Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   2   3   4   5   6   7   8   9   ...   33


 
olaraq  qalır.  Bu  gün  qloballaşma  insanların,  xüsusi  ilə  də  elitanın  şüurunu  və 
davranışını həqiqətən dəyişir
.
 
Qloballaşmaya  müxtəlif  yanaşmalar  mövcuddur.  Qloballaşmaya  neqativ 
yanaşan  bəzi  alimlər
1
  belə  hesab  edir  ki,  o  milli  mədəniyyəti  məhv  edir,  dövlətin 
müstəqilliyini inkar edir, cəmiyyətə yad olan istehsal standartlarını zorla yeridir və s. 
Başqa  bir  qisim  isə  qloballaşmanı  sivilizasiyaların  toqquşması  və  sivilizasiyaların 
müharibəsi kimi qəbul edir. Onların fikrincə qloballaşmaya münasibət bütün dünyanı 
qlobalistlərə  və  antiqlobalistlərə  ayırır  ki,  bu  da  qloballaşmanın  önündə  gedən 
Amerika  Birləşmiş  Ştatlarına  düşmənləri  ilə  mübarizədə  hegemonluğunu  qoruyub 
saxlamağa imkan verir. Buna baxmayaraq, qloballaşma dünyadakı siyasi proseslərə, 
beynəlxalq  münasibətlərə  və  hətta  etika  və  mənəviyyata  da  təsir  edir.  Lakin 
qloballaşmanın  xalqlara  tam  olaraq  nə  verə  biləcəyi  böyük  bir  sirr  olaraq  qalır.  Bu 
gün  qloballaşma  insanların,  xüsusi  ilə  də  elitanın  şüurunu  və  davranışını  həqiqətən 
dəyişir.  Qloballaşma  əleyhdarları  əmindirlər  ki,  qloballaşma  dünya  üzərində 
hökmranlığı ələ almaq üçün düşünülən və işə salınan bir mexanizmdir. Onların belə 
deməyə əsasları da var - çünki hələlik qlobal iqtisadiyyatdan daha çox varlı və inkişaf 
etmiş bir neçə dövlət bəhrələnir. 
Qloballaşma  əsasən  ticarət  və  sərmayənin  sərbəst  hərəkətləri  önündəki 
ə
ngəllərin qaldırılması prossesidir. Dünya üzərində hakim iqtisadi siyasətə cevrilməsi 
isə texnoloji irəliləyişlər, informasiya əməliyyatları və rabitə texnologiyalarının geniş 
yayılması  və  nəticədə  əməliyyat  xərclərnin  düşməsi  ilə  mümkün  olmuşdur. 
Nəqliyyat,  rabitə  və  informasiya  texnologiyaları  sahəsində  inqilab  səciyyəli 
nəaliyyətlər,  malların,  sərmayənin  və  insanların  dünya  üzərindəki  hərəkətini 
asanlaşdırmış  və  sürətləndirmişdir.  Sosialist  blokunun  dağılması  ilə  sərbəst  bazar 
iqtisadiyyatının  istehsal  və  büluşumdə  tək  hakim  sistem  olaraq  qalması  ilə 
qloballaşma daha da güclənərək dünyaya yayılmışdır. Bu prosses icində bir cox  
etməkdə  olan  ölkələr  mövcud  siyasətlərini  dəyişdirərək  iqtisadiyyatlarını  qlobal 
bazarlara  açmışlar.  Yeni  sistemdə  beynəlxalq  rəqabətin  arması  və  ehtiyatların  daha 
                                                 
1.Əliyev H.Ə., "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında", Bakı, 2001, s.5 
 



 
effektiv istifadəsi yoluyla dünya ölkələrinin daha yüksək bir rifah səviyəsinə gəlməsi 
hədəflənmişdir.  
Sözsüz ki, beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin 
təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı hər bir 
ölkənin  səciyyəvi  milli  cəhətlərinin  də  nəzərə  alınması  bu  prosesin  müəyyənedici 
istiqamətləri olmalıdır
2

Belə  fikir  mövcudur  ki,  qloballaşma  bazar  qanunauyğunluqlarına  müvafiq 
tətbiq  edildiyi  təqdirdə  effektiv  nəticələri  gercəkləşəcək,  dünya  ölkələrinin  gəlirləri 
bir-birinə  yaxınlaşacaqdır.  13  yanvar  2004-cü  il  tarixli  «Vaşinqton  konsensusu»nda 
şə
rtləri  muəyyənləşən  qloballaşma,  zənginləşmənin  və  demokratiyanın  ümumi  bir 
norma olaraq qəbul edilməsini və beləliklə inkişaf etməkdə olan ölkələrin inkişafını 
vəd edərkən, digər yandan yol acdığı ya da artırdığı yoxsullaşma, gəlir bərabərsizliyi, 
ə
traf mühit fəlakətləri kimi bir sıra mövzularda tənqid edilməkdədir, dünyanın bir cox 
yerində buna etiraz edilməkdədir.  
Bəzi  iqtisadçılar  (Santerlli  və  Figini)  bir  cox  səbəbdən  dolayı  qloballaşma 
haqqında  cox  az  şey  bilindiyini  ifadə  edərək,  onun  nəticələri  haqqında 
ümumiləşdirmə  aprılmasının  erkən  olduğunu  söyləmişlər.  Bu  mövzuda  göruşlərini 
aşağıdakı şəkildə qısaca acıqlamışlar:  
J.Williamson  1989-cu  ildə  Vaşinqton  konsensusunun  qəbul  etdiyi  siyasətləri 
formullaşdırmış  və  bu  təkliflər  zamanla  neoliberal  iqtisadın  bir  inkişaf  reseptinə 
cevrilmişdir.  Bunlar  qısaca:  maliyə  nəzarətinin  təmin  olunması,  dövlət  xərclərinin 
təhsil,  səhiyyə  kimi  sahələrdən  başqa  prioritet  sahələrə  dövr  edilməsi,  vergi 
nisbətlərinin  duşurulməsi,  faiz  nisbətlərinin  sərbəstləşdirilməsi,  idxal  və  ixracatda 
ə
ngəllərin qaldırılması, özəlləşdirmə və mulkiyət hüququnun qorunmasıdır.
 
 
Qloballaşmada,  bərabərsizlik  və  yoxsulluqla  bağlı  ciddi  ekonometrik  ölcu  və 
təriflərin catışmamazlığının olduğu acıqlanır. Bu halda aparılan analizlərin nəticələri 
tam  güvənli  deyil.  Həmçinin,  hazırda  qloballaşmanın  iqtisadi  inkişaf  prossesində 
sadəcə 20 illik kecmişinin olduğuna və bu təcrübənin ümumiləşdirmə aparmaq ücun 
yetərli olmadığunu qeyd etmək olar.  
                                                 
2
 Əliyev H.Ə., "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında", Bakı—2001, s.6
 



 
Alimlər 
prioritet 
proqnozların 
və 
ideoloji 
amillərin 
qloballaşma 
müzakirələrinin  bir  parçasına  cevrildiyini  və  subyektiv  mülahizələrin  irəli 
sürülməsinə səbəb olduğunu ifadə etmişlər.  
Ticarətin  sərbəstləşdirilməsindən  sonra  beynəlxalq  sərmayə  axımlarının 
həcmində  böyuk  artımlar  meydana  gəlmiş,  yeni  investisiya  vasitələri  bazara 
girmişdir. Həm birbaşa xarici sərmayə investisiyaları, həm də qısa müddətli sərmayə 
axımları,  1980-ci  illərdən  etibarən  və  özəlliklə  1990-cı  illərdə  geniş  vüsət  almışdır. 
Ancaq  meydana  gələn  maliyə  böhranları  (Meksika,  Şərqi  Asiya,  Rusiya,  Türkiyə, 
Braziliya, Argentinada) xüsüsilə qısa müddətli investisiya axımları üzərində yenidən 
qiymətləndirmələr  aparılması  zəruriliyini  ortaya  qoymuşdur.  nkişaf  etmiş  ölkələr 
qısa müddətli sərmayəni ancaq yüksək faiz nisbətləri ilə verməkdədirlər və ölkə risqi 
ilə bağlı göruşlərdə kicik bir dəyişmə, yanlış informasiya sızıntısı ya da investorların 
bir-birlərinin  davranışlarından  təsirlənməsi  dərhal  ölkədən  sərmaya  cıxışı  ilə 
nəticələnməkdədir. Sərmayə axımlarındaki artışı sərmayə ixrac edən ölkələrə iki amil 
təşviq  etməkdədir.  Birincisi,  yuxarıda  qeyd  etdiyimiz  kimi  rabitə  xərclərinin 
azalması, rəqabətin yuksəlməsi və daxili bazarlardaki xərclərin artması sənayeləşmiş 
ölkələrdəki  investorları  xarici  ölkələrdə  invetisiya  qoymağa  yönləndirməkdədir. 
Burada məqsəd məhsuldarlıq artışı və yüksək qazanc əldə etməkdir.  kincisi, inkişaf 
etməkdə  olan  ölkələrin  struktur  islahatlarına  başlamaları  və  makroiqtisadi  inkişaf 
proqramları tətbiq etmələri ilə kredit dəyərliliklərini artırmışlar. Beləliklə investorlar 
qısa  və  uzun  muddətli  yüksək  qazanc  məqsədilə  inkişaf  etməkdə  olan  bazarlara 
girmişlər. Qloballaşma ilə ticarətdə və sərmayə axımlarında sərbəstləşmə ilə bərabər 
dövlətin iqtisadiyyatdakı cəkısinin azaldılması da irəli sürülməkdədir. Özəlləşdirmə, 
dövlətin  səhiyyə  və  təhsildəki  rolunun  azaldılması,  daha  passiv  pul  və  maliyə 
siyasətləri vergilərin və dovlət xərclərinin getdikcə azaldılması ilə dövlətin öndər rolu 
sərbəst bazara ötürülməkdədir. Burada məqsəd maliyə intizamını təmin etmək, dövlət 
borcunu azaldıb iqtisadi faliyyəti genişləndirməkdir.  
 Dövlətin qazanc məqsədi güdmədən cəmiyyətə verdiyi təməl xidmətlərin özəl 
sektora ötürülərək sosial dövlət anlayışının ortadan qaldırlması və dövlət xərclərinin 
bu  xidmətlər  yerinə  başqa  öncəlikli  sahələrə  ötürülməsi  xususilə  az  və  orta  gəlirli 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə