
makroiqtisadi inkişafın mühüm amilləri sayılır.  
Ölkənin  makroiqtisadi  inkişafında  iqtisadiyyatın  şaxələnməsi,  innovasiyalı 
iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli imkanların yaradılması, müasir 
texnologiyaların  tətbiqi,  elmi  əsaslara  söykənən  konsepsiya  və  proqramların 
hazırlanması makroiqtisadi inkişafa geniş imkanlar açır. Azərbaycanın elmi-tədqiqat 
mərkəzlərində,  ali  təhsil  ocaqlarında  yeni  siyasi-iqtisadi  sistemin,  bazar 
iqtisadiyyatının  mahiyyətinin,  prinsiplərinin,  yüksək  iqtisadi  inkişafa  nail  olmuş 
ölkələrin mütərəqqi təcrübəsinin öyrənilməsi sahəsində xeyli işlər görülür.  
Bu  baxımdan,  dövlətin  həyata  keçirdiyi  tədbirlər  makroiqtisadi  sabitliyin 
qorunması və tənzimlənmənin həyata keçirilməsi, davamlı inkişafın təmin olunması, 
regionların  və  sahibkarlığın  inkişafı,  qeyri-neft  sektorunun  inkişafı,  ölkənin  ixrac 
potensialının  artırılması  istiqamətləri  üzrə  qısa,  orta  və  uzunmüddətli  proqnoz  və 
planların  tərtib  olunması  üzrə  model  və  üsulların  işlənilməsinə  yönəldilir.  Bu 
istiqamətdə  görülən  işləri  2014-cü  ildə  də  uğurla  davam  etdirmişdir.  Ölkə 
iqtisadiyyatının  səmərəli  idarəedilməsində  mühüm  əhəmiyyət  kəsb  edən  elmi-
tədqiqat  işlərinin  tərkib  hissəsi  kimi  qtisadi  slahatlar  Elmi-Tədqiqat  nstitutu 
tərəfindən  hazırlanmış  Azərbaycan  Respublikasının  Ümumi  Maroiqtisadi  Tarazlıq 
Modeli  (AZMOD),  onun  məlumat  bazası  olan  Sosial  Hesablar  Matrisi  «Məhsul 
istehsalı və bölüşdürülməsinin sahələrarası balansı» cədvəlinə əsasən 19 iqtisadi sahə 
üzrə tərtib edilərək təkmilləşdirilmişdir.  


26 
 
Regional  iqtisadiyyatın  inkişafında  Xüsusi  qtisadi  Zonaların  (X Z)  müstəsna 
ə
həmiyyəti  vardır.  X Z-lərin  fəaliyyət  üstünlüklərinin  müəyyənləşdirilməsi  məqsədi 
ilə  onların  kiçik  və  orta  biznes  müəssisələrini  zəruri  məlumatlarla  təmin  etmək, 
xüsusi  inkubator  olmaq,  xarici  iqtisadi  fəaliyyət  mexanizmləri  üzrə  təcrübəni 
bölüşmək, birgə müəssisələrin yaradılması üçün biznes əməkdaşlığının, daxili bazarın 
təminatı  üçün  sazişlərin,  malların  və  xidmətlərin  istehsalının  mübadiləsi,  birgə 
istehsal  və  texnologiyanın  ötürülməsi,  sənaye  binalarının  bölünməsi  və  birgə 
istifadəsi  haqqında  müqavilələrin  bağlanılması,  xüsusi  dəmiryol  dəhlizləri,  inzibati 
xərclərin azaldılması beynəlxalq təcrübə əsasında araşdırılmış, hər bir istiqamət üzrə 
təsnifləşdirilmiş təkliflər işlənilmişdir.  
Aparılan sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş nailiyyətlərin daha 
da möhkəmləndirilməsi və artırılması iqtisadi siyasət və inkişaf problemlərinin elmi-
analitik araşdırılmasının genişləndirilməsini və dərinləşdirilməsini zəruri edir. 
Ümumdünya  qtisadi Forumunun 1995-ci ildə Londonda (29-30 noyabr) təşkil 
etdiyi  «Azərbaycan:  investisiya  imkanları»  adlı  Beynəlxalq  Sərgi  və  Konfransda 
Azərbaycan  Respublikasının  Prezidenti  H.Əliyev  qeyd  etmişdir:  «Bizim  strateji 
kursumuz  dünya  iqtisadi  birliyi  ilə  sıx  inteqrasiya  edən,  bazar  iqtisadiyyatına 
ə
saslanan,  müstəqil,  demokratik  hüquqi  dövlət  qurmaqdır.  Buna  uyğun  olaraq  biz 
artıq  konkret  nəticələr  vermiş  olan  genişmiqyaslı  siyasi  və  iqtisadi  islahatlar  həyata 
keçiririk».  
Azərbaycan Respublikasının Prezidenti  .Əliyev qeyd etmişdir ki, Azərbaycan 
artıq  keçid  dövrünü  başa  vurmuş  və  indi  əsas  məqsədimiz  inkişaf  etmiş  ölkələr 
səviyyəsinə  çatmaqdır.  Bu  müddəa  ölkəmizin  yaxın  və  uzaq  perspektivdə  inkişaf 
strategiyasını  müəyyən  edir  və  dünya  birliyi  ilə  inteqrasiyasının  keyfiyyətlə  yeni 
mərhələyə  daxil  olduğunu  göstərir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  iqtisadi  və 
ictimai  həyatın  beynəlmiləlləşməsi,  Azərbaycanın  mürəkkəb  şərtlər  altında  gedən 
müasir  dünya  ilə  inteqrasiyasının  bütün  istiqamətləri  yeni  imkanlar  yaratmaqla 
yanaşı,  yeni  problemlər,  bəzən  də  təhlükələr  yaratmaqdadır.  2008-ci  ildə  bütün 
dünyanı  sarsıdan  qlobal  maliyyə  böhranı  bu  təhlükənin  nə  dərəcədə  ciddi  olduğunu 
göstərdi. Yaranmış yeni imkanlardan səmərəli istifadə edilməsi, mövcud problem və 


27 
 
təhlükələrin  vaxtında  aşkara  çıxarılıb  öyrənilməsi  bu  gün  Azərbaycan  üçün  həyati 
ə
həmiyyət kəsb edən məsələlərdəndir. 
Yuxarıda deyilənlərə əsasən Azərbaycanın qloballaşma prosesində beynəlxalq 
iqtisadi  mühitə  inteqrasiyasının  gedişi  prosesinin  və  bu  prosesin  sürətlənməsində 
ölkənin makroiqtisadi inkişafının həlledici rola malik olduğu aydın nəzərə çarpır. 
Azərbaycanın  dünya  iqtisadiyyatına  inteqrasiyasının  bir  istiqaməti  də  1995-ci 
ilddən  başlayaraq  makroiqtisadi  proseslərin  başlanğıcı  sayılan  investisiya 
proseslərinin  sürətlə  inkişafı  hesab  olunur.  lk  illər  ərzində  bu  iqtisadi  durumla 
ə
laqədər  ölkəyə  xarici  kapital  ixracı  formasında  təzahür  etmişdir.  Hazırda  isə 
Azərbaycan özü iri investisiya layihələrinin maliyyələşdirilməsinin aktiv iştirakçısına 
çevrilmlşdir. Bu son illərdə Azərbaycanın makroiqtisadi inkişafinda baş verən müsbət 
meyllərin  nəticəsi  kimi  qiymətləndirilməlidir.  Azərbaycanın  beynəlxalq  investisiya 
proseslərinə  səmərəli  qoşulması  prosesi  onun  makroiqtisadi  inkişafında  böyük  rol 
oynayan  15  yanvar  1992-ci  ildə  qəbul  olunmuş  «Xarici  investisiyaların  qorunması 
haqqında» və 13 yanvar 1995-ci ildə qəbul olunmuş “ nvestisiya fəaliyyəti haqqında” 
Azərbaycan  Respublikası  Qanunları  ilə  tənzimlənir.  Ölkədə  investisiya 
qoyuluşlarının  hüquqi  və  iqtisadi  prinsipləri  müəyyən  edilmişdir.  Qanunçuluq 
Azərbaycan iqtisadiyyatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl texnika 
və  texnologiyaların,  idarəetmə  təcrübəsinin  cəlb  olunmasına,  onlardan  səmərəli 
istifadə  olunmasına  yönəlmişdir  və  xarici  investorların  hüquqlarının  müdafiəsinə 
təminat verir. Xarici kapitalın cəlb olunması üçün edilən güzəştlər ölkəyə investisiya 
axını  üçün təməl  qoymuşdur.  «Əsrin  müqaviləsi» olan  məlum  neft  kontraktlarından 
sonra  milli  iqtisadiyyatın  inkişafının  neft  amili  üzərində  qurulması  təzahürləri 
müşahidə olunmaqdadır. Belə ki, ölkəyə daxil olmuş xarici kapitalın mühüm hissəsi 
neft  müqavilələri  ilə  bağlıdır.  Azərbaycan  xarici  investisiyaların  cəlb  edilməsi 
sahəsində bəzi tədbirlərin həyata keçirilməsi zərurətini üzə çıxarmışdır.  lk növbədə, 
dövlətin  apardığı  iqtisadi  siyasətdən  asılı  olaraq,  maraq  və  məqsədlərini  tam  ifadə 
edən dövlətin marağı ilə tarazlaşdırılmış ümumi investisiya proqramı hazırlanmalı və 
bu  proqramı  həyata  keçirən  səlahiyyətli  dövlət  orqanı  yaradılmalıdır.  Bu  proqramın 
həyata  keçirilmə  metodları  aydınlaşdırılmalı  və  iqtisadiyyatın  bütün  sahələrinə 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə