Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   2   3   4   5   6   7   8   9   ...   33

10 
 
kütlə  üzərinə  mənfi  təsir  etməkdədir.  Büdcə  kəsirlərini  bağlayıb  inflyasiyanı  aşağı 
endirmək  məqsədiylə  önə  sürülən  sərt  pul  və  maliyə  siyasətləri  ya  da  BVF-nın 
struktural uyğunluq proqramları, dövlət xərclərinin azaldılması bir cox inişaf etməkdə 
olan ölkələrdə iqtisadiyyatın daralmasını və yoxsulluğu yaratmışdır. Qloballaşmanın 
ə
n cox tənqid edilən digər bir təsiri unitar dövlətlərin iqtiadi siyasətləri ilə bağlı qəbul 
edəcəkləri qərarların beynəlxalq qurumlara dövr edilməsidir.  
Dünyada ilk qloballaşma prossesinin sənaye inqilabının ardından başladığını və 
I Dunya müharibəsinə qədər davam etdiyi qəbul edilməkdədir.  ki dünya müharibəsi 
arasındakı dövrdən sonra müstəmləkələrin müstəqiliyinə qovuşması ilə rifah dövlətini 
hədəfləyən iqtisadi siyasətlər tətbiq olunmuşdur.  kinci qloballaşma prossesi 1980-ci 
illərdən başlayaraq günümüzə qədər davam etməkdədir.  
lk  qloballaşma  dalağası  deyə  biləcəyimiz  1870-1914  illər  dövrünün  təməl 
özəlliyi  maliyyə  bazarlarında,  ticarət  münasibətlərində  qızıl  standardının  norma 
olaraq qəbul edilməsidir. XIX əsr ticarəti XX əsr ticarətinə görə daha nizamlı qəliblər 
icində gercəkləşmişdir. Qabaqda gedən sənaye ölkələri əsasən hazır məhsul istehsal 
edən,  bunun  qarşılığında  az  inkişaf  etmiş  daha  cox  təməl  qida  məhsulları  və  tropik 
xammallar  idxal  edən  bir  ticarət  sistemi  formalaşdırmışdılar.  XX  əsrdə  isə  dünya 
ticarət  sistemi  mürəkkəbləşmişdir.  15  trilyon  dollara  catan  ticarət  həcmi  əsasən 
bənzər faktor ehtiyatlarına sahib sənayeləşmiş olkələr arasında gercəkləşməkdədir.  
ki dünya muharibəsi qlobal inteqrasiyanı tərsinə cevirmiş, dünya ticarəti illik 
1.8% artımdan 1.3%-ə enmişdir.  
Beynəlxalq ticarət həcminə baxdıqda dünyanın 100 il öncə ciddi bir inteqrasiya 
içində olduğunu görməkdəyik.  ki qloballaşma dalğası arsındakı ən önəmli fərqlərdən  
biri 1990-cı illərdə fiskal sərmayə axımlarının artmasıdır. Qısa müddətdə asan 
qazanc  gətirən  spekulyativ  sərmayə,  qeyri-sabit  quruluşu  səbəbiylə  güclu  maliyyə 
sistemləri olmayan inkişaf etməkdə olan ölkələri riskli vəziyyətə gətirmişdir.  
XIX  əsrin  sonundan  20-ci  əsrin  əvvələrinə  qədər  mərkəzdən  çevrə  olkələrinə 
sərmayə ixracı olmuşdur. Xarici sərmayə idxal edən ucuncu dunya olkələrinə baxsaq 
1974-1984-cu  illər  dovrundə  xalis  xarici  sərmayə  girişinin  umumi  sabit  sərmayəyə 
nisbəti  10-20%  arasındadır.  1920-ci  illərdə  sərmayə  axımları  azalmış,  Boyuk 


11 
 
Böhrandan etibarən inkişaf etməkdə olan ölkələrə məhdud sərmayə girmişdir. 1945-
1972-ci  illər  arasında  ixrac  edilən  sərmayə  əsasən  dövlət  və  beynəlxalq  şirkət 
investisiyaları şəklində olmuşdur. 1972-ci illərdən sonra qlobal sərmayə böyuk önəm 
qazanmağa  başlamışdır.  1990-1997-ci  illər  arasında  isə  birbaşa  xarici  investisiyalar 
5.7 milyard dollardan 59.5 milyard dollara yuksəlmişdir. 
Qloballaşma  indi  bütün  dünyanı  ağuşuna  almış  mürəkkəb  bir  proses  kimi 
qiymətləndirilməkdədir.  Dünya  kapitalist  sisteminin  yeni  tarixi  mərhələsini  ifadə 
edən  qloballaşma  sanıldığı  kimi  heç  də,  bir  formalı  proses  deyil.  qtisadi 
qloballaşmanın ön plana çıxması ilə birlikdə, kapitalist sistemini hərtərəfli əhatə edən 
qloballaşma  əsasən  üç  sahədə  bir-birini  tamamlayaraq  genişlənməkdədir.  Bunlar 
iqtisadi,  siyasi  və  mədəni  sahələrdir.  Bu  sahələr
3
  adlarına  müvafiq  olaraq 
qloballaşmanın  bir-biri  ilə  əlaqəli  olan  3  əsas  formasını  təşkil  edir.  Lakin  sözün 
həqiqi  mənasında  iqtisadi  qloballaşma  hazırda  onun  başlıca  forması  olaraq 
qalmaqdadır.  Belə  ki,  qloballaşmanın  özündə  ehtiva  etdiyi ideoloji  mahiyyət  əsasən 
iqtisadi  qloballaşmanı  ön  plana  çəkir.  qtisadi  qloballaşma  milli  iqtisadi  sistemlərin 
vahid bir iqtisadi sistem halında birləşməsi, onların qarşılıqlı asılı vəziyyətə gəlməsi 
və bununla da ölkələr arasındakı bütün iqtisadi münasibətlərin liberallaşmasıdır.Belə 
bir  düşüncə  mövcuddur  ki,  milli  dövlətlər  arasında  hər  cür  maliyyə,  iqtisadi  və 
informasiya  sərhədləri  götürülməli,  azad  iqtisadiyyat  və  ticarət,  azad  rəqabət, 
maksimum  sərbəstlik  üçün  münbit  şərait  yaradılmalıdır.  Qloballaşmanın  həqiqi 
mahiyyəti  əslində  elə  bundan  ibarətdir.  O,  iqtisadi  inteqrasiya  ideyalarının  həyata 
keçirilməsinin  yeni  və  daha  da  təkmilləşdirilmiş  formasını  müəyyənləşdirir.  Lakin 
hətta  ən  inkişaf  etmiş  dövlətlərin  özündə  belə  qloballaşmadan  ehtiyatlananların,  bu 
ideyanın  millətlərin  özünəməxsus  tarixi  nailiyyətlərini,  milli  və  mənəvi  dəyərlərini 
məhv  edəcəyini  düşünənlərin  olmasına  baxmayaraq,  qloballaşmanın  əsas 
üstünlüklərindən biri də məhz elə bundan ibarətdir ki, o dünyəvi inteqrasiyanı hər bir 
xalqın milli maraqları kontekstində təsəvvür etməyə imkan verir. 
Qloballaşma  prosesinin  əsas  forması  olan  iqtisadi  qloballaşmanın  özəyini 
ölkələrin  qarşılıqlı  iqtisadi  inteqrasiyası  təşkil  edir.  qtisadi  inteqrasiya  dövlətlərin 
                                                 
3
 Əliyev H.Ə., "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında", Bakı—2001, s.5
 


12 
 
təsərrüfat  və  siyasi  cəhətdən  elə  birləşməsidir  ki,  bu  birləşmədə  milli  təsərrüfatlar 
arasındakı  əmək  bölgüsü  müxtəlif  səviyyələrdə  həyata  keçirilir.  Belə  iqtisadi 
ə
məkdaşlıq  müxtəlif  ölkələr  arasında  müstəqillik,  bərabərlik  prinsipi  ilə  bir-birinin 
daxili işlərinə qarışmadan bu ölkələrin qarşılıqlı səmərə prinsipi əsasında iqtisadi və 
elmi-texniki əlaqələrinin birlikdə razılaşdırılaraq həyata keçirilməsindən ibarətdir ki, 
bunun  da  özəyində  beynəlxalq  əmək  bölgüsünün  dərinləşməsi  durur.  Beynəlxalq 
iqtisadi inteqrasiya əmtəə və xidmətlərin sərbəst hərəkəti, kapital və işçi qüvvəsinin 
beynəlxalq  hərəkəti,  birgə  iqtisadi,  valyuta-maliyyə,  elmi-texniki,  sosial,  xarici  və 
hərbi siyasətin razılıq ilə həyata keçirilməsinə əsaslanır. Dünya dövlətləri bu yolla öz 
istehsal  güclərinin,  istehsalın  səmərəliliyinin  artırılmasına  nail  olur  və  bunların 
məntiqi göstəricisi kimi əhalinin rifah səviyyəsinin yüksəlməsinə cəhd edilirlər. 
Qloballaşmanı  iqtisadi  rakursdan  seyr  etdikdə,  siyasətdən  fərqli  olaraq  sadə 
insanlar  üçün  daha  açıq  görünən  halları  sadalamaq  olar.  Sadə  insanlar  üçün 
qloballaşma - «Coca-Cola», «Adidas», «Nokia», «Panasonic», «Mersedes» və sair bu 
kimi 
ticarət 
nişanlarıdır. 
Doğrudan 
da, 
informasiya-kommunikasiya 
texnologiyalarının  son  onilliklər  ərzində  sürətli  sıçrayışı  qlobal  ticarət  nişanlarına 
malik olan transmilli şirkətlərin (TMŞ) fəaliyyətini xeyli aktivləşdirib. Artıq okeanın 
o tayında oturub Avropa, Asiya, Afrika, Avstraliyadakı bazarlara asanlıqla daxil olub 
öz məhsulunu satmaq imkanı yaranıb. Lokal bazar və müştəri uğrunda əsrlərlə gedən 
mübarizə artıq beynəlxalq səviyyədə aparılır. Bütün bunlar iqtisadi qloballaşmanın ən 
başlıca  təzahürləridir.  Qloballaşmış  iqtisadiyyatın  mahiyyətcə  fərqi  ondadır  ki,  ən 
müasir texnologiyaya yol demokratikləşib, asanlaşıb. 
Qloballaşmanın 2 əsas komponenti var:  
1)
 
qlobal bazarın yaranması; 
2)
 
istehsalın qloballaşması.  
Qlobal bazar tarixən bir-birindən ayrı olan milli bazarların bir yerə cəmləşdiyi 
nəhəng  çətirdir.  Yuxarıda  sadalanan  ticarət  nişanlarının  bütün  dünyada  istehlak 
məhsulu  kimi  qəbul  olunması  qlobal  bazarın  ən  bariz  nümunəsidir.  Müxtəlif  milli 
zövq və seçimlər qloballaşmaya ən böyük maneə kimi görünsə də, artıq qloballaşma 
dünyada  xüsusi  vahid  zövq,  dəb  və  seçim  meydana  gətirmişdir.  Qlobal  bazarın  ən 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə