Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

38 
 
FƏS L II. AZƏRBAYCANIN  NTRQRAS YA PROSESLƏR NDƏ 
Ş
T RAKININ MÖVCUD DURUMU 
2.1. Azərbaycanın qlobal iqtisadi proseslərdə iştirakının 
mövcud vəziyyəti 
Azərbaycan  Respublikasının  xarici  iqtisadi  münasibətlərinin  əsas  xüsusiyyəti 
beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da 
ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır.  
Azərbaycan  Respublikasının  milli  iqtisadiyyatının  beynəlmiləlləşməsinin  və 
inteqrasiyasının  müasir  mahiyyəti  Beynəlxalq  Əmək  Bölgüsünə  (BƏB-ə)  əsasən 
müəyyən olunur. Belə ki, BƏB sayəsində dünya ölkələrinin dünya bazarında istehsal 
həcminin  ümumi  göstəricisi  müəyyən  olunur.  Beynəlxalq  iqtisadi  inteqrasiya 
dövlətlər  arasında  istehsal  amillərinin  və  malların  sərbəst  hərəkətini  nəzərdə  tutur. 
Azərbaycan  Respublikasının  regional  iqtisadi  birləşmələrini  nəzərdən  keçirdikdə 
məlum  olur  ki,  coğrafi  mövqe  mühüm  əhəmiyyət  kəsb  edir.  qtisadi  əməkdaşlığın 
mühüm  istiqamətlərindən  biri  də  ölkələrin  iqtisadi  inkişaf  səviyyəsi  ilə  bağlıdır. 
Yaxın  iqtisadi  əməkdaşlıq  daha  çox  eyni  iqtisadi  inkişaf  səviyyəsində  olan  dünya 
ölkələri arasında özünü göstərir. Onlardan aşağıdakılar daha mühüm əhəmiyyət kəsb 
edir:iqtisadi  inkişaf  səviyyəsində  yaxınlıq;  ideoloji  inkişaf  səviyyəsində 
yaxınlıq;tarixi  inkişaf  səviyyəsində  yaxınlıq;  mədəni  inkişaf  səviyyəsində  yaxınlıq; 
dini inkişaf səviyyəsində yaxınlıq; sosial nkişaf səviyyəsində yaxınlıq; siyasi inkişaf 
səviyyəsində  yaxınlıq;  hərbi  inkişaf  səviyyəsində  yaxınlıq;  coğrafi  inkişaf 
səviyyəsində yaxınlıq; elmi inkişaf səviyyəsində yaxınlıq; texniki və texnoloji inkişaf 
səviyyəsində yaxınlıq.  
Azərbaycan dünyanın bir neçə beynəlxalq islam təşkilatlarına da üzv olmuşdur. 
Bunlardan ən nüfuzlusu və daha çox iştirakçı üzv ölkələrin sayına görə bütün islam 
dünyası  ölkələrini  özündə  birləşdirən  slam  Konfransı  Təşkilatıdır  ( KT).  slam 
Konfransı  Təşkilatı  müstəqillik  əldə  etdikdən  sonra  inteqrasiya  oldunduğumuz  ilk 
regional  səviyyəli  təşkilatdır.  Bu  təşkilat  Asiya  və  Afrika  regionunun  50  müsəlman 
ölkəsini  özündə  birləşdirən  dövlətlərarası  təşkilatdır.  slam  Konfransı  Təşkilatının 


39 
 
ə
sası  1969-cu  ildə  müsəlman  ölkələrinin  dövlət  və  hökumət  başçılarının  iştirakı  ilə 
Rabat  şəhərində  (Mərakeşin  paytaxtı)  qoyulmuşdur.  Təşkilat  1972-ci  ildən  rəsmi 
şə
kildə  təsis  edilib,  onun  nizamnaməsi  üzv  ölkələr  tərəfindən  qəbul  olunubdur. 
Azərbaycan  Respublikası  da  müstəqillik  əldə  etdikdən  sonra,  1991-ci  ilin  dekabr 
ayının 8-dən həmin təşkilatın üzvüdür. Həmin vaxtdan bu günə kimi də iştirakçı ölkə 
kimi  KT-nın  bütün  sammit  və  konfranslarında  fəal  iştirak  edir  və  qəbul  olunan 
qətnəmələrin  tələblərindən  irəli  gələn  məsələləri  yerinə  yetirir.  Bundan  əlavə 
Azərbaycan  Respublikası  KT-nın  iqtisadi  və  ticarət,  sosial  və  mədəni  istiqamətli 
yerli,  regional  və  beynəlxalq  səviyyəli  komitələrində  fəal  təşkilati  fəaliyyət  həyata 
keçirir.  
slam  nkişaf  Bankı  və  slam  Həmrəylik  Fondu  Azərbaycan  Respublikasının 
millli  iqtisadiyyatının  üç  müxtəlif  sahəsinə  invesyisiya  vəsaitləri  və  kapital 
qoyuluşları  yatırmışlar.  Belə  ki,  həmin  xarici  kapital  və  investisiya  vəsaitləri  kənd 
təsərrüfatının  inkişafı  üçün  əsasən  meliorasiya  və  su  təsərrüfatı  sahəsinə 
yönəldilmişdir.  Mil-Muğan  kollektorunun  və  Samur-Abşeron  kanalının  yenidən 
qurulmasına  1997-ci  ildə  müvafiq  ardıcıllıqla  5,0  milyon  dollar  və  867,2  milyon 
dollar kredit ayrılmışdır.  
Azərbaycan  dövlətinin  dünya  iqtisadiyyatına  inteqrasiyasında 
qtisadi 
Ə
məkdaşlıq  Təşkilatının  (EKO)  da  xüsusi  rolu  vardır.  Təşkilata  aşağıdakı  ölkələr 
daxildir:  Azərbaycan  Respublikası;  ran  slam  Respublikası;  Türkiyə  Cümhuriyyəti; 
Ə
fqanıstan; Pakistan; Qırğızıstan; Özbəkistan; Türkmənistan; Qazaxıstan; Tacikistan.  
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Şimali  Kipr  Türk  Respublikası  təşkilatın 
texniki  komitələrinin  təşkil  etdiyi  tədbirlərində  səs  vermək  hüququ  olmadan  iştirak 
edə  bilər.  Təşkilatın  baş  katibliyi  ran  slam  Respublikasının  paytaxtı  Tehran 
şə
hərində yerləşir.  qtisadi Əməkdaşlıq Təşkilatına rəhbərlik etmək üçün hər 4 ildən 
bir təşkilata üzv olan dövlətlərin nümayəndələri arasından «Baş katib» seçilir.  
qtisadi  Əməkdaşlıq  Təşkilatının  tərkibində  proqram,  tədbir  və  layihələrinin 
icrasına  fəaliyyət  həyata  keçirən  8  komitə  nəzarət  edir.  Bu  komitələrdə  iştirakçı 
ölkələrin  inkişaf  perspektivlərində  mühüm  rol  oynaya  bilən  layihə  və  proqram 
standartları  işlənib  hazırlanır,  onlara  uzunmüddətli  inkişaf  perspektivlərini,  region 


40 
 
dövlətləri üçün əhəmiyyətə malik olan prioritet sahələrini müəyyənləşdirir. 
Azərbaycan  dövləti  Qara  dəniz  qtisadi  Əməkdaşlığının  (Q Ə)  təsisçilərindən 
biridir.  
1991-ci ildə SSR -nin dağılmasından sonra, Rusiya Federasiyasının təşəbbüsü 
və  təşkilatçılığı  ilə  Minskdə  Müstəqil  Dövlətlər  Birliyi  yaradılmışdır.  Müstəqil 
Dövlətlər Birliyi böhranlı, problemli və mürəkkəb olan inteqrasiyadır. Azərbaycan 4 
iyun  1993-cü  il  hadisələrindən  sonra  həmin  ilin  sentyabrın  20-də  MDB-yə  üzvü 
olmuşdur.  Ümumiyyətlə  müəyyən  nüanslara  baxmayaraq  milli  maraqların  təmin 
edilməsi  nöqteyi-nəzərindən,  müasir  dünyada  gedən  milli  dövlətçilik  və  inteqrasiya 
proseslərini  dərk  edərək  MDB-yə  müvafiq  ölkələrin  inteqrasiyası  kimi  baxmaq 
lazımdır. 
Azərbaycan  Respublikası  1992-ci  ildən  Beynəlxalq  Valyuta  Fondunun  və 
Beynəlxalq  Yenidənqurma  və  nkişaf  Bankının  üzvüdür.  BVF-nun  Bakı  şəhərində 
nümayəndəliyi fəaliyyət göstərir.  
Azərbaycan Respublikası XXI əsrin astanasında beynəlmiləşmə və inteqrasiya 
proseslərinidəki  öz  inkişafını  davam  etdirməklə  yadda  qaldı  və  yeni  əsrdə  də  bu 
inkişaf tempindəki nəaliyyətləri davam etdirdi. Belə ki, 2001-ci ilin yanvar ayının 27-
ində  Avropa  Şurasının  Parlament  Assambleyasına  43-cü  dövlət  kimi  üzv  qəbul 
olunmuşdu.  Bunu  Azərbaycan  iqtisadiyyatının  regional  iqtisadi  inteqrasiyada 
gercəkləşmiş uğuru kimi göstərmək olar.  
Azərbaycan  dövlətinin  dünya  iqtisadiyyatına  inteqrasiyasının  mühüm 
istiqamətlərindən  biri  də  onun  beynəlxalq  iqtisadi  təşkilatların  işində  iştirakıdır. 
Ölkənin  slam  Konfransı  Təşkilatına,  Qara  Dəniz  qtisadi  Əməkdaşlığına,  EKO-ya, 
Beynəlxalq  Bərpa  və  nkişaf  Bankına,  MDB-yə,  slam  nkişaf  Bankına  və  bir  sıra 
başqa  beynəlxalq  təşkilatlara  üzv  olması,  onlarla  müvafiq  əlaqələrin  yaradılması  və 
ə
məkdaşlıq 
etməsi 
dünya 
iqtisadiyyatında 
inteqrasiyanın 
uğuru 
kimi 
qiymətləndirilməlidir.  
qtisadi  həyatın  beynəlmiləlləşməsi,  Azərbaycanın  ağır  şərtlər  altında  gedən 
müasir  dünya  ilə  inteqrasiyasının  bütün  istiqamətlərində  yeni  imkanlar  yaratmaqla 
yanaşı, yeni problemlər, bəzən də təhlükələr yaratmaqdadır. Bu imkanlardan səmərəli 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə