Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   25   26   27   28   29   30   31   32   33

83 
 
iqtisadi imkişafın təmin olunması, ödəniş balansı kəsirlərinin ləğvi, milli valyutanın 
sabitliyinin təmin olunması, milli müdafiəyə ayrılan yardımlarla dəstəklənir. 
Azərbaycana edilən beynəlxalq yardım arasında Avropa Birliyi Komissiyasının 
(ABK)  yardımlarıdır.  ABK  1993-cü  ildə  əhalini  ərzaq  və  dərmanla  təmin  etmək 
məqsədilə  68  mln,  EKYU  kreditin  açılması  ilə  fəaliyyətə  başlamışdır.  Avropa 
Birliyinin  «TAS S»  proqramı  üzrə  Azərbaycana  edilən  texniki  yardım  dövlət 
müəssisələrinin  yenidən  qurulması,  özəl  bölmə,  kənd  təsərrüfatı,  infrastruktur, 
energetika,  maarif  və  digər  sahələrin  inkişafı  məqsədlərinə  görə  verilir.  TAS S-in 
MDB  dövlətlərarası proqramlarının 24  layihəsində  Azərbaycan  kifayət  qədər  iştirak 
edir. 
Azərbaycan  Respublikası  1992-ci  ildən  Beynəlxalq  Valyuta  Fondunun  və 
Beynəlxalq  Yenidənqurma  və  nkişaf  Bankının  üzvüdür.  BVF-nun  Bakı  şəhərində 
nümayəndəliyi fəaliyyət göstərir.  
Azərbaycan Respublikası XXI əsrin astanasında beynəlmiləşmə və inteqrasiya 
proseslərinidəki  öz  inkişafını  davam  etdirməklə  yadda  qaldı  və  yeni  əsrdə  də  bu 
inkişaf  tempindəki  naliyyətləri  ilə  davam  etdirdi.  Beləki,  2001-ci  ilin  yanvar  ayının 
27-sində Avropa Şurasının Parlament Asambleyasına 43-üncü dövlət kimi üzv qəbul 
olunmuşdu. Baxmayaraq düşmənimiz Ermənistan da həmin ildə Avropa Şurasına üzv 
qəbul  olunmuşdur  (44-üncü  yerdə),  onu  da  qeyd  edək  ki,  Azərbaycan  Respublikası 
Ermənistandan daha qabaq üzv qəbul olunmuşdur. Bunu Azərbaycan iqtisadiyyatının 
regional iqtisadi inteqrasiyada gercəkləşmiş uğuru kimi göstərmək olar.  
Azərbaycanın  dünya  iqtisadiyyatına  inteqrasiyasının  bir  istiqaməti  də  ölkəyə 
xarici  kapital  ixracıxdır.  Xarici  kapital  qoyuluşu  15  yanvar  1992-ci  ildə  “Xarici 
investisiyaların  qorunması”  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  ilə 
tənzimlənir. Ölkədə investisiya qoyuluşlarının hüquqi və iqtisadi prinsipləri müəyyən 
edilmişdir.  Qanunçuluq  Azərbaycan  iqtisadiyyatında  xarici  maddi  və  maliyyə 
ehtiyatlarının,  qabaqcıl  texnika  və  texnologiyaların,  idarəetmə  təcrübəsinin  cəlb 
olunmasına, onlardan səmərəli istifadə olunmasına yönəlmişdir və xarici investorların 
hüquqlarının  müdafiəsinə  təminat  verir.  Xarici  kapitalın  cəlb  olunması  üçün  edilən 
güzəştlər ölkəyə investisiya axını üçün təməl qoymuşdur.  qtisadi  nkişaf Nazirliyinin 


84 
 
proqnozlarına  əsasən  Azərbaycanın  ildə  təxminən  20  -  25  mlrd.  dollarlıq  xarici 
kapitala ehtiyacı vardır.  
Azərbaycan  dövlətinin  dünya  iqtisadiyyatına  inteqrasiyasının  mühüm 
istiqamətlərindən  biri  də  onun  beynəlxalq  iqtisadi  təşkilatların  işində  iştirakıdır. 
Ölkənin  slam  Konfransı  Təşkilatına,  Qara  Dəniz  qtisadi  Əməkdaşlığına,  EKO-ya, 
Beynəlxalq  Bərpa  və  nkişaf  Bankına,  MDB-yə,  slam  nkişaf  Bankına  və  bir  sıra 
başqa  beynəlxalq  təşkilatlara  üzv  olması,  onlarla  müvafiq  əlaqələrin  yaradılması  və 
ə
məkdaşlıq 
etməsi 
dünya 
iqtisadiyyatında 
inteqrasiyanın 
uğuru 
kimi 
qiymətləndirilməlidir.  
qtisadi  həyatın  beynəlmiləlləşməsi,  Azərbaycanın  ağır  şərtlər  altında  gedən 
müasir  dünya  ilə  inteqrasiyasının  bütün  istiqamətləri  yeni  imkanlar  yaratmaqla 
yanaşı, yeni problemlər, bəzən də təhlükələr yaratmaqdadır. Bu imkanlardan səmərəli 
istifadə  edilməsi,  mövcud  problem  və  təhlükələrin  vaxtında  aşkara  çıxarılıb 
öyrənilməsi  bu  gün  Azərbaycan  üçün  həyati  əhəmiyyət  kəsb  etməsi  zərurətindən 
gündəmdə olan məsələlərdəndir.  
Azəbaycanın 
inteqrasiya 
prosesində 
iştirakının 
dövlət 
tərəfindən 
tənzimlənməsinin prioritet istiqamətlərindən biri enerji daşıyıcıları sahəsində aparılan 
fəaliyyət  sayılır.  Bu  istiqamətdə  ilk  və  ən  önəmli  addım  XX  90-cı  illərində  həmin 
ə
srin ən böyük hadisələrindən biri sayılan Azəbaycan RespublikasıPrezidenti Heydər 
Ə
liyev cənabları tərəfindən Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və 
həyata  keçirilməsi  təşkil  edir.  Hazırda  respublikada  iqtisadiyyatın  ən  inkişaf  etmiş 
sənaye sahələrindən biri neft-qaz kompleksi hesab edilir. 
Qeyd  etmək  lazımdır  ki,  bu  gün  Azərbaycanın  neft  ehtiyatlarının  və 
neftçıxarma  sahəsi  üzrə  yerini  müəyyənləşdirmək  üçün,  neft  hasil  edilən  ölkələrdə 
adambaşına düşən neft hasilatının həcmini müqayisə etmək maraqlıdır. Bundan başqa 
Azərbaycan  adambaşına  düşən  illik  neft  hasilatına  (1,7  ton)  görə  bir  çox  ölkələri 
ə
həmiyyətli  dərəcədə  qabaqlayır.  Bunlar  içərisində  Argentina,  Braziliya,  Peru, 
Venesuella,  Misir,  ndoneziya,  ran,  Rumuniya,  Türkmənistan  və  başqalarının 
adlarını çəkmək olar.  


85 
 
Respublikanın  dünya  neft  sənayesində  yeri  və  rolu  haqqında  danışarkən 
həmçinin onun xammal ehtiyatlarından danışmaq lazımdır. Məlum olduğu kimi bu və 
digər  ölkənin  neft  sənayesinin  vəziyyətini  qabaqcadan  müəyyənləşdirən  əsas 
amillərdən biri də neft ehtiyatlarını mövcudluğudur. Bundan başqa regionun əlverişli 
coğrafi şəraitdə yerləşməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın 
xüsusi yeri vardır. 
Hesablamalara görə dünyada neftin potensial ehtiyatları 540 milyard tona çatır. 
Sübut  olunmuşdur  ki,  dünya  neft  ehtiyatlarının  3\4  hissəsindən  çoxu  OPEK 
ölkələrində,  yarısından  çoxu  isə  4  Orta  Şərq  ölkəsində-Səudiyyə  Ərəbistanı,  ran, 
Kuveyt və  raqdadır. Dünya neft ehtiyatlarının 1\4 hissəsi və OPEK ehtiyatlarının 1\3 
hissəsi təkcə Ərəbistanın payına düşür. 
Ekspertlərin  fikrinə  görə  keçmiş  SSR   və  Şərqi  Avropa  ölkələrinin  neft 
ehtiyatları  32,4  milyard  ton,  başqa  sözlə  desək,  məcmu  dünya  ehtiyatlarının  6  faizi 
qədər  qiymətləndirilir.  Alimlərin  fikrincə  bu  göstərici  regiona  kifayət  qədər 
investisiya yönəldiyi şəraitdə texniki tərəqqi və geoloji kəşfiyyat sahəsində mütərəqqi 
yeniliklər sayəsində əhəmiyyətli dərəcədə artırıla bilər. 
Dünya neft ehtiyatları içərisində Azərbaycanın xüsusi çəkisi 0,6 faiz təşkil edir. 
Ə
gər  bu  ehtiyatları  dünya  regionları  ilə  müqayisə  etsək,  onda  görərik  ki,  onun 
ehtiyatları  Cənub-Şərqi  Asiya,  Avstraliya,  Okeaniya  ölkələrinin  ümumilikdə 
ehtiyatlarına bərabərdir və Qərbi Avropanın ehtiyatlarını təqribən 2 dəfə üstələyir. 
Azərbaycan  Dövlət  Neft  Şirkətinin  məlumatına  görə  Azərbaycanın  quru  və 
dəniz  sektorunda 625-dən  çox  antiklinal  tipli qarışıqlar var.  Bunlar  çox perspektivli 
neftli-qazlı  laylardır.  Ümumiyyətlə  isə, neft  sənayesinin  bütün inkişafı  dövründə  64 
neft  və  qaz  yatağı  kəşf  edilmişdir.  Hal-hazırda  quruda  37,  Xəzər  dənizinin 
Azərbaycan  sektorunda  17  yataq  istismara  verilmək  ərəfəsindədir.  ndiyə  qədər 
torpağın  qatlarından  1,4  milyard  ton  neft,  450  milyard  kub  metrdən  çox  qaz 
çıxarılmışdır.  lkin neft  ehtiyatlarının  işlənməsi  dərəcəsi quruda  87  faiz,  dənizdə  53 
faiz təşkil edir. 
1994-cü  ildə  dövlətin  uğurla  apardığı  neft  siyasəti  sayəsində  Azərbaycan 
iqtisadiyyatında mühüm hadisə baş verdi. Belə ki, dünyanın aparıcı dövlətlərinin iri 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə