Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

74 
 
•  2011-ci  il  13  yanvar  tarixində  imzalanmış  Şərq  Tərəfdaşlığı  çərçivəsində 
Azərbaycan  Respublikası  və  Avropa  ttifaqı  arasında  Hərtərəfli  nstitusional 
Quruculuq (H Q) Proqramının Çərçivə Sənədinə dair Anlaşma Memorandumu;  
•  2013-cü  il  29  noyabr  tarixində  imzalanmış  Azərbaycan  Respublikası  və 
Avropa  ttifaqı  arasında  vizaların  rəsmiləşdirilməsinin  sadələşdirilməsi  haqqında 
Saziş;  
•  2014-cü  il  28  fevral  tarixində  imzalanmış  Azərbaycan  Respublikası  ilə 
Avropa  ttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş;  
•  2014-cü  il  14  iyun  tarixində  Avropa  ttifaqı  ilə  Azərbaycan  Respublikası 
arasında  Azərbaycanın  ttifaq  proqramlarındakı  iştirakının  ümumi  prinsipləri 
haqqında Çərçivə Sazişi üzrə, bir tərəfdən Avropa Birlikləri və onların üzv dövlətləri, 
digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə 
ə
lavə Protokol. 
Bəzi xüsusi əhəmiyyət kəsb edən müqavilələr barədə bunları qeyd etmək olar: 
Tərəfdaşlıq  və  Əməkdaşlıq  Sazişi  (TƏS).Azərbaycan  ilə  Avropa  ttifaqı 
arasında  hərtərəfli  münasibətlərin  hüquqi  əsasını  22  aprel  1996-cı  il  tarixində 
Lüksemburq şəhərində imzalanmış və 22 iyun 1999-cu il tarixində qüvvəyə minmiş 
Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan 
Respublikası  arasında  Tərəfdaşlıq  və  Əməkdaşlıq  Sazişi  təşkil  edir.  Bu  Saziş 
Azərbaycan  və  Avropa  ttifaqı  arasında  əməkdaşlığın  bütün  mümkün,  xüsusilə  də 
siyasi və iqtisadi sahələrini əhatə edir. Saziş Azərbaycan ilə Avropa  ttifaqı arasında 
hərbi  sahəni  əhatə  etməyən  bütün  növ  əməkdaşlıq  formalarının  çərçivələrini  təmin 
edir.  TƏS  10  il  müddətinə  imzalanmış  və  2009-cu ildə  Sazişin  icra  müddəti bitdiyi 
üçün onun icrası hər il 1 il müddətinə uzadılır. 
Avropa  Qonşuluq  Siyasəti  (AQS).2004-cü  ildə  Avropa  ttifaqı  dövlət  və 
hökumət  başçıları  Şurasının  toplantısında  Avropa  Komissiyasının  Cənubi  Qafqaz 
ölkələrinin  AQS-ə  cəlb  olunmasına  dair  tövsiyə  qəbul  edilmişdir.  Azərbaycan 
Respublikası  AQS-ə  daxil  edildikdən  sonra  14  noyabr  2006-cı  il  tarixində  5  illik 
Fəaliyyət  Planı  Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  tərəfindən 
imzalanmışdır. Fəaliyyət Planında 10 prioritet istiqamət müəyyən edilmişdir:  


75 
 
1) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi,  
2) Demokratiyanın gücləndirilməsi,  
3)  Qanunun  aliliyinin,  insan  hüquqlarının  və  fundamental  azadlıqların 
müdafiəsinin gücləndirilməsi,  
4) Sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması,  
5) Gömrük xidməti işinin yaxşılaşdırılması,  
6) Tarazlı və davamlı iqtisadi inkişafa dəstək,  
7)  qtisadi qanunvericiliyin və inzibati praktikanın yaxınlaşdırılması,  
8)  Avropa  ttifaqı-Azərbaycan  arasında  enerji  və  nəqliyyat  əməkdaşlığının 
gücləndirilməsi,  
9)  Məhkəmə,  azadlıq  və  təhlükəsizlik  sahələrində,  o  cümlədən  sərhəd  işində 
ə
məkdaşlığın dərinləşməsi,  
10) Regional əməkdaşlığın gücləndirilməsi. 
Avropa  ttifaqı  və  Azərbaycan  Respublikası  arasında  enerji  sahəsində  strateji 
ə
məkdaşlığa dair Anlaşma Memorandumu. 7 noyabr 2006-cı il tarixində Azərbaycan 
Respublikası  Prezidenti  tərəfindən  Avropa  ttifaqı  və  Azərbaycan  arasında  Enerji 
üzrə  Strateji  Əməkdaşlığa  dair  Anlaşma  Memorandumu  imzalanmışdır. 
Memorandumun 4 sahəsi vardır:  
1)  Azərbaycan  qanunvericiliyinin  Avropa 
ttifaqının  qanunvericiliyinə 
uyğunlaşdırılması,  
2)  Azərbaycan  və  Xəzərdən  Avropa 
ttifaqına  enerji  təchizatının 
təhlükəsizliyinin artırılması,  
3) Azərbaycanda müfəssəl enerji idarəetmə siyasətinin işlənilməsi, o cümlədən 
bərpa olunan enerji inkişafı və;  
4) Texniki mübadilə və əməkdaşlıq.  
Sözügedən  Anlaşma  Memorandumunun  həyata  keçirilməsinə  nəzarəti  A   ilə 
Azərbaycan  arasında  Enerji,  nəqliyyat  və  ətraf  mühit  məsələləri  üzrə  Alt-komitə 
həyata keçirir. 
Şə
rq  Tərəfdaşlığı  təşəbbüsü.Polşa  və  sveç  tərəfindən  irəli  sürülmüş  Şərq 
Tərəfdaşlığı  (ŞT)  təşəbbüsü  AQS  çərçivəsində  şərq  tərəfdaşları  kimi  istinad  edilən 


76 
 
Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın A  ölkələri ilə 
mövcud  əməkdaşlığının  ikitərəfli  gücləndirilməsini  və  çoxtərəfli  formatda  davam 
etdirilməsini  ehtiva  edir.  ŞT  çərçivəsində  dərin  və  hərtərəfli  azad  ticarət  sahəsində 
yeni  əməkdaşlıq sazişləri,  Avropa  ttifaqının  maliyyələşdirdiyi  proqramlar,  mobillik 
və  təhlükəsizlik  paktları,  vizasız  səyahət,  Avropa  ttifaqının  əmək  bazarına  giriş, 
Avropa  ttifaqı  qanunvericiliyinə  və  standartlarına  uyğunlaşma,  insanlar  arasında 
ə
laqələr  sahələrində  əməkdaşlıq  nəzərdə  tutulur.  ŞT  çoxtərəfli  formatı  çərçivəsində 
müzakirələrin aparılması üçün aşağıdakı platformalar təsis olunmuşdur:  
- Demokratiya, yaxşı idarəetmə və sabitlik üzrə Platforma (Platforma 1);  
-  qtisadi  inteqrasiya  və  Avropa  ttifaqı  siyasətlərinə  uyğunlaşma  üzrə 
Platforma (Platforma 2);  
- Enerji təhlükəsizliyi üzrə Platforma (Platforma 3); 
-  nsanlar arasında əlaqələr üzrə Platforma (Platforma 4). 
qtisadiyyat və Sənaye Nazirliyi Platforma 2-nin ümumi iclaslarında və həmin 
platformanın nəzdində yaradılmış Ticarət və Kiçik və orta sahibkarlıq üzrə panellərin 
iclaslarında iştirak edir. 
Platformaların  nəzdində  yaradılmış  panellər  çərçivəsində  mütəmadi  olaraq 
iclaslar keçirilir. 
Hərtərəfli  nstitusional  Quruculuq  (H Q)  Proqramı.H Q  Proqramı  Avropa 
ttifaqı  ilə  Azərbaycan  Respublikası  arasında  Assosiasiya  Sazişinin  hazırlanması, 
danışıqların  aparılması,  eləcə  də  Sazişin  həyata  keçirilməsi  üçün  əsas  qurumların 
potensialının gücləndirilməsi üçün hazırlanmışdır. H Q əsasən aşağıdakıları nəzərdə 
tutur: 
-  Qanunun  aliliyi,  ədliyyə,  azadlıq  və  təhlükəsizlik  sahəsində  islahatların 
aparılması; 
- Dövlət idarəçiliyi və dövlət qulluğu sahələrində islahatların aparılması; 
- Ticarət sahəsində islahatların aparılması. 
 
Azərbaycan  Respublikasının  Avropaya  inteqrasiyası  üzrə  Dövlət 
Komissiyası.Azərbaycan  Respublikasının  Avropaya  inteqrasiyası  üzrə  Dövlət 
Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə