Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

35 
 
neft  sektoru  ilə  bərabər,  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  ilə  bağlı  tədbirlər 
həyata keçirir. 
Qanunvericiliyin  inkişafı  istiqamətində  investorların  hüquq  və  mənafelərinin 
qorunması,  mülkiyyətin  toxunulmazlığı,  yerli  və  xarici  sahibkarlara  bərabər  şəraitin 
yaradılması ilə bağlı qanunları və bir sıra normativ sənədlər buna misal ola bilər. 
Ölkədə  sahibkarlığın  inkişafının  sürətləndirilməsi,  biznes  mühitinin 
ə
lverişliliyinin  daha  da  artırılması  və  biznesə  başlama  prosedurlarının 
sadələşdirilməsi  üçün  zəruri  tədbirlərin  görülməsi  məqsədilə  Azərbaycan 
Respublikasının  Prezidenti  «Sahibkarlıq  fəaliyyəti  subyektlərinin  fəaliyyətinin  «bir 
pəncərə»  prinsipi  üzrə  təşkilinin  təmin  edilməsi  tədbirləri  haqqında»  2007-ci  il  25 
oktyabr tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən, «bir pəncərə» prinsipi üzrə 
vahid  dövlət  qeydiyyat  orqanı  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi 
müəyyən  edilmiş  və  2008-ci  ilin  1  yanvar  tarixindən  Azərbaycanda  bu  sistemin 
tətbiqinə  başlanmışdır.  «Bir  pəncərə»  sisteminin  tətbiqindən  sonra  Azərbaycanda 
biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 
3 günə endirilmişdir. 
«Azərbaycan  Respublikası  dövlət  sərhədinin  buraxılış  məntəqələrindən 
keçirilən  malların  və  nəqliyyat  vasitələrinin  yoxlanılmasında  «bir  pəncərə» 
prinsipinin  tətbiqi  haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  11  noyabr 
2008-ci  il  tarixli,  12  nömrəli  Fərmanına  əsasən  Azərbaycan  Respublikası  Dövlət 
Gömrük  Komitəsinin  sədrinin  22  dekabr  2009-cu  il  tarixli  136  saylı  əmri  ilə 
Azərbaycan  Respublikasına  gətirilən  mallar  üzərində  dövlət  sərhədinin  buraxılış 
məntəqələrindəki nəzarət orqanlarında müvafiq nəzarətin həyata keçirilməsi məqsədi 
ilə  qanunvericilikdə  müəyyən
8
  olunmuş  qaydada  sənədlər  gömrük  orqanına  təqdim 
olunur. Bununla əlaqədar, «Dövlət sərhədinin buraxılış məntəqələrində «bir pəncərə» 
prinsipinin  tətbiqi  ilə  bağlı  mal  və  nəqliyyat  vasitələri  üzərində  gömrük,  baytarlıq, 
fitosanitar  və  sanitariya-karantin  nəzarətinin  həyata  keçirilməsinin  və  beynəlxalq 
avtomobil  daşımalarını  yerinə  yetirən  nəqliyyat  vasitələrinə  «icazə»  blanklarının 
                                                 
8
 Уткин А.И., "Глобализация: процесс и осмысление", Москва—2001, s.37 
 


36 
 
verilməsinin  ardıcıllığını  müəyyən  edən  müvəqqəti  Texnoloji  sxem»  təsdiq 
edilmişdir.  Texnoloji  sxemdə  dövlət  sərhədinin  buraxılış  məntəqələrində 
qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  gömrük,  baytarlıq,  fitosanitar  və 
sanitariya  karantin  nəzarəti  və  beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən 
nəqliyyat  vasitələrinə  « cazə»  blanklarının  verilməsi  işlərinin  bu  məsələlər  üzrə 
məsul olan gömrük əməkdaşları tərəfindən həyata keçirilməsi göstərilmişdir. 
Azərbaycanın Mərkəzi Bankı valyuta tənzimlənməsinə dair mübadilə siyasətini 
müəyyən etməyə və təlimatları qəbul etməyə müvəkkil olunmuşdur. Mərkəzi Bankın 
xüsusi lisenziyası olmadığı halda bütün ödəmələr manatla həyata keçirilir. 
Ə
mtəələrin  və  xidmətlərin  Azərbaycana  idxalı  ilə  bağlı  rezidentlər  və  qeyri-
rezidentlər tərəfindən  xaricə göndərilən  avanslara  dair pul  məhdudiyyətləri  Mərkəzi 
Bank  tərəfindən  ləğv  olunmuşdur.  Məhdudiyyətlərin  ləğv  olunmasına  baxmayaraq, 
avans  ödənişləri  veriləndən  sonra  əmtəələr  Azərbaycana  180  gün  ərzində 
çatdırılmalıdır. 
Eyni  zamanda,  Azərbaycana  idxal  olunan  əmtəələrə  bir  neçə  gömrük  rejimi 
tətbiq  edir.  Bunlardan  xarici  investorlar  üçün  vacib  olanları  aşağıdakılardır:  tranzit, 
gömrük  saxlanılması,  gömrük  anbarı,  müvəqqəti  idxal,  gömrük  zonalarına  giriş  və 
çıxış. 
Azərbaycana idxal olunan əmtəələrdən rüsum tutulur (advalor rüsumu - 0-15% 
- ədəd və ölçü rüsumuna uyğundur). Aksiz vergisi bəzi növ əmtəələrə tətbiq olunur 
(tütün  və  alkoqol  məmulatları).  Azərbaycan  məqsədli  ƏDV  prinsipini  qəbul  edib 
(hazırda 18%) ki, bu da hər hansı əmtəənin gömrük dəyərindən tutulur (tətbiq olunan 
gömrük  rejimindən  asılı  olaraq,  idxal  rüsumu  və  həmçinin  aksiz  vergisi).  Bəzi 
kateqoriyalara və əmtəə növlərinə ƏDV tətbiq olunmur və ya 0% dərəcəsi ilə tətbiq 
olunur.  xrac (metal ixracından başqa) dövlət rüsumlarından azaddır. 
Hasilatın Pay Bölgüsü haqqında Sazişlərdə (HPBS) və boru kəməri layihələri 
üzrə  sazişlər  çərçivəsində  fəaliyyət  göstərən  podratçılar,  onların  agentləri  və 
subpodratçılar  idxal  rüsumunu  ödəmədən  və  məhdudiyyətsiz  neft-qaz  sənayesi 
təyinatlı  əmtəələri  Azərbaycana  idxal  və  yenidən-ixrac  edə  bilərlər.  HPBS  rejimli 
idxala  0%  ƏDV  tətbiq  olunur.  Eyni  zamanda  « xrac  məqsədli  neft-qaz  fəaliyyətinə 


37 
 
xüsusi  iqtisadi  rejimin  tətbiqi  haqqında»  Qanuna  əsasən,  neft-qaz  sahəsində 
podratçıların  və  subpodratçıların  ixrac  məqsədli  fəaliyyətinə  0%  dərəcəsi  ilə  ƏDV 
tətbiq olunur. 
2002-ci  ilə  qədər  bir  sıra  kommersiya  fəaliyyəti  üçün  müxtəlif  dövlət 
orqanlarından  xüsusi  lisenziyalar  almaq  lazım  idi.  Azərbaycan  Respublikası 
Prezidentinin  2002-ci  il  3  sentyabr  tarixli  Fərmanına  əsasən,  kommersiya 
fəaliyyətinin  əksər  növləri  üçün  lisenziyalaşdırma  ləğv  olunmuşdur.  Lisenziyanın 
alınması  bank  işi,  sığorta,  audit,  daşınmalar,  qiymətli  kağızlar  üzrə  fəaliyyət  və  s. 
üçün tələb olunur. Lisenziyanın uzadılma müddəti 5 ildir. 
Dünya  Bankı  və  Beynəlxalq  Maliyyə  Korporasiyası  tərəfindən  hazırlanan 
«Doing  Business  2009»  hesabatında  Azərbaycan  biznes  mühitinin  yaxşılaşdırılması 
sahəsində  ən  islahatçı  ölkə  elan  edilmişdir.  «Doing  Business  2010»  hesabatında  isə 
ölkəmiz  öz  mövqelərini  qoruyub  saxlamış  və  «Doing  Business  2011»  hesabatında 
Azərbaycan 183 ölkə arasında 54-cü yeri tutmuşdur. Hesabatda 2006-cı ildən etibarən 
5 il ərzində Azərbaycanın biznes mühiti üzrə əhəmiyyətli islahatlar apardığı və biznes 
mühitinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığı qeyd edilmişdir. 
Makroiqtisadi  inkişafın  sürətləndirilməsi  istiqamətində  dövlətin  reallaşdırdığı 
siyasətin  uğurlu  nəticəsidir  ki,  beynəlxalq  «Qlobal  Rəqabətlilik  Hesabatın»da 
Azərbaycan  MDB  ölkələri  arasında  1-ci  yeri,  makroiqtisadi  mühitin  stabilliyi 
altindeksi üzrə 139 ölkə arasında 13-cü yeri tutmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə