Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   2   3   4   5   6   7   8   9   ...   33

16 
 
Beynəlxalq  iqtisadi  inteqrasiyanın  ən  mükəmməl  forması  ümumi  bazardır. 
Ümumi bazar inteqrasiyanın mühüm mərhələsidir. 
         Gömrük  birliyinin  təbii  nəticəsi  olaraq  birliyə  daxil  olan  ölkələr  arasında 
istehsal amillərinin (iş qüvvəsi, kapital, sahibkarlıq) sərbəst hərəkəti təmin olunduqda 
bu ölkələr arasında «ümumi bazar» yaradılmış olur. 
II Dünya müharibəsindən sonra yaranmış beynəlxalq inhisarlardan biri Avropa 
qtisadi  Birliyi  və  ya  «Ümumi  bazar»dır.  «Ümumi  bazar»ın  yaradılması  ilə  ölkələr 
arasında  qarşılıqlı  ticarət,  iş  qüvvəsinin  hərəkəti  və  kapitalın  yerləşdirilməsi 
sahəsində mövcud olan maneələr aradan qaldırılır. 
Müasir  şəraitdə  Amerika  kapitallarının  Qərbi  Avropanın  «Ümumi  bazar» 
ölkələrinə  ixrac  edilməsinə  belə  bir  cəhət  stimul  yaradır  ki,  burada  Amerika 
kapitalları  ilə  yaradılan  müəssisələr  «Ümumi  bazar»  ölkələrinin  birindən  digərinə 
gömrüksüz mal gətirmək üstünlüklərindən istifadə edirlər. 
qtisadi  inteqrasiya  prosesi  ilk  növbədə  təsərrüfat  subyektlərinə  (firmalara, 
idarələrə,  təşkilatlara,  müəssisələrə  və  s.  təsərrüfat  subyektlərinə)  imkan  verir  ki, 
bütün  region  miqyasında  iqtisadi  resurslardan  (maliyyə,  maddi,  əmək)  yeni 
texnologiya  və  texnikadan  istifadə  etməklə  iqtisadi  inteqrasiyaya  daxil  olan 
dövlətlərin bazarlarının tələbatını ödəmək üçün məhsul istehsalını həyata keçirsinlər. 
kincisi  isə  region  miqyasında  ölkələrin  iqtisadi  inkişaf  səviyyələrinin  bir-
birinə yaxınlaşması, yaranmış sosial problemlərin birgə həlli, əhalinin məşğuliyyəti, 
sosial təminatı və səhiyyənin gələcək inkişafı təmin edilsin. 
Valyuta  ittifaqı  isə  müəyyən  ölkələrin  bir  ittifaqda  birləşməsidir.  Buna  misal 
olaraq, 1979-cu ildən fəaliyyət göstərən Avropa valyuta sistemini göstərmək olar. Bu 
ittifaq  yaradılarkən  ilk  növbədə  ittifaq  daxilində  valyutanın  sabitliyi,  iqtisadi 
inkişafını təmin edilməsi, beynəlxalq valyuta, valyuta sisteminə tənzimləşdirici təsir 
göstərməyi qarşısına məqsəd qoymuşdur. 
Avropa  valyuta  sistemi  ilkillər  kollektiv  valyuta  olan  «EKYU»-dan  uzun 
müddət  istifadə  etmişlər.  XX  əsrin  80-ci  illərində  Avropa  valyuta  sistemi  böhran 
keçirdi  və  90-cı  illərdə  bu  böhran  daha  da  dərinləşdi.  Hazırda  isə  “Avro”  Avropa 
məkanında geniş tətbiq olunan bir və «EKYU»-nü inamla əvəz edib. 


17 
 
qtisadi  inteqrasiya  prosesi  bir  sıra  amillərlə:  təsərrüfat  həyatının 
qloballaşdırılması;  beynəlxalq  əmək  bölgüsünün  dərinləşməsi;  ümumdünya  elmi-
texniki  inqilab  və  milli  iqtisadiyyatının  sərbəstliyinin  artması  ilə  bağlıdır.  Bütün  bu 
amillər isə bir-biri ilə sıx əlaqədardır. 
XX əsrin ikinci yarısında dünya təsərrüfatında lider dövlətlər meydana gəldi ki, 
onların  da  ətrafında  iqtisadi  inkişafın  sürətli  inkişaf  zonaları  yarandı.  Bu,  Avropa 
ttifaqı, ABŞ və Yaponiyadır. Bu ölkələr elm tutumlu məhsulların istehsalı və ixracı 
ilə məşğul olan ölkələrdir. Bunlardan başqa, elektron texnikası istehsal edən Çin və 
Cənubi-Şərqi  Asiyanın  sənaye  ölkələrini  (Cənubi  Koreya,  Tayvan,  Sinqapur, 
Honkonq, Tailand, Malayziya,  ndoneziya) göstərmək olar. 
Kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və  ixracı  üzrə  Yeni  Zelandiya, 
Yunanıstan,  Hollandiya,  Braziliya  və  Finlandiyanı  göstərmək  olar.  Bu  ölkələrdən 
başqa,  dünyanın  inkişaf  etmiş  ölkələrindən  ABŞ  və  Böyük  Britaniya  da  kənd 
təsərrüfatı məhsullarını ixrac edir
5

Dünyanın  bir  sıra  inkişaf  etməkdə  olan  ölkələri  isə  (OPEK)  neft  istehsalı  və 
ixracı ilə məşğul olurlar. 
nteqrasiya  prosesinin  stimullaşdırılmasında  əsas  amillərdən  biri  milli 
iqtisadiyyatın  sərbəstliyinin  (açıqlığı)  artması  və  onun  bazar  prinsipləri  ilə  inkişaf 
etməsidir. 
Mahiyyət  etibarı  ilə  iqtisadi  inteqrasiya  təsərrüfat  fəaliyyətlərinin 
beynəlmiləlləşməsi  prosesi  olmaqla  ölkələr  arasında  əmək  bölgüsünü  dərinləşdirir, 
istehsalın inkişafına və səmərəliyinin artmasına şərait yaradır. Əmək bölgüsünün çox 
yüksək  səviyyədə  olması  Qərbi  Avropada  və  Amerikada  regional  iqtisadi 
inteqrasiyanın  geniş  vüsət  almasma  səbəb  olmuşdur.  qtisadi  inteqrasiya  Afrika  və 
Latın  Amerikası  ölkələrində,  nisbətən  güclü  formada  islam  təşkilatına  daxil  olan 
ölkələr arasında da getməkdədir. 
qtisadi  inteqrasiyanın  nümunələrindən  biri  Cənubi  Asiyanın  Regional 
Ə
məkdaşlıq  Assosiasiyasıdır  (SAARK).  Bu  Cənubi  Asiya  ölkələrinin  çoxcəhətli 
                                                 
5
 Панарин А.С., "Искушение глобализмом", Москва—2000, s.57 
 


18 
 
ə
məkdaşlığına  yardım  göstərən  beynəlxalq  təşkilatdır.  ştirakçıları:  Banqladeş, 
Hindistan,  Nepal,  Pakistan və  Şri-Lankadır.  Bu  birlik  1985-ci ildə  yaranmışdır.  şçi 
orqanı olan katiblik Katmandu şəhərində (Nepal) yerləşir. 
Bundan  başqa,  dünyanın  xammal  istehsal  edən  ölkələrinin  assosiasiyası  da 
fəaliyyət göstərir. 
Bu  assosiasiya  dünya  bazarlarına  kollektiv  surətdə  təsir  göstərilməsinin  geniş 
yayılmış formasıdır. Assosiasiyanın üzvü olan ölkələr müəyyən xammalın, məsələn, 
neft,  civə,  mis,  dəmir  filizi,  qəhvə  və  s.  istehsalı  və  satışı  sahəsində  təsərrüfat 
fəaliyyətlərini  əlaqələndirirlər.  Hazırda  dünyada  20-dən  çox  belə  assosiasiya  vardır. 
Assosiasiyaların  yaradılması  təbii  ehtiyatlar  üzərində  milli  nəzarəti  gücləndirməyə, 
ölkələrin beynəlxalq iqtisadi əlaqələrində bərabərhüquqlu olmağa şərait yaradır. 
Beynəlxalq  iqtisadi  inteqrasiyaya  əyani  misal  olaraq  Şimali  Amerikanın 
ə
razisini əhatə edən və sərbəst ticarət üzrə razılıq əsasında yaradılmış birlik, NAFTA 
fəaliyyət göstərir. Bu birliyə ABŞ, Kanada və Meksika daxildir (1994-cü il).  
NAFTA çərçivəsində tarif üzrə olan maneələr, idxal-ixrac üzrə rüsumlar aradan 
götürülür  və  ticarətin,  əmtəələrin,  xidmətlərin,  kapitalların  və  iş  qüvvəsinin  sərbəst 
hərəkəti üçün şərait yaradılır. 
Son illərdə yaradılmış qruplaşmalardan biri Keçmiş SSR -nin ərazisində MDB 
şə
klində təşkil edilmiş inteqrasiyadır. MDB-yə daxil olan ölkələr iqtisadi əməkdaşlıq 
sistemində  vahid  energetika,  nəqliyyat,  telekommunikasiya  və  s.  əlaqələrin 
yaradılmasının qarşılarına məqsəd qoymuşlar. 
Belə bir faktı göstərmək lazımdır ki, bu birliyə daxil olan ölkələrin iqtisadiyyatı 
bir-biri  ilə  sıx  bağlıdır.  Məsələn,  bu  dövlətlərin  təsərrüfat  əlaqələrinin  3/4  hissəsi 
təkcə  Rusiya  dövlətinin  payına  düşür.  Bu  cür  inteqrasiyanın  olmasının  əsas  səbəbi 
keçmişdə  mövcud  olmuş  istehsal  əlaqələri,  istehsal  və  sosial  infrastrukturun 
yaranması, vahid elmi-tədqiqat sferası və informasiya sisteminin formalaşmasıdır.  
Dünya iqtisadi inteqrasiya prosesində iki meyl özünü göstərir:  
1. beynəlxalq yaxınlaşma;  
2. regional yaxınlaşma.  


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə