Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   2   3   4   5   6   7   8   9   ...   33

13 
 
ə
sas  və  diqqəti  cəlb  edən  xüsusiyyətlərindən  biri  budur  ki,  daxili  bazarda  bir-birinə 
rəqib  olan  TMŞ-lər  artıq  vahid  dünya  bazarı  uğrunda  rəqabət  aparırlar,  həmçinin 
ə
ksinə yerli bazara daxil olan xarici rəqiblərə qarşı mübarizə aparırlar. 
stehsalın  qloballaşması  istehsalın  xərc  və  keyfiyyət  üstünlüklərindən 
yararlanmaq üçün müəssisələrin öz məhsullarını müxtəlif ölkələrdə istehsal etməsidir. 
Başqa sözlə parçaları ayrı-ayrı ölkələrdən mənbələnən vahid məhsulun yaranmasıdır. 
Misal üçün «Boinq» şirkətinin son hava gəmilərindən biri olan «Boinq–777» 132500 
ə
sas  komponentdən  təşkil  olunmuşdur  ki,  bunlar  da
4
  dünyanın  müxtəlif  ölkələrinə 
mənsub  olan  545  təchizatçı  tərəfindən  təmin  edilmişdir  və  bu  artıq  qlobal  istehsal 
torunun  var  olmasının  əyani  sübutudur.  Ona  görə  də  bu  gün  dünyada  TMŞ-lər 
tərəfindən  istehsal  olunan  məhsulları  konkret  olaraq  amerikan  malı,  alman  malı, 
fransız malı, yapon malı deyil, dünya malı kimi xarakterizə etmək daha doğru olar. 
qtisadi  qloballaşma  kapitalın  hərəkətini  sürətləndirən  və  yeni  ideyaların 
tətbiqini təmin edən vahid qlobal maliyyə və informasiya məkanının formalaşması və 
inkişafı  prosesidir.  Tanınmış  alim  Manuel  Kastels  qlobal  iqtisadiyyatı  bütün  planet 
miqyasında real zaman rejimində işləmək qabiliyyəti olan vahid iqtisadi sistem kimi  
xarakterizə  etmişdir.  Manuel  Kastelsə  görə  dünya  iqtisadiyyatının  qloballaşması 
anlayışı dünya təsərrüfatının inteqrasiyası anlayışından daha genişdir. 
qtisadi qloballaşmanın başlıca hərəkətverici qüvvəsini isə barəsində yuxarıda 
da bəhs olunan, dövlət sərhədləri ilə hesablaşmadan öz istehsalını qurmaq üçün hara 
faydalıdırsa  oraya  da  kapitalını  qoyan  TMŞ-lər  təşkil  edir.  Bu  zaman  TMŞ-lərin 
mənfi  təsirlərinin  qarşısını  almaq  üçün  qlobal  səviyyədə  tədbirlərin  görülməsi  ön 
plana çıxır. Bu barədə Portuqaliyanın baş naziri olmuş Antonio Qutyerresin fikirləri 
ilə  razılaşmaq  olar.  O,  hesab  edir  ki,  TMŞ-lərin  eqoizminə  qarşı  güclü  regional 
blokların  iradəsini  və  dünya  miqyasında  əlaqələndirilmiş  səmərəli  siyasəti  qoymaq 
olar və o, buna uğurlu misallar çəkir: «Heç bir kiçik və hətta böyük dövlət TMŞ kimi 
nəhənglərə  qarşı  təkbaşına  müqavimət  göstərə  bilməz,  Avropa  Birliyi  və  Şimali 
Amerika  dövlətlərini  birləşdirən  NAFTA  isə  bunu  bacarır».  Doğrudur,  TMŞ-lər 
qloballaşan  dünyanın  başlıca  oyunçularıdır.  Lakin  həmin  proseslərdə  mühüm  rolu 
                                                 
4
 Evaluating the Washington Consensus», Dev News Media Center, The World Bank, 13 January, 2004 


14 
 
təkcə onlar deyil,  milli  dövlətlər, həmçinin,  müxtəlif dövlətlərarası  institutlar,  ÜTT, 
DB,  BVF,  Beynəlxalq  Yenidənqurma  və  nkişaf  Bankı,  eləcə  də  qeyri-hökümət 
təşkilatları, beynəlxalq, regional və milli təşkilatlar, vətəndaş cəmiyyətinin birlikləri 
və xüsusi ilə də kütləvi informasiya vasitələri oynayırlar. 
XX  əsrin  sonunda  iqtisadi  qloballaşmanın  və  liberal  fundamentalizmin 
ə
saslarını  yaradan  «Vaşinqton  konsensusu»  dünya  təsərrüfatına  güclü  təsir 
göstərmişdir.  Dünya  iqtisadi  siyasəti  layihəsi  Beynəlxalq  Valyuta  Fondu  və  digər 
beynəlxalq  maliyyə  institutları  tərəfindən  qeyri-qərb  dövlətlərinə  münasibətdə 
reallaşdırılmış və «Vaşinqton konsensusu» adını almışdır. «Vaşinqton konsensusu»nu 
yaradarkən  ABŞ  maliyyə  nazirliyinin,  Beynəlxalq  Valyuta  Fondunun  və  Dünya 
Bankının  rəhbərləri  dünya  ticarətinin  yolu  üzərində  duran  gömrük  və  digər 
baryerlərin  aradan  qaldırılması  haqqında  razılığa  gəlmişlər.  «Vaşinqton 
konsensusu»na  əsasən  iqtisadiyyatda  islahatların  aparılması  üçün  bir  sıra  təkliflər 
işlənib hazırlanmışdır. Lakin «Vaşinqton konsensusu» qlobal iqtisadiyyatın böhranı  
ilə başa çatdı. Onun da başlanğıcını 1997-ci ildə baş vermiş Asiya  maliyyə böhranı 
qoymuşdur.  Beynəlxalq  Valyuta  Fondunun  səhv  təklifləri  əsasında  əvvəlcə  Şərqi 
Asiya, Latın Amerikası və Şərqi Avropa iqtisadiyyatı çox böyük ziyan çəkdi. Bu isə 
ABŞ-ın geosiyasi və geoiqtisadi maraqlarına uyğun idi. Çox az bir müddət keçdikdən 
sonra maliyyə böhranı dalğası Amerika iqtisadiyyatına da təsir etdi. Şərqi Avropanın 
bir çox iqtisadçıları «Vaşinqton konsensusu» modelinin tətbiqinin əleyhinə çıxdılar. 
Çünki həmin model dövləti iqtisadiyyatdan ayırmışdır. 
Hazırki  zamanda  iqtisadi  qloballaşma  tərəfdarları  hər  il  Ümumdünya  Davos 
Forumunda görüşürlər. Görüşlərdə işgüzar dairələrin və siyasi elitanın nümayəndələri 
iştirak  edir.  Elə buna  görə də çox vaxt  qlobalistləri  «Davos  adamları»  adlandırırlar. 
Bundan  başqa,  işgüzar  Avropa  elitası  üçün  Zaltsburq  Forumu  təşkil  edilir.  Bu  fo-
rumların keçirilməsi çox vaxt antiqlobalistlərin kütləvi etirazları ilə müşahidə olunur. 
Faktlar  onu  göstərir  ki,  iqtisadi  qloballaşma  prosesi  mədəni  və  yaxud  siyası 
qloballaşmadan daha sürətlə gedir. Real görünən odur ki, qloballaşma dünyanı vahid 
bir  iqtisadi  məkan  kimi  nəzərdə  tutur,  amma  onun  mahiyyəti  yalnız  iqtisadi 
bütövləşmə ilə məhdudlaşmır. Qloballaşma həm də hərbi-siyasi, sosial-mədəni, elmi-


15 
 
texniki  bütövləşməni  şərtləndirən  tarixi  bir  faktora  çevrilmişdir.  Ona  görə  də  belə 
hesab  etmək  olar  ki,  qloballaşmanın  növbəti  mərhələsində  siyasi  qloballaşma  ön 
plana  çıxacaqdır.  Həm  iqtisadi,  həm  də  siyasi  qloballaşma  isə  mənəvi-mədəni 
dəyərlərin  də  ciddi  təsirə  məruz  qalmasına  səbəb  olacaq.  Qloballaşma  yalnız  bütün 
müxtəlifliyi  ilə  bəşər  nəslinə  mənsubluğumuza  əsaslanan  ümumi  gələcəyin 
formalaşdırılması  sahəsində  irimiqyaslı  və  təkidli  səylərimizin  nəticəsində  tam, 
hərtərəfli  və  ədalətli  xarakterə  malik  ola  bilər.  Qloballaşma  Azərbaycan  Respubli-
kasının qarşısında da çox böyük perspektivlər açır. 1994-cü ildə imzalanmış «Əsrin 
müqaviləsi»,  «Bakı  -  Tbilisi  -  Ceyhan»  neft  və  «Bakı  -  Tbilisi  -  Ərzurum»  qaz 
kəmərlərinin reallaşdırılması, «Bakı - Tbilisi - Qars» yeni dəmir yolu xətti layihəsinin  
həyata  keçirilməsi  istiqamətində  atılmış  uğurlu  addımlar,  tarixi  pək  yolunun 
bərpasında ölkəmizin iştirakı Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasının 
artıq  real  həyat  hadisəsi  kimi  təzahür  etməsinin  əyani  göstəricisinə  çevrilmişdir. 
Bunun  da  əhəmiyyəti  az  deyil  ki,  qloballaşma  cəmiyyətin  və  ayrı-ayrı  fərdlərin 
qarşısında  duran  başlıca  məqsəd  və  vəzifələri  müəyyənləşdirir.  Bu  məqsədlərə 
çatmaq üçün cəmiyyətin bütün daxili ehtiyatlarını səfərbər etmək çox zəruridir - hər 
bir  vətəndaş  başa  düşməlidir  ki,  dövlətin  həyata  keçirdiyi  islahatların  son  nəticəsi 
onun  da  öz  vəzifələrini  səylə  və  yüksək  peşəkarlıqla  yerinə  yetirməyə  hazır 
olmasından, eləcə də vətəndaş kimi mövqeyini bildirməsindən asılıdır. 
 
1.2.  nteqrasiya proseslərində iştirakın milli iqtisadiyyatın 
inkişafında rolu 
qtisadi  inteqrasiya  dövlətlərin  siyasi  və  təsərrüfat  sistemlərinin  iqtisadi 
cəhətdən  birləşməsi  olub,  milli  təsərrüfatlar  arasında  BƏB-in  müxtəlif  səviyyələrdə 
həyat keçrilməsidir.  qtisadi inteqrasiya əmtəə və xidmətlərin sərbəst hərəkəti, kapital 
və  iş  qüvvəsinin  beynəlxalq  hərəkəti,  birgə  iqtisadi,  valyuta-maliyyə,  elmi-texniki, 
sosial,  xarici  və  hərbi  siyasətin  razılığı  ilə  həyata  keçirilməsinə  əsaslanır.  Dünya 
dövlətləri iqtisadi inteqrasiya yolu ilə öz istehsal güclərini, istehsalın səmərəliyini və 
bütün bunların nəticəsində isə əhalinin rifahını yüksəltməyə səy göstərirlər. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə