Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   25   26   27   28   29   30   31   32   33

89 
 
sahələrinin  idarə  edilməsində  nəzərə  alınması  səmərəli  siyasətin  formalaşdırılması 
baxımından vacib əhəmiyyətə malikdir. 
Müasir  dövrümüzün  əsas  amilləri  şərti  olaraq  aşağıdakı  kimi  qruplaşdırıla 
bilər: 
1. Qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə 
fəallaşması  ilə  bütün  dünyada  iqtisadi  və  təsərrüfat  proseslərinin  dəyişmə  tempi, 
innovativ  yeniliklərin  nüsxələşdirilməsi,  onların  istehsal  sahəsində  tətbiqi  misli 
görünməmiş şəkildə sürətlənir və yaxın gələcəkdə dünya iqtisadiyyatının artımı məhz 
bu amilin təsiri nəticəsində baş verəcəkdir. 
2.  Növbəti  illərdə  dünya  üzrə  ticarətin  istehsala  nəzərən  daha  yüksək  sürətlə 
artacağı, qloballaşma ilə birlikdə regional inteqrasiyaların da genişlənəcəyi gözlənilir. 
Beynəlxalq  bazarlarda  ixtisaslaşmaya  üstünlük  verən,  istehsal  texnologiyasını, 
innovasiya  potensialını  inkişaf  etdirən  və  beləliklə  yüksək  əlavə  dəyər  yaradan 
sahələri təşviq edən ölkələrin qlobal və regional səviyyədə rəqabətə davamlılıqlarının 
artacağı  gözlənilir.  Sənayenin  innovasiyalar  əsasında  inkişafı  elm  və  texnologiya 
potensialının gücləndirilməsi zəruridir. 
3.  Azərbaycanın  qarşısında  duran  əsas  məsələ  ilk  növbədə  iqtisadiyyatda 
karbohidrogen  ehtiyatların  ixracından  mövcud  asılılığı  aradan  qaldırmaqla  orta  və 
uzunmüddətli  perspektivdə  dünya  iqtisadiyyatının  xammal  əlavəsinə  və  texnoloji 
“autsayderə”  çevrilmək  təhlükəsinin  qarşısını  almaq  kimi  mühüm  məsələnin  daim 
diqqət mərkəzində saxlanılmasını tələb edir. Karbohidrogen ixracı amili son onillikdə 
iqtisadi  artımın  əsas  aparıcı  qüvvəsi  olsa  da,  hazırki  mərhələdə  qarşıda  duran  əsas 
vəzifə  qeyri-neft  sektorunun  qabaqlayıcı  inkişafına  nail  olmaq,  iqtisadiyyatın 
səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq və onun innovasiya əsaslı irəliləyişini 
təmin etməkdir.  
4.  Böyük  riskləri  də  bərabərində  gətirən  qloballaşma  beynəlxalq  miqyasda 
istehsalın,  ticarətin,  kapital  axınlarının  və  əmək  miqrasiyasının  sərbəstləşməsi 
tendensiyalarını  kəskin  artırmışdır.  Növbəti  dövr  dünya  iqtisadiyyatının  əsas 
mərkəzləri arasında tarazlığın dəyişməsi və bununla əlaqədar onun strukturca yenidən 
qurulması,  regional  iqtisadi  ittifaqların  rolunun  güclənməsi  ilə  səciyyələnəcəkdir. 


90 
 
Azərbaycan üçün bu, həm xarici iqtisadi inteqrasiya baxımından yeni imkanlar açır, 
həm  də  sosial-iqtisadi  inkişafın  istiqamətlərində  ümumdünya  kontekstini  üstün 
tutmağı,  lokal  regional  dairədə  aparmamağı,  müxtəlif  iqtisadi  məkanların  təsərrüfat 
ə
laqələrində və bazarlarında iştirak etməkdən yararlanmağı qarşıya qoyur.  
5.  Qloballaşmanın  səciyyəvi  xüsusiyyətlərindən  biri  də  yeni  texnologiyaların, 
innovasiyaların  yayılması  kimi  müsbət  təsirli  amillə  yanaşı,  mənfi  yüklü  iqtisadi 
proseslərin  də  yayılması,  bu  proseslərin  ümumdünya  təsərrüfat  inteqrasiyasına  cəlb 
olunmuş  ölkələri  “öz  cənginə  almaq”  bacarığıdır.  Qlobal  böhran  və  onun  fəsadları 
qoruyucu  mexanizmlərin  yaradılmasını  və  gücləndirilməsini  gündəmə  gətirir. 
Ə
nənəvi  xilas  təyinatlı  maliyyə  fondları  ilə  yanaşı,  bu  sırada  iqtisadiyyatın  dövlət 
tənzimləməsində  istifadə  olunacaq  xüsusi  antiböhran  xarakterli  tədbirlər,  həmçinin, 
milli iqtisadiyyatın strukturunun şaxələndirilmiş olması və çevik şəkildə yeni şəraitə 
uyğunlaşmaq qabiliyyətinə malik olması xüsusi əhəmiyyət kəsb edir. 
6.  Hazırkı  mərhələdə  bəşəriyyətin  üzləşdiyi  və  hər  bir  ölkənin  ictimai  və 
iqtisadi  həyatına  güclü  təsir  qüvvəsinə  malik  məsələlərdən  biri  də  bütün  dünya 
çapında  illər  boyu  sürətlənən  sənayeləşmənin  nəticəsində  ekoloji  tarazlığın 
pozulmasıdır. 
Son  illərin  təcrübəsi  göstərir  ki,  ekoloji  problemlərin  səmərəli  həlli  üçün 
dövlətin  müvafiq  fəaliyyəti  gücləndirilməli  və  belə  hallarda  çevik  mexanizmlərin 
qurulması ön plana çəkilməlidir. 
Qarşıdakı dövrə mövcud imkanları və resursları nəzərə almaqla Azərbaycanda 
davamlı iqtisadi artım əsasında Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, 
rəqabət  qabiliyyətli  ölkə  ola  bilər.  qtisadiyyatın  rəqabət  qabiliyyətinin  artırılması 
makroiqtisadi  sabitliyin  qorunması,  monetar  və  fiskal  siyasətin  koordinasiyasının 
gücləndirilməsi,  biznes  mühitinin  yaxşılaşdırılması,  maliyyə  xidmətləri  bazarının 
inkişaf  etdirilməsi,  xarici  ticarət  və  investisiya  siyasətinin  təkmilləşdirilməsi  nəticə 
etibarı ilə iqtisadi inteqrasiyanın inkişafı üçün əsas şərtlərdir.  
Qarşıdakı  dövrdə  ölkənin  bütün  imkanlarından  tam  şəkildə  istifadə  etmək, 
mövcud iqtisadi, sosial, siyasi resurslardan tam yararlanmaq və bu əsada da ölkənin 
iqtisadi potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. 


91 
 
Konsepsiya  çərçivəsində  qarşıya  qoyulan  sosial-iqtisadi  hədəflərə  nail 
olunması yüksək səmərə ilə fəaliyyət göstərən, dünya çapında yetərli rəqabət gücünə 
malik iqtisadi sistemin formalaşmasını şərtləndirir. Tarixi və müasir təcrübə göstərir 
ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazaar 
münasibətləri  şəraitində  yer  ala  bilər.  Bununla  bərabər,  iqtisadi  və  sosial  sahələrdə 
davamlı  yüksək  artım  templərinin  təmin  olunması  bazar  iqtisadiyyatı  şəraitində 
dövlət tənzimləməsinin adekvat şəkildə qurulmasını, qlobal dünya iqtisadiyyatındakı 
son  meylləri  və  istiqamətləri  nəzərə  almaqla  bu  tənzimləmənin  daha  da 
təkmilləşdirilməsini tələb edir. 
Makroiqtisadi  siyasətin  koordinasiyası  gücləndiriləcək,  maliyyə  dayanıqlılığı 
baxımından  optimal  makro-fiskal  çərçivə  formalaşdırılacaq  və  adekvat  pul  siyasəti 
aparılacaqdır.  Bu  siyasətin  birinci  pilləsində  inflyasiya  hədəfi,  digər  makroiqtisadi 
hədəflər  və  bunlara  uyğun  tənzimləmə  alətləri,  ikinci  pilləsində  isə  maliyyə 
sektorunda  sabitlik  hədəfləri,  sektorda  aktivliyi  və  riskləri  idarə  edəcək  alətlər  yer 
alacaqdır.  nflyasiya  hədəfinə  uyğun  olaraq  iqtisadiyyatın  pula  tələbatının 
ödənilməsinə  xüsusi  diqqət  yetiriləcək,  monetar  idarəetmənin  institusional  bazası 
təkmilləşdirilməlidir. 
qtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması  məqsədilə tədricən 
passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçid təmin edilməli, vergi dərəcələri 
optimallaşdırılmalı və sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradılmalıdır.  
Inteqrasiya  sahəsində  məsələrin  həlli  istiqamətində  neft  və  qaz  gəlirlərindən 
istifadə olunması mexanizmi təkmilləşdirilməli və karbohidrogenlərin satışından əldə 
edilən gəlirlərin tədricən həmin vəsaitlərin investisiya olunmasından qazanılan gəlirlə 
ə
vəzlənməsi  strategiyası  həyata  keçiriləcək  və  bu  sahədə  hazırda  aparılan  işlər 
intensivləşdiriləcəkdir. 
Ölkənin  tədiyyə  qabiliyyətinin  yaxşılaşdırılmasının  və  iqtisadiyyatın  ixraca 
yönəldilməsinin  ayrıca  vacib  tələbi  kimi  daha  çevik  məzənnə  siyasəti  həyata 
keçiriləcək, xalis beynəlxalq investisiya mövqeyi üzrə profisit qorunacaqdır. 
Biznes  mühitinin,  rəqabət  qanunvericiliyi  və  siyasətinin  daha  da 
yaxşılaşdırılması  istiqamətində  görülən  tədbirlər  davam  etdiriləcək,  investorların 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə