Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   2   3   4   5   6   7   8   9   10   ...   33

19 
 
Beynəlxalq miqyasda yaxınlaşma dünya ticarətində tətbiq edilən tarif və qeyri-
tarif  məhdudlaşdırmalarının  (TTBS,  ÜTT)  vasitəsilə  aradan  qaldırılması  yolu  ilə 
həyata  keçirilir.  Regional  yaxınlaşma  zamanı  isə  regional  iqtisadi  birliklər 
yaradılmaqla üzv ölkələrin xarici iqtisadi əlaqələri və ümumiyyətlə, iqtisadi siyasəti 
uyğunlaşdırılır. Bu ölkələrin iqtisadi və siyasi məsələləri bir-birilə uzlaşdırılır. 
Beynəlxalq  inteqrasiyanın  formalarından  azad  ticarət  zonası,  gömrük  ittifaqı, 
ödəmə ittifaqı, ümumi bazar, iqtisadi və valyuta ittifaqını göstərmək olar. 
qtisadi  inteqrasiyanın  ən  sadə  forması  azad  ticarət  zonasıdır.  Azad  ticarət 
zonasında  qarşılıqlı  ticarətdə  gömrük  rüsumları  və  kəmiyyət  məhdudiyyətləri  ləğv 
edilir. Burada hər bir dövlət üçüncü bir ölkəyə münasibətdə müstəqil ticarət siyasəti 
yeridir, bu zonaya daxil olan ölkələrdən əmtəə və xidmətlər yerlərini sərbəst dəyişə 
bilməz. Buna misal olaraq, Avropa Azad Ticarət Assosiasiyasını (AATA) göstərmək 
olar.  Bu  məhəlli  iqtisadi  qruplaşması  1960-cı  ildə  Stokholm  Konvensiyası  əsasında 
yaradılmışdır. AATA-nın əsasını azad ticarət zonası təşkil edir. 
Bundan başqa, Latın Amerikası Azad Ticarət Zonası (1961) və Şimali Amerika 
Sərbəst Ticarət Assosiasiyası (NAFTA-1994) fəaliyyət göstərir. 
Beynəlxalq  iqtisadi  inteqrasiyanın  formalarından  biri  gömrükxana  ittifaqıdır. 
Bu zaman müqavilə əsasında iki və daha çox ölkəvahid gömrükxana ərazisi yaradır 
və  həmin  məqsədlə  vahid  xarici  gömrük  tarifini  müəyyənləşdirir,  vahid  gömrük 
idarəsi fəaliyyət göstərir. Gömrük  ttifaqları qeyri-məhdud və natamam olur. 
lk  gömrük  birliyi  1883-cü  ildə  Prussiyada  tətbiq  edilən  Alman  Gömrük 
Birliyidir.  Belçika,  Hollandiya  və  Luksemburq  1944-cü  ildə  gömrük  birliyi 
yaradılması haqqında saziş bağladılar. Həmin birlik 1948-ci ildə fəaliyyətə başladı. 
Gömrük  ittifaqı  ödəmə  ittifaqı  ilə  tamamlanır,  valyuta  əməliyyatlarında 
hesablaşmaların çevrilən valyuta ilə aparılmasına xidmət edir. 
Ümumiyyətlə, beynəlxalq iqtisadi inteqrasiyanın 3 müxtəlif forması vardır: 
1. Azad ticarət zonaları;  
2. Gömrük ittifaqları;  
3. Vahid bazar və iqtisadi birlik 


20 
 
1. Azad ticarət zonaları.Beynəlxalq iqtisadi inteqrasiyanın inkişafında məntiqi 
və xronoloji mərhələ azad ticarət zonası hesab olunur. Müasir anlamda bu imtiyazlı 
zona 
daxilində, 
ə
mtələrlə 
beynəlxalq 
ticarət 
kömrük 
və 
kəmiyyət 
məhdudiyyətlərindən azaddır. Adətən müvafiq zona haqqında konkret razılaşmada bir 
neçə  il  ərzində  sənaye  məhsullarının  sərbəst  ticarət  zonasını  yaradarkən  qarşılıqlı 
surətdə  gömrük  rüsumlarının  və  digər  qeyri-tarif  məhdudiyyətlərin  aradan 
qaldırılması  nəzərdə  tutulur.  Kənd  təsərrüfatı  məhsularının  liberallaşdırılması 
məhdud  xarakter  daşımaqla  gömrük  nomenkulaturasında  bir  neçə  bəndi  əhatə  edir. 
Azad iqtisadi zonaların yaradılmasında yaxınlaşmanı ləngidən, lakin dağıdıcı xarakter 
daşımayan bir sıra höqsanlar da aşkar olunmuşdur. Azad ticarət zonasının yaradılması 
daxili bazarda rəqabəti gücləndirir ki, bu da heç də həmişə milli sənaye məhsulunun 
texniki səviyyəsinin və keyfiyyətinin yüksəlməsinə yaxşı təsir göstərmir. Azad ticarət 
zonasının  son  məqsədi  üzv  ölkələr  arasında  kömrük  tariflərisiz  ticarəti  təmin 
etməkdir. 
2.  Gömrük  ittifaqları.Beynəlxalq  iqtisadi  intqrasiyanın  sonrakı  pilləsi  gömrük 
ittifaqıdır. Bunu bir vəya bir neşə dövlətin öz aralarında ticarətdə kömrük rüsümlarını 
ləğv  etmək  haqqında  razılaşması  kimi,  kollektiv  proteksionizm  kimi 
müəyyənləşdirmək  olar.  QATT-ın  X S  maddəsinə  uyğun  olaraq  gömrük  ittifaqı  bir 
neçə gömrük ərazilərinin biri ilə əvəz olunması olub bütün gömrük rüsumlarını tam 
ittifaq  daxilində  ləğv  edərək,  ittifaq  xaricində  vahid  gömrük  tariflərinin  tətbiq 
edilməsidir.  Bir  sıra  nəşrlərdə  azad  ticarət  zonasına  və  kömrük  ittifaqlarına  dəqiq 
olmayan  təriflər  verilir.  Bunlar  arasında  əsas  fərq  kimi  azad  ticarət  zonalarında 
kömrük tariflərinin tədricən azaldılması və qeyri tarif manelərinin aradan götürülməsi 
və  s  götürülür.  Kömrük  ittifaqında  isə  kömrüksüz  ticarət  üzv  ölkələr  arasında 
mövcuddur,  kənar ölkələrə isə vahid kömrük tarifləri  tətbiq olunur.  Kömrük ittifaqı 
daxilində iştirakçı dövlətlərin istehsal və istehlakının quruluşunda ciddi dəyişikliklər 
baş  verir.  Vahid  xarici  ticarət  siyasətini  yeridilməsi  (proteksionist  tədbirlər  və  s.) 
nəticəsində  ölkələr  arasında  əmtəə  axınları  tənzim  olunur.  Nəticə  də  ehtiyatların, 
istehsalın və istelakın, hərəkət istiqamətlərində dəyişiklik üçün təkan əmələ gəlir. Bir 
sıra  qərb  mütəxəsislərinin  fikrincə  kömrük  ittifaqı  daxilində  “müqayisəli  üstünlük 


21 
 
nəzəriyyəsinə  uyğun  olaraq  istehsalda  müvafiq  rasionallıq  əmələ  gəlir.  Gömrük 
ttifaqlarının  fəaliyyət  göstərməsi  inteqrasiya  proseslərinin  idarə  edilməsinə 
yanaşmada dəyişiklik etməyi tələb edir. Qeyd edilmişdir ki, Azad Ticarət Zonasının 
yaradılması  daimi  fəaliyyət  göstərən  idarəetmə  orqanının  mövcudluğunu  nəzərdə 
tutmur.  Gömrük  ttifaqlarında  isə  tənzimləyici  institutların  mövcudluğu  zərurətə 
çevrilir.  
3. Vahid bazar və iqtisadi birlik. Beynəlxalq inteqrasiyanın daha yüksək pilləsi 
vahid  bazardır.  Hal  hazırda  inteqrasiyanın  inkişafında  bu  mərhələ  ancaq  Avropa 
Birliyində formalaşmışdır ki, onun da təcrübəsi əsasında praktiki nəticələr çıxarılır və 
qiymətləndirilmələr aparılır. Yəqin ki, gələcək perspektivlərdə belə digər inteqrasiya 
quruluşlarının  inkişafı  nəticəsində  bu  qruplaşmalara  xas  olan  və  A   təcrübəsindən 
fərqli olan yeni hallar meydana çixacaqdır.  
Gömrük ittifaqının vahid bazara inkişaf edərək keçməsinə həm iqtisadi amillər, 
həm  də  siyasi  amillər  səbəb  olur.  Prinspi  etibarı  ilə  vahid  bazarın  qurulması  vahid 
iqtisadi  hüquqi  informasiya  məkanının  yaradılması  ilə  tamamlanmalıdır  ki,  bu  da 
həmin  inteqrasiya  qruplaşmasının  daha  yüksək pilləsinə  -  iqtisadi birliyə  keçməsinə 
təkan verməlidir.  
XX  əsrin  son  onilliyində  dünya  qəti  şəkildə  qloballaşma  adlanan  inkişaf 
mərhələsinə  qədəm  qoydu.  Bu  prosesdən  daha  böyük  faydanı  maliyyə  institutları 
götürürlər.  Qloballaşma  çərçivəsində  iki  ölkə  arasında  olduğu  kimi,  müəyyən 
regionda da inteqrasiya proseslərinin baş verə bilməyəcəyini düşünmək yanlışdır. 
nteqrasiya  mövzusu  daha  çox  siyasətçilər,  biznesmenlər  və  maliyyəçilərin 
dilindən səslənir. Lakin müəyyən etmək lazımdır ki, inteqrasiya dedikdə biz nəyi başa 
düşürük. Söhbət Avropa  ttifaqının (A ) nümunəsinə uyğun inteqrasiyadan gedir. A  
yeganə uğurlu inteqrasiya birliyidir ki, ardıcıl şəkildə birinci mərhələdə azad ticarət 
zonasının  yaradılmasından  vahid  dövlətə  doğru  gedir,  bu  da  inteqrasiyanın  yekun 
məqsədidir.  A   modeli  MDB  ölkələrinə  nə  dərəcədə  uyğun  gəlir?  Azərbaycan  da 
daxil  olmaqla,  heç  də  bütün  MDB  ölkələri  fövqəlmilli  idarəetmə  orqanlarının 
yaradılmasını  arzulamırlar.  Tamamilə  aydındır  ki,  MDB  ölkələrinin  hazırkı  sosial-
iqtisadi vəziyyəti SSR -nin dağıldığı dövrdəkindən çox fərqlənir. Bu da o deməkdir 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə