Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   25   26   27   28   29   30   31   32   33

92 
 
hüquqlarının  qorunması  mexanizmləri  təkmilləşdiriləcəkdir.  Qanunların  davamlı  və 
ə
dalətli  şəkildə  tətbiq  edilməsi  və  hüququn  aliliyinin  işlək  sisteminin 
formalaşdırılması diqqət mərkəzində saxlanılmalıdır. 
Xarici ticarət prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, beynəlxalq 
bazarlara  çıxışda  və  xarici  bazarlarda  rəqabət  gücünun  artırılmasında  sahibkarlara 
göstərilən dövlət dəstəyinin artırılması istiqamətində tədbirlər həyata keçirilməlidir. 
Azərbaycanda  kiçik  və  orta  sahibkarlıq  subyektlərinin  ixrac  qabiliyyətini 
artırmaq məqsədilə təşviqedici tədbirlər həyata keçiriləcək, sahibkarlıq subyektlərinin 
dövlət  tərəfindən  güzəştli  kreditlərlə  təminat  səviyyəsi  yüksəldiləcək,  daxili  bazarın 
haqsız rəqabətdən qorunması üçün beynəlxalq praktikada qəbul olunmuş antidempinq 
və digər qoruyucu tədbirlər həyata keçiriləcəkdir. 
Eyni  zamanda  gömrük  prosedurlarının  təkmilləşdirilməsi,  həmçinin 
investorları  yerli  bazarlara  daxil  olmaqdan  çəkindirən  amillərin  aradan  qaldırılması 
üçün səylər göstərilməlidir. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün 
beynəlxalq  ticarət sisteminə  uyğun islahatların  həyata  keçirilməli, qanunların  dünya 
ticarət  sistemində  tətbiq  edilən  praktikaya  uyğunlaşdırılması  son  nəticə  olaraq  yerli 
ş
irkətlərin və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına yeni imkanlar açacaqdır. 
Müasir,  beynəlxalq  standartlara  uyğun,  iqtisadiyyata  geniş  kapitalizasiya 
imkanları  təqdim  edən  və  risklərin  etibarlı  idarə  edilməsini  təmin  edən,  yüksək 
səmərə  ilə  fəaliyyət  göstərən  qiymətli  kağızlar  bazarının  formalaşdırılması 
istiqamətində  mühüm  addımlar  atılacaq,  qiymətli  kağızlar  üzrə  qeyri-mütəşəkkil 
bazarın  məhdudlaşdırılması,  bazarın  investorlar  üçün  cəlbediciliyinin  artırılması 
məqsədilə  sistemli  tədbirlər  həyata  keçiriləcək,  bazarın  peşəkar  iştirakçılarının 
fəaliyyətini  və  onlara  nəzarət  mexanizmlərini  tənzimləyən  qanunvericilik 
təkmilləşdiriləcəkdir. 
Bütün  bu  məqsədlərə  nail  olmaq  üçün  ilk  növbədə  qanunvericiliyin 
təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində 
ardıcıl tədbirlər həyata keçirilməlidir. 
Qanunvericiliyin  təkmilləşdirilməsində  bazar  iqtisadiyyatı  şəraitində  sağlam 
rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi prinsipi əsas götürüləcək, biznes 


93 
 
mühitinin  yaxşılaşdırılması,  milli  qanunvericilik  bazasının  beynəlxalq  ticarət 
sisteminin tələblərinə uyğunlaşdırılması prioritetləri diqqət mərkəzində saxlanılacaq, 
qanunun aliliyinin təmin edilməsi məqsədilə icra intizamı və nəzarət sistemi daha da 
gücləndirilməlidir. 
Beynəlxalq  təcrübəyə  əsaslanaraq,  dövlət  qurum  və  müəssisələrinin  fəaliyyət 
sferaları  üzrə  prioritet  inkişaf  məqsədlərinin  müəyyən  edilməsi,  həmin  məqsədlərin 
qəbul  edilmiş  müvafiq  dövlət  proqramlarına  uyğunlaşdırılması  və  onların  effektiv 
şə
kildə  reallaşdırılması  baxımından  hər  bir  dövlət  qurum  və  müəssisəsi  tərəfindən 
strateji planların hazırlanaraq həyata keçirilməsi məqsədəuyğundur. 
Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər 
dənizləri  regionunda  tutduğu  mövqeyə  görə  ABŞ,  Avropa  və  Asiya  dövlətlərinin 
maraqlarının  kəsişdiyi  geosiyasi  mərkəzə  çevrilmişdir.  Neft  və  qaz  ehtiyatlarının 
işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata 
keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından 
birinə çevrilmişdir. 
20  sentyabr  1994-cü  ildə  ”Xəzərin  azərbaycan  sektorunda  yerləşən  Azəri, 
Çıraq  və  Günəşli  (dərin  hissəsi)  yataqlarının  (AÇG)  işlənməsi  və  hasilatın  pay 
bölgüsü” üzrə birinci saziş imzalandı. Sonralar bu saziş ”Əsrin sazişi” adı ilə tanındı. 
Bu  saziş  xarici  şirkətlərə  Azərbaycanda  yeni  sazişlərin  imzalanması  üçün  geniş  yol 
açdı.  1994-cü  ildən  bu  vaxta  qədər  ARDNŞ  və  xarici  neft  şirkətləri  arasında 
karbohidrogenlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 26 saziş 
imzalanmışdır. 
Azərbaycan  neft  ehtiyatlarının  birgə  işlənməsi  üçün  respublikamıza  dünyanın 
bir çox dövlətlərindən xarici şirkətlərin dəvət olunması, müqavilələrin bağlanması və 
onların  fəaliyyəti  üçün  əlverişli  şəraitin  yaradılması  neft  strategiyasının  siyasi 
istiqamətinin reallaşması üçün zəmin yaratmışdır. 
Azərbaycanda  həyata  keçirilən  neft  siyasəti  ölkəmizdə  xarici  sərmayələr  ilə 
yanaşı müasir texnologiyaların, iş təcrübələrinin, yeni idarəçilik qaydalarının, iqtisadi 
münasibətlərin daxil olması üçün də şərait yaradıb. 


94 
 
Respublika  iqtisadiyyatının  ümumdünya  təsərrüfatı  ilə  çoxşaxəli  və  intensiv 
inteqrasiyası  müstəqil  Azərbaycan  Respublikasının  rəsmi  dövlət  siyasətinin  aparıcı 
istiqamətləridən birinə çevrilmişdir. Bu siyasətin prioritet istiqaməti mövcud hüquqi 
bazanın mütəmadi əsasda genişləndirilməsi və təkmilləşdirilməsi olmalıdır. 
Qeyd  etmək  lazımdır  ki,  1994-cü  il  sentyabrın  20-də  müstəqil  Azərbaycan 
dövlətinin  inkişaf  tarixində  “Əsrin  müqaviləsi”  adı  ilə  tanınmış  neft  sazişi 
imzalanmışdır.  Azərbaycanın  neft  tarixində  yeni  səhifələr  açan  “Əsrin  müqaviləsi” 
iqtisadiyyatımızın  dinamik  inkişafının,  dünya  iqtisadi  sisteminə  inteqrasiyasının 
ə
sasını qoydu.  
Azərbaycanın  inteqrativ  inkişafından  danışarkən  bu  sahədə  zəruri  normativ-
hüquqi aktların formalaşdırılması və onların tam gücü ilə işləməsininin ümumilikdə 
ölkənin iqtisadi inkişafına təsirini xüsusi qeyd etmək lazımdır. Lakin, inkişaf etməkdə 
olan  ölkələrin  təcrübəsi  göstərir  ki,  normativ  hüquqi  aktların  qəbul  edilməsi  ilə 
onların tam gücü ilə işləməsi arasında kəskin fərqlər mövcuddur və bu tip ölkələrdə 
qanunun qəbulu heç də onun tam gücü ilə reallaşması demək deyildir. Bu problemim 
həlli dövlət tərəfindən daimi əsasda qanunyaradıcı tədbirlərin, o cümlədən də mövcud 
qanunvericiliyin  real  şəraitə  uyğunlaşdırılması  üzrə  tədbirlərin  həyata  keçirilməsini 
zəruri edir. 
qtisadi  proseslərin  və  xüsusilə,  inteqrasiya  proseslərinin  tənzimlənməsinin 
normativ-hüquqi bazasının araşdırılmasından aydın olur ki, inteqrasiya proseslərinin 
tənzimlənməsinin konkret normativ-hüquqi aktlar sistemi mövcud deyil və buna görə 
də  iqtisadi  artımın  tənzimlənməsinin  normativ-hüquqi  bazasının  təkmilləşdirilməsi 
dedikdə, biz, iqtisadiyyatın normal fəaliyyət göstərməsini təmin edən əksər normativ-
hüquqi aktları və onların təkmilləşdirilməsini nəzərdə tuturuq.  
Son  illər  Azərbaycan  Respublikasında  iqtisadi  inkişafına  şərait  yaradılması 
məqsədilə  qanunvericiliyin  təkmilləşdirilməsi  istiqamətində  mühüm  addımlar 
atılmışdır.  Belə  ki,  investisiya  fəaliyyəti,  lizinq  münasibətlərinin  təkmilləşdirilməsi 
ilə  bağlı  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  əlavə  və  dəyişikliklər 
edilməsi  haqqında  ilə  bağlı  müvafiq  qanun  layihələri  hazırlanmış,  eyni  zamanda 
«Azərbaycan  Respublikasının  ərazisində  xüsusi  iqtisadi  zonaların  yaradılması  və 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə