Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   25   26   27   28   29   30   31   32   33

95 
 
fəaliyyətinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Qanunu, istehsal 
məqsədi ilə ölkəyə idxal edilən, lizinq predmeti olan əmlakın əlavə dəyər vergisindən 
azad  edilməsinə  dair  qərar  layihəsi  hazırlanmış,  Nazirlər  Kabinetinə  təqdim 
edilmişdir. 
Sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  subyektlərin  maliyyə  resurslarına  olan 
ehtiyaclarını daha dolğun ödəmək məqsədilə verilən kreditlər üçün girov təminatının 
və girov (ipoteka) münasibətlərinin təkmilləşdirilməsinə,qoyulan girovların satışının 
sadələşdirilmiş 
mexanizmlərindən  istifadə  edilməsinə,  torpaq  sahələrinin 
qiymətləndirilməsi prinsiplərinin təkmilləşdirilməsinə yönəldilən « poteka haqqında» 
Qanun hazırlanmışdır. 
qtisadi subyektlərin fəaliyyətini daha da stimullaşdırmaq və onların ixtiyarında 
qalan mənfəətin həcminin artırılması məqsədilə «Azərbaycan Respublikasının Vergi 
Məcəlləsinə  əlavə  və  dəyiıikliklər  edilməsi  barədə»  Azərbaycan  Respublikasının 
mütəmadi  əsasda  yeni  qanun  layihələri  hazırlanır.  Təkcə  son  10  il  ərzində 
Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə  1000-dən  artıq  əlavələr  və 
dəyişikliklərlə bağlı müvafiq qanunlar qəbul edilmlşdir və bu istiqamətdə işlər davam 
etdirilir.  Buna  ən  bariz  nümunə iqtisadiyyatın bütün sahələrində,  o  cümlədən qeyri-
neft  sektorunda sahibkarlıq  və  investisiya  fəaliyyətinin  stimullaşdırılması  məqsədilə 
mənfəət  vergisinin  dərəcəsinin  28  %-dən  20  %-ə  endirilməsidir  və  hökumətdə  bu 
sahədə  yeni  təkliflərə  baxılır.  Son  dövdə  lizinq  obyekti  olan  əmlak  üçün  illik 
amortizasiya  norması  2  dəfəyədəkartırılmış  və  maliyyə  lizinqi  əməliyyatları  əlavə 
dəyər  vergisindən  azad  edilmişdir.  2005-ci  ildən  başlayaraq  məcburi  sosial  sığorta 
haqlarının  azaldılması  prosesi  gedir,  əmək  haqqından  tutulan  məcburi  pensiya 
ödəməsi isə 2%-dən 3%-ə kimi qaldırılmışdır. 
Lakin  bütün  bu  müsbət  addımlara  baxmayaraq  ölkədə  iqtisadi  inkişaf  və 
inteqrasiya  proseslərini  əngəlləyən  hüquqi  problemlər  hələ  də  qalmaqdadır. 
Azərbaycanda  real  vəziyyətin  təhlili  iqtisadi  artımın  normativ-hüquqi  bazasındakı 
boşluqların,  çatışmamazlıqların  və  bu  sahədə  təkmilləşdirmə  fəaliyyətinin  zəif 
olduğunu  göstərir.  qtisadi  inteqrasiyanın  tənzimlənməsi  sahəsində  Azərbaycan 
Respublikasının  Qanunvericiliyini təhlil  edərək və  aparılmış  sosial  sorğulara  istinad 


96 
 
edərək iqtisadi inteqrasiyanın hüquqi əsaslarında aşağıdakı istiqamətlərdə fəaliyyətin 
aparılmasını məqsədəuyğun hesab etmək olar: 
 
Obyektiv  reallığa  uyğun,  normal  iqtisadi  fəaliyyətə  şərait  yaradan 
normativ-hüquqi aktların qəbulu. “Transparency international Azerbaijan”ın apardığı 
sosial  sorğunun  nəticələri  də  normativ  hüquqi  aktların  qəbulu  zamanı  şəffaflığın 
hansı  səviyyədə  qorunduğu  haqda  dolğun  təsəvvür  yaratmağa  imkan  verir.  Sosial 
sorğuda  respondentlərə  verilən  qanunvericiliklə  bağlı  suala  aşağıdakı  kimi  cavab 
verilmişdir: 
•  Qanunlar  mükəmməl  deyil  və  buna  görə  də  onlar  korrupsiya  üçün  imkan 
yaradır - 49.5% 
•  Korrupsiya  üçün  imkan  yaradan  ziddiyyətli  normalar  qanunvericilik 
aktlarda mövcuddur - 20.6% 
•  Cavab verrmək çətindir-14.6% 
•  Qanunlarda  korrupsiya  üçün  imkanlar  yaratmayan  dürüst  normalar  vardır-
14.2% 
•  Qanunlar işləmir - 1.1% 
Göründüyü kimi respondentlərin 49.5%-i qanunların qeyri-mükəmməl olduğu, 
20.6%-i  isə  qanunlarda  ziddiyyətli  normalar  olduğu  fikrindədirlər.  Sorğuda  iştirak 
edən respondentlərin yalnız 14.2%-i dürüst normativ aktların olduğuna inanırlar. 
  Əgər  dayanıqlı  iqtisadi  inkişafa  nail  olmaq,  ölkədə  normal  biznes  mühiti 
yaratmaq məqsədi qoyulubsa, onda, ilk növbədə iqtisadiyyatın fəaliyyət karkası olan 
normativ-hüquqi  aktların  qəbulu  və  mövcud  olanların  təkmilləşdirilməsi  prosesi 
sürətlənməlidir.  
  Qəbul  edimiş  normativ-hüquqi  aktların  tam  gücü  ilə  fəaliyyət 
göstərməsinin təmin edilməsi; 
Problemin aktuallığını Respublika Prezidentinin “Azərbaycan Respublikasında 
sosial-iqtisadi  inkişafın  sürətləndirilməsi  tədbirləri  haqqında”  24  noyabr  2008-ci  il 
tarixli Fərmanı da təsdiqləyir. Fərmanda göstərilir: 
“Azərbaycan Rеsпublikasının Iqtisadi Inkişaf Nazirliyi: 


97 
 
-
  sahibkarlıьın  inkişafı  ilə  bağlı  əvvəllər  qəbul  оlunmuş  qərarların  icrasını 
sürətləndirsin,  bu  işdə  qarşıya  çıхan  manеələrin  aradan  qaldırılması  üçün 
qanunvеriciliyə  uyьun  оlaraq  müvafiq  tədbirlər  görsün  və  görülən  işlər  barədə 
mütəmadi оlaraq Azərbaycan Rеsпublikasının Prеzidеntinə məlumat vеrsin;  
-
  inhisarçılıq  fəaliyyətinin  məhdudlaşdırılması və  haqsız  rəqabətin qarşısının 
alınması məqsədilə qanunvеricilik çərçivəsində zəruri tədbirlər həyata kеçirsin”  
Fərmandan  da  göründüyü  kimi  Hökumət  qəbul  edilmiş  qanun  və  qərarların 
icrası  probleminin  aradan  qaldırılmasının  zəruriliyi  anlanır  və  vəziyyətin 
dəyişdirməsinə çalışılır.  
 
Normativ-hüquqi  aktların  qəbulu  və  dəyişdirilməsi  prosesinə  geniş 
ictimaiyyətin cəlbi və onların maraqlarının nəzərdən keçirilməsi. 
 
Normativ-hüquqi  aktların  və  hesabat  formalarının  maksimum 
sadələşdirilməsi və konkretləşdirilməsi. 
Bu  sahədə  bir  çox  işlər  görülməsinə  baxmayaraq  hələ  də  ciddi  təkmilləşmə 
bazası  mövcuddur.  Adi  məntiqə  uyğundur  ki,  iqtisadi  subyektlər  dövlət  orqanları 
qarşısında  normativ  hüquqi  aktlarda  göstərilən  təəhhüdlərdən  başqa  təəhhüddlər 
daşımırlar.  Yəni,  qanunda  qanun  pozuntusu  kimi  göstərilməyən  hərəkəti  etdikdə 
subyekt  əməliyyatın  xarakterindən  asılı  olmayaraq  məsuliyyət  daşımır  və  qanuni 
hərəkət etmiş olduğu qəbul edilir. Belə olduğu təqdirdə, hesabat formalarının sadə və 
anlaşıqlı tərtib edilməsi sahibkarların əlavə problemlərlə üzləşməməsinə şərait yarada 
bilər. 
  Normativ-hüquqi  aktlar  barədə,  onların  qəbulu  dəyişdirilməsi  sahəsində 
maarifləndirmənin və şəffaflığın daha da artırılması, əhalinin hüquqi savadsızlığının 
azaldılması və s. 
Ölkə  sahibkarlarının  qanunvericiliklə  bağlı  digər  problemi  qanunvericilikdə 
həddən artıq sürətlə dəyişikliklərin aparılmasıdır. Bu problemə dair ən yaxşı nümunə 
zənnimizcə  sahibkarların  fəaliyyətini  tənzimləyən  əsas  normativ  hüquqi  akt  olan 
“Vergi  Məcəlləsi”ndə  aparılan  hər  il  yüzlərlə  dəyişikliyi  göstərmək  olar.  Vergi 
Məcəlləsində  belə  sürətlə  dəyişiklərin  aparılması  sonradan  sahibkarlarla  vergi 
orqanları arasında problemlərin yaranmasına gətirib çıxarır. Vergi xidməti kimi yeni 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə