Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

80 
 
sahələrinin,  regionların  inkişafı  sürətlənmiş,  strateji  valyuta  ehtiyatlarının  səmərəli 
istifadəsi  təmin  olunmuş,  milli  valyutanın  sabitliyi,  bank  sisteminin  etibarlılığı 
artırılmış,  konservativ  xarici  borclanma  strategiyası  həyata  keçirilmiş,  sahibkarlığa 
dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.  
qtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və 
ardıcıl  reallaşdırılması  üçün  dövlət  başçısının  müvafiq  fərman  və  sərəncamları  ilə 
“Azərbaycan  Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı 
Dövlət  Proqramı”,  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun 
azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan 
Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət 
Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur. 
Beynəlxalq  iqtisadi  inteqrasiya  dövlətlərin  siyasi  və  təsərrüfat  sistemlərinin 
iqtisadi  cəhətdən  birləşməsi  olub,  milli  təsərrüfatlar  arasında  BƏB-in  müxtəlif 
səviyyələrdə həyat keçrilməsidir.  
Beynəlxalq  iqtisadi  inteqrasiya  əmtəə  və  xidmətlərin  sərbəst  hərəkəti,  kapital 
və  iş  qüvvəsinin  beynəlxalq  hərəkəti,  birgə  iqtisadi,  valyuta-maliyyə,  elmi-texniki, 
sosial,  xarici  və  hərbi  siyasətin  razılığı  ilə  həyata  keçirilməsinə  əsaslanır.  Dünya 
dövlətləri iqtisadi inteqrasiya yolu ilə öz istehsal güclərini, istehsalın səmərəliyini və 
bütün bunların nəticəsində isə əhalinin rifahını yüksəltməyə səy göstərirlər. 
Yeni  iqtisadi  sistemə  keçidi  normal  həyata  keçirmək  üçün  Azərbaycan  daimi 
olaraq  beynəlxalq  inteqrasiyaya  qoşulmalı  və  öz  potensial  imkanlarından  istifadə 
edərək orada fəal iştirak etməlidir. 
Azərbaycanda  iqtisadiyyatın  inkişafı  və  beynəlmiləlləşdirilməsində  xarici 
investisiya  qoyuluşunun  böyük  üstünlükləri  vardır. 
nvestisiya  qoyuluşu 
respublikanın  milli  iqtisadiyyatı  ilə  dünya  iqtisadiyyatı  arasında  daha  səmərəli 
inteqrasiyanı  təmin  edir.  Ölkənin  iqtisadi  inkişafında  xarici  iqtisadi  investisiyanın 
digər  rolu,  onun  sahibkarlıq  fəaliyyətinə  müsbət  təsiri  ilə  bağlidır.  Xarici  ölkələrin 
Azərbaycana  investisiya  qoyuluşu  milli  iqtişadiyyatın  formalaşması,  işgüzar 
münasibətlər,  sahibkarlıq  fəaliyyəti  formalarına  daha  geniş  meydan  verilməsi  və 
maliyyə-kredit  münasibətlərinin  inkişafı  üçün  əlverişli  şərait  yaradır.  Belə  bir 


81 
 
şə
raitdən  səmərəli  istifadə  edərək  gənc  müstəqil  respublika  öz  təbii-iqtisadi,  elmi-
texniki  potensialını  beynəlxalq  miqyasda  tanıtmaq  məqsədilə  çoxtərəfli  iqtisadi 
inteqrasiya əlaqələrinə daxil olur. 
1998-ci  ildə  minlərlə  müəssisə  və  firma  xarici  iqtisadi  əlaqələrin  iştirakçısı 
olmuş, 84 ölkə ilə xarici iqtisadi əlaqə qurmuşdur. 
Göstərilən faktlar son illər xarici iqtisadi fəaliyyət sahəsində baş verən struktur 
və keyfiyyət dəyişikliklərinə əyani sübutdur və eyni zamanda, Azərbaycan dövlətinin 
beynəlxalq iqtisadi inteqrasiya əlaqələrinə qoşulmasının nümunəsidir. 
Azərbaycanın xarici iqtisadi münasibətlərinin və əlaqələrinin məzmunu və əsas 
istiqamətiərini  ifadə  edən  bu  cəhətlərinin  hər  biri  ölkənin  gələcək  inkişafında 
fəaliyyət  proqramının  tərkib  hissəsi  olmalıdır.  Azərbaycanın  xarici  iqtisadi 
inteqrasiya  əlaqələrinin;  formalaşmasında  daha  faydalı  və  səmərəli  iqtisadi 
münasibətlərin  yaradılmasına  üstünlük  verilməlidir.  Xarici  ölkələrlə  iqtisadi 
ə
məkdaşlıq  Azərbaycanın  milli  iqtisadiyyatının  çoxşahəli  inkişafının  təmin  etmək 
üçün  böyük  üstünlüklər  verə  bilər.  Məhz  buna  görə  Azərbaycanın  milli 
iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və 
bu  əlaqələrin  inkişafı  böyük  əhəmiyyət  kəsb  edir.  Azərbaycan  bir  çox  həyati 
ə
həmiyyətə  malik  siyasi  və  iqtisadi  məsələlər  baxımından  dünyanın  yaxın  və  uzaq, 
böyük və kiçik dövlətlərinin, beynəlxalq və regional təşkilatların diqqətini özünə cəlb 
edən  bir  qütbdür.  Mühüm  strateji  əhəmiyyətli  ərazidə  yerləşən  ölkəmizdə  dünyanın 
nəhəng  dövlətlərinin  mənafeyi  toqquşur,  onlar  arasında  nüfuz  dairəsi  uğrunda  dərin 
rəqabət  mübarizəsi  gedir.  Azərbaycan  Respublikası  öz  sosial-iqtisadi  inkişafında 
xarici  ölicələrlə  əməkdaşlığın  daha  da  genişləndirilməsinə  can  atır  və  beynəlxalq 
ə
mək  bölgüsünün  dərinləşməsindən  irəli  gələn  üstünlüklərdən  maksimum 
dəyərlənməyə çalışır.  
Azərbaycan  Respublikasının  xarici  iqtisadi  siyasəti  dedikdə,  beynəlxalq 
iqtisadi  əlaqələrdə  qarşıya  qoyduğu  məqsədlərin  həyata  keçirilməsinə  yönəldilmiş 
fəaliyyəti nəzərdə tutulur. Xarici iqtisadi siyasət iqtisadi anlayış olub ümumi iqtisadi 
siyasətin  tərkib  hissəsidir  və  ölkənin  sosial-iqtisadi  proqramı  ilə  bilavasitə 
ə
laqədardır. Azərbaycan hökumətinin xarici iqtisadi fəaliyyət sahəsində qəbul etdiyi 


82 
 
qərarlar  iqtisadiyyatın  bütün  istiqamətlərinə  təsirini  göstərir.  Azad  bazar 
münasibətlərinə  keçid  şəraitində  dövlətin  daxili  və  xarici  iqtisadi  siyasətini  bir-
birindən təcrid etmək mümkün deyildir. 
Xarici ticarətə müdaxilə etmək üçün istifadə edilən ən mühüm vasitələrdən biri 
gömrük  tarifləridir.  2013-cü  ildə  Azərbaycan  Respublikasında  «Gömrük  Məcəlləsi» 
qəbul  edildikdən  sonra  Həmin  ildə  qəbul  edilmiş  «Gömrük  tarifi»  haqqında 
Azərbaycan  Respublikasının  Qanunu  qüvvəyə  minmişdir.  Bu  qanun,  əsasən,  daxili 
bazarın  xarici  bazarla  səmərəli  əlaqəsini  təmin  etməklə,  xarici  ticarətin  dövlət 
tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi, 
həmçinin  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçən  mallardan  rüsum 
tutulması qaydalarını müəyyən edir.  
Qeyri-tarif tənzimlənməsi xarici ticarətin liberallaşdırılmasına və qeyri-iqtisadi 
amillərin  məhdudlaşdırılmasına  yönəldilmişdir.  Azərbaycan  Respublikasında  bu 
sahədə  aşağıdakı  rəsmi  sənədlər  qəbul  edilmişdir:  “Azərbaycan  Respublikasında 
xarici  ticarətin  səmərəliliyinin  artırılması  tədbirləri  haqqında»  (10.01.1994); 
“Azərbaycan  Respublikasında  xarici  ticarətin  sərbəstləşdirilməsi  haqqında» 
(5.04.1994);  “Azərbaycan  Respublikasında  xarici  ticarətin  tənzimlənməsinin 
təkmilləşdirilməsi haqqında» (17.12.1996). 
ndi Azərbaycan ölkəyə güclü kapital axınından «əzab» çəkir. 1996-cı ildə ölkə 
iqtisadiyyatına  qoyulmuş  birbaşa  xarici  investisiyalar  1995-ci  ilə  nisbətən  4,5  dəfə 
çox  idi.  Ən  iri  investisiya  mənbələri  neft  sənayesinə  qoyulub  ki,  o  da  ümumi 
investisiya məbləğinin 75,5%-ni təşkil edir. 
Azərbaycan  Respublikasının  xarici  iqtisadi  siyasəti  nəhayət,  xarici  yardım 
siyasətindən  istifadə  ilə  tamamlanır.  Ölkənin  xarici  yardım  siyasəti  beynəlxalq 
təşklatlardan və dövlətlərdən yardımların alınması və istifadəsi tədbirlərini əhatə edir. 
Bu  siyasət  beynəlxalq  aləmdə  son  dövrlərdə  strukturlaşdırılmış  yeni  bir  xarici 
siyasətdir. 
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  bazar  iqtisadiyyatı 
yolunda  islahatlar  həyata  keçirdiyi  üçün  aparxcı  beynəlxalq  təşkilatlar  tərəfindən 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə