Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

28 
 
kapital qoyuluşu istiqamətində fəaliyyət göstərilməlidir. Xarici dövlətlərin investisiya 
təcrübəsi  təhlil  olunaraq  ondan  istifadə  olunmalıdır.  Ölkədə  özəlləşdirmə  prosesi 
sürətləndirilməli, sabit investisiya mühiti yaradılmalıdır.  
Azərbaycanın  dünya  iqtisadiyyatına  inteqrasiya  imkanlarını  düzgün 
müəyyənləşdirmək  üçün  ilk  növbədə  onun  son  illərdə  makroiqtisadi  inkişafa  nəzər 
salmaq lazımdır. Belə ki, hazırda
6
 milli iqtisadiyyatın artım sürətinə görə Azərbaycan 
dünya ölkələri arasında ön sıralardadır. 2000-2013-cü illərdə Azərbaycan dünyada ən 
sürətlə inkişaf edən ölkə olmuş və iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən 
ə
sas makrogöstərici olan ümumi daxili məhsul (ÜDM) bu dövr ərzində 12,4 dəfə və 
ya  hər  il orta  hesabla  8,9  faiz  artmışdır.  2013-cü ildə ölkədə 58,2  milyard  manatlıq 
ümumi  daxili  məhsul  istehsal  edilmiş,  onun  hər  nəfərə  düşən  həcmi  6126,3  manat 
təşkil etmişdir. 2013-ci ildə əvvəlki illə müqayisədə bütün dünya üzrə ÜDM-in artımı 
3,9 faiz (2010-cu ildə 5,3),  Ə T ölkələri üzrə - 1,8 faiz (3,2), Avropa Birliyi ölkələri 
üzrə - 1,6 faiz (2,0), MDB ölkələri üzrə ÜDM 4,7 faiz (4,7) təşkil etmişdir. 
Makroiqtisadi  göstərici  kimi,  əhalinin  həyat  səviyyəsini  xarakterizə  edən 
mühüm  göstəricilərdən  biri  olan  əhalinin  gəlirləri  2013-cü  ildə  əvvəlki  illə 
müqayisədə  19,6  faiz  artaraq  37,6  milyard  manata  catmış,  onun  hər  nəfərə  duşən 
həcmi  4004,3  manat  və  ya  ayda  orta  hesabla  337,0  manat  təşkil  etmişdir.  Son  5  il 
ə
rzində əhalinin hər nəfərə duşən gəlirləri 2,8 dəfə artmışdır. 
Hər  nəfərə  düşən  gəlirlərin  artım  surəti  istehlak  qiymətlərinin  bahalaşmasını 
10,2  faiz  bəndi  ustələmisdir.  Gəlirlərin  63,3  faizi  istehlak  malları  və  xidmətlərin 
alınmasına,  7,9  faizi  vergilər,  sosial  sığorta  və  könullu  üzvlük  haqlarının,  1,8  faizi 
kreditlər  üzrə  faizlərin  ödənilməsinə,  27,0  faizi  isə  əmanətlərin  və  kapitalın 
artırılmasına yönəldilmişdir. 
2003-2013-cü  illər  ərzində  ölkə  iqtisadiyyatına  106,2  milyard  ABŞ  dolları 
həcmində investisiya qoyulmuşdur. 2013-cü ildə əsas kapitala investisiya 17,8 mlrd. 
Manat  təşkil  edib.  nvestisiyaların  50,7  faizini  xarici  investisiyalar  təşkil  etmişdir. 
Ölkə iqtisadiyyatı inkişaf etdikcə daxili investisiyaların da rolu durmadan artır. 2003-
                                                 
6
 Şükürov A.M., "Qloballaşmış cəmiyyətlər: dünən, bu gün və sabah", Bakı—2006, s.47 
 


29 
 
cu ildə iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilmis daxili investisiyalar ümumi 
investisiya qoyuluşunun 22,1 faizini təskil edirdisə, 2013-cü ildə investisiyaların 59,8 
faizi daxili mənbələr hesabına təmin edilmişdir. 
Qiymətlər:  2013-cü  ildə  istehlak  qiymətləri  indeksi  102,7  faiz,  o  cümlədən 
sənaye məhsulları uzrə 96,1 faiz, qeyri-ərzaq malları uzrə 102,6 faiz, xidmətlər üzrə 
isə 104,7 faiz təşkil etmişdir.  
Hazırkı  xammal  monokultur  ixracyönümlü  model  tükənib.  Belə  hesab  etmək 
olar  ki,  Azərbaycanda  iri  biznesin  formalaşması  və  inkişafı,  samballı  və  nüfuzlu 
ş
irkətlərin  artması  ölkənin  inteqrasiya  proseslərində  iştirakına  təkan  verəcəkdir. 
Ə
halisinin  sayının  azlığını  nəzərə  alsaq,  istehsalın  yalnız  Azərbaycanda 
lokallaşdırılmanın mümkünsüzlüyü və məqsədəuyğun olmaması biznesin beynəlxalq 
ə
mək  bölgüsündə  iştirakının  iqtisadi  baxımdan  daha  effektiv  olacaq  formalarının 
axtarışı cəhdini artıracaq. 
Regional  inteqrasiyanın  digər  heç  də  az  əhəmiyyətə  malik  olmayan  aspekti 
idarəetmədir.  Beynəlxalq  bürokratiyanın  meydana  gəlməsini  nəzərdə  tutan 
fövqəlmilli  idarəetmə  orqanlarının  yaradılması  maliyyə  nöqteyi-nəzərindən  çətindir 
və  praktikada  az  effektlidir.  Göstərilir  ki,  birliklərin  rəhbər  orqanlarının 
funksiyalarının  işçi  məsələlərin  həlli,  müxtəlif  səviyyələrdə  görüşlərə  hazırlıq  və 
qəbul  edilmiş  qərarların  icrasına  nəzarətlə  məhdudlaşması  praktikası  hazırkı 
mərhələdə daha məhsuldardır. Biznes subyektlərinin inteqrasiyadan maksimal fayda 
ə
ldə  etməsi  üçün  birliklərə  üzv  ölkələrin  müqayisəli  rəqabət  üstünlüklərindən  daha 
effektiv istifadəyə şərait yaradılması lazımdır. 
Azərbaycanda  makroiqtisadi  inkişaf    proseslərinin  təhlil  göstərir  ki,  həm 
çoxtərəfli,  həm  də  birtərəfli  müxtəlif  inteqrasiya  layihələrinin  bütöv  şəbəkələri 
yaranır. Bu şəbəkələrə praktiki olaraq regionun bütün ölkələri cəlb edilir. Yəni, bütün 
ölkələr üçün vahid, ümumi inteqrasiya modeli yoxdur. Siyasi araşdırmalar göstərir ki, 
fövqəlmilli  idarəetmə  orqanları  yaradılmadan  inteqrasiya  daha  az  münaqişəlidir  və 
müxtəlif dərəcəli iqtisadi inkişafa malik ölkələrlə əməkdaşlığa imkan verir. Hazırda 
inteqrasiya  üçün  son  dərəcə  güclü  sövqedici  motiv  qlobal  bazarların  tədricən 
dağılması faktı ola bilər. 


30 
 
Dünya iqtisadiyyatının qloballaşma prosesinin başa çatmasının bəzi əlamətləri 
bunlar sayıla bilər: beynəlxalq hüquq normalarına hər yerdə riayət edilməməsi; lokal 
müharibələrin  sayının  artması;  beynəlxalq  əmək  bölgüsündə  oturuşmuş  qaydaları 
dəyişəcək  Qərbin  yenidən  sənayeləşməsinin  başlaması;  rəqabət  müharibəsi  metodu 
kimi tətbiq edilmiş iqtisadi sanksiyaların tezliyinin və miqyasının artması. 
 
 
Diaqram 1.1. Azərbaycanda 2013-cü ildə sənayenin müxtəlif 
 sahələri üzrə məhsul buraxılışının strukturu 
2013-cü  ildə  əlverişli  xarici  movqe  və  daxili  tələbin  genişlənməsi  şəraitində 
ölkə  iqtisadiyyatında  artım  davam  etmişdir.  qtisadi  aktivliyin  dövlət  tərəfindən 
dəstəklənməsi,  mühüm  struktur  və  institusional  dəyişikliklərin  baş  verməsi  də 
iqtisadiyyatın  dinamikasına  müsbət  təsir  göstərmişdir.  Qlobal  mühitdən  gələn 
müəyyən təhdidlərə baxmayaraq dövr ərzində makroiqtisadi sabitlik qorunmuşdur.  
Xarici  sektor:  Qlobal  iqtisadiyyatın  canlanması  və  enerji  daşıyıcılarının 
qiymətlərinin  yüksəlməsi  fonunda  2014-cü  ildə  ölkənin  xarici  mövqeyində 
yaxşılaşma meylləri daha da güclənmişdir. Belə ki,  EOÖ-də yüksək iqtisadi artım və 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə