Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   25   26   27   28   29   30   31   32   33

98 
 
yaradılmış  pulsuz  telefon  “195”  xidmətinin  yaradılmasını  müsbət  addım  kimi 
dəyərləndirmək  olsa  da,  maarifləndirmək  işində  hələ  də  külli  miqdar  problem 
mövcuddur.  Verglər  Nazirliyinin  “ ri  vergi  ödəyiciləri  ilə  iş  üzrə”  Departamentinin 
yüksək səviyyədə  təşkilatlanması  və iri vergi ödəyicilərinə  yüksək səviyyəli  xidmət 
müqabilində, orta və xırda vergi ödəyiciləri ilə iş aparan vergi orqanları haqda bunu 
demək qeyri-mümkündür. Vegi orqanlarının vergi ödəyicilərinə diqqətlə yanaşması, 
vergi borcunun yarandığı təqdirdə onun səbəbləri haqda dolğun məlumatın verilməsi, 
ümumiyyətlə vergi borcunun yaranmaması üçün vergi ödəyicilərinə mütəmadi olaraq 
rəsmi  məktublarla  onların  təəhhüdləri  və  məsuliyyətləri  haqqında  rəsmi 
informasiyaların  verilməsi,  vegi  ödəyicilərinə  fərdi  və  keyfiyyətli  xidmətin  təşkil 
olunması,  vergi  hesabatlarının  doldurulma  qaydası  haqqında  treyninqlərin  həyata 
keçirilməsi  zənnimizcə  vergi  xidmətinin  daha  da  təkmilləşdirilməsinə  xidmət 
göstərər. Biz vergi ödəyiciləri və vergi orqanları arasında münasibətlərin kompyuter 
texnologiyası əsasında həyata keçirilməsinin tərəfdarıyıq. 
 “Elektron imza” və “elektron möhür”ün tətbiqi ilə bağlı normativ aktın hüquqi 
qüvvəyə  minməsi  elektron  ticarətin  inkişafına,  müəssisələrarası  sənəd  dövriyyəsinin 
sürətlənməsinə və əlavə xərclərin minimumlaşmasına səbəb ola bilər.  
AQTA çərçivəsində 2010-cu illər üçün Avropa  ttifaqı və Azərbaycan arasında 
prioritet əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, həmçinin bu sahələrə yardımın 
göstərilməsi  məqsədilə  imzalanmış  Milli  ndikativ  Proqramda  qeyd  olunmuş  illər 
ə
rzində  Azərbaycana  göstəriləcək  yardımlar  aşağıdakı  üç  prioritet  sahəyə 
yönəldiləcəkdir:  
- demokratik strukturlar və yaxşı idarəçiliyin gücləndirilməsi;  
-  sosial-iqtisadi  islahat  və  davamlı  inkişafın,  ticarət  və  investisiyanın, 
qanunvericiliyin tənzimlənməsi və islahatların dəstəklənməsi;  
-  Tərəfdaşlıq  və  Əməkdaşlıq  Sazişi  və  Avropa  Qonşuluq  Siyasəti  üzrə 
Fəaliyyət  Planının  dəstəklənməsi,  hərtərəfli  institusional  quruculuq,  o  cümlədən 
səfərbərlik və təhlükəsizlik məsələləri. 
Hazırda,  Azərbaycan  Respublikası  tvinninq  layihələrinin  sayı  üzrə  regionda 
liderdir. 2010-cu illərdə  qtisadiyyat və Sənaye Nazirliyinin benefisiar olduğu layihə 


99 
 
Avropa  Komissiyası  tərəfindən  ən  uğurlu  4  layihədən  biri,  2011-ci  ildə  isə  Milli 
Məclisin benefisiar olduğu layihə ən uğurlu 3 layihədən biri hesab edilmişdir.  
Tvinninq layihələrindən artıq 20-nin icrası başa çatmış, 6-sı icradadır, 9-u üzrə 
layihə sənədləri hazırlanır. 
crada olan Tvinninq layihələri: 
1.  Avropa  ttifaqının  tikinti  standartlarına  keçid  sahəsində  Azərbaycan 
Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət 
Agentliyinə dəstək Müddəti: 2014-2016-cı illər. 
2.  nsan  resurslarının  dayanıqlı  inkişafı  üçün  potensialın  artırılmasında 
Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək Müddəti: 2014-2016-cı illər. 
3. 
Azərbaycan 
Respublikasının 
sığorta-pensiya 
sistemində 
yığım 
komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması 
və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması üzrə Dövlət Sosial 
Müdafiə Fonduna dəstək Müddəti: 2014-2016-cı illər 
TA EX.  2010-2014-cü  illər  üzrə  ümumilikdə  Avropa  Komissiyasına  162 
TA EX  müraciəti  göndərilmişdir.  Bu  müraciətlərdən  55-i  seminar,  66  ekspert 
missiyası, 41 təlim səfəri təşkil edir. 
S GMA.  Ümumilikdə  bu  günədək  14  S GMA  layihəsi  icra  olunmuşdur. 
Hazırda 2 S GMA layihəsi həyata keçirilməkdədir: 
- Satınalmalar üzrə Dövlət Agentliyinin benefisiar olduğu Dövlət satınalmaları 
üzrə nəzarət və institusional sisteminin inkişafı layihəsi; 
-  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri 
üzrə Komissiyanın benefisiar olduğu Dövlət qulluğu üzrə məcəllənin hazırlanmasına 
dəstək layihəsi. 
qtisadi  həyatın  beynəlmiləlləşməsi,  Azərbaycanın  ağır  şərtlər  altında  gedən 
müasir  dünya  ilə  inteqrasiyasının  bütün  istiqamətləri  yeni  imkanlar  yaratmaqla 
yanaşı, yeni problemlər, bəzən də təhlükələr yaratmaqdadır. Bu imkanlardan səmərəli 
istifadə  edilməsi,  mövcud  problem  və  təhlükələrin  vaxtında  aşkara  çıxarılıb 
öyrənilməsi  bu  gün  Azərbaycan  üçün  həyati  əhəmiyyət  kəsb  etməsi  zərurətindən 
gündəmdə olan məsələlərdəndir.  


100 
 
Azərbaycanın  uğurları  nüfuzlu  beynəlxalq  təşkilatların  hesabatlarında  da  öz 
ə
ksini  tapmışdır.  Təsadüfi  deyil  ki,  2009-2010-cu  illər  üçün  hazırlanmış  “Qlobal 
Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci 
yerə,  MDB  ölkələri  arasında  isə  1-ci  yerə  yüksəlmişdir.  Eləcə  də,  “Standard  and 
Poor’s”  Beynəlxalq  Reytinq  Agentliyi  tərəfindən  ölkə  iqtisadiyyatının  hazırkı  real 
vəziyyəti “Stabil”dən “Pozitiv”ə yüksəldilmişdir. 
Növbəti  mərhələnin  əsas  məqsədlərini  makroiqtisadi  sabitliyin  qorunub 
saxlanılması  və  iqtisadi  inkişafın  dayanıqlılığının  təmin  edilməsi  təşkil  edəcəkdir. 
Eyni  zamanda,  iqtisadi  artımın  keyfiyyətinin  prioritetliyinin  təmin  edilməsi  nəzərdə 
tutulur.  Bu  məqsədlə  iqtisadiyyatın  diversifikasiyasının  (iqtisadiyyatın  bütün 
sahələrinin  paralel  inkişafı)  genişləndirilməsi  nəticəsində  neft  sektorundan  asılılıq 
minimuma  endiriləcək,  innovasiya  sahibkarlığı  əsasında  formalaşan  iqtisadiyyata 
keçid  təmin  ediləcək,  kənd  təsərrüfatı  sahəsində  islahatların  aparılması  məqsədilə 
aqrar  sektorun  inkişafında  intensiv  üsullara  üstünlük  veriləcək  və  bunula  da 
Azərbaycan iqtisadiyyatının da klasterlər üzrə inkişafına nail olunacaqdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


101 
 
 
NƏT CƏ VƏ TƏKL FLƏR 
Dissertasiya  işində  aparılan  tədqiqatlar  ümumiləşdiriərək  nəzəri  və  praktiki 
ə
həmiyyət  kəsb  edən  bəzi  nəticələr  əldə  edilmiş  və  onların  da  əsasında  təkliflər 
verilmişdir: 
1.  Dünya  miqyasında  gedən  qloballaşma  getdikcə  daha  də  genişlənərək  və 
dərinləşərəkdünya iqtisadiyyatında ən əhatəli bir prosesə çevrilmiəkdədir. Öz gələcək 
inkişafını  təmin  etməyi  bir  strateji  məqsəd  kimi  qarşıya  qoyan  hər  bir  dövlət,  o 
cümlədən  də  Azərbaycan  dövləti,  bu  reallıqla  hesablaşmalı  və  onun  müsbət 
nəticələrindən  bəhrəmənləklə  beynəlxalq  inteqrasiya  münasibətlərinə  aktiv 
qoşulmalıdır. 
2. Beynəlxalq inteqrasiya proseslərinin milli maraqlara uyğun reallaşdırılması 
üçün  istər  milli  qanunvericiliyin,  istərsə  də  beynəlxalq  hüququn  yaratdığı  imkanlar 
çərçivəsində dövlət mükəmməl hüquqi tənzimləmə mexanizmi formalaşdırmalı və bu 
mexanizmi mütəmadi şəkildə təkmilləşdirməlidir. 
3.  Qloballaşma  şəraitində  Azərbaycanın  beynəlxalq  inteqrasiyaproseslərinə 
aktiv və səmərəli qoşulması ilk nəvbədə dəvlət tərəfindən əlverişli siyasi, iqtisadi və 
hüquqi mühitin yaradılmasını və bu əsasda da ölkənin milli iqtisadi sistemini olduqca 
vacib bu prosesin tələblərinə uyğunlaşdırmalıdır. 
4. Azərbaycan üçün nisbətən yeni bir sahə olduğunu nəzərə alaraq beynəlxalq 
iqtisadi  inteqrasiyadan  bacarıqla  səmərələnmə  nöqteyi-nəzərindən  Azərbaycan 
dövləti  bu  sahədə  mövcud  dünya  təcrübəsini  ətraflı  öyrənməli  və  ondan  milli 
maraqlara uyğun istifadə rtməlidir. 
5.  Ölkənin  dinamik  makroiqtisadi  inkişafının  strateji  istiqamətləri 
müəyyənləşdirilməklə 
Azərbaycan 
iqtisadiyyatının 
beynəlxalq 
iqtisadi 
inteqrasiyaproseslərinə  səmərəli  qoşulması  istiqamətindəmilli  iqtisadiyyatın  bütün 
sahələri  və  problemlərinin  həlli  üzrə  mütəmadi  olaraq  məqsədli  dövlət  proqramları 
işlənməli və qəbul edilməlidir. 
6.  nteqrasiya  proseslərində  fəal və  səmərəli iştirakın  təmin  edilməsi  məqsədi 


102 
 
ilə  Azərbaycan  dövləti  bütün  samballı  beynəlxalq  iqtisadi  təşkilatlarla  əlaqələrini 
genişləndirməli və onların işində fəal iştirak etməlidir. 
7.  Makroiqtisadi  inkişaf  üçün  maddi  əsas  rolunu  oynayan  investisiyalardan 
maksimum  səmərələnmək  üçün  ölkədə  əlverişli  uqtisadi-hüquqi  şərait  yaratmaqla 
dövlət bu sahədə səmərəli tənzimləmə fəaliyyətini həyata keçirməlidir. 
8.  Beynəlxalq  iqtisadi  inteqrasiya  münasibətlərinin  fəal  və  bacarıqlı 
iştirakşısına  çevrilmək  üçün  mükəmməl  maliyyə  sistemi  formalaşdırılmaiı  və  onun 
fəaliyyəti  müvafiq  hüquqi  əsasda  tənzimlənməlidir.  Bu  məqsədlə  ən  mühüm  və 
lazımlı  fəaliyyət  ardıcıl  olaraq  dövlətin  fiskal  siyasəi  işlənib  hazırlznmalı  və 
reallaşdırılmalıdır. 
9.  Аzərbаycаn  Rеspubliкаsısının  iqtisadiyyatının  uğurla  dünya  iqtisadi 
sisteminə  inteqrasiyası  üçün  makroiqtisadi  siyasətin  koordinasiyası  gücləndirilməli, 
maliyyə dayanıqlılığı baxımından optimal  makro-fiskal çərçivə formalaşdırılmalı və 
adekvat  pul  siyasəti  aparılacaqdır.  Bu  siyasətin  birinci  pilləsində  inflyasiya  hədəfi, 
digər makroiqtisadi hədəflər və bunlara uyğun tənzimləmə vasitələri, ikinci pilləsində 
isə  maliyyə  sektorunda  sabitlik  hədəfləri,  sektorda  fəallığı  və  riskləri  idarə  edəcək 
vasitələr yer almalıdır. 
10.  Ölkənin  iqtisadi  inkişaf  strategiyası  dünya  miqyasında  dəyişən  şəraitə 
daimi  əsasda  uyğunlaşdırılmalı  və  bu  məqsədlə  müvafiq  dəvlət  orqanları  ardıcıl 
fəaliyyət həyata keçirməlidirlər. 
11.  Azərbaycan  Respublikasının  iqtisadi  inteqrasiya  proseslərinə  məqsəyönlü 
iştirakının  təmin  edilməsi  üçün  onun  beynəlxalq  hüquqi-müqavilə  bazası  daim 
genişləndirilməli və təkmilləşdirilməlidir. 
12. Respublika iqtisadiyyatının ümumdünya təsərrüfatına intensiv inteqrasiyası 
müstəqil  Azərbaycan  Respublikasının  rəsmi  dövlət  siyasətinin  prioritet  və  mühüm 
istiqamətləridən birinə çevrilməlidir. Bu siyasətin prioritet istiqaməti mövcud hüquqi 
bazanın mütəmadi əsasda genişləndirilməsi və təkmilləşdirilməsi olmalıdır. 
 
 
 


103 
 
 
ST FADƏ OLUNAN ƏDƏB YYATLAR 
1.
  Azərbaycan Respublikasının Konstitusiyası. Bakı.1995 
2.
  Azərbaycan Respublikasının Qanunlar Külliyatı, 3 cilddə, Bakı. 2009 
3.
  Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı, 2003 
4.
  Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2005 
5.
  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı 
6.
  Azərbaycan  Respublikasının  Beynəlxalq  Maliyyə  qurumları  ilə  əlaqələrinin 
müasir vəziyyəti. AR  qtisadiyyat və Sənaye Nazirliyi SKMF. Bakı. 2004 
7.
  Abbasov  Ç.M.  Azərbaycanın  dünya  iqtisadiyyatının  inteqrasiya  yolları..  Bakı. 
2005 
8.
  Əliyev H.Ə.,"Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında", Bakı. 2001 
9.
  Beynəlxalq Valyuta Fondunun illik hesabatı. London, 2003 
10.
 Birləşmiş Millətlər Təşkilatının illik hesabatı. New-York. 2003 
11.
 Şükürov A.M., "Qloballaşmış cəmiyyətlər: dünən, bu gün və sabah", Bakı. 2006 
12.
 Azərbaycan  Respublikasında  iqtisadi  islahatlar:  ilkin  nəticələr,  prob-lemlər  və 
perspektivlər. Beynəlxalq elmi-praktik konfransın materialları. Bakı. 2003 
13.
 Abbasov A.B. Sahibkarlıq fəaliyyəti: növləri, təşəkkülü və inkişafı problemləri. 
Bakı, 1998, 212 s. 
14.
 Abbasov A.A. Biznesin əsasları. Dərslik. Bakı. 2005  
15.
 Allahverdiyev H.B.,  qtisadiyyatın hüquqi tənzimlənməsi. Bakı. 2009 
16.
 Bağırov M.M. Banklar və bank əməliyyatları. Dərslik. Bakı. 2003 
17.
 Bayramov Ə. . Reqional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika. Bakı. 1997 
18.
 Vəliyev D. Ə. Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq bazarlara 
inteqrasiyası: təmayillər , problemlər, perspektivlər. Bakı, 2005 
19.
  Vəliyev D. Ə. Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası. Bakı, 2008 
20.
 Cəbiyev.  R.M.  Azərbaycanda  bazar  infrastrukturunun  formalaşması  və  inkişafı. 
Bakı. 2000 
21.
 Əliyev R.B.  nvestisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsi. Bakı: 2003 


104 
 
22.
 VəliyevT.S., BabayevƏ.R., MeybullayevM.X.  qtisadi nəzəriyyə. Bakı, 2001 
23.
 БрагинскийМ.И., ВитрянскийВ.В. Договорноеправо. М.2009 
24.
 БузоваИ.А. Коммерческаяоценкаинвестиций. C-П, 2011 
25.
 Панарин А.С., "Искушение глобализмом", Москва. 2000  
26.
 Уткин А.И., "Глобализация: процесс и осмысление", Москва. 2001 
27.
 Azərbaycanın statistik göstəriciləri – 2014. 
 
nternet saytları 
1.
  Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı – www.president.az 
2.
  Azərbaycan Respublikası Nazirlər Kabineti – www.cabmin.gov.az 
3.
  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi – www.az-customs.net 
4.
  Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi – www.azstat.org 
5.
  Azərbaycan Respublikası Mərkəzi Bank –www.cbar.az 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


105 
 
 
АННОТАЦИЯ
 
В
  диссертации  были  изучены  правовые  аспекты  интеграционных 
отношений
  в  условиях  глобализации  мировой  экономики  на  примере 
Азербайджанской
 Республики.  
Во
  введении  диссертации  обоснована  актуальность,  основные  цели  и 
задачи
, методология исследования, также научная и  практическая значимость 
работы
 по вопросам экономической интеграции. 
В
  1-ой  главе  диссертации  были  исследованы  теоретические  и 
методологические
  вопросы  формировании  и  развитие  интеграционных 
отношений
, изучена правовая база успешнойреализации данного процесса. 
Во
  2-ой  главе  работы  изучено  современное  состояние  государственного 
регулированияинтеграционныхпроцессов
,  а  также  экономическая  стратегия 
развития
 интеграционных отношений.  
В
  3-ей  главе  анализируется  пути  развития  интеграционных  процессов  и 
дальнейшее
 совершенствование нормативно-правовой базы в этой области. 
 В  конце  дается  конкретные  предложенияпо  совершенствованию 
правовогомеханизма
 регулирования интеграционных процессов. 
 
 
 
 
 
 
 
 
 
 


106 
 
 
ANNOTATION 
In  the  dissertation  legal  aspects  of  integration  relations  in  the  conditions  of 
globalisation  of  economies  on  an  example  of  the  Azerbaijan  Republic  have  been 
studied.  
In  dissertation  entering  the  urgency,  main  objectives  and  tasks,  research 
methodology,  also  the  scientific  and  practical  importance  of  work  concerning 
economic integration is proved. 
In  1st  chapter  of  the  dissertation  theoretical  both  methodological  questions 
forming  and  development  of  integration  relations  have  been  researched,  the  legal 
base of successful realisation of the given process is studied.  
In  2nd  head  of  work  the  current  state  of  state  regulation  of  integration 
processes,  and  also  economic  strategy  of  development  of  integration  relations  is 
studied.  
In 3 head it is analyzed ways of development of integration processes and the 
further enhancement of is standard-legal base in this area. 
 In the end it is given specific proposals on enhancement of a legal mechanism 
of adjustment of integration processes. 
 
 
 
 
 
 
 
 
 
 
 


107 
 
 
REFERAT 
Mövzusunun aktuallığı.  qtisadi proseslərdə özünü göstərən qloballaşma sürətlə 
gedir və bütün dövlətlər üçün iqtisadi inteqrasiyanı həqati zərurətə çevirir. 
Mahiyyət  etibarı  ilə  bu  Azərbaycanın  yaxın  və  uzaq  perspektivdə  inkişaf 
strategiyasını  müəyyən  edir  və  onun  dünya  iqtisadiyyatı  ilə  inteqrasiyasının 
keyfiyyətcə  yeni  aktiv  mərhələyə  daxil  olduğunu  göstərir.  Onu  da  nəzərə  almaq 
lazımdır  ki,  Azərbaycanın  mürəkkəb  şərtlər  altında  gedən  müasir  dünya  ilə 
inteqrasiyasının  bütün  istiqamətləri  yeni  imkanlar  yaratmaqla  yanaşı,  yeni 
problemlər, bəzən də təhlükələr yaratmaqdadır.  
Yuxarıda  deyilənlər Azərbaycanın  qloballaşma  prosesində  beynəlxalq  iqtisadi 
mühitə  inteqrasiyasının  gedişi  prosesinin  və  bu  prosesin  hüquqi  aspektlərinin 
öyrənilməsi  və  hüquqi  mexanizminin  təkmilləşdirilməsinin  böyük  əhəmiyyət  kəsb 
etdiyini və bu səbəbdən də dissertasiya işinin mövzusunun aktual olduğunu göstərir.  
Tədqiqatın  məqsəd  və  vəzifələri.  Dissertasiyanın  əsas  məqsədi  və  vəzifələri 
qoyulan problemin aktuallığından irəli gəlir. Tədqiqatın əsas məqsədi Azərbaycanın 
beynəlxalq  iqtisadi  inteqrasiyasının  hüquqi  əsaslarını  araşdırmaq  və  bu  çoxtərəfli 
prosesin təkmilləşdirilməsi yollarını aşkar etməkdir.  
Qoyulan məqsədlərinə uyğun olaraq tədqiqatın vəzifələri aşağıdakılardır: 
  tədqiqat  üçün  əsaslı  nəzəri-metodoloji,  hüquqi  baza  yaratmaq  məqsədilə 
iqtisadi inteqrasiya proseslərinin müasir təmayüllərini aşkara çıxarmaq; 
  dünya  dövlətlərinin  qabaqcıl  təcrübəsi  əsas  götürülməklə  Azərbaycan 
Respublikasının  inteqrasiya  proseslərinə  qoşulması  sahəsində  dünya  ölkələrinin 
mütərəqqi  hüquqyaratma  təcrübəsini  öyrənmək,  onları  ümumiləşdirilərək 
təkmilləşdirilməsi yollarını tədqiq etmək; 
  Azərbaycan  Respublikasının  inteqrasiya  proseslərinə  səmərəli  qoşulması 
istiqamətində 
mükəmməl 
hüquqi 
bazasının 
formalaşdırılması 
yollarını 
müəyyənləşdirmək; 
  beynəlxalq  iqtisadi  mühitə  inteqrasiya  proseslərinin  Azərbaycanda  iqtisadi 


108 
 
inkişafın qanunauyğunluqlarını aşkara çıxarmaq; 
  Azərbaycanın  iqtisadi  proseslərə  qoşulmasının  hüquqi  aspektlərini  tədqiq 
edərək onların təkmilləşdirilməsi yollarını müəyyən etmək. 
Tədqiqatın  obyekti.  Problemin  öyrənilməsi  üçün  tədqiqat  obyekti  qlobal 
iqtisadi  mühit,  Azərbaycan  iqtisadiyyatının  inkişafı  və  onun  iqtisadi  inteqrasiya 
prosesləridir. 
Tədqiqatın  predmeti.  Qlobal  iqtisadi  mühitin  əsas  xarakteristikası  və  inkişaf 
təmayüllərinin,  Azərbaycanın  həmin  proseslərə  qoşulması  qanunauyğunluqlarının, 
beynəlxalq  iqtisadi  əlaqələrinin  inkişafının  hüquqi  əsaslarının  formalaşması  və 
təkmilləşdirilməsi məsələləridir. 
Tədqiqatın  nəzəri  və  metodoloji  əsaslarını  xarici  ticarət,  haqqında  klassik  və 
neoklassik  iqtisad  elmi  nümayəndələrinin  fikirləri,  qloballaşmanın  formalaşması  və 
təkamülü,  milli  dövlətlərin  mənafelərinin  qlobal  proseslər  çərçivəsində  inkişafı  və 
idarə  olunması  qanunauyğunluqları,  iqtisadi inteqrasiya  ilə bağlı  müasir  elmi-nəzəri 
və praktiki fikir və araşdırmalar təşkil edir.  
Tədqiqatın  informasiya  bazası.  Azərbaycan  Respublikası  Statistika 
Komitəsinin,  qtisadiyyat  və  Sənaye,  Maliyyə  nazirliklərinin,  Dövlət  Gömrük, 
Komitəsinin  hesabat  və  məlumatları,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankın, 
dövrü mətbuatın materialları, iqtisadi ədəbiyyatlar təşkil etmişdir. 
Tədqiqatın  elmi  yeniliyi.  Beynəlxalq  iqtisadi  mühitə  inteqrasiya  prosesində 
Azərbaycan  iqtisadiyyatının  kompleks  inkişafı  sahəsində  bazar  iqtisadiyyatı 
prinsiplərinə uyğun olaraq qarşıda duran tələblərin elmi cəhətdən əsaslandırılmışdır, 
qlobal  iqtisadi  mühit  haqqında  olan  fikirlər  sistemləşdirilmişdir,  qloballaşma 
prosesində  dövlətlərin  mənafeləri  və  qlobal  iqtisadi  mühitə  inteqrasiya  prosesində 
güclü  hüquqi  əsasın  formalaşdirilması  və  onun  mütəmadi  təkmilləşdirilməsi  prosesi 
kompleks şəkildə öyrənilmişdir.  
ş
in  nəzəri  və  praktiki  əhəmiyyəti.  Tədqiqat  işinin  nəzəri  əhəmiyyəti 
aşağıdakılardan  ibarətdir:  iqtisad  elmində  istifadə  edilən  metodoloji  prinsiplər 
ə
sasında  qlobal  iqtisadi  mühit  anlayışı  müəyyənləşdirilmişdir.  Dissertasiyada  əldə 
edilmiş nəticələr və təkliflər təcrübi olaraq çoxtərəfli və geniş istifadə edilə bilər.  


109 
 
 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə